Məhkəmə qərarları › İş №2(103)-5932/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5932/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5932/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Suraxanı rayon İcra və propasiya şöbəsi, Cavabdeh2 (3-cü şəxs “xxxxxxxxx”MTK olmaqla) qarşı «mənzilin boşaldılıb təhvil verilməsi» tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Suraxanı rayon İcra və propasiya şöbəsi, Cavabdeh2 və 3-cü şəxs “xxxxxxxxx”MTK-nın qarşı «mənzilin boşaldılıb təhvil verilməsi» tələbi barədə iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 13 M saylı evin 3-cü girişinin 5-ci mərtəməsində yerləşən ümumi sahəsi 71,3 kv.m olan 177 saylı mənzilin boşaldılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxxxxxx MTK ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 67 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 177 saylı mənzili əldə etmişdir. Həmin müqaviləyə əsasən xxxxxxxxx MTK qeyd olunan ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbə,177 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndindən görünür ki, mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 71.3 kv.m-dir. Mənzilin ümumi dəyəri 21390 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə xx.xx.2010-cu il tarixli 74 saylı arayışdan görünür ki, o, kooperativin Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin, 3-cü giriş, 5-ci mərtəbədə yerləşən 177 saylı mənzilinin (71,3 kv.m) dəyərini tam şəkildə ödəmişdir. Bundan sonra Cavabdeh2 “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kv.m olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 kv.m olan 177 saylı mənzillərin alınaraq ona təhvil verilməsi, həmçinin vurulmuş maddi ziyana görə 108 000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin “xxxxxxxxx” MTKdan alınaraq Cavabdeh2 təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru isə Cavabdeh2 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, onun sözügedən mənzildə yaşamamağından istifadə etməklə icra sənədini icra etmək adı altında misli görünməmiş qanunsuzluğa yol verərək Cavabdeh2 ona məxsus mənzilə köçürmüş, onun mənzilini həmin şəxsə təhvil verərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İcra məmuru onunla eyni vəziyyətdə olan Əmişov Sübhana məxsus mənzili də Cavabdeh2 təhvil vermək istədikdə, S.Əmişov qeyd olunan mənzildə yaşadığı üçün onun haqlı narazılığı ilə qarşılaşmışdır. Buna görə də ona qarşı analoji qanunsuz addımı ata bilməmişdir. Beləliklə o, göstərilən qətnamədən xəbərdar olan kimi hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı,xx.xx.2018-ci il qətnaməsi ilə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, xx.xx.2018-ci il qətnaməsində göstərilmişdir ki, İddiaçı məxsus 5-ci mərtəbə 177 saylı, 1 otaqlı, ümumi sahəsi 71.3 kv.m olan mənzilin icra hərəkətləri nəticəsində Cavabdeh2 təhvil verilməsinə münasibətdə kollegiya təkrar qeyd edir ki, Cavabdeh2 təhvil verilməli olan 177 saylı mənzil həmin binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 144.5 kv.m təşkil edən mənzildir. İddiaçı müqaviləsində təsvir olunan mənzil isə həmin binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 71.3 kv.m olan mənzildir. Bu mənada əgər İddiaçı məhz özünə məxsus mənzilin (5-ci mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 71.3 kv.m olan mənzil) icra məmurları tərəfindən Cavabdeh2 təhvil verildiyini iddia edirsə, bununla əlaqədar icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Eyni zamanda o, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5821/2018 saylı, xx.xx.2018-ci il qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8282/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən kassasiya şikayətim təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821 /2018 saylı, xx.xx.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh2 da iştirak etdiyi proses zamanı Ali Məhkəmənin Mülki Kollegiyası ona bildirmişdir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış qətnamə onun subyektiv hüquqlarına toxunmur,sözügedən mənzil ona məxsusdur, Cavabdeh2 hazırda tələb etdiyi mənzil ona məxsus mənzillə eynilik təşkil etmir.Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsaslanaraq tərəfindən xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilərək icra məmuru tərəfindən icra sənədinin icrası adı ilə qanunsuz olaraq ona məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 5-ci mərtəbə, 177 saylı, 1 otaqlı, ümumi sahəsi 71.3 kv.m olan mənzilə köçürülmüş Cavabdeh2 xx.xx.2019cu il tarixinədək həmin mənzildən çıxarılmasını və mənzilin ona təhvil erilməsini təmin etməklə, pozulmuş mülkiyyət hüquqlarını təmin edilməsi, müraciətinə xx.xx.2019-cu il tarixinədək rəsmi yazılı cavab verilməsi xahiş olunsa da, hazıradək müraciətimə cavab ala bilməmişdir. Buna görə də cavabdehin qanunsuz olan hərəkətsizliyindən müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda istinad etdiyi xüsusatlardan da aydın olur ki, ona məxsus mənzilin yerləşdiyi bina hazıradək dövlət qeydiyyatına alınmadığı üçün həmin mənzilə mülkiyyət hüququm yaranmasa da, mənzilə dair Kooperativin üzvü kimi kooperativə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Suraxanı rayon İcra və propasiya şöbəsi, Cavabdeh2 və 3-cü şəxs “xxxxxxxxx”MTK-ya qarşı «mənzilin boşaldılıb təhvil verilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xxxxxxxxx MTK ilə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 67 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 177 saylı mənzili əldə etmişdir. Həmin müqaviləyə əsasən xxxxxxxxx MTK qeyd olunan ünvanda yerləşən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbə 177 saylı mənzilini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndindən görünür ki, mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 71.3 kv.m-dir. Mənzilin ümumi dəyəri 21.390 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə xx.xx.2010-cu il tarixli 74 saylı arayışdan görünür ki, iddiaçı koperativin Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 5-ci mərtəbə 177 saylı mənzilinin (71,3 kv.m) dəyərini tam şəkildə ödəmişdir. Cavabdeh2 “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin alınaraq ona təhvil verilməsi, həmçinin vurulmuş maddi ziyana görə 108 000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və həmin binanın , 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 172 saylı mənzilin “xxxxxxxxx” MTK- can alınaraq Cavabdeh2 təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru isə Cavabdeh2 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, iddiaçının sözügedən mənzildə yaşamamağımdan istifadə etməklə icra sənədini icra etmək adı altında qanunsuzluğa yol verərək Cavabdeh2 iddiaçıya məxsus mənzilə köçürmüş, iddiaçının mənzilini həmin şəxsə təhvil verərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsaslanaraq iddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edilərək icra məmuru tərəfindən icra sənədinin icrası adı ilə qanunsuz olaraq iddiaçıya məxsus mənzilə köçürülmüş Cavabdeh2 03.01,2019-cu il tarixinədək həmin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini təmin etməklə, pozulmuş mülkiyyət hüquqlarını təmin edilməsi ilə bağlı müraciətinə xx.xx.2019-cu il tarixinədək rəsmi yazılı cavab verilməsi xahiş olunsa da, hazıradək müraciətə cavab ala bilməmişdir. Buna görə də cavabdehin qanunsuz olan hərəkətsizliyindən müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İstinad olunan qanunvericilik aktlarının tələblərini və qanuni qüvvəsini almış məhkəmə aktlarında təsbit olunan Məhkəmələrinin hüquqi mövqelərini nəzərə alaraq, iddiaçı tələblərini dəqiqləşdirərək yekun olaraq Məhkəmədən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin ona məxsus ümumi sahəsi 71.3 kv.m olan 177 saylı mənzilin Cavabdeh2 təhvil verilməsində ifadə olunan hərəkətinin qanunsuz hesab edilməsi, Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin geriyə icra edilməsi, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71.3 kv.m olan 177 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması, Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,3 kv.m olan 177 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, məhkəmə hazırda mübahisələndirilən qətnamə iddia tələblərini təmin etməmişdir. İş materiallarından da görünür ki, məhkəmə bundan əvvəl də yuxarıda qeyd olunan mövqeyinə əsaslanaraq, guya qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına stinad edərək AR MPM-nin 261.0.2-ci maddəsi ilə (eyni tərəflər arasında, eyni predmet Dərəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi... olması əsası ilə) icraata xitam vermişdir. Halbuki məhkəmə bu maddəni o halda tətbiq edib iş üzrə icraata xitam verə bilərdi Ki, 3 vacib elemetin eyni anda mövcud olduğu (1. eyni tərəflər arasında, 2. eyni predmet barəsində; 3. eyni əsaslar üzrə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Cavabdeh2 açdığı məhkəmə mübahisəsi üzrə tərəflər (Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər) tamamilə fərqli olmuşdur. Belə ki, birinci işdə iddiaçı Cavabdeh2 cavabdehlər isə “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi və X4 olmuşdur. İddiaçı həmin iş üzrə sonradan tərəf kimi yox, maraqlı şəxs kimi işə cəlb olunmuş və həmin işdə nə iddiaçının, nə də Cavabdeh2 iddiaçıya qarşı hər hansı bir iddia tələbi olmamışdır. “xxxxxxxxx” MTK isə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Bu xüsusat onu göstərir ki, mübahisə eyni tərəflər arasında bas verməmişdir. Cavabdeh2 “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə bağladığı xx.xx.2006-cı il tarixli 2 müqavilənin tələblərinə əsaslanaraq daha əvvəl açdığı məhkəmə mübahisəsinin predmeti "xxxxxxxxx” Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində (5-ci mərtəbəsində yox) yerləşən ümumi sahəsi 144,5 m2 (71.3 m2 yox) olan 177 saylı mənzillərin alınaraq ona təhvil verilməsi, həmçinin vurulmuş maddi ziyana görə 108 000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması təşkil etmişdir. İddiaçının isə “xxxxxxxxx” MTK ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 67 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və əvvəlki iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə qərarlarının tələblərinə əsaslanaraq hazırda qaldırılan məhkəmə mübahisəsinin predmetini Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 3-cü giriş 5-ci mərtəbə, ümumi sahəsi 71.3 kv.m olan, 1 otaqlı 177 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi təşkil etməkdədir. Bu hal da mübahisələrin eyni predmet barəsində yaranmaması təsdiq edir. Cavabdeh2 açdığı məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını onun “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə bağladığı xx.xx.2006-cı il tarixli 2 müqavilə təşkil etdiyi halda, iddiaçının tələbinin əsasını onunla “xxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli 67 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və əvvəlki iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə qərarları təşkil edir. Bu xüsusat da mübahisələrin eyni əsaslar üzrə yaranmamasını göstərir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-989/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3016/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-989/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.Alməmmədov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında digər cavabdehə və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdeh və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxx” MTK-nin sədri X4 ilə (payçı) İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki,“xxxxxxxxx” MTK Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində 1 otaqlı,71,3 kv.m. sahəsi olan 177 saylı mənzili İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxxxxx” MTK tərəfindən verilmiş mənzilin dəyərinin tam ödənilməsi barədə arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində 1 otaqlı ümumi sahəsi 71,3 kv.m. sahəsi olan 177 saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. İş materiallarında olan xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kv.m. sahəsi olan 177 saylı mənzil X1. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli 2(010)-475/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən13M yaşayış binasının 4- cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kv.m. sahəsi olan 177 saylı mənzil “xxxxxxxx” MTK-dan alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5821/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-475/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(102)-8282/18 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5821/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, «…işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş materiallarına əlavə edilmiş mübahisəli ünvan üzrə inşa edilmiş binaya məxsus layihələr əsasında (iş v. 215 və 241) iddiaçının tələb etdiyi 71,3 kvadrat metr mənzilin binanın hansı hissəsində yerləşməsi, cavabdehə verilmiş mənzillə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş, (binanın bütün mərtəbələrinin layihələri eynidir) bunun üçün mübahisəli ünvana yerli baxışın keçirilməsi müzakirə edilməmişdir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən, kollegiya Ali Məhkəmənin mövqeyini əsas götürərək mübahisəli mənzildə layihəni tədqiq etməklə yerli baxış keçirmiş, və müəyyən etmişdir ki, 177 saylı mənzil 5-ci mərtəbədə olmaqla 71.3 kv.m. təşkil edir. Halbuki, tərəflər arasında bağlanan xx xxxxxx 2006-cı il tarixli müqavilədən (İ cild, i.v. 70) görünür ki, Cavabdeh2 satılan mənzil 4-cü mərtəbədə olmaqla 144.5 kv.mdir. AOdur ki, iddiaçının iddia etdiyi 177 saylı, ümumi sahəsi 71.3 kv.m. olan mənzil cavabdehə müqavilə əsasında verilmiş ümumi sahəsi 144.5 kv.m. olan mənzillə üst-üstə düşmür. Belə ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxx” MTK-nin sədri X4 arasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində 1 otaqlı, 71,3 kvadrat metr sahəsi olan 177 saylı mənzillə bağlı xx.xx.2010-cu il tarixli müqavilənin bağlanması və mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi işin mübahisələndirilməyən halını təşkil edir. İşin digər mübahisə edilməyən halı xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M saylı yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr sahəsi olan 177 saylı mənzilin X2 verilməsi barədə müqavilənin bağlanması və mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənilməsindən ibarətdir. Belə olan halda, kollegiya işin halları, yerli baxışın nəticəsi və tərəflərin izahatlarına əsasən hesab edir ki, sözügedən mənzillər eynilik təşkil etmir və qanuni qüvvəyə minmiş Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-475/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində inşa edilən 13M yaşayış binasının 4-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144,5 kvadrat metr olan 177 saylı mənzilin “xxxxxxxxx” MTK-dan alınaraq X2 verilməsi qət edilsə də, qətnamə icra olunarkən yanlışlığa yol verilmiş və Cavabdeh2 həmin binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144.5 kv.m. olan mənzilə deyil, 5-ci mərtəbədə yerləşən 1 otaqlı, ümumi sahəsi 71.3 kv.m. olan mənzilə köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71.3 kv. m. olan 177 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar