Məhkəmə qərarları › İş №2(103)-5942/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5942/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5942/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci qətnaməsindən Cavabdeh BOKT MMC-nin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh Bank Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin 10.08.2020-ci il tarixli müqaviləsinin etibarsız edilməsi ilə ləğv edilməsi, işə bərpa olunması və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4296/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Cavabdeh Bank Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-4296/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT MMC tərəfindən onun barəsində qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” 11 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun Cavabdeh BOKT MMC-nin Sumqayıt 0204 filialının Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin Cavabdeh BOKT MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(001)-781/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “Cavabdeh Bank Olmayan Kredit Təşkilatı” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş emişdir. Cavabdeh poçt vasitəsi ilə, apellyasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(001)781/2021 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar