Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5936/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun vəkili X6, Üçüncü şəxs İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1476/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat pul tutularaq İddiaçı1, 4000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbindən imtina barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh İddiaçı1 vasitəsilə xx.xx.2020-ci il tarixdə 4000 manat pulu ona qaytarmışdır. Bu səbəbdən o, Cavabdeh qarşı 4000 manat pul tutulması tələbinə dair iddiasından imtina edir. Odur ki, iddiasından imtinasının qəbul edilməsini və iş üzrə icraata onun iddia tələbinə aid hissədə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1476/2020 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə İddiaçı2 iddiadan imtinası qəbul edilmiş, İddiaçı2 Cavabdeh qarşı «4000 manat pul tutulması» hissəsində iş üzrə icraata xitam verilmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı2 aid edilmişdir. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X8 Bakı şəhəri Səbail rayonundakı 219 saylı orta məktəbdə kimya və biologiya fənnləri üzrə müəllim işləmiş, 2017-ci ildə həmin məktəbdə direktor vəzifəsi boşalmışdır. Həyat yoldaşı uzun müddət ərzində həmin məktəbdə işlədiyindən, iş kollektivi arasında nüfuza malik olduğundan həmin məktəbin direktoru vəzifəsinə təyin olunmaq arzusunda olmuşdur. O, bu barədə tanışı X4 bildirmiş və bu işdə ona koməklik göstərməsini xahiş etmişdir. Qəhraman belə bir tanışı olduğunu ona bildirmişdir. Təxminən 2017-ci ilin noyabr ayında o, Qəhraman Salayevlə birlikdə Elmlər Akademiyasında yerləşən park çayxanasında Tahir Məmmədovla görüşmüşlər. Tahir Məmmədov «Aktual» qazetinin baş redaktoru vəzifəsində işləyirdi. Həmin anda Tahir Məmmədovun yanında Cavabdeh də olmuşdur. Bir müddət sonra Cavabdeh onunla telefon vasitəsilə əlaqə saxlamış, həyat yoldaşının işi ilə əlaqədar görüşməyi təklif etmişdir. Həmin günü o, Qəhramanla birlikdə metronun «İnşaatçılar» stansiyasının yanında Cavabdeh ilə görüşmüşlər. Görüş zamanı cavabdeh onun həyat yoldaşının işində köməklik göstərə biləcəyini demiş və bunun üçün 20000 manat pul istəmişdir. Onun cavabdehə etibarı yarandığından, pulu ona verməyə razılaşmışdır. Söhbətdən 2-3 gün keçəndən sonra o, Qəhramana 20000 manat pul vermişdir ki, Cavabdeh versin. Onlar xx.xx.2017-ci il tarixdə Cavabdehlə metronun «İnşaatçılar» stansiyasının yanında görüşmüşlər. Onun verdiyi 20000 manat pulun 10000 manatını Qəhrəman Cavabdeh vermiş, 10000 manatını isə Qəhrəman özündə saxlamışdır. Bir neçə gün sonra Cavabdeh ona zəng edərək sertifikatın alınması üçün əlavə 5000 manat lazım olduğunu bildirmişdir. O, xx.xx.2018-ci il tarixdə Qəhrəmanla birlikdə metronun «İnşaatçılar» stansiyasının yanında Cavabdehlə görüşmüşlər, həmin vaxt cavabdehin yanında Həsənova Könül (Ellada) Şamil qızı adlı qadın da olmuşdur. O, 5000 manat Cavabdeh vermək istəyəndə, Cavabdeh pulun Həsənova Könül Şamil qızına çatacağını bildirmiş və 5000 manatı ona verməsini demişdir. O, Cavabdeh iştirakı ilə xx.xx.2018-ci il tarixdə 5000 manat pulu Həsənova Könül Şamil qızına şəxsən vermişdir. Daha sonra, o, həyat yoldaşı X8 ilə birlikdə Həsənova Könül Şamil qızı ilə metronun Neftçilər stansiyasının yanında görüşmüşlər və 20000 ABŞ dollarını ona vermişlər. X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, İddiaçı2 və Cavabdeh zəng edərək arvadının öldüyünü xəbər vermiş və pulları qaytarmalarını xahiş etmişdir. Səbinənin yeddisi çıxandan sonra Qəhrəman özündə saxladığı 10.000 manat ona qaytarmışdır. O, Cavabdeh barəsində Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişdir. Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin istintaqının aparılması Bakı şəhəri Nizami RPİ İŞ-nə həvalə edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh onun Həsənova Könül Şamil qızına verdiyi 20.000 ABŞ dollarının geri qaytarılmasında ona köməklik etmiş və 27300 manatın Həsənova Könül Şamil qızından alınmasına nail olmuşlar. Həsənova Könül Şamil qızı ondan aldığı 20000 ABŞ dollarından (34000 manat) yerdə qalan 6700 manatı isə ayda 300 manat olmaqla ona qaytarmağı öhdəsinə götürmüş və bu barədə Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi Hüseyn Nağıyevin adına ərizə yazaraq vermişdir. Cavabdeh ondan aldığı 10000 manatı da Həsənova Könül Şamil qızına verdiyini iddia etsə də, Həsənova Könül Şamil qızı bunu etiraf etmir. Bu səbəbdən də, o, Cavabdeh xx.xx.2017-ci il tarixdə verdiyi 10000 manatı və Cavabdeh iştirakı ilə xx.xx.2018-ci il tarixdə Həsənova Könül Şamil qızına verdiyi 5000 manatı qaytarmasını Cavabdeh tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1476/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh 10000 (on min) manat pul tutularaq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni «Cavabdeh 5000 manat pul tutularaq İddiaçı1 ödənilməsi» hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, İddiaçı2 birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbindən imtina etdiyindən və iş üzrə icraata ona aid hissədə xitam veridiyindən, sonuncu apellyasiya icraatı zamanı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qsmində icraata cəlb olunmuşdur. Bununla yanaşı, Həsənova Könül Ağacan qızı da apellyasiya icraatı zamanı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qsmində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, 10000 manat pulun Həsənova Könül Ağacan qızına verilməsi, pulun onda olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən iddiaçının mərhum həyat yoldaşının məktəb direktoru təyin olunması istiqamətində münasibətləri yaranmış, bu məqsədlə ona 10000 manat pul verilsə də, o həmin pulu Həsənova Könül Ağacan qızına vermişdir. Bu faktı iddiaçı da bilir, hətta bununla bağlı işdə müvafiq qəbz də vardır. O, Həsənova Könül Ağacan qızından 10000 manat pulun alınması ilə bağlı məhkəmədə iddia da qaldırmışdır. Hesab edir ki, iddiaçı 10000 manat pulu ondan deyil, Həsənova Könül Ağacan qızından tələb etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə mərhum həyat yoldaşının məktəb direktoru təyin olunması istiqamətində münasibətləri yaranmış, bu məqsədlə cavabdehə 10000 manat pul vermiş, cavabdeh isə həmin pulu Həsənova Könül Ağacan qızına verməsini bildirir. Lakin o, pulu cavabdehə verdiyindən məhz ondan tələb edir. Hesab edir ki, onun qarşısında Cavabdeh mülki məsuliyyət daşıyır. Sonradan Həsənova Könül Ağacan qızı da ondan əlavə pullar almış, lakin pulların bir hissəsini qaytarmışdır. Eyni zamanda bildirir ki, o və Cavabdeh birlikdə Həsənova Könül Ağacan qızına qarşı iddia qaldırmışlar. Həmin iddia ilə o, K.Həsənovadan 5000 manat pulu, Cavabdeh isə 10000 manat pulu tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşının məktəb direktoru təyin olunması istiqamətində aralarında münasibətlər yaranmış, bu məqsədlə iddiaçı Cavabdeh pul verilmiş, lakin iş düzəlməmiş, cavabdeh 10000 manat pulu qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Həsənova Könül Ağacan qızına rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı1 həyat yoldaşı X5 Bakı şəhəri Səbail rayonundakı 219 saylı orta məktəbin direktoru təyin edilməsinə kömək etmək məqsədilə X3 vasitəsilə metronun «İnşaatçılar» stansiyasının yanında Cavabdeh xx.xx.2017-ci il tarixdə 10000 manat pul vermişdir. Sonradan Cavabdeh sertifikat alınması üçün əlavə 5000 manat da tələb edildiyini bildirmişdir. Tərəflər xx.xx.2018-ci il tarixdə metronun «İnşaatçılar» stansiyasının yanında görüşmüşlər, həmin vaxt Həsənova Könül Şamil qızı da Cavabdeh yanında olmuşdur. İddiaçı1 5000 manatı gətirdliyini bildirmiş və pulu Cavabdeh vermək istəmişdir. Lakin Cavabdeh pulun Həsənova Könül Şamil qızına çatacağını Bəxtiyara bildirmiş və 5000 manatı Həsənova Könül Şamil qızına verməsini demişdir. İddiaçı1 Cavabdeh iştirakı ilə xx.xx.2018-ci il tarixdə 5000 manat pulu Həsənova Könül Şamil qızına şəxsən vermişdir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bəxtiyar zəng edərək arvadının öldüyünü xəbər vermiş və pulları qaytarmasını cavabdehdən tələb etmişdir. Lakin hazırkı vaxta kimi Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı1 aldığı 10000 manat vəsaiti geri qaytarmamışdır. Bakı şəhəri Nizami RPİ İŞ-nin rəisi xx.xx.2020-ci il tarixli 087-6798-1220 nömrəli məktubla məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(004)-1476/2020 nömrəli sorğusuna cavab verərək bildirirmişdir ki, Cavabdeh 2017-ci ildə İddiaçı1 etibarından sui-istifadə edərək həyat yoldaşı X7 işə düzəltmək adı ilə aldadaraq ondan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Nəbz» klinikasının qarşısında 20000 ABŞ dolları (34000 manat) pul vəsaitini alıb ələ keçirməsi faktı ilə bağlı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət işi başlanaraq istintaq olunması üçün Bakı şəhəri Nizami RPİ İŞ-nə göndərilmişdir. Cinayət işinin istintaqı Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi polis mayoru X9 həvalə edildiyindən, icraatına qəbul edilərək istintaq apaılmışdır. İstintaq zamanı xx xxxxxx 2018-ci il tarixdə İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 mərhum arvadı X5 məktəb direktoru vəzifəsinə təyin edilməsində köməklik göstərməsi üçün xx.xx.2017-ci il tarixdə Cavabdeh verdiyi 10000 manat vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yoxlanılan hissədə mövqeyi ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, işin faktiki halları və tərəflərin izahatları ilə iddiaçının mərhum arvadı X5 məktəb direktoru vəzifəsinə təyin edilməsi istiqamətində Cavabdeh 10000 manat pul verilməsi müəyyən olunur. Cavabdeh etirazının əsası kimi qeyd edilən məqsədlə iddiaçıdan aldığı 10000 manat pulu sonradan Həsənova Könül Ağacan qızına (əvvəllər adının Ellada olmasını bilmişdir) verməsini, bu səbəbdən də iddiaçının həmin pulu sonuncudan tələb etməli olmasını bildirmişdir. Cavabdeh etirazının əsası kimi işdə olan xx xxxxxx 2017-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə istinat etmişdir. Həmin qəbzin surətindən görünür ki, Cavabdeh iddiaçının həyat yoldaşı X5 direktor vəzifəsi ilə bağlı aldığı 10000 manat pulu Həsənova (Alcanova) Ellada İlham qızına təhvil verdiyi qeyd etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh qeyd edilən qəbzdə göstərilən Həsənova (Alcanova) Ellada İlham qızının Həsənova Könül Ağacan qızı olmasını, onu əvvəllər Ellada kimi tanımalarını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan müqaviq məqsədlə 10000 manat pul almasını təsdiq etmişdir. Belə olan halda isə iddiaçı pulu məhz Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, Cavabdeh özü 10000 manat pulu Həsənova Könül Ağacan qızından tələb etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda tərəflərin izahatlarından və məhkəmə kollegiyasına təqdim edilmiş iddia ərizəsindən görunür ki, İddiaçı1 və Cavabdeh birlikdə Həsənova Könül Ağacan qızına qarşı pul tələbinə dair iddia qaldırmış, İddiaçı1 sonuncudan 5000 manat (hazırki iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayan hissə üzrə), Cavabdeh isə 10000 manat pul tələb etmişdir. Göründüyü kimi, Cavabdeh özü 10000 manat pulu Həsənova Könül Ağacan qızından tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MülkiMəcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1476/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1476/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5936/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5936/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver