Məhkəmə qərarları › İş №e-2(007)-645/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-645/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-645/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: “avtomobilin dəyərinin yarısının tutulması, cehiz əşyalarının, olmadıqda dəyərinin qaytarılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin dəyərinin yarısının tutulması, cehiz əşyalarının, olmadıqda dəyərinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TOYOTA PRİUS (HİBRİD)” minik gümüşü metalik rəngli, ban nömrəsi JTDKB20U803298118, dövlət qeydiyyat nişanı **-BZ-*** olan minik avtomobilnə İddiaçı ½ (ikidə bir) və Cavabdeh1 ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi və iddiada qeyd edilən əşyaların, əşyalar olmadıqda onların dəyərinin cavabdehdən tuluraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi (sonuncu) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş “TOYOTA PRİUS (HİBRİD)” minik markalı avtomobilin dəyəri olan 9900 manat pulun 1/2 hissəsi olan 4950 manat pulun tutularaq iddiaçıya ödənilməsi və aşağıda cədvəldə qeyd edilən əşyaların, əşyalar olmadıqda onların dəyərinin cavabdehdən tuluraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: 1. 2 ədəd servant 700 AZN; 2. 1 ədəd kondisioner 500 AZN; 3. 1 ədəd televizor 400 AZN; 4. 1 ədəd paltaryuyan maşin 600 AZN; 5. 1 ədəd 2 neferlik döşek 110 AZN; 6. 2 ədəd tək nəfərlik döşək 70 AZN; 7. 2 ədəd tək yorğan 100 AZN; 8. 1 ədəd yun odeyal 120 AZN; 9. 1 ədəd yaşıl odeyal 80 AZN; 10. 2 ədəd boz odeyal yataq üstü 60 AZN; 11. 3 ədəd çarpayı üstü 120 AZN+100 AZN 80 AZN; 12. 6 ədəd yastıq 90 AZN; 13. 2 ədəd uşaq yataq dəsti 60 AZN; 14 3 ədəd 2 nəfərlik yataq dəsti 50 AZN 60 AZN 60 AZN; 15. 6 ədəd uşaq kurtkası 350 AZN; 16. 2 ədəd büyük üçün kurtka 120 AZN 150 AZN; 17. 4 ədəd büyük üçün qış ayaqqabıları çəkmə ümumi 350 AZN; 18. 5 ədəd uşaq üçün qış ayaqqabıları çəkmə ümumi 240 AZN; 19. 5 ədəd büyük üçün koftalar ümumi 250 AZN; 20. 8 ədəd uşaq üçün koftalar ümumi 180 AZN; 21 usaq üçün ağ krasovka 50 AZN; 22. 1 ədəd xrustal gül qabı 150 AZN; 23. 3 ədəd bagema meyvə qabi 2-si yumru, 1-i Romb şəkilli 1100 AZN; 24. 6 ədəd bagema bakal 150 AZN; 25. 4 ədəd ləpə qabı 70 AZN; 26. 1 ədəd termos 25 AZN;

27. 2 ədəd meyvə 1 ədəd gül qabı ümumi 150 AZN; 28. 12 ədəd xrustal kompot stəkanı 200 AZN; 29. 12 ədəd xrustal çay stəkanı 100 AZN; 30. 12 ədəd nəlbəki 40 AZN; 31. 12 ədəd mürəbbə qabı 30 AZN; 32. 2 ədəd stopkalı mürəbbə qabı 80 AZN; 33. 4 ədəd stopkasız mürəbbə qabı 80 AZN; 34. 12 ədəd sadə bakal 30 AZN; 35. 2 ədəd stil süfrəsi 70 AZN; 36. 2 ədəd can dəsmalı 40 AZN; 37. 6 ədəd stəkan dəsmalı 36 AZN; 38. 1 ədəd qrafin 12 ədəd rumkası ilə 80 AZN; 39. 6 ədəd yumşaq oyuncaq yastıq 140 AZN; 40. 1 ədəd mikser 35 AZN; 41. 1 ədəd kofe üyüdən 40 AZN; 42. 1 ədəd ət çekən maşın 280 AZN; 43. 1 ədəd şirə çəkən maşın 120 AZN; 44. 5-li qazan dəsti 70 AZN; 45. 12 person qazan dəsti (çemodanda) 150 AZN; 46. 1 ədəd ütü 80 AZN; 47. 1 ədəd uşaq məktəbli çantası 100 AZN; 48. 3 ədəd xalça 500 AZN 200 AZN 150 AZN; 49. 1 ədəd ayaq xalçası (doroşka) 30 AZN; 50. 1 ədəd skeyt (uşağın) 45 AZN; 51. 1 ədəd geroskuter 400 AZN; 52. 12-li yemek dəsti 250 AZN; 53. 12-li çay dəsti 200 AZN; 54. 12-li kofe dəsti 150 AZN; 55. Soyuducu 1200 AZN; 56. Televizor 600 AZN; 57. Kondisioner 700 AZN; 58. Stol Stul 800 AZN; 59. Koridor şkafı 800 AZN; 60. Yataq dəsti (çarpayı, paltar şkafı, güzgülü şkaf) 2300 AZN; 61. 2 ədəd kreslo 600 AZN; 62. Dırnaq stolu 60 AZN. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 15 noyabr 2011ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurub. Birgə nikahlarından 27 avqust 2013-cü ildə anadan olmuş X7 və 05 mart 2018-ci ildə anadan olmuş X8 adlı iki övladları var. Onunla cavabdeh nikah dövründə xx.xx.2021-ci ildə “TOYOTA PRİUS (HİBRİD)”, gümüşü metalik rəngli, ban nömrəsi JTDKB20U803298118, dövlət qeydiyyat nişanı ** BZ *** olan minik avtomobilini əldə ediblər. Bundan başqa, cavabdehdə ona məxsus əşyalar var, həmin əşyaları könüllü olaraq təhvil verməkdən imtina edir. Həmin əşyaları aşağıda siyahı şəklində əlavə edir. 1. 2 ədəd servant 700 AZN; 2. 1 ədəd kondisioner 500 AZN; 3. 1 ədəd televizor 400 AZN; 4. 1 ədəd paltaryuyan maşın 600 AZN; 5. 1 ədəd 2 nəfərlik döşək 110 AZN; 6. 2 ədəd tək nəfərlik döşək 70 AZN; 7. 2 ədəd tək yorğan 100 AZN; 8. 1 ədəd yun odeyal 120 AZN; 9. 1 ədəd yaşil odeyal 80 AZN; 10. 2 ədəd boz odeyal yataq üstü 60 AZN; 11. 3 ədəd çarpayı üstü 120 AZN, 100 AZN, 80 AZN; 12. 6 ədəd yastıq 90 AZN; 13. 2 ədəd uşaq yataq dəsti 60 AZN; 14. 3 ədəd 2 nəfərlik yataq dəsti 50 AZN, 60 AZN, 60 AZN; 15. 6 ədəd uşaq kurtkası 350 AZN; 16. 2 ədəd böyük üçün kurtka 120 AZN, 150 AZN; 17. 4 ədəd böyük üçün qış ayaqqabıları, çəkmə ümumi 350 AZN; 18. 5 ədəd uşaq üçün qış ayaqqabıları, çəkmə ümumi 240 AZN; 19. 5 ədəd böyük üçün koftalar ümumi 250 AZN; 20. 8 ədəd uşaq üçün koftalar ümumi 180 AZN; 21. uşaq üçün ağ krasovka 50 AZN; 22. 1 ədəd xrustal gül qabı 150 AZN; 23. 3 ədəd bagema meyvə qabı 2-si yumru, 1-i Romb səkilli 1100 AZN; 24. 6 ədəd bagema bakal 150 AZN; 25. 4 ədəd ləpə qabı 70 AZN;

26. 1 ədəd termos 25 AZN; 27. 2 ədəd meyvə, 1 ədəd gül qabı ümumi 150 AZN; 28. 12 ədəd xrustal kompot stəkanı 200 AZN; 29. 12 ədəd xrustal çay stəkanı 100 AZN; 30. 12 ədəd nəlbəki 40 AZN; 31. 12 ədəd mürəbbə qabı 30 AZN; 32. 2 ədəd stopkalı mürəbbə qabı 80 AZN; 33. 4 ədəd stopkasız mürəbbə qabı 80 AZN; 34. 12 ədəd sadə bakal 30 AZN; 35. 2 ədəd stol süfrəsi 70 AZN; 36. 2 ədəd can dəsmalı 40 AZN; 37. 6 ədəd stəkan dəsmalı 36 AZN; 38. 12 ədəd rumkası ilə 1 ədəd qrafin 80 AZN; 39. 6 ədəd yumşaq oyuncaq yastıq 140 AZN; 40. 1 ədəd mikser 35 AZN; 41. 1 ədəd kofeüyüdən 40 AZN; 42. 1 ədəd ətçəkən maşın 280 AZN; 43. 1 ədəd şirəçəkən maşın 120 AZN; 44. 5-li qazan dəsti 70 AZN; 45. 12 person qazan dəsti (çemodanda) 150 AZN; 46. 1 ədəd ütü 80 AZN;

47. 1 ədəd uşaq məktəbli çantası 100 AZN; 48. 3 ədəd xalça 500 AZN, 200 AZN, 150 AZN; 49. 1 ədəd ayaq xalçası (doroşka) 30 AZN; 50. 1 ədəd skeyt (uşağın) 45 AZN; 51. 1 ədəd geroskuter 400 AZN; 52. 12 yemək dəsti 250 AZN; 53. 12-li çay dəsti 200 AZN; 54. 12-li kofe dəsti 150 AZN; 55. Soyuducu 1200 AZN; 56. Televizor 600 AZN; 57. Kondisioner 700 AZN; 58. Stol-stul 800 AZN; 59. Koridor şkafı 800 AZN; 60. Yataq desti (çarpayı, paltar şkafi, güzgülü şkaf) 2300 AZN; 61. 2 ədəd kreslo 600 AZN; 62. Dırnaq stolu 60 AZN.

İş materialları:

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2323/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X6 ilə İddiaçı arasında 15 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1833 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 21 avqust 2013-cü il təvəllüdlü X9 və 05 mart 2018ci il X3 anaları İddiaçı yanında qalmaları, 21 avqust 2013-cü il təvəllüdlü X4 və 05 mart 2018-ci il X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 27 iyun 2024-cü il tarixdən başlayaraq hər uşağa hər ay 235 manat olmaqla, cəmi 470 manat manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmənin qərardadına əsasən “X13 Mərkəzi” MMC tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli 007-089/2025 rəyindən görünür ki, Beləliklə, qiymətləndirməyə təqdim edilmiş "Toyota Prius (Hibrid)" markalı nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi məqsədilə müqayisə (bazar) yanaşmasından istifadə olunmuşdur. Bu yanaşma çərçivəsində müvafiq bazar məlumatları əsasında uyğun müqayisə vahidləri seçilmiş, onların əsas müqayisə elementləri üzrə fərqləri təhlil edilmiş və korrektə edilmişdir. Müqayisə olunmuş analoji avtomobillərin qiymətləri əsasında, qiymətləndirmə obyektinin bazar şəraitində ehtimal olunan dəyəri müəyyən edilmiş və nəticədə nəqliyyat vasitəsinin həm cari dövrə, həm də xx.xx.2024-cü il tarixinə olan bazar və likvid dəyəri hesablanaraq müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə və hesablama nəticələrinə əsasən, “Toyota Prius (Hibrid)” markalı, 2007-ci il buraxılışlı, JTDKB20U803298118 ban nömrəli, **-BZ-*** (əvvəlki **-NZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə və hazırkı dövrə olan bazar və likvid dəyərləri aşağıdakı cədvəldə təqdim olunur: 2025-ci il üzrə bazar dəyəri 10600 AZN, likvid dəyəri 9500 AZN, xx.xx.2024-cü il üzrə bazar dəyəri 11000 AZN, likvid dəyəri 9900 AZN.

6. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü-ci il tarixli MŞB/602092 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı X10 tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 AZN mediasiya xərci və 10 AZN kargüzarlıq xərci manat məbləğində pul ödənilmişdir;

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 141 manat dövlət rüsumu ödənilmişdir.

8. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-16/2- 156377/2024 saylı məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən X2 adında qeydiyyatdadır.

9. X11 ilə X6 arasında bağlanmış Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini X5 8000 manata satmışdır.

10. X6 ilə Cavabdeh2 arasında bağlanmış Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan "Toyota Prius (Hibrid)" minik markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 6000 manata satmışdır.

11. Məhkəməyə iddiaçının nümayəndəsi və vəkili tərəfindən fotoşəkillər təqdim edilmişdir.

Tərəflərin izahatları:

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edin, iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə formal olaraq bağlanıb. Avtomobil 2024-cü ildə mediasiya prosesi gedən vaxt satılıb. İddiaçı avtomobilin 2025-ci il üçün müəyyən olunmuş dəyərinin, yəni 9900 manat məbləğin yarısını tələb edir. Yataq dəstinə çarpayı, paltar şkafı, güzgülü şkaf aiddir, onlar dəstdirlər, ona görə də onu yataq dəsti olaraq qeyd ediblər. Əlavə döşəklər də var. Bir ədəd iki nəfərlik döşəkdən əlavə iki ədəd tək nəfərlik döşək də var, uşaqlarla bağlıdır. Təqdim etdiyim fotoşəkillərdə də uşaqların cüt çarpayısının olduğu görünür. Cavabdeh1 mediasiya prosesində avtomobilini satıbsa, cehiz əşyaları da sata bilər. İddiaçı 4000 manat məbləğlə razı deyil. Bir televizor olub, yəqin texniki səhv olaraq iki televizor göstərilib. Akt üzrə aşkar edilməyən digər əşyalarla bağlı məhkəməyə fotoşəkillər təqdim edilib.

13. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edib izahat verərək bildirdi ki, mütəxəssis rəyi ilə razı deyillər. Avtomobil mütəxəssisə təqdim olunub və avtomobil əsasında ekspertiza keçirilib. Rəylə tanış olanda aydın olub ki, daha çox “Turbo.az” saytında olan analoq avtomobillərin qiymətlərinə uyğun olaraq hesablama aparılıb. Cavabdeh1 vaxtı ilə avtomobilin alış qiyməti olan 8000 manat məbləğin yarısını, yəni 4000 manat məbləği iddiaçıya ödəməyə razıdır. İddiaçının gətirdiyi ətçəkən maşın yoxdur, varsa, rəngini, modelini bildirsin. İddia ərizəsində siyahının əvvəlində bir televizor, sonunda isə digər televizor göstərirlər. Həmin siyahıda 3-cü sırada 400 manat dəyərində televizor, 56-cı sırada isə 600 manat dəyərində televizor göstərilib. 1-ci səhifədə olan kondisioner var, 57-ci sırada 700 manat dəyərində başqa bir kondisioner göstərilib. Siyahıda əmlaklar təkrar yazılıb. Cavabdeh1 əşyaları satsaydı, televizoru da satardı. Evdə iddiaçıya məxsus yataq dəsti, çarpayı, paltar şkafı, güzgülü şkaf yoxdur, ola bilər ki, sonradan alıblar. Akt üzrə aşkar edilən əşyaları verməyə razıdırlar, digər əşyaların mövcudluğu ilə bağlı sübut təqdim olunmalıdır. Akt üzrə 6-cı sırada göstərilən 1 ədəd tək nəfərlik döşək, 28-ci sırada göstərilən 6 ədəd xrustal kompot stəkanı akşar edilib. Həmçinin, tələbdə göstərilməsə də, 12 nəfərlik çəngəl və qaşıq təsdi aşkarlanıb, onu da iddiaçıya təqdim edərlər. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmədi.

14. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1 maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2 maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

İşin faktiki halı:

19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X6 15 noyabr 2011-ci il tarixdə nikaha daxil olublar. Birgə nikahlarından 21 avqust 2013-cü il təvəllüdlü X9 və 05 mart 2018-ci il X12 anadan olub. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahlarının pozulması qət edilmişdir. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin yarısının, cehiz əşyalarının, olmadıqda isə dəyərinin cavabdehdən tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra Konstitusiya Məhkəməsi) 21 dekabr 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

22. Məhkəmə qeyd edir ki, "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır, yəni həmin avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Həmin əmlakın birgə nikah dövründə əldə edilən əmlak olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

23. Belə ki, həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, faktiki olaraq ailə təsərüfatlarını idarə etmədikləri vaxtda özgəninkiləşdirilmişdir. İddiaçı ilk əvvəl məhkəməyə alqı-satqı müqaviləsinin etibarsızlığı və s. tələbi ilə müraciət etsə də, daha sonra yeni mülkiyyətiçi olan Cavabdeh2 vicdanlı əldə edən olmasını nəzərə alaraq, avtomobilin özgəninkiləşdirilən vaxt likvid dəyərinin yarısının ona ödənilməsini tələb etmişdir.

24. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, avtomobil xx.xx.2021-ci il tarixdə 8000 manata alınmış, xx.xx.2024-cü ildə isə 6000 manata satılmışdır. Məhkəmə tərəfindən iddiaçı tərəfin vəsatətinə əsasən əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir.

25. “X13 Mərkəzi” MMC tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli 007-089/2025 rəyinə əsasən həmin avtomobilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 11000 manat, likvid dəyəri isə 9900 manat təşkil edir.

26. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Məhkəmə iclasında isə cavabdehin nümayəndəsi və vəkili iddiaçıya 4000 manat, yəni avtomobilin alış qiymətinin yarısının ödənilməsinə razı olduğunu qeyd etmişdir.

28. Məhkəmə həmin rəyi nəzərdən keçirib, iddia tələbini nəzərə alaraq hesab edir ki, mübahisəli avtomobilin dəyəri kimi 9900 manat kimi qəbul edilməlidir. Göründüyü kimi avtomobil satış qiyməti ilə bazar dəyəri və likvid dəyəri arasında kəskin fərqlər mövcuddur.

29. Belə ki, məhkəmə iddiaçının tələbini, mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 9900 manat məbləğində pulun 1/2 hissəsi, yəni 4950 manatı X1 alınaraq İddiaçı ödənilməlidir.

30. Məhkəmədə işə baxılarkən iddiaçının ərizəsinə əsasən iddianı təmin etmək üçün müvafiq qərardad çıxarılmış, icra məmuru tərəfindən qərardadın icrası ilə bağlı xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, bu zaman 1 ədəd tək nəfərlik döşək; 6 ədəd xrustal kompot stəkanı; 12 person qazan dəsti (çemodanda) 150 AZN; Soyuducu 1200 AZN; Televizor 600 AZN; Kondisioner 700 AZN; Stol-stul 800 AZN; 59. Koridor şkafı 800 AZN; Yataq desti (çarpayı, paltar şkafi, güzgülü şkaf) 2300 AZN; 2 ədəd kreslo 600 AZN; Dırnaq stolu 60 AZN istisna olmaqla digər cehiz əşyaları cavabdehin mənzilində aşkar edilmiş, onların özgəninkiləşdirilməsi qadağan edilmişdir.

31. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı gəlin köçərkən Cavabdeh1 mənzilinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Ona görə məhkəmə hesab edir ki, xx.xx.2025ci il tarixli akt əsasında mövcudluğu müəyyən edilmiş əşyaların cavabdehindən alınaraq iddiaçıya verilməsi hissəsində iddia təmin edilməlidir.

32. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı tələbində sadaladığı əmlakın adını, növünü ətraflı şəkildə qeyd etmiş, həmçinin də həmin əmlakların dəyərlərinin manatla ifadəsini də göstərmişdir. Odur ki, qanunvericiliyin tələbinə uyğun olaraq həmin əmlakların naturada qaytarılmasının qeyri-mümkünlüyü halında həmin əmlakın dəyərini təşkil edən pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

33. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

34. Qeyd edildiyi kimi akt üzrə 1 ədəd tək nəfərlik döşək aşkar edilmiş, iddiaçı 2 ədəd tək nəfərlik döşəyin qaytarılması, olmadığı təqdirdə dəyəri olan 70 manatın ödənilməsi xahiş etdiyindən, məhkəmə 1 ədəd tək nəfərlik döşəyin dəyərini 35 manat kimi müəyyən edir. Həmçinin, 6 ədəd xrustal kompot stəkanın dəyəri 100 manat kimi müəyyən edilir.

35. Məhkəmə hesab edir ki, iddia tələbi “1 ədəd tək nəfərlik döşək; 6 ədəd xrustal kompot stəkanı; 12 person qazan dəsti (çemodanda) 150 AZN; Soyuducu 1200 AZN; Televizor 600 AZN; Kondisioner 700 AZN; Stol-stul 800 AZN; 59. Koridor şkafı 800 AZN; Yataq desti (çarpayı, paltar şkafi, güzgülü şkaf) 2300 AZN; 2 ədəd kreslo 600 AZN; Dırnaq stolu 60 AZN” adlı əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində təmin edilməməlidir.

34. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda iddiaçı həmin əşyaların mövcudluğuna, cavabdehin mənzilinə köçərkən özü ilə həmin ünvana aparmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir.

35. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cehiz əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə dəyəri olan 9900 manat pul vəsaitinin ½ hissəsi, yəni 4950 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, ünvan 1 ünvanında yerləşən əşyalar:

1. 2 ədəd servant 700 AZN; 2. 1 ədəd kondisioner 500 AZN; 3. 1 ədəd televizor 400 AZN;

4. 1 ədəd paltaryuyan maşın 600 AZN; 5. 1 ədəd 2 nəfərlik döşək 110 AZN; 6. 1 ədəd tək nəfərlik döşək 35 AZN; 7. 2 ədəd tək yorğan 100 AZN; 8. 1 ədəd yun odeyal 120 AZN; 9. 1 ədəd yaşil odeyal 80 AZN; 10. 2 ədəd boz odeyal yataq üstü 60 AZN; 11. 3 ədəd çarpayı üstü 120 AZN, 100 AZN, 80 AZN; 12. 6 ədəd yastıq 90 AZN; 13. 2 ədəd uşaq yataq dəsti 60 AZN; 14. 3 ədəd 2 nəfərlik yataq dəsti 50 AZN, 60 AZN, 60 AZN; 15. 6 ədəd uşaq kurtkası 350 AZN; 16. 2 ədəd böyük üçün kurtka 120 AZN, 150 AZN; 17. 4 ədəd böyük üçün qış ayaqqabıları, çəkmə ümumi 350 AZN; 18. 5 ədəd uşaq üçün qış ayaqqabıları, çəkmə ümumi 240 AZN; 19. 5 ədəd böyük üçün koftalar ümumi 250 AZN;

20. 8 ədəd uşaq üçün koftalar ümumi 180 AZN; 21. uşaq üçün ağ krasovka 50 AZN; 22. 1 ədəd xrustal gül qabı 150 AZN; 23. 3 ədəd bagema meyvə qabı 2-si yumru, 1-i Romb səkilli 1100 AZN; 24. 6 ədəd bagema bakal 150 AZN; 25. 4 ədəd ləpə qabı 70 AZN; 26. 1 ədəd termos 25 AZN; 27. 2 ədəd meyvə, 1 ədəd gül qabı ümumi 150 AZN; 28. 6 ədəd xrustal kompot stəkanı 100 AZN; 29. 12 ədəd xrustal çay stəkanı 100 AZN; 30. 12 ədəd nəlbəki 40 AZN; 31. 12 ədəd mürəbbə qabı 30 AZN; 32. 2 ədəd stopkalı mürəbbə qabı 80 AZN; 33. 4 ədəd stopkasız mürəbbə qabı 80 AZN; 34. 12 ədəd sadə bakal 30 AZN; 35. 2 ədəd stol süfrəsi 70 AZN; 36. 2 ədəd can dəsmalı 40 AZN; 37. 6 ədəd stəkan dəsmalı 36 AZN; 38. 12 ədəd rumkası ilə 1 ədəd qrafin 80 AZN; 39. 6 ədəd yumşaq oyuncaq yastıq 140 AZN; 40. 1 ədəd mikser 35 AZN; 41. 1 ədəd kofeüyüdən 40 AZN; 42. 1 ədəd ətçəkən maşın 280 AZN; 43. 1 ədəd şirəçəkən maşın 120 AZN; 44. 5-li qazan dəsti 70 AZN; 45. 1 ədəd ütü 80 AZN; 46. 1 ədəd uşaq məktəbli çantası 100 AZN; 47. 3 ədəd xalça 500 AZN, 200 AZN, 150 AZN; 48. 1 ədəd ayaq xalçası (doroşka) 30 AZN; 49. 1 ədəd skeyt (uşağın) 45 AZN; 50. 1 ədəd geroskuter 400 AZN; 51. 12 yemək dəsti 250 AZN; 52. 12-li çay dəsti 200 AZN; 53. 12-li kofe dəsti 150 AZN, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh1 alınaraq, İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, tərəflər tələb etmədiyindən Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddia üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri özünə edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. "Toyota Prius (Hibrid)" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə dəyəri olan 9900 manat pul vəsaitinin ½ hissəsi, yəni 4950 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. ünvan 1 ünvanında yerləşən əşyalar: 1. 2 ədəd servant 700 AZN; 2. 1 ədəd kondisioner 500 AZN; 3. 1 ədəd televizor 400 AZN; 4. 1 ədəd paltaryuyan maşın 600 AZN; 5. 1 ədəd 2 nəfərlik döşək 110 AZN; 6. 1 ədəd tək nəfərlik döşək 35 AZN; 7. 2 ədəd tək yorğan 100 AZN; 8. 1 ədəd yun odeyal 120 AZN; 9. 1 ədəd yaşil odeyal 80 AZN; 10. 2 ədəd boz odeyal yataq üstü 60 AZN; 11. 3 ədəd çarpayı üstü 120 AZN, 100 AZN, 80 AZN;

12. 6 ədəd yastıq 90 AZN; 13. 2 ədəd uşaq yataq dəsti 60 AZN; 14. 3 ədəd 2 nəfərlik yataq dəsti 50 AZN, 60 AZN, 60 AZN; 15. 6 ədəd uşaq kurtkası 350 AZN; 16. 2 ədəd böyük üçün kurtka 120 AZN, 150 AZN; 17. 4 ədəd böyük üçün qış ayaqqabıları, çəkmə ümumi 350 AZN; 18. 5 ədəd uşaq üçün qış ayaqqabıları, çəkmə ümumi 240 AZN; 19. 5 ədəd böyük üçün koftalar ümumi 250 AZN; 20. 8 ədəd uşaq üçün koftalar ümumi 180 AZN; 21. uşaq üçün ağ krasovka 50 AZN; 22. 1 ədəd xrustal gül qabı 150 AZN; 23. 3 ədəd bagema meyvə qabı 2-si yumru, 1-i Romb səkilli 1100 AZN; 24. 6 ədəd bagema bakal 150 AZN; 25. 4 ədəd ləpə qabı 70 AZN; 26. 1 ədəd termos 25 AZN; 27. 2 ədəd meyvə, 1 ədəd gül qabı ümumi 150 AZN; 28. 6 ədəd xrustal kompot stəkanı 100 AZN; 29. 12 ədəd xrustal çay stəkanı 100 AZN; 30. 12 ədəd nəlbəki 40 AZN; 31. 12 ədəd mürəbbə qabı 30 AZN; 32. 2 ədəd stopkalı mürəbbə qabı 80 AZN; 33. 4 ədəd stopkasız mürəbbə qabı 80 AZN; 34. 12 ədəd sadə bakal 30 AZN; 35. 2 ədəd stol süfrəsi 70 AZN; 36. 2 ədəd can dəsmalı 40 AZN; 37. 6 ədəd stəkan dəsmalı 36 AZN; 38. 12 ədəd rumkası ilə 1 ədəd qrafin 80 AZN; 39. 6 ədəd yumşaq oyuncaq yastıq 140 AZN; 40. 1 ədəd mikser 35 AZN;

41. 1 ədəd kofeüyüdən 40 AZN; 42. 1 ədəd ətçəkən maşın 280 AZN; 43. 1 ədəd şirəçəkən maşın 120 AZN; 44. 5-li qazan dəsti 70 AZN; 45. 1 ədəd ütü 80 AZN; 46. 1 ədəd uşaq məktəbli çantası 100 AZN; 47. 3 ədəd xalça 500 AZN, 200 AZN, 150 AZN; 48. 1 ədəd ayaq xalçası (doroşka) 30 AZN; 49. 1 ədəd skeyt (uşağın) 45 AZN; 50. 1 ədəd geroskuter 400 AZN; 51. 12 yemək dəsti 250 AZN; 52. 12-li çay dəsti 200 AZN; 53. 12-li kofe dəsti 150 AZN, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh1 alınaraq, İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan iddia üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar