Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5939/2025 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər ** nömrəli Uşaq musiqi məktəbi, cavabdeh3 və cavabdeh2 qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ** nömrəli Uşaq musiqi məktəbinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ** nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixli əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
2. ** nömrəli Uşaq musiqi məktəbinin direktorunun əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının və işdən azad olunması barədə əmrin ləğv edilməsini xahiş edir.
a)Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlər ** nömrəli Uşaq musiqi məktəbi, cavabdeh3 və cavabdeh2 qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** nömrəli uşaq musiqi məktəbinin ## ##### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2011-ci il tarixdən ** nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışır. Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. ** nömrəli uşaq musiqi məktəbinin ##.##.2025-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, 13 il fortepiano müəlliməsi olaraq fəaliyyətini davam etdirmişdir. Peşəsinə olan dərin sevgi, daim öz üzərində çalışmaq meyli ilə seçilmişdir. Attestasiyanın keçiriləcəyi barədə əvvəlcədən ona məlumat verilməmiş, attestasiya zamanı verilən suallara düzgün cavab versə də, attestasiya vərəqində sualların əksəriyyətinə düzgün cavab vermədiyi və tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, ödənilmiş mediasiya xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı ** nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. ** nömrəli Uşaq musiqi məktəbinin direktorunun əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının və işdən azad olunması barədə əmrin ləğv edilməsini xahiş edir.
7. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən edilmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının “komissiya üzvlərinin ona qarşı qərəzli olduğu və cavablarının attestasiya vərəqəsində düzgün qeyd edilmədiyi” barədə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, attestasiyanın video yazısına baxış keçirilən zaman attessasiya komissiyasının üzvlərinin iddiaçıya qarşı heç bir ayrı-seçkilik nümayiş etdirmədiyi, ona hər hansı bir təzyiq etmədiyi, əksinə olaraq iddiaçı sualları cavablandırmaqda çətinlik çəkdiyi vaxtlarda komissiya üzvlərinin iddiaçıya istiqamətləndirici suallar verməklə onun özünü daha rahat və həyəcansız aparmasına yardımçı olduqları müşahidə edilir. Bundan başqa eyni zamanda attestasiyanın video yazısına nəzər yetirərkən müəyyən olunur ki, iddiaçının attestasiya zamanı suallara vermiş olduğu cavablar, habelə cavablaya bilmədiyi sualları attestasiya vərəqəsində qeyd olunanlarla üst-üstə düşür.
8. Məhkəmə iddia tələbinin “## ##### 2025-ci il tarixli, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixli əmrin əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onun işə bərpa edilməyi, işsiz qaldığı müddət ərzində əmək haqqının bərpası və ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırki işdə iddiaçı attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən attestasiya komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 70-ci maddəsinin “c” bəndi, 288, 300.1-ci maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2, 2.4, 2.6, 2.7, 3.1-3.3-cü bəndləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, Əmək Məcəlləsinin 65.5-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinə görə attestasiyanın keçirilməsinin məqsədi işçinin tutduğuğu konkret vəzifəyə uyğunluğunu yoxlamaqdır. Bu isə yalnız onun əmək funksiyası, peşə ixtisası və bilavasitə icra etdiyi pedaqoji işlərlə bağlı suallar əsasında mümkündür. Lakin iddiaçı İddiaçı “fortepiano müəllimi” olduğu halda, attestasiyada ona verilən sualların böyük əksəriyyəti musiqi nəzəriyyəsi, bəstəkarların yaradıcılığı, ensiklopedik biliklərlə bağlı olmuş, pedaqoji fəaliyyəti və ifaçılıq bacarığını qiymətləndirməmişdir. Bu, Əmək Məcəlləsinin 65.5-ci maddəsinin və “Işçilərin attestasiyasının keçirilməsi Qaydaları”-ın 2.4-cü bəndinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Qanunvericilik açıq şəkildə tələb edir ki, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığının artırılması, ixtisasının inkişaf etdirilməsi, pedaqoji fəaliyyətin nəticələri də nəzərə alınsın. Lakin nə attestasiya komissiyası, nə də birinci instansiya məhkəməsi bu amilləri araşdırmamışdır. Beləliklə, iddiaçıya verilmiş sualların onun tutduğu vəzifə ilə birbaşa əlaqəsi olmadığından və işəgötürənin qanuni öhdəlikləri icra edilmədiyindən, attestasiyanın nəticələri etibarsız hesab edilməli, həmin nəticəyə əsasən verilmiş işdən azad etmə əmri də ləğv olunmalıdır. Əmək Məcəlləsinin 67.2-ci maddəsi aydın göstərir ki, attestasiya nəticəsində işçinin peşəkarlığı ilə bağlı müəyyən çatışmazlıqlar aşkar edilərsə, işəgötürən birbaşa əmək müqaviləsinə xitam verməkdənsə, əvvəlcə təlim, ixtisasartırma və ya uyğun vəzifəyə keçirmə imkanlarını nəzərdən keçirməlidir. Iddiaçı İddiaçı 13 il ərzində fortepiano müəllimi kimi fəaliyyət göstərmiş, yüzlərlə şagird hazırlamış və pedaqoji təcrübə toplamışdır. Bu şəraitdə onun bir neçə nəzəri suala cavab verə bilməməsi işdən azad edilmə üçün əsas ola bilməzdi. Əksinə, işəgötürən Əmək Məcəlləsinin 67.2-ci maddəsinin tələbini yerinə yetirərək İddiaçı ixtisasartırma kurslarına göndərməli və ya başqa müvafiq pedaqoji vəzifəyə keçirmə imkanlarını nəzərdən keçirməli idi. Birinci instansiya məhkəməsi bu mühüm normanı tətbiq etməmiş və nəticədə qanunun işçiyə verdiyi təminatların pozulmasına yol vermişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Əmək Məcəlləsinin 67.5-ci maddəsi işçiyə birbaşa konstitusion hüquq kimi məhkəməyə müraciət imkanı yaradır və məhkəmənin vəzifəsini müəyyən edir ki, attestasiyanın nəticələrini qanunauyğunluq, əsaslılıq və obyektivlik prizmasından hərtərəfli araşdırsın. Birinci instansiya məhkəməsi iddiaçının müraciətinin bu normaya əsaslandığını nəzərə almamış, sadəcə cavabdehlərin təqdim etdiyi sübutlara formal yanaşaraq, attestasiyanın nəticələrini olduğu kimi qəbul etmişdir. Halbuki, məhkəmə sualların işçinin əmək funksiyası ilə bağlı olub-olmamasını, işəgötürənin 67.2-ci maddədən irəli gələn öhdəliklərini yerinə yetirib-yetirmədiyini, attestasiyanın obyektiv və şəffaf keçirilib-keçirilmədiyini araşdırmalı idi. Beləliklə, iddiaçının məhkəməyə müraciəti tam qanuni olub, lakin məhkəmə bu hüququn təminat mexanizmini reallaşdırmamış, nəticədə işçinin müdafiə hüququ pozulmuşdur. Əlavə olaraq son zamanlar keçirilmiş attestasiyanın nəticələrinə uyğun olaraq uzun illər pedaqoji staja malik çox sayda müəllimin işdən çıxarılması hallarına rast gəlinir və demək olar ki, bu kütləvi hal almışdır. Qeyd edir ki, hazırkı mübahisə ilə bağlı iddianın təmin olunması barədə çoxsaylı məhkəmə qətnamələri mövcuddur. Əmək Məcəlləsinin 300.1-ci maddəsi məhkəməyə birbaşa göstəriş verir ki, əgər işəgötürən əmək müqaviləsini qanunsuz əsaslarla ləğv edibsə, işçi işinə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir. Iş materiallarından aydın olur ki, işəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 65.5-ci və Qaydaların 2.4cü bəndinin tələblərinə zidd olaraq keçirilmiş attestasiya nəticəsinə əsasən xitam vermişdir, həmçinin işəgötürən Əmək Məcəlləsinin 67.2-ci maddəsindən irəli gələn öhdəliyi –işçinin ixtisasartırmaya göndərilməsi və ya uyğun vəzifəyə keçirilməsi imkanını nəzərdən keçirməmişdir, nəticədə əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslardan məhrum olmuşdur. Belə halda, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 300.1-ci maddəsini tətbiq etməli, iddianı təmin etməli və işçini işinə bərpa etməli idi. Lakin məhkəmə bu tələbi nəzərə almamış, nəticədə həm maddi hüquq, həm də prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə əsasən cavabdeh tərəfin təqdim etdiyi attestasiyanın video görüntülərinə üstünlük vermiş, video görüntüdə açıqaşkar komissiya tərəfindən iddiaçıya təsir müşahidə olunsa da, məhkəmə qeyd olunan halı nəzərə almamış və qiymət verməmiş, iddiaçı tərəfindən təqdim edilən sübutları - əmək kitabçası, uzunmüddətli pedaqoji fəaliyyəti, iş stajı, peşə hazırlığının artırılması barədə sənədlər, şagirdlərinin nəticələri, həmçinin attestasiya suallarının fənnə uyğun olmaması ilə bağlı etirazları nəzərə almamışdır. MPM-in 88-ci maddəsinin tələbinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Deməli, məhkəmə video görüntünü digər sübutlarla əlaqəali şəkildə qiymətləndirməli idi. Məhkəmənin sübutlara birtərəfli yanaşması nəticəsində iş üzrə obyektiv həqiqət aşkara çıxarılmamış, qətnamə isə subyektiv və birtərəfli mövqeyə əsaslanaraq qəbul edilmişdir. Bu hal MPM-in 88-ci maddəsinin kobud şəkildə pozulması ilə yanaşı, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun da pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Izahatında qeyd etdi ki, rəylə tanış olmuşdur. Attestasiya komissiyasının rəyindən göründüyü kimi işçinin əlavə ixtisasartırma kurslarına cəlb edilməsi tövsiyə olunmuşdur. Buna görə də hesab edir ki, həmin tövsiyələr nəzərə alınmalı, işçinin əmək müqaviləsinə xitam verilməməli, o, əlavə ixtisasartırma kurslarına cəlb edilməli idi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh ** nömrəli Uşaq musiqi məktəbinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi. Izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, attestasiya keçirilməmişdən 4 ay əvvəl onlara proqram verilmiş və hazırlaşmışlar. Bütün müəllimlərin bu attestasiyanın keçiriləcəyindən məlumatı olub. Attestasiyada da proqramda nəzərdə tutulmuş mövzular üzrə suallar verilmişdi. Ixtisasartırmaya cəlb olunma ilə bağlı onu qeyd etmək istəyir ki, attestasiya komissiyasının 5 üzvündən 2 lehinə, 3 əleyhinə səs verilmiş müəllimlər ixtisasartırmaya cəlb edilirlər. İddiaçı isə 1 lehinə, 4 əleyhinə səs olduğu üçün o ixtisasartırma kursuna cəlb edilməyib. Bununla bağlı “Musiqi və incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə xüsusi müsabiqənin nəticələri ilə bağlı bəzi tədbirlər haqqında” əmr var. Həmin əmri məhkəməyə təqdim edə bilər. İddiaçı kimi müəllimlər isə dövlət tərəfindən yaradılmış kurslarda deyil, ümumi olaraq təkmilləşmə kurslarına gedərək yenidən imtahan verə və istər əvvəlki iş yerinə, istərsə də fərqli bir musiqi məktəbinə yenidən işə qəbul ola bilər. Onların məktəbində 100-ə yaxın müəllim var, onlardan təxminən 15 nəfər müəllim attestasiyadan keçə bilməmişdir. Attestasiya vərəqəsində yazılır ki, İddiaçı peşəsinə uyğun deyil. Əgər “qismən uyğundur” yazılsaydı, o zaman ixtisasartırma kursuna cəlb edilməli idi. Komissiya üzvlərinin təklifinə əsasən müəllimə özü şəxsən təkmilləşmə kursuna gedə bilər.
15. Iş üzrə digər cavabdehlər cavabdeh3 və cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. Işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Maddə Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasınınartırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70 “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 288 “x” bəndi Işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı ## ###### 2011-ci il tarixdən ** nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışıb. Onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025 ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmrin verilməsinə əsas kimi Bakı şəhər 30 nörməli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli 2 nörməli protokol göstərilmişdir.
23. Iddianı rədd edən məhkəmə qeyd etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir.
24. Məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə zidd olaraq attestasiya zamanı ona verilən sualların peşəsi ilə əlaqədar olmadığını, böyük əksəriyyətinin musiqi nəzəriyyəsi, bəstəkarların yaradıcılığı, ensiklopedik biliklərlə bağlı olduğunu, pedaqoji fəaliyyəti və ifaçılıq bacarığınının qiymətləndirilmədiyini iddia etmiş, həmçinin qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinin pozularaq işçinin ixtisasartırmaya göndərilməsi və ya uyğun vəzifəyə keçirilməsi imkanı nəzərdən keçirilməmişdir.
25. Apellyasiya mərhələsində iddiaçı İddiaçı barəsində keçirilmiş ##.##.2025-ci il tarixli attestasiya, attestasiya qərarı və attestasiya vərəqəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin, «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarının və bu sahədə digər normativ hüquqi aktların tələblərinə uyğun olması barədə Azərbaycan Milli Konservatoriyasının mütəxəssis rəyi alınmışdır.
26. Azərbaycan Milli Konservatoriyası tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əsasən İddiaçı verilən 16 sualdan yalnız 3 suala düz, 13 suala isə səhv cavab verdi. Attestasiya zamanı İddiaçı verilən suallar onun ixtisasına, peşəsinə uyğun idi. Iddiaçının ifası və suallara cavabı məqbul hesab edilə bilməz. Dahi bəstəkar Qara Qarayev haqqında, İ.S.Bax haqqında, polifoniya haqqında heç bir məlumat verə bilməmək qəbuledilməzdir. Ona verilən suallarda ayrı-seçkilik və qərəz müşahidə olunmur.
27. Həmçinin attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən edilmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir.
28. Rəydən göründüyü kimi iddiaçının iddia etdiyinin əksinə olaraq, attestasiya zamanı ona ünvanlanmış suallar bilavasitə onun ixtisasına, peşə fəaliyyətinə və tutduğu vəzifəyə tamamilə uyğun olmuş, heç bir qərəzlilik və ya ayrı-seçkilik qeydə alınmamışdır.
29. Digər tərəfdən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2ci maddəsinin tələblərinin pozulması, yəni əmək müqaviləsinə xitam verilməzdən əvvəl onun ixtisasartırmaya göndərilməsi və ya başqa uyğun vəzifəyə keçirilməsi imkanlarının nəzərdən keçirilməməsi barədə dəlilləri də əsassız hesab edən kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir.
30. Bu maddədə təsbit olunmuş "işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər" müddəası imperativ deyil, dispozitiv xarakter daşıyır. Yəni, belə bir tövsiyənin verilməsi attestasiya komissiyasının mütləq vəzifəsi deyil, onun müstəsna səlahiyyətinə aid olan bir hüquqdur.
31. Bundan əlavə, cavabdeh2 ## ###### 2025-ci il tarixli əmrindən müəyyən olunur ki, cavabdeh2 haqqında Əsasnamənin 5.6.6-cı yarımbəndini rəhbər tutaraq, Nazirliyin 2024-cü il # ##### tarixli əmri ilə təsdiq edilmiş cavabdeh2 tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalarına uyğun olaraq, attestasiya nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqədə, eyni zamanda yerdəyişmə üzrə müsahibədə uğurlu nəticə göstərən namizədlərin işə qəbulu ilə əlaqədar əmr verilmişdir. 32.Iddiaçıya verilmiş attestasiya vərəqəsindən müəyyən edilir ki, attestasiyanın nəticəsinə əsasən lehinə səsin miqdarı 1, əleyhinə isə 4 olmuşdur.
33. Beləliklə, iddia tələbinin əsassız olması ilə bağlı birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
34. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir.
35. Hazırki işdə iddiaçı attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
36. Sözügedən attestasiya komissiyasının qərarının qanunsuzluğu ilə bağlı hallar təsdiq edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
37. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli