Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5940/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və"xxxx" ASC-nin (Ləğv prosesində olan “AG arasında bağlanmış 22 aprel 2008-ci il tarixli, 1-3779 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə və Cavabdeh5 10000 (on min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı 27 yanvar 1993-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilini əldə etmişlər. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi mənzili onun razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kredit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətləin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və ona ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı onun iştirakı təmin edilməli, əmlakın yarı payı ona aiddir, həmin əmlaklar həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilmər, onun bu borclardan xəbəri olmayıb, ipotekaya qoyulanda onun razılığı alınmayıb və əmlak satılanda digər mülkiyyətçi kimi ona əmlak təklif edilməyib. Eyni zamanda ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan başqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə, ancaq öz payına nisbətdə razılıq verə bilərdi. Yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Nilufər Cəfərli).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki iddiaçının mənzili özünün məlumatı və razılığı olmadan ipotekaya qoyulmuşdur. Cavabdehlər öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə iddiaçının mülkiyyət hüququnun pozulmasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdurlar. Nəzərə alınmalıdır ki, İddiaçı 27 yanvar 1993-cü il tarixində Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzili əldə etmişdirlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mənzili iddiaçının razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kredit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətlərin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və iddiaçıya ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı iddiaçının iştirakı təmin edilməmiş və əmlak satılanda da mülkiyyətçi kimi əmlak iddiaçıya təklif edilməmişdir. Ümumilikdə nəzərə alınmalıdır ki, ipoteka müqaviləsindən iddiaçının xəbəri olmamış və müqavilənin bağlanmasına razılıq verməmişdir. Bundan başqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi iddiaçıya məxsusdur. Cavabdeh1 əmlakın ipoteka ilə yüklü edilməyinə ancaq öz payına nisbətdə razılıq verə bilərdi, yaxud ipoteka müqaviləsində iddiaçı da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Lakin bu şərtlər cavabdehlər tərəfindən təmin edilməmişdir. Göstərilən çoxsaylı pozuntu halları məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının konstitusion mülkiyyət hüququ pozulmuşdur. Tərəflərin izahatları:
6. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin Vİ-ЖГ seriyalı, 333873 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında 27 yanvar 1993-cü il tarixdə, 134 nömrəsi ilə nikah akt qeydi bağlanmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 nömrəli, 26 noyabr 2010-cu il tarixli qətnamənin surətindən görünür ki, "xxxx" ASC-nin X4, Cavabdeh1 və Cavabdeh5 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia tələbi təmin edilərək X2 K- 4111 nömrəli kredit müqaviləsi 302.600 ABŞ dollar məbləğində əsas borc, 73.911 ABŞ dollar məbləğində faiz borcu, cəmi 376.511 ABŞ dollar məbləğində borc, K-4112 nömrəli kredit müqaviləsi üzrə 525.200 ABŞ dollar məbləğində əsas borc, 170.016 ABŞ dollar məbləğində faiz borcu, cəmi 695.216 ABŞ dollar məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi, tutma X8 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 nömrəli evin 3-cü mənzilə və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış yönəldilməsi, həmin mənzil və qeyriyaşayış sahəsi açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASCnin tələblərindən artıq olduqda artıq məbləğ cavabdelərə qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh5 müvafiq olararaq bir ay ərzində evi və qeyriyaşayış sahəsini tərk etmələri, cavabdehlər qeyd olunan müddət ərzində evi və qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etmədikdə onlar məcburi qaydada evdən və qeyri-yaşayış sahəsidən çıxarılmaları qərara alınmışdır.
11. 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, A zəriqazbank ASC ilə X5 arasında illik 21 faiz olmaqla 302650 (üç yüz iki min altı yüz əlli ) ABŞ dolları məbləğində kredit ayrılmışdır.
12. 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli "xxxx" ASC ilə borcalan X5, ipotekaya qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, Kredit müqaviləsinin müddəti 24 ay müddətinə, i24 faiz dərəcəsi ilə 260.000 ABŞ dolları məbləğində müəyyən edilmiş K3779 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 öz mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilini bankın xeyrinə ipotekaya qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayan verir.
13. İ-3779 nömrəli İpoteka müqaviləsinə əlavə olan xx.xx.2009-cu il tarixli Azəriqazbank” ASC ilə borcalan X5, ipotekaya qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavə olan razılıqdan görünür ki, 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan əmlakı ipoteka qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayan verir. Kreditin məbləği 302.650 ABŞ dolları müəyyən edilmişdir.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1785/2012 nömrəli, 24 dekabr 2012-ci il qətnaməsi xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir. İcra vərəqəsinin məzmunundan görünür ki, "xxxx" MMC-nin 29 dekabr 2011-ci il tarixli, 11-1083 saylı və 24 yanvar 2012-ci il tarixli 12-005 saylı “Əmlakın Qiymətləndirilməsi barədə hesabat”lar ləğv edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-646/10saylı qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 19 nömrəli ½ mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin qiymətinin 3.200.000 manat olduğu əsas götürülməklə həyata keçirilməsi, Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, 2(004)-646/10 saylı qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsində yerləşən 8 nömrəli mənzilin qiymətinin 350.000 manat olduğu əsas götürülməklə həyata keçirilməsi qərara alınmışdır.
15. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 22 sentyabr 2021-ci il tarixli, 18- 148962 nömrəli məktubunun surətindən görünür ki, 22 sentyabr 2021-ci il tarixli icraatın dayandırılması barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 saylı, xx.xx.2010-cu il icra sənədi üzrə icraat dayandırılmışdır.
16. İddiaçı tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-4111 və xx.xx.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada ünvanda Cavabdeh1 məxsus olan 5 otaqlı,3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir.
17. Cavabdeh1 tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2009- cu il tarixli, K-4111 və xx.xx.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada ünvanda Cavabdeh1 məxsus olan 5 otaqlı,3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir.
18. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X9 Könül Nuru qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 041007 nömrəli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi xx.xx.2020- ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
19. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X9 Könül Nuru qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 041448 nömrəli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi xx.xx.2020- ci il tarixə, saat 11:00-a təyin edilmişdir.
20. Ləğv prosesində olan "xxxx" ASC-nin Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış **********083 nömrəli, 19 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzil xx.xx.2020-ci il tarixdə keçirilmiş hərrac nəticəsində X3 etibarnamə əsasında nümayəndəsi X1 7 təqvim günü ərizində alış qiymətinin ödənilməsi tələb edilmişdir.
21. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 04 fevral 2021-ci il tarixli, 18- 155726/19-9 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi ,ev 8, 3 saylı mənzilin satış ilə bağlı Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabına heç bir ödəniş edilməmişdir.
22. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/391 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
23. ƏİV seriyalı, 184137 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış məktubu xx.xx.2021-ci il tarixdə Aytəkin İsmayılova tərəfindən təhvil almışdır. Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
30. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
32. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
35. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri).
37. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
38. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Hüquqi dəyərləndirmə:
39. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
40. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
41. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
42. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllənin 339.2. maddəsi).
43. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
44. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
45. Hazırkı mülki işdə işin mübahisəsiz halı ondan ibarətdir ki, ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmenti olan daşınmaz əmlak yalnız cavabdeh X10 mülkiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmenti olan daşınmaz əmlak nikah dövründə əldə olduğunu irəli sürərək onun da payının olduğu halda ipoteka müqaviləsi bağlanan zaman onun razılığı olmadığını, o cümlədən ümumiyyətlə onun xəbəri olmadığını əsas gətirərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
46. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçı həmin daşınmaz əmlakını yarı payının ona aid olduğunu irəli sürsə də, ipoteka müqaviləsi bağlanan zaman həmin əmlak ilə bağlı iddiaçının payının olmasını müəyyən edən hər hansı hüquqmüəyyənedici (çıxarış, payların müəyyən edilməsinə dair məhkəmə qətnaməsi) sənədlər mövcud olmamışdır.
47. Bundan başqa iddiaçı qeyd edilən əmlakın ipotekaya qoyulması zamanı onun razılığının alınmadığını qeyd etsə də, cavabdeh AGBank ASC tərəfindən təqdim edilmiş İddiaçı tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müəyyən edilir ki, iddiaçı müqavilə bağlanmasından məlumatı olmuşdur.
48. Bundan başqa iddiaçı xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində kreditin əsas şərtləri, müddəti, faiz dərəcəsi və məbləğinin qeyd edilməməsi iddia etsə də, iddiaçı tərəfindən təqdim edilmiş 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli ipoteka müqaviləsindən 1.2-ci bəndinində kredit müqaviləsinə dair məlumatlar əks olunmuşdur.
49. Beləliklə, məlum olur ki, iddiaçının qeyd etdiyi hallar xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına əsas ola bilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
50. Kollegiya iddia tələbinin digər hissəsini əhatə edən cavabdeh X11 onun xeyrinə 10.000 manat məbləğində pulun tutulmasına münasibət bildirərək qeyd edir ki, nə iddia ərizəsində nə də apellyasiya şikayətində iddiaçı qeyd edilən pul məbləğinin Cavabdeh5 hansı əsaslar əsasında tələb edilməsini əsaslandırılmamış, buna dair sübutlar təqdim edilmədiyindən iddia tələbinin həmin hissədə də təmin edilməməsində ibarət məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
51. Kollegiya işin hallarına və iddiaçının apellyasiya şikayətinin məzmununa əsasən qeyd edir ki, iddiaçı apellyasiya şikayətində əmlakın ipoteka qoyulmasından xəbəri olmadığını və buna razılıq vermədiyini bildirsə də, iş materialları əsasında bunun əksi, yəni razılıq ərizəsinin iddiaçı tərəfindən verilməsi (i.v. 185) öz təsdiqini tapdığından apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.
52. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
53. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçı tərəfindən razılıq ərizəsinin olması halına istinad etsə də, iddiaçı apellyasiya şikayətində həmin ərizənin onun tərəfindən imzalandığını mübahisələndirmədiyindən, kollegiya həmin ərizənin məhkəmə-xəttşünaslıq ekspertizasına göndərilməsinə zərurət görmür. Bundan başqa, iddiaçıya kollegiya iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və şikayətdə qeyd etdiyi hallara aydınlıq gətirməmişdir.
54. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
57. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev