Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5918/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair protokolun, hərracın yekunları üzrə alqı – satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair protokolun, hərracın yekunları üzrə alqı – satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cu il tarixli, 2(009)- 45/2023 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ləğv prosesində olan Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 №-li evin 36 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsus olmuş, həmin mənzildə o, ailə üzvləri və valideynləri ilə bir yerdə yaşamışdır. 2003-cü ildə o, ailə üzvləri ilə birlikdə əmək fəaliyyəti ilə bağlı Almaniya Federativ Respublikasına getmiş və 2003-cü ildən ona məxsus olan mənzildə atası və anası yaşamışdır. Valideynləri yaşlı olduğundan onlara nəzarət edilməsini Bakı şəhərində yaşayan bacısı Səbinə Məmmədova və onun həyat yoldaşı İlkin Məmmədovdan xahiş etmişdir. 2018-ci ilin əvvəllərində valideynləri zəng edərək bildirmişlər ki, ona məxsus olan Bakı şəhəri, Sahib Zeynalov küçəsində yerləşən 15 №-li evin 36 saylı mənzili tikinti şirkəti tərəfindən sökülür və əvəzində yeni təmir edilmiş mənzil verilir və bununla bağlı bacısı və onun həyat yoldaşı lazım olan sənədləşmə işlərini aparırılar. Daha sonra valideynləri zəng edərək bildirmişlər ki, artıq tikinti şirkəti ilə müqavilə bağlanmış, müqaviləyə əsasən ona məxsus olan ev sökülür, sökülmüş evin əvəzində isə ona təmirli mənzillər veriləcək və yeni mənzillər təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Qarşılıqlı razılıq əsasında ona məxsus mənzil söküləndən sonra valideynlərinin müvəqqəti yaşaması üçün Bakı şəhəri, Nərmanov r-nu, Faiq Yusifov küçəsində yerləşə 49 saylı binada kirayə mənzil götürülmüş və həmin mənzilin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilmişdir. X3 xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən kirayə götürülmüş mənzildə vəfat etmiş və o, Almaniyadan qayıdaraq, anasının yas mərasimini həmin mənzildə yola vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə atası X1 yaşadığı mənzildə vəfat etmiş, həmin ərəfələrdə Covid-19 pandemiyası hökm sürdüyündən və ölkələr arası gediş-gəliş olmadığından, atasının dəfn mərasimində iştirak etməyi mümkün olmamışdır. Pandemiya şərtləri azalandan və ölkələr arası gedişgəliş açılandan sonra o, atamın vəfatının il mərasimini keçirmək üçün 2022-ci ilin mart ayında Bakı şəhərinə gəlmişdir və yalnız 2022-ci ilin mart ayında ona məlum olmuşdur ki, tikinti şirkəti tərəfindən aylıq kirayə haqqının ödənişi dayandırılmış və tikinti şirkətindən bunun səbəblərini araşdırıarkən məlum olmuşdur ki, mülkiyyətimdə olan mənzil hərrac vasitəsi ilə satışa çıxarılmış və sonradan "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Müvafiq təşkilara müraciət edəndən sonra məlum olmuşdur ki, İlkin Məmmədov kredit götürərək, ondan icazəsiz və xəbərsiz mənzilini girov qoymuş daha sonra kredit öhdəliklərini yerinə yetirmədiyindən, məhkəmə qətnaməsi ilə tutma ona məxsus mənzilə yönəldilmiş və qətnamənin icrası nəticəsində mənzil harraca çıxarılaraq bankın mülkiyyətinə verilmişdir. Məhkəmə qətnamələrindən, tutmanın ona məxsus mənzilə yönəldilməsindən, hərracın keçirilməsindən onun ümumiyyətlə xəbəri, məlumatı olmamış, heç bir məhkəmə və hərrac prosessində iştirak etməmişdir, onun adından məhkəmədə və ya hərracda iştirak etmək üçün heç kimə etibarnamə verməmişdir, çünki məhkəmə işlərindən və hərracdan onun ümumiyyətlə xəbəri olmamışdır. Yuxarıda qeyd etdiyi kimi, o, 2003-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşamış, mülkiyyətində olan mənzil 2018-ci ilin iyul ayına qədər valideynlərinin sahibliyində və istifadəsində olmuş, 2018-ci ildən isə həmin mənzil tikinti şirkəti tərəfindən sökülərək, valideynlərinin müvəqqəti kirayədə yaşaması üçün, aylıq kirayə haqqı ödənilmişdir. Sorğu əsasında əldə etdikləri hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, ona məxsus S.Zeynalov küçəsi, 15 nömrəlin evin, 36 saylı mənzili “Dəmir Bank “ ASC-yə satılmışdır. Maraqlıdır, əgər ona məxsus mənzil 2014-cü ilin dekabr ayında bankın mülkiyyətinə verilmişdirsə, hansı səbəblərdən, tələbkar olan "xxxx" ASC həmin mənzildən onun və valideynlərinin çıxarılması, mənzilin onlara təhvil verilməsi üçün heç bir tədbir görməmişdir. Daha sonra apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, bacısının yoldaşı İlkin Məmmədov "xxxx" ASC ilə 08 dekabr 2011-ci il tarixdə kredit müqaviləsi bağlamış və bu müqavilənin təminatı kimi ondan icazəsiz və xəbərsiz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, 36 nömrəli mənzilimi ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyini yerinə yetirə bilmədiyindən İlkin Məmmədov "xxxx" Bank ASC-nin əməkdaşları ilə əlbir olaraq ona məxsus mənzili hərrac vasitəsi ilə bankın adma rəsmiləşdirmiş və bunların hamısını ondan xəbərsiz etmişdir. Ona məxsus evə 2014-cü ildə nə "xxxx" ASC-dən nə də Hərrac Mərkəzindən nə bir bildiriş, nədə ki digər məlumatlar daxil olmamış, nə ona, nədə mənzildə yaşayan valideynlərinə xəbər verilməmişdir. 2018-ci ilin iyul ayına qədər o, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirmişdir, 2018-ci ildə həmin mənzil Tikinti Şirkəti tərəfindən sökülmüş və yeni mənzillərin verilməsinə dair onunla müqavilə bağlanmışdır. Yenə də bildirmək istəyir ki, onun hərrac və digər prosesslərdən xəbəri olmamışdır, ən azından xəbəri olduğu halda mənzili itirməmək üçün İlkin Məmmədovun bank qarşılığında olan öhdəliyinə xitam verməklə bu mübahisəyə son qoyardı. Məhkəmə proseslərindən və hərracdan onun xəbəri olmamış, bildirişlər almamış, məhkəmə və hərraca dəvət olunmamış və həmin poseslərdə iştirak etməmişdir. Bu ilin mart ayında baş vermiş hadisədən xəbərdar olandan sonra nümayəndəsi və vəkili Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4914/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi ev 15, 36 nömrəli mənzilin satışına dair "xxxx" MMC-nin xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli bildirişin və "xxxx" hərracın nəticələri barədə yekun Y-14 nömrəli, xx.xx.2014-cü il tarixli prokolunu əldə etmişdir. Həmin sənədlərdən məlum olub ki, Nəsimi Rayon İcra Şöbəsi ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, 36 saylı mənzilini açıq hərracdan satışa çıxarmış və sifarişçi kimi icranın müvafiq məktubu əsasında «Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac mərkəzi»nə tapşırmışdır. "xxxx" isə onun iştirakını təmin etmədən, onun xəbəri olmadan mənzili 92000 manata ilkin satış qiyməti ilə hərraca çıxarmış, daha sonra, Hərrac mərkəzi, mənzilin qiymətini 58650 manata yendirərək, mənzili güya yenidən hərraca çıxartmış və mənzilin alınmasını iddiaçı banka təklif etmiş, iddiaçı bank da təklifi qəbul etmişdir. Nə məhkəmə qətnaməsi, nə də ki hərracın keçirilməsindən və mənzilin bankın mülkiyyətinə verilməsindən onun və mübahisəli mənzildə yaşayan valideynlərinin xəbəri olmamışdır, hərracın keçirilməsinə dair mübahisəli mənzilə heç bir bildiriş və digər sənədlər daxil olmamışdır. Bununlada qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə, iş materiallarından aydın görünür ki, cavabdehlər mübahisəli mənzilin hərracını gizli keçirərək, guya satılmadığını əsas gətirib dəyərindən 50% aşağı qiymətə bankın mülkiyyətinə vermişdir. Yuxarda qeyd olunalara əsasən hesab edir ki, hərracın nəticələri qanunvericiliyin tələblərinə zidd olaraq keçirildiyindən etibarsız hesab edilməli və bankın adına verilmiş çıxarış etibarsız hesab edilməlidir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cu il tarixli, 2(009)-45/2023 nömrəli qərardadı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsinə dair iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3484/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə kollegiya hesab etmişdir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ona məlumat verilmədən keçirilməsi barədə arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üşün əsas mövcud deyildir. Göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərrac nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən iddiaya həmin hissədə baxıla bilməz. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 nömrəli evin, 36 saylı mənzilinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-14 seriyalı protokolun, xx.xx.2014-cü il tarixli hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə yanaşı, həmin evə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş ******* saylı, (qeydiyyat nömrəsi 1********) çıxarışın ləğv edilməsini xahiş edir. İddia tələbinin bu hissəsi bilavasitə əsas tələbdən, yəni hərracın yekunların üzrə protokolun və əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığının təsdiq olunacağı halı ilə bağlı yaranan törəmə tələbdir. Ona görə də, əsas tələb üzrə qəbul ediləcək qərar iddianın bu hissəsinə də şamil olunmalıdır.
5. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, iddiaçı 2003-cü ildən ailəsi ilə birlikdə xaricdə yaşamış, mülkiyyətində olan mənzil 2018-ci ilin iyul ayına qədər valideynlərinin sahibliyində və istifadəsində olmuş, 2018-ci ildən isə həmin mənzil Tikinti Şirkəti tərəfindən sökülərək, valideynlərinin müvəqqəti kirayədə yaşaması üçün, aylıq kirayə haqqı ödənilmişdir. Sorğu əsasında əldə etdiklərimiz hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə xx.xx.2014cü il tarixli müqavilədən aydın oldu ki, iddiaçıya məxsus Mübahisəli mənzili Cavabdeh4 ASC-yə satılmışdır. İddiaçıya məxsus evə 2014-cü ildə nə Cavabdeh4 ASC-dən, nə də hərrac mərkəzindən nə bir bildiriş, nədə ki digər məlumatlar daxil olmamış, nə ona, nədə mənzildə yaşayan valideynlərinə xəbər verilməmişdir. 2018-ci ilin iyul ayına qədər o, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirmişdir, 2018-ci ildə həmin mənzil tikinti şirkəti tərəfindən sökülmüş və yeni mənzillərin verilməsinə dair müqavilə bağlanmışdır. Yenə də bildirmək istəyir ki, onun hərrac və digər prosesslərdən xəbəri olmamışdır, ən azından xəbəri olduğu halda mənzili itirməmək üçün İlkin Məmmədovun bank qarşılığında olan öhdəliyinə xitam verməklə bu mübahisəyə son qoyardı. Məhkəmə proseslərindən və hərracdan onun xəbəri olmamış, bildirişlər almamış, məhkəmə və hərraca dəvət olunmamış və həmin poseslərdə iştirak etməmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan tələbə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclasında iştirak edən Cavabdeh4 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğunu və məhkəmədə təkrarən işə baxıla bilməyəcəyini bildirmişdir. Yalnız bundan sonra iddiaçıya məlum olmuşdur ki, güya İddiaçı iddia ərizəsi ilə Səbail Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, hərracın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbini irəli sürmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2615/2018 saylı 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Həmin 2(009)-2615/2018 saylımülki işlə tanış olan zaman məlum olmuşdur ki, İddiaçı Almaniya Federasiyasında yaşayan zaman naməlum şəxs onun adından iddia ərizəsini Sabail rayon Məhkəməsinə təqdim etmiş və onun xəbəri və iştirakı olmadan, eyni zamanda etibarnamə verdiyi səlahiyyətli şəxs olmadan ( İddiaçı heç kimə etibarnamə verməyib) məhkəmələr iddia ərizəsinə baxaraq qətnamə qəbul etmişlər. Qətnaməni əldə edəndən sonra yeni açılmış hal üzrə Ali Məhkəməyə müraciət edib göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin icraatında iddiaçı, İddiaçı Cavabdeh4 ASC və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələblərə dair iddiası üzrə mülki işə baxılan zaman Cavabdeh4 ASC-nin nümayəndəsi bildirmişdir ki, artıq tərəflər arası eyni iddia tələbi üzrə məhkəmə mübahisəsi olmuş və 2(009)-16152018 saylı xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmiş və 2(009)-1615/2018 saylımülki işlə tanış olan zaman məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə tanımadığımız bir şəxs İddiaçı adından saxta imza ataraq iddia ərizəsini məhkəməyə təqdim etmiş və məhkəmələr İddiaçı özünün iştirakı olmadan və etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olmadan məhkəmə proseslərini keçirərək qətnamə çıxarmış və bu səbəbdən 2(009)-1615/2018 saylımülki iş üzrə qətnamələrin ləğv edilməsi və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər, lakin Ali Məhkəmə müddəti əsas gətirərək ərizəni təmin etməmişdir. Daha sonra, Səbail rayon Məhkəməsi özünün 2(009)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-2615/2018 saylı 22 noyabr 2018-ci il tarixli qətnaməsini əsas tutaraq və AR MPMnin 261.0.2 və 262.4-cü maddələrinə istinad edərək, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğunu əsas gətirərək hazırki iş üzrə icraata xitam vermişdir. Hazırki iş üzrə mübahisə eyni tərəflətr arası və eyni predmet üzrə olsa da iddia tələbinin əsasları tam fərqlidir. Belə ki, 1-ci instansiya Məhkəməsinə sənədləri və sübutları təqdim edərək qeyd edilmişdir ki, İddiaçı həm hərrac keçirilən zaman, həmdə xx.xx.2018- ci il tarixdə Sabail rayon Məhkəməsinə onun adından saxta imzalanmış iddia ərizəsi verilən zaman Almanya Federativ Respublikasında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışla təsdiq olunur) olmuşdur və belə olan halda, yəni İddiaçı Almaniyada olduğu halda ona hərracın keçirilməsi barədə nə məlumatlar, nədəki bildirişlər verilməyib və onun bu hərracın keçirilməsindən və onun nəticəsindən heç bir xəbəri olmayıb. İddiaçı Almaniyada yaşaması səbəbindən hərracın keçirilməsindən və nəticəsindən məlumatlı olmadığını, Almaniyada yaşadığından ona bildirişlərin verilməməsi əsası 2(009)-1615/2018 saylı mülki iş üzrə iddia ərizəsində göstərilməmişdir və bu əsası sübüt edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən hesab edirik ki, hazırki iş üzrə İddiaçı tələbinə baxılmalıdır
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2023-cu il tarixli, 2(009)-45/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasyia instansiyası məhkəməsinin mövqeyi
9. Mülki-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
10. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Ləğv prosesində olan Dəmirbank» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə iddiasının təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərrac nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən iddiaya həmin hissədə baxıla bilməz.
12. Əgər iddiaçının şikayətində qeyd etdiyi kimi iddia ərizəsi onun tərəfindən imzalanmamış, nümayəndə kimi heç kəsə etibarnamə verilməmiş və heç bir vəkillə müqavilə bağlanmamışdırsa, qeyd olunan xüsusatlar işə əvvəllər baxılarkən məlum olmayan hallardır və bu hallar mülki prosessual qanunvericiliyə əsasən yeni açılmış hallar hesab olunur və yalnız həmin icraat çərçivəsində mübahisələndirilə bilər. Həmin icraatda isə iddiaçı tərəfindən müraciət olunmuşdur və bu barədə də qərar mövcuddur.
13. Belə olan halda kollegiya hesab edir ki, qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cu il tarixli, 2(009)-45/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2023-cu il tarixli, 2(009)-45/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev