Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5947/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)-3168/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun 18 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır.
2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 03 noyabr 2020-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun 18 yanvar 2020-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
3. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun 15 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır.
4. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 08 fevral 2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədovun 15 dekabr 2020-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
5. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 27 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3 olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onun tapılıb izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” Yasamal rayon prokuroru Elman Süleymanovun 28 iyul 2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən 54/20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 27 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
6. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 09 avqust 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
7. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 09 avqust 2021-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
8. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 19 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
9. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 19 iyun 2022-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
10. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 26 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
11. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 03 aprel 2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsihaqqında Yasamal RPİnin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 26 dekabr 2022-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
12. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 13 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
13. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 04 noyabr 2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 13 aprel 2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
14. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
15. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 21 dekabr 2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 17 noyabr 2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
16. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 31 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
17. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması barədə ”Yasamal rayon prokuroru Elman Süleymanovun 13 fevral 2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 31 dekabr 2023-cü il tarixli qərarının əsassız olduğundan ləğv edilməsi qərara alınmışdır.
18. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Orxan Süleymanlının 26 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanıCavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları pul borcunun və Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddia onunla əsaslandırılmışdır ki, , cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 ilə Bakı Dövlət Universitetində dərs dediyi müddətdə tanış olmuş və onlar onun tələbələri olmuşdur. Cavabdehlər qısa müddət ərzində onun etibarını qazanaraq özlərini səmimi göstərmişlər. Hətta cavabdehlər onun müxtəlif vaxtlarda xeyir və şər işlərində iştirak ediblər. Cavabdehlər müxtəlif vaxtlarda hissə-hissə ayrı-ayrılıqda ondan borca pul almış və evlərinin söküntü zonasına düşdüyünü və oradan pulu alanda verəcəklərini öhdəsinə götürmüşdür. Cavabdehlərdən Cavabdeh1 Texniki Unuversitetinin yanında 500 manat, bağ evində 1000 ABŞ dolları, Lider tv-nin yanında 3500 manat, “26lar bağı” adlanan ərazidə 300 manat və 8 nömrəli məktəbin yanında 200 manat olmaqla hissə-hissə pul vermişdir. Cavabdehlərdən Cavabdeh2 isə onun Aysel adında rəfiqəsinə onun yanında “Gənclik” metro stansiyası, “Mcdonalds” restoranının yanında 5000 manat və 1200 manat, “Elmlər Akademiyası” metro stansiyasının yanında 1200 manat, Texniki Universitetin yanında 7000 manat, “Semaşko” xəstəxanasının yanında iki dəfə hər birində 3000 manat, cəmi 6000 manat, bacısı Mehrin üçün 4000 manat, bacısı Mehrin üçün 3000 manat, rəfiqəsi Xədicə xanımdan borca alıb Cavabdeh2 iki dəfə 2000+5000 olmaqla 7000 manat vermiş, tələbəsi Ülviyyədən 2000+5000 olmaqla cəmi 7000 manat borca alıb vermiş, gəlini Fəridədən isə iki dəfə 1200+1300 olmaqla 2500 manat, 1400 ABŞ dolları və 500 manat pul vəsaitini 8 nömrəli məktəbin yanında olmaqla hissə-hissə borca vermişdir. Hazırda dəfələrlə xəbardar etməyinə baxmayaraq pulu geri qaytarmırlar. Məcbur olub Yasamal RPİ-nə şikayət etmişdir. Lakin cavabdehləri izahatları alınması üçün tapa bilməmişlər və işin mülki xarakterli olduğunu hesab edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışlar. Bu səbəbdən də pulunun geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)- 3168/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
22. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən 27 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış sorğu əsasında yaranmış zərurətlə bağlı İddiaçı müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim olunması xahiş olunmuş, sorğuya müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialdan görünür ki, müxtəlif tarixlərdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar qəbul edilmiş, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İddiaçı müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialda iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübuta rast gəlinməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386, 1091.1, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Şikayətin dəlillərinə görə, o məhkəmədən obyektiv araşdırma tələb edərək, tərəflərin məhkəməyə çağırılmasını, qətnamədə qeyd olunmuşdur ki, “...iddiaçı ... iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500manat və 100 ABŞ dolları məbləğində, MusayevaSevincMəcid qızının isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.” Daha sonra qətnamədə qeyd olunmuşdur ki, məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, cavabdehlərin yerinimüəyyən etmək mümkün olmamışdır. Məgər cavabdehlərin gizlənməsi, tapılmaması ona dəlalət etmirmi ki, bu şəxslər öhdəlikdən yayınırlar? Qeyd olunan borc verilmiş pullar barədə onun qohumlarının, ətrafının da xəbəri olmuşdur. O, həmin şəxsləri də məhkəməyə dəvət etmək istəyir. Təəsüf ki, birinci instansiya məhkəməsində bu mümkün olmamışdır. O şikayətində nə vaxt, hansı şəraitdə bu pulları verdiyimi uzun-uzadı yazmaq istəmir. O, həqiqətən də, cavabdehlərə göstərdiyi pulları vermiş, təəsüf ki, onun əlində yazılı qəbzlər yoxdur. Onların arasında şifahi borc müqaviləsi olmuşdur, bu səbəbdən də qanunun bu maddələri tətbiq edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc verən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.
33. Hazırkı iş üzrə yeganə araşdırılmalı hal iddiaçının ərizəsində və izahatında qeyd olunan xüsusatlardır. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin hazırkı vəziyyətdə ümumiyyətlə hər hansı bir sübut mövcud deyildir ki, iddiaçının izahatı ilə yanaşı yoxdanılaraq qiymətləndirilsin.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)- 3168/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)- 3168/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev