Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5946/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi və Şəki regional X4 İstismarı idarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2500/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X15 nümayəndəsi X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Muradova (Səfərova) Leyla Şahin qızı (iddiaçı) ilə "xxxx" ASC "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 52 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı idarənin aparatında 5-ci dərəcə ilə Su kəmərlərinin istismarı sahəsinə dispetçer vəzifəsinə təyin edilmişdir.
2. xx.xx.2019-cu il tarixli əmr ilə İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanaraq Balakən sukanal sahəsinə 8-ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
3. “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsinin xx.xx.2023-cü il tarixli, 01-Q nömrəli əmri ilə İddiaçı - abonentlərlə iş qrupunun mühəndisinə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmişdir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Qərarı ilə “X13 Xidməti”nin və “İri Şəhərlərin X16 Xidməti”nin nizamnamələri təsdiq edilmişdir.
5. “X13 Xidməti” X15 nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək xidmətin fəaliyyət istiqamətlərinə aiddir.
6. “İri Şəhərlərin X16 Xidməti” X15 nizamnaməsinə əsasən İri şəhərlərin X16 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətini göstərən publik hüquqi şəxsdir.
7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.
8. “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X16 Xidməti” X15 sturukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə 01 nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir.
9. X20 Sistemlərinin İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş işə qəbul ediləcək işçilər barədə siyahıya əsasən İddiaçı 6 X9 idarəsində mühəndis vəzifəsinə işə qəbul edilməlidir.
10. “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024- cü il tarixli 495-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024cü il tarixdən ləğv edilmiş, əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir.
11. Balakən X4 İstismarı İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala Regional şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 6 nömrəli Sukanal idarəsinin Balakən sukanal sahəsi üzrə çalışmış işçilər müvafiq olaraq işlə təmin olunmuşlar. İddiaçı əvvəllər Abanonentlərlə iş qrupu sturuktur bölməsində mühəndis vəzifəsində çalışmış, həmin şöbə üzrə ştat cədvəlində hazırda mühəndis vəzifəsi olmadığı üçün onunla Abonent xidmətləri şöbəsində Fakturalama qrupunda – Su Kəməri təsərrüfatında nəzarət vəzifəsində işlə təmin olunması üçün vakant yer saxlanıldığı qeyd olunmuşdur.
12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “X18 Xidməti” X15 Şəki X4 İstismarı idarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 6 X9 İdarəsi Balakən Sukanal sahəsi Abonentlərlə iş qrupu üzrə mühəndis vəzifəsində çalışıb və xx.xx.2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətə çıxıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə 6 X9 İdarəsi ləğv olunub, 6 X9 İdarəsinin tərkibinə daxil olan Balakən Sukanal sahəsi isə X20 Sistemlərinin İstismarı İdarəsinin tərkibinə verilib. X20 Sistemlərinin İstismarı İdarəsinin “X18 Xidməti” publik hüquqi şəxsinə göndərdiyi xx.xx.2024-cü il tarixli siyahıda İddiaçı iş ilə təmin olunması göstərilib.
13. 19.02.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsinə baxmayaraq vətəndaş əmək müqaviləsinə xitam verilərkən qismən ödənişli sosial məzuniyyətdə olduğundan X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.
14. 26.02.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ilə X1 Xətalar Məcəlləsinin 192.6- cı maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə həmin maddə ilə təqsirli bilinib, barəsində şərti tətbiq edilməklə 1500 manat məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
15. “İri Şəhərlərin X16 Xidməti” X15 məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılan sturuktur dəyişikliklərinə əsasən “İri Şəhərlərin X16 Xidməti” X15 tabeliyində olan 6 X9 İdarəsi “X13 Xidməti” X15 tabeliyinə verilmişdir. ... Balakən X4 İstismarı İdarəsinin “X13 Xidməti” publik hüquqi şəxsə göndərdiyi xx.xx.2024-cü il tarixli siyahıda İddiaçı işlə təmin olunması göstərilmişdir. Bu səbəbdən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 6 X9 İdarəsinin 495-K nömrəli əmri ilə xitam verilmişdir. 6 X9 İdarəsi “İri Şəhərlərin X16 Xidməti” X15 sturukturuna daxil olmadığından İddiaçı işlə təmin olunması Xidmətin səlahiyyətləri xaricindədir.
16. Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müəssisə rəhbərliyi tərəfindən əmək müqaviləsi ləğv edilərkən törədilmiş hüquq pozuntusunun aradan qaldırılmayaraq əmək müqaviləsinin ləğvi barədə əmr ləğv edilmədiyindən inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarda nəzərdə tutulan cərimə qüvvəyə minmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri Şəhərlərin X16 Xidməti”nin 6 X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, 495-K nömrəli, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin ləğv edilərək, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, məhkəmə və ilkin mediasiya sessiyasına görə ödənilmiş pulun və 5000 manat mənəvi təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, işəgötürənin qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X6 təhsil almış və xx.xx.2011-ci ildə ona Dövlət Attestasiya Komissiyasının qərarı ilə ingilis dili ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Balakən Sukanal İdarəsinə dispetçer vəzifəsinə qəbul olunmuş, xx.xx.2017-ci il tarixdə idarə rəisinin əmri ilə həmin idarənin “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə keçirilimişdir. xx.xx.2019-cu il tarixdə regional qurum yaradıldığından 6 saylı Regional Sukanal İdarəsi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam vermiş, xx.xx.2019-cu həmin idarə ilə bağlanmış əmək müqaviləsinə əsasən X10 sahəsinə 8-ci dərəcə ilə “Müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) əmək müqaviləsinə xitam vermiş, xx.xx.2019cu il tarixdə 6 X9 İdarəsinin Balakən Sukanal sahəsi ilə bağlanmış müqaviləyə əsasən “8ci dərəcə ilə müştərilərlə işin təşkili üzrə mühəndis” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023cü il tarixdə analıq məzuniyyətinə çıxmış, dekabr 2024-cü il tarixdə iddiaçı analıq məzuniyyətin uzadılması məqsədilə X17 Sistemləri İstismarı İdarəsinə getdikdə ona bildirilmişdir ki, o artıq işdən azad olunmuşdur. 6 X9 İdarəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, şöbə rəisi Vüsal İsmayılovun xx.xx.2024-cü il tarixli, 495-k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) onunla əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq həmçinin ərizə göstərilmişdir. Əslində isə iddiaçı tərəfindən hər hansı ərizə yazılmamışdır. Həmçinin işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış edilməmiş və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Dəfələrlə tələb etdikdən sonra işdən çıxarılmağı barədə əmr, əmək kitabçası ona göndərilmişdir. Lakin əmrdə onun tərəfindən verilən və işdən çıxarılağı üçün əsas kimi göstərilmiş ərizə ilə tanış edilməyi barədə tələbi cavabsız qalmışdır. Qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət etmişdir. X8 Xidməti tərəfindən şikayəti araşdırılmış, xx.xx.2025-ci il tarixli cavab məktubunda “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxs tərəfindən təqdim edilən sənədlərdə inzibati xəta əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İşəgötürənin bu addımı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin normaya əsasən, hamilə və ya üç yaşına çatmamış uşağı olan qadınların əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qadağandır. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qanunsuz işdən çıxarıldığına görə işə bərpa olunmalı, işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi (məcburi iş buraxma) orta aylıq əmək haqqını ödəməyə borcludur. Analıq məzuniyyəti dövründə əmək müqaviləsinin ləğv edilməyi ona psixoloji təsir göstərmişdir, mənəvi zərərə məruz qalmışdır.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2500/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsi (hakim Aytəkin Əsədzadə) ilə iddia tələbinin qismən təmin edilməsi, “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsinin 25 dekabr 2024cü il tarixli 455-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsi Balakən sukanal sahəsi üzrə Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə işə bərpa edilməsi, 25 dekabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 68, 69, 79, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119, 217.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X15 nümayəndəsi X19 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin X16 Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə olaraq bildirir ki, həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və Su TəsərrüfatıAçıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “X13 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən “X13 Xidməti” meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə “X13 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin X16Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14000- dən 7700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda Yevlax rayon Sukanal İdarəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin X16 Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi “X13 Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir. İddiaçını çalışmış olduğu Yevlax rayon Sukanal İdarəsi “X13 Xidməti” publik hüquqi şəxsin tərkibinə verilərək Yevlax X4 İstismarı İdarəsi yaradılmışdır. “X13 Xidməti” publik hüquqi şəxsi “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib-edilməməsi “X13 Xidməti” publik hüquqi şəxsin daxili işidir. Hal-hazırda cavabdehin Yevlax rayon Sukanal İdarəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Yevlax rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsinin 25 dekabr 2024-cü il tarixli 455-K nömrəli əmrinə əsasən analıq məzuniyyətində olduğum zaman qanunsuz olaraq işdən azad olunmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2500/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsi Balakən sukanal sahəsi üzrə Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə işə bərpa edilməyi, 25 dekabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnaməni ədalətli, verilmiş apellyasiya şikayətini isə əsassız hesab edir. Odur ki, ədalətli və obyektiv qərar qəbul edilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
25. 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
26. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
27. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
28. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;
29. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur;
30. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər;
31. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
32. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2500/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. İş materiallarından görünür ki, iddiaçı 2011-ci ildən etibarən "xxxx" ASC-də işləmiş, ASC-dəki struktur dəyişikliklərindən sonra “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxsi 6 X9 idarəsində işini davam etdirmiş, “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 495-K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən qismən ödənişli sosial məzuniyyətdə olmuş, əmək müqaviləsi də sosial məzuniyyətdə olduğu dövrdə - xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir.
43. Kollegiya qeyd edir ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən - başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olması əsası ilə ləğv edilsə də, işçinin bu barədə yazılı razılığı, işdən azad edilmə barədə ərizəsi təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilməsi qaydalarını tənzimləyir, yəni bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün hər şeydən əvvəl işçinin özünün əmək müqaviləsinin ləğv edilməsi yönündə yazılı iradə ifadəsi mövcud olmalıdır. Hazırkı halda isə belə bir yazılı sənəd mövcud deyil. İddiaçı əmək müqaviləsi ləğv edilərkən sosial məzuniyyətdə olduğundan əmək müqaviləsinin ləğv edildiyindən məlumatsız olduğunu, cavabdeh quruma heç bir ərizə yazmadığını, başqa işə götürənlə əmək münasibətinə girmədiyini bildirmişdir. Cavabdeh qurum isə bunun əksinə, işçinin öz iradəsi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə hər hansı sübut təqdim etməmiş, bu faktı ümumiyyətlə təkzib etməmiş, birinci instansiya məhkəməsinin sorğularına ümumi ifadələrlə cavab vermişdir.
44. Kollegiya hesab edir ki, iddiaçının əmək mübahisəsinin ləğv edilmə əsasları faktiki olaraq mövcud deyil.
45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmr anlaşılmaz, qanunsuz və əsassız olduğundan, cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə kobud hüquq pozuntusuna yol verildiyindən, qurumun məsul şəxsi inzibati məsuliyyətə cəlb edildikdən sonra da iddiaçının hüquqlarının bərpası yönündə hər hansı addım atılmadığından ləğv edilməlidir.
46. Kollegiya şikayətin “iddiaçının işlədiyi 6 X9 idarəsi Balakən sukanal sahəsinin hazırda “İri Şəhərlərin X16 Xidməti” X15 sturukturuna daxil olmadığından onların iddiaçını işlə təmin etmələrinin mümkünsüz olması” dəlilinə münasibətdə hesab edir ki, təsdiq edilmiş nizamnamələrlə su təchizatı sahəsində idarəçiliyi və müvafiq xidmətləri ölkənin iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində “İri Şəhərlərin X16 Xidməti” X15, iri şəhərlər istisna olmaqla digər rayon və şəhərlərdə isə “X13 Xidməti” X15 həyata keçirdiyi təsdiq olunur. Lakin, 6 X9 idarəsi Balakən sukanal sahəsinin ləğv olunması, nə də “X13 Xidməti” X15 tabeliyinə keçməsi iş materialları ilə öz təsdiqini tapmır. Balakən X4 İstismarı idarəsi hazırda mövcuddur və məhkəmə sorğusuna verilmiş cavabdeh Balakən sukanal sahəsi üzrə işçilərin onlar tərəfindən işə götürüldüyü bildirilmişdir. Lakin bu idarənin hüquqi müstəvidə 6 X9 idarəsi Balakən sukanal sahəsinin hüquqi varisi olduğu, sahənin balansının və işçi heyətinin ona keçdiyi təsdiq olunmur. Ümumiyyətlə, bu barədə hər hansı əmr, təsdiq edilmiş sturuktur dəyişikliyi və s. təqdim edilməmişdir. “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X16 Xidməti” X15 sturukturuna daxil olan Xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayı əmrə 01 nömrəli əlavəyə uyğun təsdiq edilmiş, əlavədə qeyd olunan tabeli qurumların ştat cədvəllərinin hazırlanmasının və təsdiq üçün publik hüquqi şəxsin idarə heyətinin sədrinə təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrə 01 nömrəli əlavədən görünür ki, yeni sturukturda yalnız iri şəhərlərin Sukanal idarələri və bir neçə başqa idarə olmaqla struktur təsdiq edilmişdir. Lakin, struktur təsdiq edildikdən sonra, xx.xx.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmri “İri Şəhərlərin X16 Xidməti” X15 6 X9 idarəsi təsdiq etmişdir ki, bu da onu göstərir ki, X11 idarəsi “İri Şəhərlərin X16 Xidməti” X15 sturukturu və ştat vahidi təsdiq edildikdən sonra de fakto mövcud olmuşdur. Yəni, işdəki mövcud sübutlarla cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü – iddiaçının əvvəl işlədiyi idarənin və ştat vahidinin hazırda “X13 Xidməti” publik hüquq şəxsin nəzdində olması barədə dəlili öz təsdiqini tapmır.
47. Bununla belə, bu faktın həqiqiliyi fərz olunsa belə, bu işçinin işə bərpa tələbininin təmin olunmaması ilə nəticələnə bilməzdi. İşçinin əmək müqaviləsini cavabdeh “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxs ləğv etmiş, bu zaman əsas nə müəssisənin ləğvi, nə də ştatların və ya işçilərin sayının ixtisarı olmuşdur.
48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əmək müqaviləsinin ləğvi barədə əmrin faktiki əsaslarının mövcud olmadığı öz təsdiqini tapdığından, həmin əmrin ləğv edilməsi mütləqdir, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi isə bunun məntiqi nəticəsidir. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələbi də təmin etməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X15 nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2500/2025 saylı, 21 iyul 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özün aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.