Məhkəmə qərarları › İş №2(103)-7200/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7200/2025

18.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7200/2025 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “AAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi cəlb edilməklə cavabdehlər Hasilova Dilşad İdris qızı, cavabdeh1 və X12 qarşı mülki iş üzrə (açar sözlər: “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1, Cavabdeh Hasilova Dilşad İdris qızının, Cavabdeh Hasilov Dilşad İdris qızının nümayəndəsi (vəkili) vəkil2, Cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “AAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi cəlb edilməklə) cavabdehlər Hasilova Dilşad İdris qızına, cavabdeh1 və X12 qarşı “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 və cavabdeh Hasilova Dilşad İdris qızının nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Mediasiya Şurası Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2024-c il tarixli, MŞB/**/****-***** nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, Hasilova Dilşad İdris qızı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Ağsu Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Dilşad İdris qızı Hasilova (Məmmədova) ilə İddiaçı arasında Kürdəmir rayonunun Cəyli kənd Ərazi Bölgəsi üzrə İcra Nümayəndəliyində ##.##.1998-ci il tarixdə bağlanmış və 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. * saylı Sumqayıt “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışıdan görünür ki, Hasilova Dilşad İdris qızı “Hasilova” soyadını qəbul edərək İddiaçı ilə ##.##.1988-ci ildə Kürdəmir rayon qeydiyyat şöbəsində akt qeydi №** (nikaha daxil olanadək soyadı Məmmədova) nikah bağlamışdır. Ağsu Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi (nikahın pozulması dövlət qeydiyyatına alınmışdır ##.##.2016-cı ildə Ağsu rayon qeydiyyat şöbəsində, akt qeydi №**) nikah pozulmuşdur. İ-МЛ seriyalı, ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Xasilova Dilşad İdris qızı arasında ##.##.2016-cı il tarixdə Kamçatka diyarı X30 qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVADQ şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2016-cı il tarixdə 468 nömrə ilə qeyd edilmişdir. İ-ML seriyalı, ****** nömrəli “nikahın ləğv edilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Xasilova Dilşad İdris qızı arasında bağlanılmış nikah Kamçatka diyarı, Yelizovo məhkəmə rayonunun ** saylı məhkəmə sahəsinin dünya hakiminin ##.##.2024-cü il tarixli qərarına əsasən ləğv edilmişdir. Kamçatka diyarı Yelizovo rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *-****/**** saylı qərarından müəyyən olunur ki, Xasılova Dilşad İdris qızının iddia tələbləri təmin edilərək ##.##.1968-ci il təvəllüdlü X2 ilə ##.##.1979-cu il təvəllüdlü Xasılova Dilşad İdris qızı arasında ##.##.2024-cü il tarixində 94100039 Kamçatka diyarı X30 Qediyyatı və Arxiv İşi Agentliyinin Yelizovo rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş nikahın pozulması haqqında ********************* saylı akt qeydi ləğv edilmişdir. İ-MЛ seriyalı, ****** nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə Xasilova Dilşad İdris qızı arasında bağlanılmış nikah Yelizovo ş. ** saylı məhkəmə sahəsinin sülh hakiminin ##.##.2025-cü il tarixli qərarına əsasən pozulmuşdur. Rusiya Federasiyası Kamçatka diyarı Yelizovo şəhərinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Xasılova Dilşad İdris qızının iddia tələblərini təmin edilmiş, ## #### 1968-ci il təvəllüdlü X2 və ## ###### 1979-cu il təvəllüdlü Xasılova Dilşad İdris qızı arafsında ## ###### 2024-cü il tarixində 94100039 Kamçatka diyarı X30 Qeydiyyatı və Arxiv işi Agentliyinin Yelizovo rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş nikahın pozulması haqqında ********************* saylı akt qeydinin ləğv edilməsi qərara alınmışdır. “AAAF İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanılmış ##.##.2016-cı il tarixli “mənzilin alqı-satqısı haqqında müqavilə”nin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin ** saylı küçəsində inşa edilmiş bina 8, mərtəbə 5, ümumi sahəsi 49.7 kv.m ibarət, 1 otaqlı ** №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. “AAAF İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanılmış ##.##.2018-cı il tarixli, M-**** saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”nin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin ** saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı ** №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Hasilova Dilşad İdris qızı tərəfindən “AAAF-İnşaat” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, onunla “AAAF-İnşaat” MMC arasında imzalanmış ##.##.2018-ci il tarixli, M-**** saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki ** saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m, 2 otaqdan ibarət olan ** saylı mənzili qızı X12 adına rəsmiləşdirmək istədiyini bildirmişdir. X12 tərəfindən “AAAF-İnşaat” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Hasilova Dilşad İdris qızı ilə “AAAF-İnşaat” MMC arasında imzalanmış ##.##.2018ci il tarixli, M-**** saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki ** saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m, 2 otaqdan ibarət olan ** saylı mənzili onun adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. “AAAF İnşaat” MMC ilə X12 arasında bağlanılmış ##.##.2024-cü il tarixli, M-***** nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin ** saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı ** №-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddətdə ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. “AAAF İnşaat” MMC-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “AAAF İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanılmış, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF-Park” yaşayış massivinin, ** saylı küçə, bina 2, ** nömrəli mənzilə dair ##.##.2018-ci il tarixli M-**** nömrəli mənzilin alqı-satqı müqaviləsi ##.##.2024-cü tarixində ləğv edilmişdir. Həmin daşınmaz əmlaka dair vətəndaş X12 adına yeni ## ##### 2024-cü il tarixli M-***** nömrəli müqavilə tərtib edilmişdir. “AAAF İnşaat” MMC-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “AAAF İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanmış ##.##.2016-cı il tarixli A/**** nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçə bina 8, ** nömrəli mənzilin dəyərini təşkil edən 39.400 manat tam şəkildə ödənilmişdir. Lakin, Abşeron rayonu, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində Hasilova Dilşad İdris qızının adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.1968-ci il təvəllüdlü İddiaçı, ##.##.2001-ci il təvəllüdlü X9 və ##.##.1979-cu il təvəllüdlü Hasilova Dilşad İdris qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş elektron sistemdən komputer çıxarışından görünür ki, cavabdeh1 adına ##.##.2024-cü il tarixində “Hyundai Elantra” minik markalı **KV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ##.##.2024-cü il tarixində “X1 Prado” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. Hasilova Dilşad İdris qızı ilə cavabdeh1 arasında bağlanılmış ##.##.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”ndən görünür ki, Hasilova Dilşad İdris qızı tərəfindən **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 37.000 manat məbləğində cavabdeh1 satılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Hasilova Dilşad İdris qızına ünvanlanmış ##.##.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi “X1 Prado” markalı, 2013-cü il buraxılışlı avtomobillərin istehsalının dayandığını və “X1 Prado” markalı 2018-cü il modellərin uyğunluğunu nəzərə alaraq xahişinin texniki xidmət stansiyası və ya müvafiq təmir bazası olan avtonəqliyyat müəssisəsi şəraitində normativ tələblərə riayət edilməklə yerinə yetirilməsinə etiraz etmirlər və bildirilir ki, quraşdırmadan sonra nəqliyyat vasitəsi müvafiq sənədlərlə qeydiyyat yeri üzrə DİN Baş DYP İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinə və ya Regional Qeydiyyat-İmtahan İdarəsinə və texniki baxış şöbəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş ##.##.2024cü il tarixli məktuba əlavə edilmiş elektron sistemdən komputer çıxarışından görünür ki, “X1 Prado” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2013 olan nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixində Hailova Dilşad İdris qızının adına qeydə alınmış, ##.##.2021-ci il tarixində qeydiyyat şəhadətnaməsi dəyişdirilmiş və ##.##.2024-cü il tarixində cavabdeh1 adına qeydə alınmışdır. İşəgötürən İddiaçı ilə işçi Hasilova Dilşad İdris qızı arasında bağlanılmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsinə əsasən işəgötürən işçini aşpaz vəzifəsi ilə təmin etməyi, işçi bu əmək müqaviləsinə şərtlərinə uyğun olaraq bu işi şəxsən yerinə yetirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli */** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2013cü il buraxılışlı, ağ mirvari rəngli, dəri oturacaqlı, 152700 km yürüşlü, mühərrik tutumu 2700 kub.sm, “Toyota Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 52.100 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilmiş * saylı binanın ** saylı mənzilin orta bazar dəyəri 124.000 manat, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilmiş * saylı binanın ** saylı mənzilinin orta bazar dəyəri 40.000 manat, “Toyota Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 38.000 manat təşkil edir. “X14 Mərkəzi”-nin ##.##.2025-ci il tarixli YQDM №***- ***/**** saylı hesabatından görünür ki, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilmiş * saylı binanın ** saylı mənzilin orta bazar dəyəri 141.000 manat, ünvan 1 ünvanında “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilmiş * saylı binanın ** saylı mənzilinin orta bazar dəyəri 60.100 manat təşkil edir. ##.##.2024-cü il tarixli ************ nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi cəlb edilməklə) cavabdehlər Hasilova Dilşad İdris qızı, cavabdeh1 və X12 qarşı “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, ** saylı küçəsi, * saylı binanın 95.2 kv.m sahəsi olan ** nömrəli mənzilinin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh X12 adına rəsmiləşdirilməsi barədə ## ##### 2024-cü il tarixli M-***** saylı mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; dövlət qeydiyyat nişanı ** UA *** olan, Toyota Land-Cruiser Prado minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik- 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobilin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh cavabdeh1 adına rəsmiləşdirməsi barədə ##.##.2024-cü il tarixli BA****** saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi; ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzili, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan ** nömrəli mənzili və dövlət nömrə nişanı ** UA *** olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik – 2TR1243013, ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobili ər-arvadın ümumi əmlakı kimi iddiaçı İddiaçı 2/3 hissədən ibarət, cavabdeh Hasilova Dilşad İdris qızının 1/3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakı bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan ** nömrəli mənzili və dövlət nömrə nişanı **UA*** olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik- 2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobili iddiaçı İddiaçı fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzilin cavabdeh Hasilova Dilşad İdris qızının fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, ** saylı küçəsi, * saylı binanın 95.2 kv.m sahəsi olan ** nömrəli mənzilin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh X12 adına rəsmiləşdirilməsi barədə ## ##### 2024-cü il tarixli M-***** saylı mənzilin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, dövlət qeydiyyat nişanı ** UA *** olan, “Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik-8578197, Ban tipi-Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318 olan avtomobilin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh cavabdeh1 adına rəsmiləşdirilməsi barədə ##.##.2024-cü il tarixli BA****** saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzil, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan ** nömrəli mənzil və dövlət qeydiyyat nişanı ** UA *** olan, “Toyota Land-Cruiser” minik,B/ili 2013, ağ mirvari rəngli, mühərrik- 8578197, Ban tipi-Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318 olan olan avtomobilin ər- arvadın ümumi əmakı kimi iddiaçı İddiaçı 2/3 hissədən ibarət, cavabdeh Hasilova Dilşad İdris qızının 1\3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakın bölünərək ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.m sahəsi olan ** nömrəli mənzil və dövlət qeydiyyat nişanı ** UA *** olan, “Toyota Land- Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik-8578197, Ban tipi-Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318 olan avomobilin iddiaçı İddiaçı fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzilin cavabdeh Hasilova Dilşad İdris qızının fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızı ilə ## ###### 2016-cı il tarixində Rusiya Federasiyası, Kamçatka diyarı X30 qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin dekabr ayının 21-də 468 sayla qeyd edilmişdir (şəhadətnamənin notarial təsdiq edilmiş surəti əlavə olunur). Birgə nikahları Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayon məhkəməsinin ** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən pozulmuş və Kamçatka diyarı X30 qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində ##.##.2024-cü il tarixdə nikahın pozulması qeydə alınmışdır. (şəhadətnamənin notarial təsdiq edilmiş surəti əlavə olunur). Birgə nikahdan 3 övladları doğulmuş və onların üçü də yetkinlik yaşı keçmişdir. Birgə nikahda olduqları dövr ərzində (## ###### 2016-cı il - ## ###### 2024- cü il tarixləri) ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m olan mənzil alınmışdır. Mənzilin alqı-satqısına dair № A/**** saylı, ##.##.2016-cı il tarixli müqaviləyə əsasən. (müqavilənin surəti əlavə olunur). Bundan əlavə ##.##.2018-ci il tarixdə ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, ** nömrəli, 95.2 kv.m sahəsi olan mənzil alınmışdır (müqavilənin surəti əlavə olunur). Bundan əlavə ##.##.2021-ci il tarixdə dövlət nömrə nişanı ** UA *** olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik-2TR1243013, ban nömrəsi-JTEBX9FJ7DK113653 olan avtomobil alınmışdır. (Baş Dövlət Yol Polisi İdarəsinin məktubu əlavə olunur). O, RF-da yaşayıb işlədiyindən, qeyd olunan əmlaklar tərəfindən keçmiş arvadı Hasilova Dilşad İdris qızının adına qeydə alınmışdır. Lakin sonradan aralarında olan nikah pozulduqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, ** saylı küçə, bina 2, ** nömrəli 95.2 kv.m sahəsi olan mənzili ## ##### 2024-cü il tarixdə qızı X12 adına müqavilə əsasında keçirmiş, nömrə nişanı ** UA *** olan, “Toyota Land - Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, Mühərrik-2TR1243013, Ban nömrəsi- JTEBX9FJ7DK113653 olan avtomobili isə ##.##.2024-cü il tarixdə tanışı cavabdeh1 adına onun razılığı və məlumatı olmadan keçirmişdir. Qeyd olunan hərəkətlər qanunsuzdur və birgə nikah dövrü əldə edilmiş əmlak olduğundan onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Cavabdeh bununlada qanunvericiliyin tələblərini və onun hüquqlarını pozmuşdur. Cavabdehlə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin, ** saylı küçə, bina 2, ** nömrəli 95.2 kv.m sahəsi olan mənzilin ## ##### 2024-cü il tarixdə X12 adına rəsmiləşdirilməsinə dair M-11591 müqavilə və ** UA *** olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, Mühərrik - 2TR1243013, Ban nömrəsi - JTEBX9FJ7DK113653 olan avtomobilin ##.##.2024-cü il tarixli cavabdeh1 ilə bağlanmış BA****** saylı alqı-satqı müqaviləsi onun razılığı olmadan bağlandığından etibarsızdır. Belə ki, cavabdeh qeyd olunan əqdləri görüntü yaratmaq üçün bağlamışdır. X12 cavabdehlə birgə nikahdan olan uşaqlarından biridir və bununla cavabdeh belə bir əqd bağlamaqla gələcəkdə qeyd olunan mübahisəli mənzili kənar şəxsin adına özgəninkiləşdirməklə öz nəzarətində saxlamaq istəmişdir. ** UA *** olan, “Toyota Land-Cruiser Prado” minik, B/ili 2012, ağ mirvari rəngli, mühərrik- 2TR1243013, ban nömrəsi - JTEBX9FJ7DK113653 olan avtomobil ##.##.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Hasilova Dilşad İdris qızının adına rəsmiləşdirilir və ##.##.2022-ci il tarixdə cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququ dair etibarnamə verilir. Bundan sonra isə ##.##.2024-cü il tarixdə qeyd olunan nəqliyyat vasitəsi cavabdeh1 adına rəsmiləşdirilir və ##.##.2024-cü il tarixdə Hasilova Dilşad İdris qızına nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilir. Qeyd olunanlar bir daha sübut edir ki, cavabdeh sanki izləri itirməyə çalışır və cavabdeh1 isə onun yaxın tanışıdır. Birgə nikah dövrü əldə edilmiş əmlaklar onun gəlirləri hesabına əldə edilmiş, cavabdehin heç bir gəliri olmamış, demək olar ki, ailə təsərrüfatıda aparmamışlar. Cavabdeh birgə nikah dövrünün çox hissəsini Azərbaycanda yaşamış, ancaq qısa müddətdə gəzməyə Rusiyaya gəlmişdir. O isə 25 ildən çoxdur ki, Rusiya Federasiyası, Kamçatka diyarı, Lelizovski rayonu, Yelizovo şəhərində yaşayır və işləyir. İlin 9 ayı burada sərt qış fəsli olur, 30- 40 dərəcə şaxtada, ağır şəraitdə işləyərək pul qazanmış və onu Azərbaycanda cavabdeh Hasilova Dilşad İdris qızına göndərmiş, o da həmin əmlaklarını tar-mar etmişdir. Rusiya Federasiyası ərazisində şəxsin vergi orqanında uçota alınması haqqında ##.##.2008-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı 41********** nömrəli VÖEN verilməklə 4141 Kamçatka diyarı üzrə Rusiya FVX-nin * saylı rayonlar arası müfəttişliyi tərəfindən qeydə alınmışdır. (şəhadətnamənin surəti əlavə olunur). Fiziki şəxsin fərdi sahibkar qismində dövlət qeydiyyatı haqqında ##.##.2008-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Kamçatka diyarı üzrə Rusiya Federasiyası Vergi Xidmətinin * saylı rayonlararası müfəttişliyi tərəfindən 3084 4125400022 əsas dövlət qeydiyyat nömrəsi verilməsi ilə fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmışdır. (şəhadətnamənin surəti əlavə olunur). Rusiya Federasiyası Federal Vergi Xidməti tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş digər sənədlərdə bu xüsusatı təsdiq edir. (şəhadətnamənin surətləri əlavə olunur). Bakı şəhəri ** saylı Mediasiya Təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/**/****-***** saylı arayış alınmışdır (arayışın surəti əlavə olunur). Cavabdeh Hasilova Dilşad İdris qızının nümayəndəsi və vəkili vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddiaçı İddiaçı iddia etdiyi ünvan 1 ünvanında AAAF park yaşyış massivinin ** saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən, ümumi sahəsi 49.7 kv.metr olan mənzilə dair iddia tələbinə iddia müddəti tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində göstərir ki, Hasilova Dilşad İdris qızı ilə ## ###### 2016-cı ildən ## ###### 2024-cü il tarixədək birgə nikahda olmuşlar. Birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında AAAF park yaşyış massivinin ** saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən, ümumi sahəsi 49.7 kv.metr olan mənzil alınmışdır. Bildirir ki, həmin alqı-satqı müqaviləsi ## ###### 2016-cı ildə bağlanmışdır. Tərəflər isə nikaha ## ###### 2016-cı ildə daxil olduqlarından mənzilin alınması birgə nikah dövrünə düşmür. Əlavə edərək bildirir ki, Hasilova Dilşad İdris qızı məhkəməyə bildirmişdir ki, o, İddiaçı ilə 1998-ci ildən rəsmi nikahda olmuşlar və onların nikahı ##.##.2016-cı il Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bu barədə Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmişdir. İddiaçı nəyə görəsə Hasilova Dilşad İdris qızı ilə nikahda olma haqqında məlumatı məhkəmədən gizlətmişdir. İddiaçının iddia etdiyi ünvan 1 ünvanında AAAF park yaşayış massivinin ** saylı küçəsində bina 8 mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.metr olan mənzil Rusiyada bağlanmış birgə nikah dövrünə düşmür. Bildirirlər ki, tərəflər arasında Azərbaycanda bağlanmış nikah isə ##.##.2016-cı il Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. (##.##.2016 ildə ** №-li akt qeydi ilə Ağsu rayon qeydiyyat şəbəsində qeydiyyata alınmışdır). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyində analoq olaraq kvadratı az olan evlər götürülmüşdür. Buna görə də onlar tərəfindən mənzillərin yenidən qiymətləndirilməsi keçirilərək məhkəməyə qiymətləndirmə rəyi təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Hasilova Dilşad İdris qızının nümayəndəsi və vəkili vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında rəy verilmişdir. Hazırda iddiaçı tərəfindən verilmiş rəyə isə inanmırlar. Məhkəmə tərəfindən əldə olunmuş rəy realdır. Buna görə də məhkəmə tərəfindən əldə edilmiş rəyin nəzərə alınmasını xahiş edirlər. Həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsinin bölünməsinə qəti etiraz edirlər. Hazırki nəqliyyat vasitəsinin alınmasından iddiaçının xəbəri olmamışdır. ** saylı mənzil isə nikah dövrünə aid deyildir. Tərəflər 2016-2024-cü illərdə nikahda olublar, əmlak isə 2016-cı ilin yanvar ayında alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə saxtadır. Belə ki, tərələrin nikahı 2025-ci il tarixində pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir. «İddia tələbi qismən təmin edilsin. “AAAF-İnşaat” MMC ilə X12 arasında bağlanılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan ** nömrəli mənzilin cavabdeh X12 adına rəsmiləşdirilməsi barədə ##.##.2024-cü il tarixli M-***** nömrəli “mənzilin alqı-satqı müqaviləsi” və, “Toyota Land-Cruiser Prado minik” markalı, **UA*** dövlət qeydiyyat nişanlı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi-JTEBX3FJ30K161318) nəqliyyat vasitəsinə dair cavabdeh Hasilova Dilşad İdris qızı ilə cavabdeh cavabdeh1 arasında bağlanılmış ##.##.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. “AAAF-İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzilə dair bağlanmış ##.##.2016-ci il tarixli A/**** nömrəli və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan ** nömrəli mənzilə dair bağlanmış ##.##.2018-ci il tarixli, M- **** nömrəli müqavilələrdən əmələ gəlmiş hüquqda və “Toyota Land-Cruiser Prado minik” markalı, **UA*** dövlət qeydiyyat nişanlı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı və ½ hissədə Hasilova Dilşad İdris qızının payı müəyyən edilsin. Əmlakların dəyəri və tərəflərin paylarının nisbəti nəzərə alınmaqla, göstərilən əmlaklar onların arasında aşağıdakı qaydada bölünsün: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m olan ** nömrəli mənzil iddiaçı İddiaçı verilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m olan ** saylı mənzil və dövlət qeydiyyat nişanı **UA*** olan, “Toyota Land- Cruiser Prado minik” markalı (Buraxılış ili - 2013, ağ mirvari rəngli, mühərrik - 8578197, Ban tipi - Universal, Ban nömrəsi - JTEBX3FJ30K161318) avtomobil cavabdeh Hasilova Dilşad İdris qızına verilsin. Qanunla Hasilova Dilşad İdris qızına çatmalı olan payın tamamlanması üçün əmlakların dəyəri arasında yaranmış 46.000 manat məbləğində fərqin ½ hissəsi iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait İddiaçı və 50 manat məbləğində vəsait Hasilova Dilşad İdris qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait İddiaçı və 150 manat məbləğində vəsait Hasilova Dilşad İdris qızından tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin.» Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir: cavabdeh Hasilova Dilşad İdris qızı ilə X12 arasında ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilinə dair bağlanılmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh Hasilova Dilşad İdris qızı ilə cavabdeh cavabdeh1 arasında “Toyota Land-Cruiser” minik markalı **UA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış ##.##.2024cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü. Məhkəmə iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsini “Toyota Land-Cruiser” minik markalı **UA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilinin birgə nikah dövründə əldə edilmiş əmlak olması və həmin əmlakların cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən onun razılığı olmadan özgəninkiləşdirilməsi ilə əsaslandırmışdır. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızı ##.##.1998-ci il tarixdə nikaha daxil olmuş, nikah Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən 13 nömrə ilə qeyda alınmış, Ağsu Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2016-cı il tarixində ** nömrəli akt qeydi ilə qeydə alınmışdır. Tərəflər yenidən ##.##.2016-cı il tarixində Rusiya Federasiyası Kamçatka diyarında nikaha daxil olmuşlar. Qeyd edilən nikahın pozulması tarixi isə işin mübahisəli halıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən ****** nömrəli, ##.##.2024-cü il tarixli “nikahın ləğv edilməsi haqqında şəhadətnamə”yə əsasən nikah Kamçatka diyarı, Yelizova məhkəmə rayonunun ** saylı məhkəmə sahəsinin dünya hakiminin ## ###### 2024-cü il tarixli qərarı ilə, cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən təqdim edilmiş ****** nömrəli, ##.##.2025-ci il tarixli “nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən isə nikah Yelizova şəhəri, ** saylı məhkəmə sahəsinin sülh hakiminin ## ###### 2025-ci il tarixli qərarına əsasən pozulmuşdur. Bununla belə işin mübahisəsiz halıdır ki, tərəflər arasında olan münasibətlər 2023-cü ilin sentyabr ayından sonra pozulmuşdur. Belə ki, cavabdeh Hasilova Dilşad İdris qızı bildirmişdir (##.##.2024-cü il tarixli iclas) ki, iddiaçı ilə 2016-cı il tarixində yenidən nikaha daxil olduqdan sonra ailə kimi birlikdə yaşamışlar, 2023-cü ilin sentyabr ayında iddiaçı onu gülə-gülə Bakıya yola salmış, daha sonra isə məlumatı olmuşdur ki, iddiaçı onu Bakıya yola saldıqdan sonra onun məlumatı olmadan nikahı pozmuşdur. Mübahisə obyekti olan “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Hasilova Dilşad İdris qızının adına qeydiyyata alınmış, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən bina 2, ** nömrəli mənzil isə ##.##.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Hasilova Dilşad İdris qızı tərəfindən satın alınmışdır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından göründüyü kimi mübahisə obyekti olan əmlaklar tərəflərin nikah müddətində və əvəzli əqd əsasında əldə edilmişdir. Həmin əmlakın ər-arvadın hər birinin mülkiyyəti hesab edilməsi üçün əsas olan hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli nəqliyyat vasitəsi və mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan həmin əmlaklara dair bağlanılmış əqd iddiaçı İddiaçı maraqlarına toxunduğu üçün onun birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin mübahisəli, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilə dair bağlanılmış ##.##.2024-cü il tarixli və “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış ##.##.2024-cü il tarixli alqı-satqı müqavilələrinin onun razılığını alınmadan bağlanıldığı üçün etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, işin müəyyən edilmiş halıdır ki, mübahisəli nəqliyyat vasitəsi və mənzilə dair cavabdehlər arasında bağlanılmış alqı-satqı müqavilələri iddiaçının iradə ifadəsi, razılığı olmadan bağlanılmışdır. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızı arasında olan münasibətlər 2023-cü ilin sentyabr ayından sonra pozulmuş, cavabdeh Hasilova Dilşad İdris qızı iddiaçının onunla bağlanılmış nikaha onun razılığı olmadan xitam verməsi barədə artıq 2024-cü ilin əvvəlində məlumatlı olmuşdur. Belə ki, Hasilova Dilşad İdris qızı ##.##.2024-cü il tarixli məhkəmə iclasında 2024-cü ilin fevral ayında oğlunun ona atasının onunla olan nikahı pozması barədə məlumat verdiyini bildirmişdir. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, iddiaçı İddiaçı 2024-cü ilin mart ayında Azərbaycan Respublikasına gəlmiş, ## #### 2024-cü ildə vəkil-nümayəndəsinə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında iddiaçının vəkil-nümayəndəsi “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi” ilə mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəfindən isə hazırda mübahisələndirilən müqavilələr həmin etibarnamə verildiyi vaxtdan sonra ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində bağlanılmışdır. Qeyd edilən hallar onu göstərir ki, cavabdeh Hasilova Dilşad İdris qızı iddiaçının əmlak tələbinin olması barədə məlumatı olmuş və əmlakları bölgüdən yayındırmaq üçün həmin əmlakları başqa şəxsin adına rəsmiləşdirmişdir. Ən əsası isə cavabdehin sözegedən müqavilələrin bağlanılması zamanı əsl məqsədinin həmin əmlakları əmlak bölgüsündən yayındırmaq olması onun özünün ##.##.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahat ilə öz təsdiqini tapmışdır. Belə ki, o, izahatında bildirmişdir ki, iddiaçı ona evləri öz qohumlarının adına keçirəcəyini bildirdiyindən o evi qızının adına keçirmişdir. Yəni işin faktiki hallarından görünür ki, cavabdeh Hasilova Dilşad İdris qızı iddiaçının ona qarşı əmlak tələbi olması barədə məlumatlı olmuş və həmin əmlakları bölgüdən yayındırmaq üçün hazırda mübahisələndirilən müqavilələri bağlamışdır. İddiaçı tərəfindən vəkilnümayəndəsinə ##.##.2014-cü il tarixdə etibarnamə verilməsi və cavabdeh tərəfindən isə sözügedən müqavilələrin həmin etibarnamə verildikdən sonra bağlanılması iddiaçının hazırda mübahisələndirilən müqavilələrin bağlanılmasında razılığı olmadığını göstərir. Hazırki işin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlər X12 və cavabdeh1 vicdanlı alıcı hesab edilə bilməz. Belə ki, cavabdeh X12 iddiaçı və cavabdeh Hasilova Dilşad İdris qızının qızı, cavabdeh cavabdeh1 isə ailəni əvvəldən tanıyan şəxs olaraq sözügedən əmlakların iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızının birgə nikahı dövründə əldə etdikləri əmlaklar olması barədə məlumatlı olmuşlar. Yəni həmin əmlakların Hasilova Dilşad İdris qızı tərəfindən özgəninkiləşdirilməsi üçün iddiaçının da razılığının alınmalı olması barədə məlumatlı olan şəxs olmuşlar. ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilə dair “AAAF İnşaat” MMC ilə cavabdeh X12 arasında bağlanılmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin tərəflərin real iradə ifadəsinin nəticəsi olmaması, formal olaraq bağlanılması işin mübahisəsiz halıdır. Qeyd edildiyi kimi cavabdeh Hasilova Dilşad İdris qızı öz izahatı ilə həmin müqavilənin real alqı-satqı müqaviləsi olmadığını, həmin evi qızının adına rəsmiləşdirmə səbəbinin iddiaçının həmin evi qohumlarına vermək niyyəti ilə bağlı olduğunu təsdiq etmişdir. İşin tədqiq edilən halları həmçinin “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdeh Hasilova Dilşad İdris qızı ilə cavabdeh cavabdeh1 arasında bağlanılmış müqavilənin real iradə ifadəsinin nəticəsi olmadığı, cavabdeh cavabdeh1 vicdanlı alıcı olmadığı nəticəsinə gəlməyə əsas verir. Hazırda iddiaçı İddiaçı tərəfindən mübahisələndirilən hər iki müqavilənin eyni vaxtda (01 aprel və ## ##### 2024-cü il) bağlanılması da təsadüfi hesab edilə bilməz. Yəni cavabdeh Hasilova Dilşad İdris qızının mənzili iddiaçı tərəfindən qohumlarının adına rəsmiləşdirilməməsi üçün qızının adına keçirməsi ilə eyni vaxtda nəqliyyat vasitəsinə dair cavabdeh cavabdeh1 ilə real alqı-satqı münasibətlərinə daxil olması ağlabatan deyildir. İşin digər faktiki halı odur ki, cavabdehlər arasında “Toyota Land-Cruiser” minik markalı **UA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra cavabdeh cavabdeh1 tərəfindən həmin alqı-satqı müqaviləsinin bağlanıldığı gün iddiaçıya ##.##.2029-cu il tarixinədək nəqliyyat vasitəsini istifadə etmək hüququna dair etibarnamə verilmişdir. Bu zaman sual yaranır ki, əgər həqiqətən də məqsəd real alqı-satqı münasibətlərinə daxil olmaq olubsa, nə üçün avtomobili öz mülkiyyətinə qəbul etdiyi gün ona satan şəxsə, yəni cavabdeh Hasilova Dilşad İdris qızına idarə etmək üçün etibarnamə vermişdir. Cavabdehlər izahatlarında Hasilova Dilşadın nəvələrini rayona aparmaq üçün nəqliyyat vasitəsinə ehtiyacı olduğu üçün etibarnamə verildiyini bildirsələr də, qeyd edilən hadisələrin eyni günə təsadüf etməsi isə ağlabatan deyildir. Həmçinin məhkəmə iclasında tərəflər nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması ilə bağlı ziddiyətli izahat vermişlər. Belə ki, cavabdeh Hasilova Dilşad İdris qızı izahatında (##.##.2024-cü il tarixli məhkəmə iclası) bildirmişdir ki, hazırki mübahisə obyekti olan nəqliyyat vasitəsini 2021-ci ildə, əvvəlki avtomobilin satışından əldə edilmiş 24.000 manat pul vəsaitinin üzərinə əlavə pul vəsaiti qoymaqla, 32.000-33.000 manata satın almış, daha sonra həmin nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş, bu səbəbdən nəqliyyat vasitəsini cavabdeh cavabdeh1 30.000 manata satmış, onun öncədən cavabdeh1 10.000 manat borcu olduğu üçün, cavabdeh1 həmin borcu çıxmaqla ona 20.000 manat məbləğində pul vəsaiti vermişdir. Daha sonrakı məhkəmə iclasında isə cavabdeh izahatını dəyişərək, nəqliyyat vasitəsini 33.000 ABŞ dollarına satın aldığını bildirmişdir. Cavabdeh cavabdeh1 isə izahatında (##.##.2024-cü il tarixli məhkəmə iclası) bildirmişdir ki, Hasilova Dilşad İdris qızı ona nəqliyyat vasitəsi almaq istədiyini, lakin 10.000 manat pulu çatmadığını bildirmiş və həmin vəsaiti ondan istəmişdir. O da 10.000 manat məbləğində pul vəsaitini borc olaraq Hasilova Dilşad İdris qızına vermişdir. Hasilova Dilşad İdris qızı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra nəqliyyat vasitəsini 30.000 manata satdığını bildirmiş, o, Hasilova Dilşadın ona öncədən 10.000 manat borcu olduğundan ona 20.000 manat məbləğində pul vəsaitini verməklə nəqliyyat vasitəsini satın almışdır. Həmin nəqliyyat vasitəsini 2023-cü ildə Hasilova Dilşad İdris qızı Kamçatkaya getməmişdən öncə (iş materiallarına əsasən 2023-cü ilin fevral ayından gedib) satın almış, lakin adına rəsmiləşdirməmişdir. Daha sonra iddiaçı ilə Hasilova Dilşad arasında əmlak mübahisəsi olduğunu bildikdə onu öz adına rəsmiləşdirmişdir. Məhkəmə tərəfindən cavabdeh cavabdeh1 ilə nə üçün nəqliyyat vasitəsini satın aldığı zaman, 2023-cü ildə adına rəsmiləşdirmədiyi aydınlaşdırıldıqda cavabdeh bildirmişdir ki, o, nəqliyyat vasitəsini satın alarkən ilk öncə onun dəyərinin 12.000 manat hissəsini ödəmiş, 8.000 manat məbləğində hissəsini isə 2023-cü ilin sentyabr ayında Hasilova Dilşad İdris qızı Rusiya Federasiyasından qayıtdıqda ödəmişdir. Bu zaman sual yaranır ki, 2023-cü ilin sentyabr ayında nəqliyyat vasitəsinin satın alma qiyməti tam şəkildə ödənilmişdirsə, nə üçün 2024-cü ilin aprel ayınadək rəsmiləşdirilməmişdir. Göründüyü kimi cavabdehlərin verdikləri izahatlar zidiyyətli olmaqla, ağlabatan deyildir. Belə ki, işin faktiki halıdır ki, mübahisə obyekti olan nəqliyyat vasitəsi cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən 2021-ci ilin yanvar ayının 21-də satın alınmışdır. Cavabdeh cavabdeh1 bildirdiyinə əsasən həmin nəqliyyat vasitəsi satın alınan zaman cavabdeh Hasilova Dilşad tərəfindən ondan 10.000 manat məbləğində pul vəsaiti borc olaraq alınmışdır. Bu zaman sual yaranır ki, nə üçün həmin məbləğ 2023-cü ilədək, yəni cavabdeh cavabdeh1 tərəfindən cavabdeh Hasilova Dilşaddan həmin nəqliyyat vasitəsi satın alındığı vaxtadək ödənilməmişdir. Halbuki, tərəflərin izahatına əsasən mənzillərin kirayə haqqları cavabdeh1 tərəfindən toplanılaraq Hasilova Dilşad İdris qızına ödənilmişdir. Yəni borcu tələb etməsi üçün əsası və kifayət qədər zamanı olmuşdur. Digər faktiki hal odur ki, cavabdeh cavabdeh1 adına qeydiyyata alınmış nəqliyyat vasitələri yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdehin adına ##.##.2022-ci il tarixində “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bu zaman sual yaradan məqam odur ki, nə üçün cavabdeh cavabdeh1 ##.##.2022-ci il tarixinədək nəqliyyat vasitəsi almamış, cavabdeh Hasilova Dilşad İdris qızına borc verdiyi vaxtdan (##.##.2021) bir il yarım sonra (##.##.2022) özünə nəqliyyat vasitəsi satın almış, ondan 2-3 ay sonra isə (2023-cü ilin fevral ayının 23-dək) mübahisə obyekti olan nəqliyyat vasitəsini satın almışdır. Həmçinin nəqliyyat vasitəsini qeyd etməsinə əsasən Hasilova Dilşad İdris qızı getməmişdən öncə onun dəyərinin 12.000 manat hissəsini, sentyabr ayında isə 8.000 manat hissəsini ödəməklə satın almasına baxmayaraq adına rəsmiləşdirməmiş, yalnız 2024-cü ilin ##.##.2024-cü il tarixində, yəni iddiaçı ilə cavabdeh Hasilova Dilşad arasında əmlak mübahisələri yaranan zaman adına rəsmiləşdirmişdir. Həmçinin cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən 32.000-33.000 manat ödəməklə satın alınmış nəqliyyat vasitəsini qəzalı vəziyyətdə 30.000 manat ödəməklə satın alması və əlavə 12.000 manat xərc çəkməsi də məhkəmə tərəfindən ağlabatan olaraq qiymətləndirilməmişdir. İşin müəyən edilmiş halları onu deməyə əsas verir ki, mübahisəli nəqliyyat vasitəsinə dair cavabdehlər Hasilova Dilşad İdris qızı ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılan zaman tərəflərin iradə ifadəsi real alqısatqı münasibətlərinə daxil olmağa yönəlməmişdir. Həmin müqavilə Hasilova Dilşad İdris qızı tərəfindən mənzil kimi nəqliyyat vasitəsini də iddiaçı ilə əmlak bölgüsündən yayındırmaq məqsədi ilə bağlanılmışdır. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, mübahisəli nəqliyyat vasitəsi və mənzilə dair bağlanılmış müqavilələr tərəflərin qarşılıqlı iradə ifadələrinin nəticəsi olmamışdır. Halbuki mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsidir. Məhkəmə qeyd etmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, cavabdeh Hasilova Dilşad İdris qızı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə və “AAAF İnşaat” MMC ilə cavabdeh X12 arasında bağlanılmış ##.##.2024-cü il tarixli müqavilə tərəflərin həmin əqdə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan, görünüş üçün bağlanan əqd olduğundan bağlandığı andan etibarsız, yəni arzu olunan hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh Hasilova Dilşad İdris qızı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə və “AAAF İnşaat” MMC ilə cavabdeh X12 arasında bağlanılmış ##.##.2024-cü il tarixli müqavilə etibarsız hesab edildiyi üçün əqdin etibarsızlığının nəticələri tətbiq edilməli və mübahisə obyekti olan nəqliyyat vasitəsi Hasilova Dilşad İdris qızının mülkiyyətinə və mənzil isə sahibliyinə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzil, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzil və “Toyota Land-Cruiser” minik markalı **UA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun 2/3 hissədə, cavabdeh Hasilova Dilşad İdris qızının 1/3 hissədə pay hüququnun müəyyən edilməsi tələbini həmin əmlakların birgə nikah dövründə onun vəsaiti hesabına satın alınması ilə əsaslandırmışdır. Cavabdeh Hasilova Dilşad İdris qızının vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilinə münasibətdə üç illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək həmin əmlaka münsibətdə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin vəkil-nümayəndəsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət verilmiş əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır. Belə ki, müəyyən edilmişdir ki, ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzili cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satın alınmış və həmin əmlak alınan zaman tərəflər nikahda olmuşlar. Həmin mənzil alındıqdan sonra tərələr arasında bağlanılmış nikah Ağsu Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, daha sonra tərələr yenidən ##.##.2016-cı il tarixində nikaha daxil olmuşlar. Tərəflər arasında ailə münasibətləri yenidən bərpa olunduqdan sonrakı müddətdə sözügedən mənzilin hər iki tərəfin razılığı ilə kirayəyə verilməsi də işin mübahisəsiz halıdır. Məhkəmə cavabdeh Hasilova Dilşad İdris qıznın vəkil-nümayəndəsinin həmin mənzilə münasibətdə iddia müddətinin ötməsi ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, işin qeyd edilən faktiki halları onu deməyə əsas verir ki, həmin mənzilə münasibətdə iddia müddətinin ötməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, həmin mənzilə münasibətdə iddia müddətinin axımının başlanılması işin mübahisəli halıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən əmlaklar birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edildiyi və İddiaçı həmin əmlaklar üzərində pay hüququnun müəyyən edilməsini tələb etdiyi üçün həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilməlidir.İddiaçı X21 birgə nikah dövründə əldə edilmiş sözügedən əmlakların onun vəsaiti hesabına satın alınmasını bildirməklə, iddia tələbində qeyd edilən mübahisəli əmlakların üzərində 2/3 hissədə onun və 1/3 hissədə Hasilova Dilşad İdris qızının payının müəyyən edilməsini xahiş etmişdir. Lakin bir qayda olaraq ər-arvad arasında əmlak bölgüsü zamanı əmlak üzərində paylar bərabər hesab edilir. Lakin qanunla müəyyən edilmiş istisna hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. İstisna hallar isə məhdud həcmdə müəyyən edilmişdir. Yalnız yuxarıda göstərilən halların mövcudluğu halında məhkəmə qeyri-bərabər pay bölgüsü barədə qərar qəbul edə bilər. Hazırki mülki iş üzrə isə tərəflərin əmlak üzərində payların həcminin qeyri-bərabər müəyyən edilməsi, tərəflər arasında qeyri-bərabər əmlak bölgüsü aparılması üçün qanunverici tərəfindən müəyyən edilmiş istisna hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd etmişdir ki, “AAAF- İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanılmış ##.##.2016-cı il tarixli və ##.##.2018-ci il tarixli müqavilələr üzrə əmələ gəlmiş hüquqda və “Toyota Land-Cruiser” minik markalı **UA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı və ½ hissədə Hasilova Dilşad İdris qızının payı müəyyən edilməli, mülki iş üzrə tərəflər arasında əmlak bölgüsü ilə bağlı razılıq olmadığından bölgü məhkəmə tərəfindən əmlakların dəyəri, tərkibi nəzərə alınmaqla aparılmalıdır. İşin faktiki halıdır ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların tərkibinə iki mənzil və bir nəqliyyat vasitəsi daxildir. Mənzillərin dəyəri arasında isə əhəmiyyətli fərq (124.000 manat və 40.000 manat) vardır. Belə olan halda, tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər pay hüququna malik olduqlarından, ilk növbədə əmlakların dəyəri arasında olan balansın qorunması üçün nəqliyyat vasitəsi daha az dəyərə malik olan mənzilin verildiyi tərəfə verilməlidir. Yəni birgə nikah dövündə ədlə edilmiş əmlaka daxil olan “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil tərəflərdən birinə, 124.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzil isə digərinə verilməlidir. Belə olan halda tərəflərdən birinə ümumi dəyəri 124.000 manat olan mənzil, digərinə isə birlikdə ümumi dəyəri 78.000 manat olan mənzil və nəqliyyat vasitəsi verilməlidir. İddiaçı İddiaçı və cavabdeh Hasilova Dilşad İdris qızı birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər pay hüququna malik olduqlarından qeyd edilən qaydada aparılan bölgü zamanı tərəflərdən birinə dəyəri qanunla ona çatmalı olan əmlakdan artıq dəyərdə olan əmlak, digərinə isə əksinə daha az əmlak verilir. Belə olan halda qanunla ona çatmalı olan paydan daha az dəyərdə olan əmlakın verildiyi tərəfə qanunla ona çatmalı olan əmlakın tamamlanması üçün qanunla ona çatmalı olan paydan daha çox dəyərə malik əmlakın verildiyi tərəfdən həmin payın əvəzi tutulmaqla pay tamamlanmalıdır. Hazırki halda isə məhkəmə tərəfindən qiymət verilməli olan məsələ “Toyota Land - Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzilin və 124.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilin tərəflərdən hansına verilməsidir. Məhkəmə qeyd etmişdir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər Rusiya Federasiyasında yaşayır və orada işləyirlər. Tərəflərdən iddiaçı Azərbaycan Respublikasına az hallarda gəlir və gəldiyi zaman uzun müddət yaşamır. Cavabdeh Hasilova Dilşad İdris qızı isə iddiaçıya münasibətdə daha tez-tez gəlir və uzun müddət yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə də müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsi bir qayda olaraq cavabdeh Hasilova Dilşad İdris qızının istifadəsində olmuşdur. Belə olan halda məhkəmə işin qeyd edilən faktiki halını nəzərə alaraq “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 40.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzilin cavabdeh Hasilova Dilşad İdris qızı və 124.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilin isə iddiaçı İddiaçı verilməli, əmlakların dəyəri arasında yaranmış 46.000 manat məbləğində fərqin ½ hissəsi isə iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızənın xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də həll edərək iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat və qiymətləndirmə xidmətinin dəyəri olan 300 manat məbləğində vəsaitin iddiaçı İddiaçı və cavabdeh Hasilova Dilşad İdris qızı arasında bərabər şəkildə bölünməsi, iddiaçı İddiaçı 50 (əlli) manat və cavabdeh Hasilova Dilşad İdris qızından 50 (əlli) manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və qiymətləndiricinin xidmət haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində vəsaitin iddiaçı İddiaçı və 150 (bir yüz əlli) manat məbləğində vəsaitin cavabdeh Hasilova Dilşad İdris qızından tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 36.1, 36.3, 36.4, 37.1, 37.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5, 222.1, 223.3, 225.1, 225.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə # ###### 2019-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 1# ##### 2021ci il tarixli Qərarına, “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayyəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdehlər Hasilova Dilşad İdris qızı, cavabdeh1 və X12 qarşı “birgə nikah dövrü əldə edilmiş əmlakın bölünməsi, daşınmaz əmlaka və avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında, “AAAF” Park yaşayış massivinin, ** saylı küçəsi, * saylı binanın 95.2 kv.metr sahəsi olan ** nömrəli mənzilin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh X12 adına rəsmiləşdirilməsi barədə ## ##### 2024-cü il tarixli, M-***** saylı mənzilin alqı-satq müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, dövlət qeydiyyat nişanı **-UA-*** olan, “Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli, mühərrik-8578197, Ban tipi Universal, Ban nömrəsi-JTEBX 3FJ30K161318 olan avtomobilin cavabdeh Hasilova Dilşad İdris qızının adından cavabdeh cavabdeh1 adına rəsmiləşdirilməsi barədə ##.##.2024-cü il tarixli, BA****** saylı alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 1 ünvanında, “AAAF” Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m.olan ** saylı mənzil, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.metr sahəsi olan ** nömrəli mənzil və dövlət qeydiyyat nişanı **-UA-*** olan,“Toyota Land-Cruiser” minik, B/ili 2013, ağ mirvari rəngli mühərrik-8578197, Ban tipi-U niversal, Ban nömrəsi JTEBX3FJ30K161318 olan olan avtomobilin ər-arvadın ümumi əmlakı kimi iddiaçı İddiaçı 2/3 hissədən ibarət, cavabdeh Hasilova Dilşad İdris qızının 1\3 hissədən ibarət payının müəyyən olunması, ümumi əmlakın bölünərək ünvan 6 mirvari ünvanında, “AAAF” Park yaşayış massivində, ** saylı küçə, bina 2, 95.2 kv.metr sahəsi olan ** nömrəli mənzil və dövlət qeydiyyat nişanı **-UA-*** olan,“X1” minik, B/ili 2013, ağ rəngli, mühərrik-8578197, Ban tipi-U niversal, Ban nömrəsi JTEBX3FJ30K161318 olan avomobilin iddiaçı İddiaçı fərdi mülkiyyətinə, ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsi, bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.metr olan ** saylı mənzilin cavabdeh Hasilova Dilşad İdris qızının fərdi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 37.2-ci maddəsinə əsasə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bildirir ki, birgə nikah dövrü əldə edilmiş əmlaklar iddiaçının gəlirləri hesabına əldə edilmiş, cavabdehin heç bir gəliri olmamış, demək olar ki, ailə təsərrüfatı da aparmamışlar. Cavabdeh birgə nikah dövrünün çox hissəsini Azərbaycanda yaşamış, ancaq qısa müddətdə gəzməyə Rusiyaya gəlmişdir. İddiaçı isə 25 ildən çoxdur ki, Rusiya Federasiyası, Kamçatka diyarı, Lelizovski rayonu, Yelizovo şəhərində yaşayır və işləyir. İlin 9 ayı burada sərt qış fəsli olur, 30-40 dərəcə şaxtada, ağır şəraitdə işləyərək pul qazanmış və onu dövlət rüsumunun ödənilməsi haqqında məlumat Azərbaycanda cavabdeh Hasilova Dilşad İdris qızına göndərmiş, o, da həmin əmlaklarını qanunsuz istifadə etmişdir. Belə ki, Rusiya Federasiyası ərazisində şəxsin vergi orqanında uçota alınması haqqında ##.##.2008ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı 41********** nömrəli, VÖEN verilməklə 4141 Kamçatka diyarı üzrə Rusiya FVx-nin* saylı rayonlar arası müfəttişliyi tərəfindən qeydə alınmışdır. Fiziki şəxsin fərdi sahibkar qismində dövlət qeydiyyatı haqqında ##.##.2008-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Kamçatka diyarı üzrə Rusiya Federasiyası Vergi xidmətinin * saylı rayonlar arası müfəttişliyi tərəfindən 3084 4125400022 əsas dövlət qeydiyyat nömrəsi verilməsi ilə fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmışdır. Rusiya Federasiyası Federal Vergi xidməti tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş digər sənədlərdə bu xüsusatı təsdiq edir. Tərəfindən birinci instansiya məhkəməsinə kifayət qədər əmlakın alınmasına sərf olunmuş vəsaitin onun tərəfindən verilməsini bildirməsinə baxmayaraq məhkəmə onun iddia tələbini qismən təmin etmişdir, halbuki cavabdeh bununla bağlı Rusiya Federasiyasında aşbaz işləməsi ilə bağlı subut təqdim etmişdir ki, onun aylıq maaşı ilə bu evlərin alınması qeyri-mümkündür. Tərəfindən təqdim edilmiş sübutlara əsasən, hesab edir ki, onun 2/3 hissədə payı müəyyən olunmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qiymətləndirmə keçirilməsi barədə qərardad qəbul edilmiş və qiymətləndirmənin keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir.“ xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, Qiymətləndirmə hesabatına əsasən birgə nikah dövründə əldə edilmiş əmlakların bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: ünvan 4 ünvanı, “AAAF 2 Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil – 124.000 manat; ünvan 4 ünvanı, “AAAF” Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil – 40.000 manat; “Toyota Land-Cruiser- Prado” minik markalı **- UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 38.000 manat. Tərəflərindən məhkəməyə “Yeni Dövr” Qiymətləndirmə mərkəzinin YDQM № ***-***/**** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyi təqdim edilmişdir. Qeyd olunan rəydə ünvan 4 ünvanı, “AAAF” Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil – 141.000 manat; ünvan 4 ünvanı, “AAAF” Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil 60.100 manat qiymətləndirilmişdir. Bildirir ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında qiymətləndirməyə təqdim edilən obyektlərin dəyərinin müqayisə edilməsi üçün vacib müqayisə obyektləri düzgün seçilməmiş, həmçinin müqayisə elementləri üzrə daha aşağı sahəsi olan mənzillər seçilmişdir ki, buda sonda mənzillərin dəyərini kifayət qədər azalmasına səbəb olmaqla nəticə etibarilə ümumi bölgü zamanı onun qanunla qorunan hüquqları pozmuşdur. Hesab edir ki, iş üzrə yenidən qiymətləndirmə keçirilməlidir. Cavabdeh Hasilova Dilşad İdris qızının nümayəndəsi (vəkili) vəkil2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.metr olan ** saylı mənzilə və “Toyota Land- Cruiser Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hissədə iddianın rədd edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m. olan ** nömrəli mənzilə dair bağlanmış ##.##.2018-ci il tarixli, M-**** nömrəli müqavilələrdən əmələ gəlmiş hüquqda mənzil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Hasilova Dilşad İdris qızının payının müəyyən edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.metr olan ** nömrəli mənzilin iddiaçı İddiaçı verilməsi, qanunla Hasilova Dilşad İdris qızına çatmalı olan pay, yəni 62.000 manat pulun iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən bildirmişdir ki, o, cavabdeh Hasilova Dilşad İdris qızı ilə birgə nikahda olduqları dövr ərzində (## ###### 2016-cı il - ## ###### 2024-cü il tarixləri) ünvan 1 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m. olan mənzil Mənzilin alqı-satqısına dair № A/**** saylı, ##.##.2016-cı il tarixli müqaviləyə əsasən, alınmışdır. Rusiya Federasiyası, Kamçatka diyarı X30 qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin dekabr ayının 21-də 468 sayla qeyd edilmişdir. Birgə nikahları Rusiya Federasiyası, Kamçatka diyarı, Yelizovo rayon məhkəməsinin ** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən pozulmuş və Kamçatka diyarı X30 qeydi və arxiv işləri Agentliyinin Yelizovo rayonu VVAQ şöbəsində ##.##.2024-cü il tarixdə nikahın pozulması qeydə alınmışdır. İddiaçı məhkəməyə müraciət edərkən əvvəllər nikahda olduğunu bildirməmiş və yalnız Rusiya Federasiyasında bağlanmış nikahı iddia ərizəsində göstərmişdir. Rusiya Federasiyasında bağlanmış nikah isə ## ###### 2016-cı ildə baş tutmuşdur. Xırdalan şəhəri, H.Əliyev küçəsi 167 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m. olan mənzil ##.##.2016-cı il tarixdə cavabdeh2 adına alınmışdır. Bu tarixlərdən görünür ki, mənzil əldə edilərkən tərəflər rəsmi nikahda olmamışlar. Xırdalan şəhəri, H.Əliyev küçəsi 167 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m. olan mənzil birgə nikah dövründə əldə edilmədiyindən bölgü obyekti ola bilməzdi. Həmçinin bildirir ki, İddiaçı məhkəməyə Rusiya Federasiyasında guya nikahın pozulmasına dair sənəd təqdim etmişdir. Həmin sənədə görə tərəflər arasında nikah ## ###### 2024-cü il tarixdə pozulmuşdur. Ancaq Hasilova Dilşad İdris qızı nikahın pozulması haqqına şəhadətnamə üçün müraciət etdikdə bildirmişlər ki, nikah pozulmamışdır. Bundan sonra Hasilova Dilşad İdris qızı nikahin pozulması üçün müraciət etmiş və ## #### 2025-ci ildə nikahın pozulmasına dair şəhadətnamə almışdır. Buda bir daha göstərir ki, nikahın pozulmasına dair ilkin sənəd saxtadır. Bildirir ki, 2024-cü ildə tərəflər rəsmi nikahda olmuşlar və dövlət nömrə nişanı ** UA *** olan, “Toyota Land-Cruiser Prado” olan avtomobilin ##.##.2024-cü il tarixli cavabdeh1 ilə bağlanmış BA****** saylı alqı-satqı müqaviləsi onun razılığı ilə bağlanmışdır. cavabdeh1 onun dostu və sirdaşı olmuşdur. Avtomobil satıldıqdan sonra Sərvər özü xahiş etmişdir ki, cavabdeh1 Hasilova Dilşada etibarnamə versin ki, birdən rayona getmək lazım olarsa Dilşad ondan istifadə etsin. Bir daha bildirir ki, cavabdeh1 İddiaçı dostu olub. Göründüyü kimi, İddiaçı ## #### 2016-cı ilədək Hasilova Dilşad İdris qızı ilə birgə nikahda olduğunu məhkəmədən gizlətmişdir. Nəzərə alınsa ki, Xırdalan şəhəri, H.Əliyev küçəsi 167 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m. olan mənzil ##.##.2016-cı il tarixdə Hasilova Dilşadın adına alınmışdır və ##.##.2016-cı ildən nikah pozulduqdan sonra 9,3 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində İddiaçı nikah dövründəki əmlaka iddia edə biləcəyini bilməli idi. Əgər nikah pozulduqdan sonra Hasilova Dilşad əmlaka sahib olmuş, istifadə etmiş, kirayə vermiş və qarşı tərəf buna etiraz etməyibsə, deməli o, öz hüququndan xəbərdar olub, amma iddia qaldırmayıb. Hasilova Dilşad İdris qızı həmin mənzili təkbaşına idarə edibsə və qarşı tərəf ilərlə heç bir hüquq tələb etməyibsə, bu da hüququn pozulduğunu bildiyini göstərir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 ilik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri ## #### 2019 cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 ilik iddia müddətinin axımı Azərbaycan Respublikası Mulki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bildirir ki, 2016-cı ildən başlayaraq həmin mənzil 3 dəfə ayrı-ayrı şəxslərə kirayəyə verilmişdir və bu barədə İddiaçı xəbəri olmuşdur. O öz hüquqlarının pozulduğunu bilmişdir. Bildirir ki, Nizami Rayon Məhkəməsi tərəfindən İddiaçı dindirilərkən (telefon vasitəsilə) bildirmişdir ki, o, cavabdeh1lə dost olmuş, evin kirayə verməsində, kirayə pullarının yığilmasında köməklik etməsini xahiş etmişdir. Buda bir daha göstərir ki, o öz hüquqlarının pozulduğunu bilmişdir. Məhkəmə bu faktları aydınlaşdırmamışdır. Nizami Rayon Məhkəməsinə təqdim olunmuş nikahın pozulması haqqında iki sənəd mövcud olmuşdir. Onlardan hansının həqiqi, hansının saxta olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. 2016-cı ildən başlayaraq həmin mənzil 3 dəfə ayrı-ayrı şəxslər kirayəyə verilmişdir və bu barədə İddiaçı xəbəri olmuş, o öz hüquqlarının pozulduğunu bilmişdir. İddiacı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızı ilə ## ###### 2016-cı il tarixində Rusiya Federasiyası, Kamçatka diyarında nikahda olduğunu ərizəsində göstərdiyindən, Xırdalan şəhəri, H.Əliyev küçəsi 167 ünvanında, AAAF Park yaşayış massivinin ** saylı küçəsində bina 8, mərtəbə 5-də yerləşən ümumi sahəsi 49.7 kv.m. olan mənzil birgə nikah dövründə alınmadıgı üçün tam şəkildə Hasilova Dilşad İdris qızınınn sahibliyində qalmalıdır. Nizami Rayon Məhkəməsinə təqdim olunmuş nikahın pozulması haqqında iki sənəd mövcud olmuş, onlardan hansının həqiqi, hansının saxta olması məhkəmə tərəfindən aydınlaşdırılmamış və səhv qənaətə gəlinmişdir. Belə ki, Hasilova Dilşad İdris qızı nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və ## #### 2025-ci ildə nikahın pozulmasına dair shəhadətnamə almışdır. Buda bir daha göstərir ki, nikahın pozulmasına dair ilkin sənəd saxtadır. 2024-cü ildə tərəflər rəsmi nikahda olmuş və dövlət nömrə nişanı ** UA *** olan, “Toyota Land -Cruiser Prado” olan avtomobilin ##.##.2024-cü il tarixli , cavabdeh1 ilə bağlanmış BA****** saylı alqı-satqı müqaviləsi onun razılığı ilə bağlanmışdır. cavabdeh1 onun dostu və sirdaşı olmuşdur. Avtomobil satıldıqdan sonra Sərvər özü xahiş etmişdir ki, cavabdeh1 Hasilova Dilşada etibarnamə versin ki, birdən rayona getmək lazım olarsa Dilşad ondan istifadə etsin. Bir daha bildirir ki, cavabdeh1 İddiaçı dostu olub. Avtomobilin pulunu isə ər özü götürmuşdur. Həmin avtomobil bölgü obyekti ola bilməz. Ona görə də, Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı 18. 08. 2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.7 kv.m. olan ** saylı mənzilə və “Toyota Land-Cruiser Prado minik” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hissədə iddianın rədd edilməsinə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF- Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m. olan ** nömrəli mənzilə dair bağlanmış ##.##.2018-ci il tarixli, M-**** nömrəli müqavilədən əmələ gəlmiş hüquqda mənzil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Hasilova Dilşad İdris qızının payı müəyyən edilməsinə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, “AAAF-Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 95.2 kv.m. olan ** nömrəli mənzilin iddiaçı İddiaçı verilməsinə, qanunla Hasilova Dilşad İdris qızına çatmalı olan pay, yəni 62.000 manat pulun iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayıb, iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hasilov Dilşad İdris qızı apellyasiya şikayətini müdafiə edib şikatəyin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hasilov Dilşad İdris qızının nümayəndəsi (vəkili) vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq, cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, 2023cü ildə maşın ona vuruq vəziyyətdə 37.000 manata satılmışdır. Tərəflərin əvvəl ağ rəngli maşını olmuş, o maşına da onun adına etibarnamə verilmişdir. Birinci instansiya məhkəməsində iddiaçıya görüntülü zəng edilərək cavabdeh1 tanıması soruşulmuş, iddiaçı əvvəl tanımasını bildirsə də, sonra məsələ maşın alqı-satqısına gələndə tanımadığını demişdir. O, Sərvəri 10 ildir tanıyır, ailəvi gediş-gəlişləri olmuşdur. Övladlarının toyunda Ağsu rayonuna kimi getmiş, iştirak etmişdir. Sərvər ona Rusiyadan zəng vurmuş, maşının satılmasına kömək etməsini demişdir. O, bu vəziyyətdə maşının alınmayacağını demişdir. Onların ona 10.000 manat borcları olmuşdur. Razılaşdıqdan sonra 37.000 manata maşını götürmüş, 13.000 manat təmirə, 2.000 manat texniki pasporta pul vermişdir. Maşının qiyməti 51.000-52.000 manata gəlib çıxmışdır. Onların boşanmasından onun xəbəri olmamışdır. Nə Sərvər, nə də yoldaşı deməmişdir. Ondan da əvvəl Sərvər onu Ağsuya göndərmiş, xəstə qardaşına dərman alıb aparmışdır. Qardaşının da cibinə 200 manat qoymuşdur. Qayıdıb gələndən sonra ona məhkəmədə iştirak etməsi üçün sms gəlmişdir. Sərvərin yoldaşına pulun bir hissəsini Rusiyaya gedəndə vermiş, bir hissəsini isə borclu qalaraq Rusiyadan qayıdandan sonra pulu tam verəcəyini demişdir. ## ##### 2024cü ildə maşını adına keçirmiş, 2-3 gün sonra Ağsuya getmiş, ondan da sonra məhkəməyə verilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “AAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onaların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4 Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli Qərarı Bənd 6.1. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. Bənd 6.10. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Bənd 6.11. Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bənd 6.12. Birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. Bənd 6.13. İkincisi, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Bənd 6.30. Qanunverici ümumi əmlakın qeyri-bərabər bölünməsinə əsas ola biləcək ərin (arvadın) diqqətəlayiq mənafelərinin dairəsini konkret müəyyən etməmiş, hansı xüsusatların bu kateqoriyaya aid edilməsinin mümkünlüyünü hər bir konkret işin hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə həmin əsaslar sırasında ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları xüsusi vurğulamışdır. Bənd 6.32. Məhkəmələr ər-arvadın ümumi əmlakının bölünməsi zamanı onlardan birinin üzrsüz səbəbdən gəlir əldə etməməsi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi hallarına, ailə qanunvericiliyinin istinad olunan məqsədlərindən çıxış edərək, hüquqi qiymət verməlidir. Bənd 6.33. Nəzərə alınmalıdır ki, ər-arvaddan birinin gəlir əldə etməməsi o halda əmlakın qeyri-bərabər bölünməsinə əsas verə bilər ki, ər və ya arvad heç bir üzrlü səbəb olmadan ailənin rifahı üçün birgə fəaliyyətdə iştirak etməkdən yayınmış olsun. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmasa da, ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olan, yaxud müstəqil qazancının olmaması digər üzrlü səbəblərlə (o cümlədən sağlamlıq vəziyyəti ilə) bağlı olan ər (arvad) da ümumi əmlak üzərində bərabər pay hüququna malikdir. Bənd 7.1. Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Bənd 7.2. Bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Bənd 7.3. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Bənd 7.4. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Bənd 7.5. Ailə Məcəlləsinin 33.4-cü maddəsi ər-arvadın ümumi daşınmaz əmlakı üzərində onlardan birinin sərəncam verməsi üçün digər tərəfin razılığı ilə bağlı xüsusi forma şərti – notarial qaydada təsdiq edilmiş razılıq nəzərdə tutmuşdur. Bənd 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Bənd 7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ərarvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Bənd 7.8. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz. Bənd 7.22. Müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Bənd 7.23. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bənd 7.24. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il # ##### tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dairkəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı İddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh Hasilova Dilşad İdris qızı tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisləndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməklə, mülki işdə olan sübutlar əsasında ətraflı araşdırma aparılmış, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar və s. daxildir. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Mülki işdə olan sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızı ##.##.1998-cü il tarixdə nikaha daxil olmuş, tərəflər arasında bağlanılmış nikah Ağsu Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra iddiaçı İddiaçı ilə cavabdeh X10 ##.##.2016-cı il tarixdə Rusiya Federasiyası, Kamçatka diyarında təkrar nikaha daxil olmuşlar. Mülki işdə olan sənədlərdən görünür ki, tərəflərin nikahı Kamçatka diyarı, Yelizovo məhkəmə rayonunun ** saylı məhkəmə sahəsinin dünya hakiminin ##.##.2024-cü il tarixli qərarına və Yelizovo ş. ** saylı məhkəmə sahəsinin sülh hakiminin ##.##.2025-cü il tarixli qərarına əsasən pozulmuşdur. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, tərəflər birgə nikahda olduqları dövrdə Hasilova Dilşad İdris qızı ilə “AAAF İnşaat” MMC arasında bağlanılmış ##.##.2016-cı il tarixli A/**** nömrəli “mənzilin alqı-satqısı haqqında müqavilə”yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin ** saylı küçəsində inşa edilmiş bina 8, mərtəbə 5, ümumi sahəsi 49.7 kv.m. ibarət, 1 otaqlı ** №-li mənzili, ##.##.2018-ci il tarixli, M-**** saylı “mənzilin alqı-satqısı haqqında müqavilə”yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin ** saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 3, ümumi sahəsi 95.2 kv.m. ibarət, 2 otaqlı ** №-li mənzili, ##.##.2021-ci il tarixdə isə “Toyota-Land-Cruiser-Prado minik” markalı, **- UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişlər. Tədqiq olunan sübutlardan eyni zamanda görünür ki, Hasilova Dilşad İdris qızının müraciəti əsasında “AAAF İnşaat” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin ** saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, ümumi sahəsi 95.2 kv.m ibarət, 2 otaqlı ** №-li mənzil “AAAF İnşaat” MMC ilə X12 arasında bağlanılmış ##.##.2024-cü il tarixli, M-***** nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən X12 adına rəsmiləşdirilmiş, “Toyota-Land-Cruiser-Prado minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Hasilova Dilşad İdris qızı tərəfindən ##.##.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” əsasında cavabdeh1 satılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızı ##.##.1998-ci il tarixdə nikaha daxil olduqlarından, ilk dəfə nikah ##.##.2016-cı il tarixdə pozulduqdan sonra tərəflər ##.##.2016-cı il tarixdə, yəni 5 aydan sonra təkrar nikaha daxil olduqlarından iddiaçının iddia etdiyi əmlakların tərəflərin birgə nikah dövründə əldə etmələri öz təsdiqini tapır. Tərəflərin nikahlarının təkrarən 2024 və ya 2025-ci ildə pozulmasının hazırkı mübahisənin həll edilməsində əhəmiyyəti olmadığından, araşdırma zamanı onların münasibətlərinin 2023-cü ilin sentyabr ayından pozulması müəyyən olunduğundan, birgə nikah dövründə əldə edilən əmlak üzərində sərəncam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi şəxsin nikahda olub-olmamasından asılı olmadığından cavabdehin apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Cavabdeh Hasilova Dilşad İdris qızının adına birgə nikah dövründə əvəzli əqdlər əsasında “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən bina 2, ** nömrəli mənzili əldə edildiyindən, bu əmlaklar üzərində sərəncam verilərkən İddiaçı razılığı alınmadığından birinci instansiya məhkəməsinin ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilə dair bağlanılmış ##.##.2024-cü il tarixli və “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış ##.##.2024-cü il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqdlər olmasına dair gəldiyi nəticə ilə kollegiya da razılaşır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızı arasında olan münasibətlər 2023-cü ilin sentyabr ayından sonra pozulmuş, cavabdeh Hasilova Dilşad İdris qızı iddiaçının onunla bağlanılmış nikaha onun razılığı olmadan xitam verməsi barədə artıq 2024-cü ilin əvvəlində məlumatlı olmuş, bu barədə Hasilova Dilşad İdris qızı ##.##.2024-cü il tarixli məhkəmə iclasında 2024-cü ilin fevral ayında oğlunun ona atasının onunla olan nikahı pozması barədə məlumat verdiyini bildirmişdir. Bundan başqa tədqiq olunan sübutlardan görünür ki, iddiaçı İddiaçı 2024-cü ilin mart ayında Azərbaycan Respublikasına gəlmiş, ##.##.2024-cü ildə vəkil-nümayəndəsinə verdiyi etibarnamə əsasında iddiaçının vəkil-nümayəndəsi “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi” ilə mediasiyaya müraciət etmişdir. Mübahisələndirilən əqdlər isə ##.##.2024cü il və ##.##.2024-cü il tarixlərində bağlanılmışdır. Cavabdeh Hasilova Dilşad İdris qızının qısa müddət ərzində əmlaklar üzərində sərəncam verməsi ona qarşı iddiaçının əmlak tələbinin olmasını bilməsini, bağlanılmış əqdlərin isə əmlakların bölgüdən yayındırmaq məqsədi ilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmasını təsdiq edir. Bu hal cavabdeh Hasilova Dilşad İdris qızının birinci instansiya məhkəməsində verdiyi izahat ilə də öz təsdiqini tapır. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona evləri öz qohumlarının adına keçirəcəyini bildirdiyindən o, evi qızının adına keçirmişdir. Daha sonra əmlakların cavabdehlər X12 və cavabdeh1 adına keçirilməsi də, əqdlərin uydurma əqd olması qənaətinə gəlməyə əsas verir. Belə ki, cavabdeh X12 iddiaçı İddiaçı və cavabdeh Hasilova Dilşad İdris qızının qızı, cavabdeh cavabdeh1 isə ailəni əvvəldən tanıyan şəxs olaraq qeyd olunan əmlakların iddiaçı İddiaçı ilə cavabdeh Hasilova Dilşad İdris qızının birgə nikahı dövründə əldə etdikləri əmlak olması, iddiaçının razılığının olmaması barədə məlumatlı olmuşlar. Bu səbəbdən cavabdehlər X12 və cavabdeh1 vicdanlı alıcı olmadıqları barədə birinci instansiya məhkəməsinin qənaəti də, əsaslıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Kollegiya qeyd edir ki, etibarsızlıq, özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri, bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Kollegiya qeyd edir ki, hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanan müqavilə uydurma əqd olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayan yalnız görünüş üçün bağlanmış əqddir. (MM-in 340.1) Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan birmənalı şəkildə müəyyən olunur ki, mübahisələndirilən əqdlər bağlanarkən müqavilənin tərəflərinin niyyəti əmlakların bölgüdən yayındırmaq məqsədi ilə, yalnız görünüş üçün uydurma əqd bağlamaq olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin bağlanmış əqdlərlə bağlı dəlilləri də əsassızdır. Kollegiya cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, tədqiq olunmuş sübutlarla iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızı ilə ##.##.1998-ci il tarixdə nikaha daxil olmaları, ilk dəfə nikah ##.##.2016-cı il tarixdə pozulduqdan sonra tərəflər ##.##.2016-cı il tarixdə təkrar nikaha daxil olmaları müəyyən olunduğundan, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablandığından, əhəmiyyətsiz əqdlər bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqdlər olduğundan, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edildiyindən, araşdırma zamanı iddiaçının pozulmuş hüquqlarının müdafiəsi üçün iddia müddətinin ötürməməsi müəyyən olunduğundan cavabdehin bu dəlilidə əsassızdır. Kollegiya iddia tələblərinin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyatorların şikayətlərinin dəlilləri üzrə qeyd edir ki, bu dəlillərdə hər hansı bir mötəbər sübutlara əsaslanmadığından qəbul edilə biləz. Birinci instansiya məhkəməsi apellyatorların birgə nikah dövründə əldə etdikləri əmlaklarda bərabər hissələrdə paylarını müəyyən edərkən də, düzgün nəticəyə gəlmişdir. Belə ki, bir qayda olaraq ər-arvad arasında əmlak bölgüsü zamanı əmlak üzərində paylar bərabər hesab edilir. Qanunla müəyyən edilmiş istisna hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. İstisna hallar isə məhdud həcmdə müəyyən edilmişdir. Yalnız qanunda göstərilən halların mövcudluğu halında məhkəmə qeyri-bərabər pay bölgüsü barədə qərar qəbul edə bilər. Hazırki mülki iş üzrə isə tərəflərin əmlak üzərində payların həcminin qeyri-bərabər müəyyən edilməsi, tərəflər arasında qeyri-bərabər əmlak bölgüsü aparılması üçün qanunverici tərəfindən müəyyən edilmiş istisna halların mövcudluğu apellyasiya araşdırması zamanı da müəyyən edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək “AAAF-İnşaat” MMC ilə Hasilova Dilşad İdris qızı arasında bağlanılmış ##.##.2016cı il tarixli və ##.##.2018-ci il tarixli müqavilələr üzrə əmələ gəlmiş hüquqda və “Toyota Land- Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində ½ hissədə İddiaçı və ½ hissədə Hasilova Dilşad İdris qızının payının müəyyən edilməsi, mülki iş üzrə tərəflər arasında əmlak bölgüsü ilə bağlı razılıq olmadığından bölgünün məhkəmə tərəfindən əmlakların dəyəri, tərkibi nəzərə alınmaqla aparılmalı olmasına və birgə nikah dövündə ədlə edilmiş əmlaka daxil olan “Toyota Land-Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 40.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzil tərəflərdən birinə, 124.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzil isə digərinə verilməli olmasına, işin faktiki halları nəzərə alınaraq “Toyota Land- Cruiser” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 40.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçə, * saylı bina, ** nömrəli mənzilin cavabdeh Hasilova Dilşad İdris qızına və 124.000 manat dəyərində olan ünvan 4 ünvanı, AAAF Park yaşayış massivi, ** saylı küçədə yerləşən * saylı binanın ** nömrəli mənzilin isə iddiaçı İddiaçı verilməli olmasına, əmlakların dəyəri arasında yaranmış 46.000 manat məbləğində fərqin ½ hissəsinin isə iddiaçı İddiaçı cavabdeh Hasilova Dilşad İdris qızının xeyrinə tutulmalı olmasına dair nəticəsi ilə də kollegiya razılaşaraq iş üzrə təkrar qiymətləndirmə keçirilməsinə zərurət olmadığından iddiaçının apellyasiya şikayətində qeyd etdiyi vəsatətini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının əmlakların qiymətləndirilməsi barədə təqdim etdiyi sübutunu yoxlamaq üçün iş üzrə tərəflərin iştirakı qiymətləndirmə keçirmiş, apellyasiya şikayətində qeyd olunan, hər hansı bir sübuta söykənməyən hallar isə təkrar qiymətləndirmənin aparılması üçün əsas ola bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli, obyektiv araşdıraraq iddia tələbini qismən etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyatorlar tərəfindən mübahisələndirilən məhkəmə aktı onlara münasibətdə şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 və cavabdeh Hasilova Dilşad İdris qızının nümayəndəsi (vəkili) vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar