Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1775/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən xx.xx.1997-ci il tarixdə 2550 sayla qeyd edilmiş nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlaklar yəni, 1.Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, bina 2, 21 saylı, ümumi sahəsi 46.6 kv.m. olan mənzil üzərində 2/1 hissəsinin iddiaçının, 2/1 hissəsinə cavabdehin pay hüququ tanınmaqla mülkiyyətinin müəyyən edilməsinə; 2.Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 4 saylı evin 19 saylı, ümumi sahəsi 59.84 kv.m olan mənzili üzərində 2/1 hissəsinin iddiaçının, 2/1 hissəsinə cavabdehin pay hüququ tanınmaqla mülkiyyətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə müraciət edərək iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi vəvəkili Vəkil1 vəsatəti təmin olunaraq İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələblərindən “əmlakın bölünməsi” tələbi ayrı icraata ayrılmış və həmin tələbə ayrı icraatda baxılması qərara alınmışdır. İddianın dəlilləri: Cavabdeh ilə 20 dekabr 1997-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayında nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2550 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan 29 oktyabr 1998-ci il təvəllüdlü X2 və 24 dekabr 2000-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə az bir müddət normal ailə münasibətlərində olsalar da, artıq vəziyyət dözülməzdir. Çünki, Cavabdeh uzun illərdir içki aludəçisidir. O, vəziyyət bir gün düzələr ümidi ilə illərdir ki, dözmüşdür. Amma Cavabdeh içki aludəçiliyi günü-gündən artmağa başladı. Artıq iş o yerə gəlib ki, içki içdikdə ona rahat yaşamağa da imkan vermir. İçki içdikdən sonra təhqirlər və şiddət törətməkdən də çəkinmir. Bu da azmış kimi olmayan hadisələri digər şəxslərə deməkdə ona böhtan atmaqdan belə çəkinmir. Bu illər onu mənəvi cəhətdən çox yordu və artıq onunla birlikdə və ailə kimi yaşamaqları mümkünsüz hala gəlmişdir. Artıq uzun müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Bu səbəbdən hazırda nihkahları formal xarakter daşıyır və bərpası qeyri-mümkündür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatdığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin vəkili Vəkil2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 20 dekabr 1997-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 arasında nikah 20 dekabr 1997-ci il tarixdə bağlanmış, 2550 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh oğlu arasında Bakı şəhəri Səadət Sarayında 20 dekabr 1997-ci il tarixdə 2550 saylı nömrə ilə nikah qeydə alınmışdır. Birgə nikahdan 29 oktyabr 1998-ci il təvəllüdlü X2 və 24 dekabr 2000-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaqlar yetkinlik yaşına çatmışlar. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da sonradan pozulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay verilməsinə baxmayaraq barışıq əldə edilməmişdir. Məhkəmə, hazırda tərəflərin barışmaları ehtimalının istisna olunduğunu və ailənin qorunub saxlanmasının qeyri-mümkün olduğunu, iddiaçının nümayəndəsi və vəkili nikahın pozulmasında təkid etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında 20 dekabr 1997-ci il tarixdə bağlanmış, 2550 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında 20 dekabr 1997-ci il tarixdə bağlanmış, 2550 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1775/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1775/2025
08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver