Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5926/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı X3, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdehnə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh ARDNŞ-nin Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş müavinətdən tutulmuş 6292,36 manat vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır və 1993-cü ildən Neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır, həmçinin 3-cü dərəcəli əlildir. Sonuncu iş yeri olaraq SOCAR Cavabdeh Abşeron İstehsalat Bölümündə rəis vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşdən azad olunmağı ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X10 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verməsi qaydasında işdən azad edilmişdir, ona işdən çıxdığına görə verilmiş müavinətdən 6292,36 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən vergi tutulmur, ona işdən çıxma müavinəti olaraq əmək haqqının 5 misli məbləğində pul verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan vəsait ona verilmişdir. Ona müavinət SOCAR və ANQSİHİRK arasında bağlanmış, 2020- 2023-cü illər üçün X10 5.16-cı bəndinə əsasən ödənilib, işin digər halı iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən deyil, faktiki olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmağıdır. Bu hal qeyd olunan işlər üzrə məhkəmələrin icraatında olmuş işlərdə də öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun təqaüdə çıxmağı ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, müəyyən olunur ki, ARDNŞ və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19 nömrəli “ARDNŞdə işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. İddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqının 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halıdır. Göründüyü kimi, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmağını işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin 5 misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı əmək müqaviləsinə əsasən X4 Bölümünün rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə 4 nömrəli əlavə ilə vəzifəsi dəyişdirilmiş X1 rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirova xx.xx.2022-ci il tarixdə təqaüdə çıxması ilə əlaqədar olaraq ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 13 yanvar 2023-cü il tarixdə xitam verilməsini və ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməsini xahiş etmişdir. Buradan da göründüyü kimi iddiaçı öz ərizəsi əsasında təqaüdə çıxmış, sözügedən müqavilə razılaşmaya görə cavabdeh iddiaçının orta əmək haqqının 5 misli miqdarında, cəmi 30298,42 manat işdən çıxma müavinəti hesablanmış və həmin birdəfəlik müavinətdən vergi qanunvericiliyinə əsasən 6292,36 manat gəlir vergisi və digər tutulmalar tutulduqdan sonra qalan məbləğ iddiaçıya ödənilmişdir. Bununla bağlı hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya ödənilən məbləğdən gəlir vergisini tutaraq hər hansı bir qanun pozuntusuna yol verməmiş və hazırkı halda dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılmasına bir əsas yoxdur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hal-hazırda X1 rəisi vəzifəsi ixtisar olunmamışdır. Belə ki, həmin vəzifəyə X8 xx.xx.2023cü il tarixdə təyin olunmuş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası ştat ixtisarı deyil, yaşa görə təqaüdə çıxdığına görə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Həmçinin iddiaçının öz təşəbbüsü ilə təqaüdə çıxdığına görə cavabdeh tərəfindən ona birdəfəlik müavinət ödənilmişdir. Üçüncü şəxs ARİN yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi H.R.Həzizadə oğlu məhkəməyə yazılı etiraz təqdim edərək və izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin bildirdikləri ilə razıdır. Hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, ARDNŞ-nin Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-5/3-1K- 3/2023 saylı nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş, müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, həmin müavinətdən 6292,36 manat gəlir vergisi tutulmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənişlərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirir ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir, həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Xüsusilə işçi və işəgötürən arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən işçi ona ödənilən müavinətdən və son haqq-hesabdan başqa işəgötürənə iddia tələbinin olmadığını və ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq verdiyini bəyan edib təsdiqləmişdir. Göründüyü kimi, iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(011)- 2383/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli“ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misliməbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbuledilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəliəmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsisisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş,eyniməzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halıdır. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş mislimiqdarında olan müavinətdən vergi tutula bilməz. İş materiallarına əlavə edilmiş razılaşmada işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Sadalanan maddələrin tələblərinə görə də, növündən asılı olmayaraq, işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin və üçüncü şəxslərin nümayəndələri apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən ARDNŞ-nin Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 76 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 17-ci dərəcəli rəis vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2016-cı il tarixədək bağlanmışdır, işəgötürən ARDNŞ-nin Cavabdeh, işçi isə İddiaçıdur, əmək haqqı 1598 manatdır. İş materiallarında olan 13 nömrəli xx.xx.2022-ci il tarixli Əlavədən görünür ki, əmək müqaviləsinin 4.1 və 4.2-ci bəndinə aşağıdakı redaksiyalar qəbul edilir: “4.1 İşçiyə hər ay 4567,50 manat məbləğində əmək haqqı ödənilir. 4.2 Əmək haqqı: 2785,00 manat məbləğində vəzifə maaşından; vəzifə maaşına SOCARSS-010-2015 standartına əsasən 1354,00 manat, 150 manat və 278,50 manat miqdarda əlavədən ibarətdir”. Əmək müqaviləsinin “§6 Sosial müdafiə məsələləri” bölməsinə aşağıdakı redaksiyada “c” bəndi əlavə edilir: “İşçi tərəfindən İcbari Tibbi sığorta üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay ona hesablanmış əmək haqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 2% miqdarında İcbari Tibbi sığorta haqqı ödənilir və İşəgötürən tərəfindən öz vəsaiti hesabına 2% miqdarında əlavə İcbari Tibbi sığorta edilir”. Əlavənin 3cü bəndinə əsasən, 1-ci bənd xx.xx.2022-ci il tarixdən, 2-ci bənd xx.xx.2021-ci il tarixdən qüvvəyə minir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli, 14-2-5/3-1K-3/2023 saylı əmrdən və əmək kitabçından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alınaraq xitam verilmiş, eyni zamanda iddiaçıya SOKAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert komissiyasında xx.xx.2020-ci il tarixli müayinəyə dair İddiaçı üçüncü dərəcəli əlillik müəyyən edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan 76№-li, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1 saylı Razılaşmadan görünür ki, müəyyən olunmuş şərtlər daxilində işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 22837,50 manat müavinət hesablanmağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. İşdə olan SOCAR Neft Kəmərləri İdarəsinin 23 may 2023-cü il tarixli arayışından və ona əlavə olunmuş son haqq-hesab ödəmələri barədə cədvəldən görünür ki, Neft Kəmərləri İdarəsinin X1 rəisi vəzifəsində işləmiş İddiaçı xx.xx.2023-cü il tarixdən yaşla əlaqədar əmək pensiyasına çıxmışdır. Son haqq-hesab vərəqəsi üzrə ona əmək müqaviləsinə xitam verilməsinə görə 22837,50 manat məbləğində birdəfəlik müavinət hesablanmışdır. Həmin müavinətə düşən gəlir vergisinin məbləği 5183,69 manat təşkil etmişdir. İş materiallarında olan ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında 22 aprel 2009-cu il tarixli 57№-li əmr-qərarın 4-cü bəndindən görünür ki, bu əmr qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli, 112/07-22ə nömrəli (ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında əmr-qərara dəyişiklik edilməsi barədə) əmr-qərarına əsasən - 4-cü bənddə “qərarı olduğu tarixdən” sözlərindən sonra, “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözlərinin əlavə edilməsi qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı əmək müqaviləsi əsasında cavabdeh təşkilatda Abşeron İstehsalat bölümünə 17-ci dərəcəli rəis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında (Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən) xitam verilmişdir. İşçi yaşa görə əmək pensiyasına çıxmış, ona orta aylıq əmək haqqının 5 misli məbləğində ödəniş həyata keçirilmişdir. Bu məbləğin ödənilməsi və ondan vergilərin (o cümlədən gəlir vergisinin) tutulması barədə tərəflər arasında razılaşma vardır, ödəniş məbləği 30298,42 manat, ondan gəlir vergisinə görə tutulan məbləğ isə 6292,36 manat təşkil edir. İddiaçıya nəzərədə tutulan məbləğ üzrə 22837,50 manat müavinət ödənilmişdir. Bununla belə, razılaşdırılmış ödəniş (müavinət) məbləği üzrə vergi tutulmasını istisna edən, o cümlədən vergiyə görə ödənilmiş məbləğin geri qaytarılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Birinci instansiya məhkəməsi qətnaməsində həmçinin qeyd etmişdir ki, əvvəla, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız qanunla (Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən) müəyyənləşdirilir, həmçinin qanunvericiliklə pensiya yaşı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi zamanı müavinətin verilməsi nəzərdə tutulmamışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydası da qanunla müəyyən edilir, işdənçıxama müavinəti ilə bağlı ödənişlər qanunvericilikdə xüsusi normalarla əhatə olunur (məsələn, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndi), hazırkı işdə əmək münasibətlərinə xitam verilməsi işçinin pensiya yaşına çatması ilə əlaqədardır (və ya ərizə əsasında), aparılmış ödənişlər tərəflər arasında əldə edilmiş razılama əsasında həyata keçirilmişdir ki, qeyd edilən hallar da ödənilən məbləğin təyinatının “işdənçıxma müavinəti” kimi müəyyən edilməsini istisna edir. Digər tərəfdən də vergi tutulmalarından azad olmalar barədə əldə edilmiş hər hansı razılaşma da qanuni hesab oluna bilməz. İkincisi, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən işdən çıxmaya görə müavinətdən vergilərin ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da onun icrasının tərəflər üçün məcburiliyini şərtləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni deyil və ona görə də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. İşdə olan sənədlərə əsasən - cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun öz təşəbbüsü və yaşa görə əmək pensiyasına çıxması əsası ilə xitam verilməsi qərara alınmış, həmçinin işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul vəsaitinin ödənilməsi qərara alınmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ödənilmişdir. İddiaçı hazırki tələbində ona ödənilən müavinətin gəlir vergisindən azad olunmasını, bu istiqamətdə bağlanmış razılaşmanın şərtlərinin etibarsız olmasını və s. göstərərək, vergi tutulan məbləğin qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən hissədə dəlilləri ilə razılaşır. Belə ki, Əmək Məcəlləsinin 175.2-ci maddəsindən görünür ki, işəgötürənin sərəncamı ilə qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işçinin əmək haqqından tutulur. Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələbinə görə, növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Qeyd edilməlidir ki, həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin 13 yanvar 2023-cü il tarixli əmrindən açıq-aşkar qeyd edilmişdir ki, əmək müqaviləsinə iddiaçının yaşa görə təqaüdə çıxması ilə əlaqədar Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilir, eyni zamanda iddiaçıya Kollektiv Sazişin 5.16-cı maddəsinə əsasən orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinəti ödənilir. Göründüyü kimi, həmin müavinat Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin təsiri altına düşür. O cümlədən, Əmək Məcəlləsinin 175.4-cü maddəsinə görə, işdənçıxma müavinətləri və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Qeyd edilməlidir ki, iddiaçıya ödənilən müavinət işdənçıxma müavinətinə bərabər tutulur. Belə ki, əmək qanunvericiliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (ƏM-nin 2ci mad.). Yəni, Əmək Məcəlləsində müəyyən edilən müavinətlər minimumdur, ondan daha artığı əmək müqaviləsində, kollektiv müqavilədə və kollektiv sazişdə müəyyən edilə bilər. İddiaçıya müavinət də bağlanmış belə Kollektiv Sazişə əsasən ödənilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 13 yanvar 2023-cü il tarixli əmrdə iddiaçıya ödənilən müavinəti məhz işdən çıxma müavinəti adlandırmışdır. Əmək müqaviləsinin ləğv olunma əsası isə vəziyyəti dəyişdirməməklə, həmin müavinətin statusuna (işdən çıxma müavinəti olmasına) təsir etmir. Göründüyü kimi, cavabdeh iddiaçıya ödədiyi müvafiq müavinətdən gəlir vergisi tutaraq, həmin hissədə pul vəsaitini ödəməməkdə haqlı olmamışdır. Cavabdeh etirazının digər əsası kimi həmçinin göstərmişdir ki, müavinətdən verginin tutulması barədə iddiaçı razılığını ifadə etmiş, bu istiqamətdə aralarında 13 yanvar 2023cü il tarixli razılaşma (müqavilə) bağlanmışdır. İddiaçı həmin müqaviləni etibarsız sayaraq, şərtlərin onun həqiqi iradə ifadəsini əks etdirməməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin mövqeyi ilə də razılaşır. İlk öncə qeyd edilməlidir ki, pensiya yaşına çatmış işçilərin öz təşəbbüsləri ilə işdən çıxmaları durumunda onlara əmək haqqının 5 misli miqdarında müavinət verilməsi SOKAR və ANQSİHİRK arasında bağlanmış Kollektiv Sazişdə birbaşa nəzərdə tutulmuş, həmin sazişdə qeyd edilən müavinətlərdən vergi tutulmalı olması barədə hər hansı qeyd şərt mövcud olmamışdır. Belə olan halda təkrarən analoji razılaşmanın bağlanmasına hər hansı zərurət olmamışdır. Cavabdehin məqsədi qeyd edilən müavinətdən gəlir vergisinin tutulmasını “qanuniləşdirmək” olmuşdur ki, bu da yolverilməzdir. Bununla yanaşı, razılaşmanın şərtlərinə görə - iddiaçıya gələcəkdə əmək mübahisəsi ilə hər hansı tələblə məhkəməyə müraciət etmək qadağan olunmuşdur ki, həmin şərtlər də özü-özlüyündə etibarsızdır (əhəmiyyətsizdir). Halbuki, MPM-in 4.2-ci majddəsinin tələbinə görə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Xüsusilə qeyd edilməlidir ki, əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə uyğun olaraq, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Eyni zamanda, məhkəmə təcrübəsindən görünür ki, cavabdeh iddiaçı ilə oxşar vəziyyədə olan digər işçilərə də eyni standart müqavilə şərtlərini təqdim edərək, bağlamışdır. Halbuki, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələbiqnə görə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, cavabdehin şərtləri özü-özlüyündə etibarsız olan müqaviləyə istinad edərək, müvafiq müavinətdən vergi tutulmalı olması barədə mövqeyi əsassız olmaqla, qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsi isə mübahisəli məsələyə formal yanaşmış, əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilməsini qeyd etməklə kifayətlənmiş, işin həqiqi hallarını müəyyən etməmiş, bu istiqamətdə araşdırma aparmamış, iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir. Qeyd edilənlərdən savayı, məhkəmə kollegiyası mübahisəli məsələyə digər tərəfdən də yanaşmayı zəruri hesab edir. Cavabdeh etirazında əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqaüdə çıxma ilə əlaqədar öz təşəbbüsü ilə yazılmış ərizə əsasında xitam verildiyi göstərsə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli «ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında» Qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərarın verildiyi gündən sonra işçinin təqaüdə çıxmaları ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqı məbləğinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin təqaüdə çıxması ilə əlaqədar işçinin özlərinin təşəbbüsü əsasında rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması təşkil etmiş, bu səbəbdən cavabdeh tərəfindən ödənilmiş müavinət gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olmuşdur. Məhkəmə kollegiyası, xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təcrübəsində iddiaçı ilə eyni vəziyyətdə olan digər çoxsaylı işçilərlə bağlı da analoji məhkəmə qərarları mövuddur (mübahisənin mahiyyəti eynidir). Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 2(102)-2725/18 saylı qərarında göstərilmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh təşkilatla iddiaçılar arasında olan əmək müqavilələrinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçıların öz təşəbbüsü ilə işdən azad edilməsi və onlarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıların hər birinə işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər iddiaçılara ödənilmişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişlər. İş materiallarında olan əmrlərdə və iddiaçılara məxsus əmək kitabçalarında iddiaçılarla olan əmək müqavilələrinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onların təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdıqları ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş «ARDNŞ»-in 2009cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi göstərilmişdir. İddiaçıların hər birinə onlarla olan əmək müqaviləsinə xitam verildikdən sonra onların əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi işin mübahisəsiz hallarındandır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçılarla olan əmək müqavilələrinə xitam verilməsi Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmaları ilə işçilərin özlərinin təşəbbüsü əsasında rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqavilələrinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Cavabdehin apellyasiya şikayətini əsaslandırdığı, həmçinin iddiaçıların əmək kitabçalarında və onların işdən azad olunması ilə bağlı verilən əmrlərdə nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmaları ilə işçilərin özlərinin təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, iddiaçılar tərəfindən yazılmış ərizələr işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur və onların müstəqil iradə ifadələrini əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçılarla olan əmək müqavilələrinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçılara ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş haqqhesab vərəqələrindən görünür ki, iddiaçılara onların orta əmək haqqı məbləğinin beş misli miqdarında hesablanmış məbləğlər gəlir vergisi və digər tutulmalar çıxılmaqla yerdə qalan məbləğlər miqdarında onlara ödənilmişdir. Daha sonra gəlir vergisi olaraq tutulan məbləğlərin bir qismi iddiaçılara qaytarılmışdır. İddiaçılara ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətlərin gəlir vergisinə görə tutulan hissəsi iş materiallarına əlavə edilmiş haqq-hesab vərəqələrinə uyğun olaraq qaytarılmış məbləğləri çıxılmaqla qalan hissədə iddiaçılara qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin Əmək Məcəlləsinin 174.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçılara ödənilmiş məbləğlərin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur, istinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdənçıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Cavabdehin isə eyni və ya oxşar vəziyyətdə olan digər işçilərlə bağlı qanuni qüvvədə olan məhkəmə qərarlarının (həmin dövrdə çoxsaylı digər məhkəmə aktları da mövcud olmuş, məhkəmə təcrübəsi formalaşmışdır) mövcudluğuna baxmayaraq, hazırki iş üzrə də mübahisəni davam etdirməsi pozulmuş hüquqların bərpasının əsassız uzadılması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya ödədiyi müavinətdən gəlir vergisi tutmaqda haqlı olmamışdır. Lakin, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tələbində - ona ödənilmiş müavinətdən tutulmuş məhz 6292,36 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, işdə olan sübutlardan (arayışlar, son haqq-hesab vərəqi) açıq-aşkar görünür ki, iddiaçıya hesablanmış müavinətin məbləği 22837,50 manat təşkil etmiş, ondan 5183,69 manat gəlir vergisi hesablanaraq çıxılmışdır. İddiaçının iddia etdiyi məbləğin tərkibinə isə qanuni tutulmalı olan digər ödənişlər (son ayın əmək haqqı və s.) aid olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» işüzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdehndən 5183,69 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qaoan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdehnə qarşı “pul tələb” dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdehndən 5183,69 (beş min bir yüz səksən üç manat 69 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5926/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5926/2023
10.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver