Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5947/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X3 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2984/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14250 manat borc pulun və 30.40 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2013-cü ilin noyabr ayının 12-dən bacısı qızı Cavabdeh1 evində (ünvan 1 1-ci blok, 2-ci mərtəbə ünvanda) kirayə qalırmış.O özü də ailəsi ilə birlikdə həmin evdə kirayə qalırmış. Bakı şəhərində tək olduğuna görə ona təklif etmişdir ki, gəlsin onlarla qalsın, yəni tək qalmasın. Bakı şəhərində o, 8-ci km. qəsəbəsi “Sunay” kafesində ayaqyolunda işləməklə özünə çörək pulu qazanır. Onun Cavabdeh1 yanına gələndə 3500 (üç min beş yüz) manat pulu var imiş. Onu yığmışdır ki, özünə kiçik sotlu torpaq alsın. Pulu Cavabdeh1 saxlamağa vermişdir, pulu verəndə hər ikisi dəftər tutmuşlar ki, həmin dəftərə qeyd edirmişlər ki, o nə qədər pul verdi və nə qədər pul götürdü. Bundan sonra onlar birlikdə yaşamağa başlamışlar, o, hər ay pul qazandıqca gətirib bacısı qızına verirmiş. Verdiklərini də, dəftərdə qeyd edirmiş. 3500 manatı ona verəndən sonra heç bir ay keçməmiş, qız onun iş yerinə zəng vuraraq demişdir ki, Vüqar maşın alıb. Vüqar ağ rəngdə “KİA” markalı 99 YX718 dövlət nömrə qeydiyyat nişanlı maşın almışdır. O, pulu haradan aldıqlarını soruşduqda, bildirmişlər ki, atası verib. Dedimişdir ki, həmin maşını onun puluna almısız, cavabdeh bildirmişdir ki, onun pulunu döşəyin altında gizlətmişdir. Bir-iki aydan sonra Aytənə yenə 500 manat, daha sonra 2000 manat və daha sonra 2000 manat da vermişdir. Pul cəmi 7000 manat olmuşdur. 2014-cü ilin mart ayında 2 dənə 500 manat rus pulu, 10 dənə gürcü larisi, 1 dənə 100 ABŞ dollar, 1 dənə 20 ABŞ dolları və 1 ABŞ dolları var idi ki, onları da vermişdir. Hələ Aytəngilə gəlməmiş 2013-cü ildən qabaq Pirşağıda yoldaşı ilə yaşayırmış, yoldaşı içib pulunu götürürmüş. Aytən demişdir ki, xala ver Vüqara onusaxlayaq. Ona görə də Vüqara 1400 manat pul vermişdir. Vüqar oğluna toy edəndə ondan 100 manat pul borca almışdır. Dayısının 2015-ci ilin yanvar ayının 23-də qırxı idi, o rayona getmişdir. Həmin vaxt 1500 manat pulu var idi. Çıxanda Aytənə demişdir ki, xalatının cibində 300 manat, 1500 manat isə gizlin yerə qoymuşdur. Rayona getmiş və ayın 24-ü evə qayıtmışdır. Evə çatan kimi görmüşdür ki, pulu gizlətdiyi yerin şkaflarının ağzı açılıb, pulu yoxdu. Amma xalatın cibindəki 300 manat yerindədir. Ondan sonra mətbəxdə onun karobkadan 3750 manat pulunu da götürüblər. Dəfələrlə hər iki cavabdehə pulun qaytarılması barədə müraciət etsə də, pulu götürdüklərini boyunlarına alsalar da, pulu qaytarmamışlar. Bununa bağlı Nizami rayon Polis İdarəsinə müraciət etmiş, işi Mübariz adlı müstəntiqdə olmuşdur. Bundan sonra Aytən iş yerinə gəlmiş və ona yalvarmışdır ki, bütün pulları o götürüb, onun pulu ilə maşın, torpaq, qızıl almış, oğluna toy etmiş, özünə diş düzəltdirmişdir. Hər ayın 15-də ona pul verəcəyini vəd etmiş, lakin demişdir ki, müstəntiqə heç nə deməsin. Aytənin onun iş yerinə gəlməsini, ona dediklərini iş yerində olan Dostəli adlı arabaçı eşitmiş və bütün olanları müstəntiqin yanına gələrək şahid kimi ifadə vermişdir. Lakin bütün bunlara baxmayaraq, onun pulunu hələ də qaytarmamışlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 2984/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü ilin noyabr ayının 12-dən bacısı qızı Cavabdeh1 evində (ünvan 1 1-ci blok, 2-ci mərtəbə ünvanda) kirayə qalırmış.O özü də ailəsi ilə birlikdə həmin evdə kirayə qalırmış. Bakı şəhərində tək olduğuna görə ona təklif etmişdir ki, gəlsin onlarla qalsın, yəni tək qalmasın. Bakı şəhərində o, 8-ci km. qəsəbəsi “Sunay” kafesində ayaqyolunda işləməklə özünə çörək pulu qazanır. Onun Cavabdeh1 yanına gələndə 3500 (üç min beş yüz) manat pulu var imiş. Onu yığmışdır ki, özünə kiçik sotlu torpaq alsın. Pulu Cavabdeh1 saxlamağa vermişdir, pulu verəndə hər ikisi dəftər tutmuşlar ki, həmin dəftərə qeyd edirmişlər ki, o nə qədər pul verdi və nə qədər pul götürdü. Bundan sonra onlar birlikdə yaşamağa başlamışlar, o, hər ay pul qazandıqca gətirib bacısı qızına verirmiş. Verdiklərini də dəftərdə qeyd edirmiş. 3500 manatı ona verəndən sonra heç bir ay keçməmiş, qız onun iş yerinə zəng vuraraq demişdir ki, Vüqar maşın alıb. Vüqar ağ rəngdə “KİA” markalı 99 YX718 dövlət nömrə qeydiyyat nişanlı maşın almışdır. O, pulu haradan aldıqlarını soruşduqda, bildirmişlər ki, atası verib. Dedimişdir ki, həmin maşını onun puluna almısız, cavabdeh bildirmişdir ki, onun pulunu döşəyin altında gizlətmişdir. Bir-iki aydan sonra Aytənə yenə 500 manat, daha sonra 2000 manat və daha sonra 2000 manat da vermişdir. Pul cəmi 7000 manat olmuşdur. 2014-cü ilin mart ayında 2 dənə 500 manat rus pulu, 10 dənə gürcü larisi, 1 dənə 100 ABŞ dollar, 1 dənə 20 ABŞ dolları və 1 ABŞ dolları var idi ki, onları da vermişdir. Hələ Aytəngilə gəlməmiş 2013-cü ildən qabaq Pirşağıda yoldaşı ilə yaşayırmış, yoldaşı içib pulunu götürürmüş. Aytən demişdir ki, xala ver Vüqara onusaxlayaq. Ona görə də Vüqara 1400 manat pul vermişdir. Vüqar oğluna toy edəndə ondan 100 manat pul borca almışdır. Dayısının 2015-ci ilin yanvar ayının 23-də qırxı idi, o rayona getmişdir. Həmin vaxt 1500 manat pulu var idi. Çıxanda Aytənə demişdir ki, xalatının cibində 300 manat, 1500 manat isə gizlin yerə qoymuşdur. Rayona getmiş və ayın 24-ü evə qayıtmışdır. Evə çatan kimi görmüşdür ki, pulu gizlətdiyi yerin şkaflarının ağzı açılıb, pulu yoxdu. Amma xalatın cibindəki 300 manat yerindədir. Ondan sonra mətbəxdə onun karobkadan 3750 manat pulunu da götürüblər. Dəfələrlə hər iki cavabdehə pulun qaytarılması barədə müraciət etsə də, pulu götürdüklərini boyunlarına alsalar da, pulu qaytarmamışlar. Bununa bağlı Nizami rayon Polis İdarəsinə müraciət etmiş, işi Mübariz adlı müstəntiqdə olmuşdur. Bundan sonra Aytən iş yerinə gəlmiş və ona yalvarmışdır ki, bütün pulları o götürüb, onun pulu ilə maşın, torpaq, qızıl almış, oğluna toy etmiş, özünə diş düzəltdirmişdir. Hər ayın 15-də ona pul verəcəyini vəd etmiş, lakin demişdir ki, müstəntiqə heç nə deməsin. Aytənin onun iş yerinə gəlməsini, ona dediklərini iş yerində olan Dostəli adlı arabaçı eşitmiş və bütün olanları müstəntiqin yanına gələrək şahid kimi ifadə vermişdir. Lakin bütün bunlara baxmayaraq, onun pulunu hələ də qaytarmamışlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, məhkəmə qiyabi qətnaməsində işin araşdırılan halları və işdəki əlyazmalar ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının pullarının olması qənaətinə gəlmiş olsa da, qiyabi qətnamə ləğv edilib işə yenidən baxıldığı zaman xx.xx.2019-cu il tarixli qətnaməsində həmin əlyazmaları sübut kimi qəbul etməyərək, pulların cavabdehlərə verilməsini təsdiq edəcək sübutların olmaması qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə iclaslarında iddiaçının iştirakı təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya bildiriş göndərilməmişdir. Belə ki, iddiaçı Ucar rayonu Lək kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında yaşayır. Əgər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olsa idi, məhkəmə iclaslarında iştirak edər, iddiaya qarşı öz dəlillərini irəli sürər, şahid olan Zərdab rayon sakini X1 şahid qismində məhkəmə iclasında dindirilməsi barədə vəsatət verər, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. Halbuki, Aytənlə iddiaçının danışığının şahidi olan Zərdab rayon sakini X1 istintaq zamanı verdiyi ifadəsi məhkəmə sorğusu əsasında əldə edilib tədqiq edilə bilərdi. Bundan başqa, sözügedən qətnamədə qeyd edilir ki, Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbi üzrə müddət keçmişdir, iddia tələbinə müddət tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əslində, Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı məsələni qaldırmaqla dolayısı ilə iddianı doğrulayaraq iddianı etiraf etmişdir. Burda belə bir sual yaranır ki, əgər Aytən iddiaçıdan pul almayıbsa, nəyə görə iddia müddəti məsələsini qabardır və həmin əsasla iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfindən bu xüsusata da diqqət yetirilməmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi işin araşdırılan halları ilə müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə pul verdiyini iddia etsə də məhkəmədə iştirak edən Cavabdeh1 bu halı inkar etmişdir. İddiaçı pulun verilməsini təsdiq edən hər hansı əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 106.1, 185 və 218.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində mülki qanunvericiliyin borc müqaviləsinə dair müddəalarına əsaslanaraq borcun qaytarılmasını tələb etsə də, həmin pul vəsaitini Cavabdeh1 borca deyil, saxlamaq üçün verdiyini göstərmişdir. Lakin iddiaçı qeyd edilən pul vəsaitini cavabdehlərə verməsini əsaslandıra və bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hazırkı iş üzrə tələb sübutetmə yükü daşıyan iddiaçı tərəfindən hər hansı mötəbər sübutla təsdiq olunmur. Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı məsələni qaldırmaqla dolayısı ilə iddianı etiraf etməsi barədə iddiaçının dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia ərizəsində göstərilənlərin həqiqətəuyğun olmadığını bildirmiş, həmçinin iddia müddətinin ötürülməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında hazırkı mübahisənin yaranmasına dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən iddiaya iddia müddəti tətbiq edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 2984/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5947/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5947/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver