Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5946/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia ərizəsinin təmin edilməsini, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 39/İR/2021 №-li əmrinin ləğv edilməsini qət etmişdir. Cavabdehin MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdeh MMCnin ünvanına rəsmi qaydada çatdırılmamışdır. Bunun səbəbinin aydınlaşdırılması üçün cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə müraciət ünvanlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə qətnaməsi olan zərf xx.xx.2023-cü il tarixində 138 saylı poçt şöbəsində qəbul olunmuş, xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 65 saylı Poçt Şöbəsinə daxil olmuş və həmin gün Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 188, mənzil 65-ə çatdırılması üçün yola çıxmışdır. Lakin qeyd olunan ünvanın inzibati binasının daxili prosedur qaydalarının tələblərinə əsasən, binaya kənar şəxslər buraxılmadığı üçün məktub binanın komendantı X2 təqdim olunmuşdur. Rahib Bəşirov tərəfindən yazılan ərizədən görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən MMC-yə ünvanlanmış zərf (məhkəmə qətnaməsi) MMC-nin direktoru X1 və ya onun ailə üzvlərinə şəxsən təqdim edilməmişdir. Həmin zərf ayrılmış xüsusi yerə qoyulmuş, lakin ehtimal olunur ki, səhvən həmin zərf digər şəxslər tərəfindən götürülmüşdür. Daha sonra cavabdeh MMC təkrar olaraq həmin sənədləri əlavə etməklə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin Rayon Məhkəməsi qətnamənin təkrara verilməsi üçün dövlət rüsumunun ödənilməməsini əsas gətirərək, qətnamənin surətinin verilməsindən imtina etmişdir. MMC, məcburiyyət qarşısında qalaraq məhkəmə qətnaməsinin surətini əldə etmək üçün xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsinə müraciət etmiş və xx.xx.2023cü il tarixdə məhkəmə qətnaməsini əldə etməyə nail olmuş, qətnaməni əldə edən kimi isə MMC tərəfindən dərhal apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, MMC, apellyasiya şikayətini qanunvericilikdə müəyyən olunmuş müddətdə özündən asılı olmayan səbəblərdən verə bilməmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin cavabdeh MMC-yə qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC xx.xx.2023-cü il tarixli qətnaməni xx.xx.2023-cü il tarixdə alaraq, qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, hazırda belə şikayətin verilməsi müddəti cavabdeh üçün buraxılmış hesab edilməlidir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məzmunu “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən ərizənin dəlilləri üzrə araşdırma aparılmamış, məhkəmə sənədinin binanın komendantına çatdırılması ilə cavabdeh MMC-yə çatdırılmış hesab edilməklə, nəticədə prosessual normaların pozulması ilə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 23-cü səhifəsində olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” görünür ki, xx.xx.2022-cü il tarixli məhkəmə iclasının bildirişi cavabdeh MMC-yə çatdırılmışdır. Bundan başqa qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasının bildirişi MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. MMC tərəfindən Rayon Məhkəməsinə məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, MMC-nin fəaliyyəti xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin ləğv olunması və hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmişdir, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən Cavabdeh MMCnin hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İşin 55-ci səhifəsində olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” görünür ki, xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə cavabdeh MMC-yə çatdırılmışdır. MMC-nin vəkili (nümayəndəsi) X4 tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin ərizə ilə qətnamənin surətinin MMC-yə təqdim olunması xahiş edilmişdir. Rayon Məhkəməsinin cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixdə MMC tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.7ci maddəsinə görə, məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun məbləği 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat təşkil edir. Belə ki, 10 manat dövlət rüsumu ödəyərək məhkəməyə yenidən müraciət edilməsi xahiş olunmuşdur. "xxxx" Milli Operatorun MMC-nin direktoru X1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən onun adına göndərilmiş SS**********AZ ştrix kodlu sifarişli, xəbərnaməli məktub xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 65 saylı PŞ-yə daxil olmuş və həmin gün ünvanı üzrə çatdırılmışdır. Belə ki, yuxarıda qeyd olunan ünvanın inzibati binasının daxili prosedur qaydalarının tələblərinə əsasən binaya kənar şəxslər buraxılmadığı üçün sözügedən məktub çatdırma vərəqinə imza etdirməklə həmin binanın komendantı Rahib Bəşirova təqdim olunmuşdur. R.Bəşirov yazılı arayışında bildirmişdir ki, çox vaxt evdə olmadığı üçün məktub poçtalyon tərəfindən ona təqdim olunduqdan sonra şəxsən X1 çatdırılmışdır. X3 tərəfindən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən müəyyən edilir ki, poçt tərəfindən bina sakinlərinə çatdırılması üçün vaxtaşırı məktublar gəldiyindən həmin məktublar binanın həyətində sakinlər üçün ayrılmış yerə qoyulur. Bina sakinləri isə özünə aid olan məktubları götürürlər. Yasamal Rayon Məhkəməsindən Cavabdeh MMC-nin adına gələn zərfin (məhkəmə qətnaməsi) X1 və ailə üzvlərinə tərəfindən şəxsən təqdim edilməmişdir. Həmin zərf ayrılmış xüsusi yerə qoyulmuşdur. Ehtimal edir ki, həmin zərf səhvən digər sakinlər tərəfindən götürülmüşdür. Göstərilənlərə və iş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə cavabdeh MMC-nin ünvanına çatdırılmışdır. Bu hal "xxxx" Milli Operatorun MMC-nin cavabdeh MMC-nin direktoru Cavid Hüseynliyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktub ilə təsdiqini tapır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, həmi məktubda bildirilir ki, Rayon Məhkəməsi tərəfindən onun adına göndərilmiş SS**********AZ ştrix kodlu sifarişli, xəbərnaməli məktub xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə 65 saylı PŞ-yə daxil olmuş və həmin gün ünvanı üzrə çatdırılmışdır. Ünvanın inzibati binasının daxili prosedur qaydalarının tələblərinə əsasən binaya kənar şəxslər buraxılmadığı üçün sözügedən məktub çatdırma vərəqinə imza etdirməklə həmin binanın komendantı Rahib Bəşirova təqdim olunmuşdur. R.Bəşirov yazılı arayışında bildirmişdir ki, çox vaxt evdə olmadığı üçün məktub poçtalyon tərəfindən ona təqdim olunduqdan sonra şəxsən Cavid Hüseynliyə çatdırılmışdır. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-nin 130.1 və 130.3-cü maddələrinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 133.1 və 133.2-ci maddələrinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməsi olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. MPM-nin 360-cı maddəsinin tələbinə görə, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada cavabdeh MMC-yə verilmişdir. Qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, hazırda belə şikayətin verilməsi müddəti cavabdeh MMC tərəfindən ötürülmüşdür. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır; həmin qərardaddan cavabdeh MMC-nin verdiyi şikayət əsassızdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5946/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5946/2023
19.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver