Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5920/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı (Nərimanov RİH üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi tələbinə dair” ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-163/2022 saylı 28 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-163/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə əmlakın dəyərinin və icarə haqqı məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardaddan İddiaçı şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Hazırda həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş şifahi məhkəmə baxışına təyin edilməsi barədə vəsatət əsassız olduğu üçün təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi mübahisələndirilən qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın “qərara aldı” hissəsində də göstərilmişdir ki, “Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.” Qanunvericiliyin tələbinə əsasən ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə haqlı olaraq İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etmişdir, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-163/2022 saylı 28 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5920/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5920/2022
22.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver