Məhkəmə qərarları › İş №2(103)-595/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-595/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-595/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3226,73 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3256,73 manatın məcburi qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 3226,73 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına 2016-2019-cu il tarixlərində baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş və həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır və İddiaçı İB-yə cəmi 3118,10 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə, şahidlərin ifadələrinə münasibət bildirməmiş, qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olu-olmaması barədə ekspertiza təyin etməmişdir. Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini vaxtlıvaxtından ödədəyini bildirmişdir. Məhkəmə işi hərtərəfli araşdırsaydı məlum olardı ki, aktların yazıldığı 2016-2019-cu il tarixlərdə cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən yalnız sonuncu dəfə 2017-ci il tarixdə ödəniş həyata keçirilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, iddia qismən təmin olnuraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında 10.0.5.2018-cu il tarixli, T/17486 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi 3 ev 41 ünvanında yerləşən fərdi yaşayış evinəİddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş və həmin ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, 1002AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. 16.12.2016-cı il tarixli, ******* saylı, 19.01.2017-ci il tarixli, ******* saylı akt ,22.02.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı 14.03.2018-ci il tarixli, ******* saylı 25.04.2018-ci il tarixli, ******* saylı 31.05.2018-ci il tarixli, ******* saylı, 27.07.2018-ci il tarixli, ******* saylı 29.08.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı,29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi 3 ev 41 nvanında yerləşən evdə təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar, İddiaçı İB tərəfindən iddiaçıya dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 3226,73 manat cərimə borcu hesablanmışdır. 08.02.2019-cu il tarixli MN0099678 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmiş, yuxarda qeyd olunan ünvanda evə sayğacdan kənar qaz xətti çəkmişdir. 10.02.2019-cu il tarixli MN0013803 saylı inzibati xəta haqqında işin aiddiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Qeyd olunanlar, iddia ərizəsi, müqavilə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar, inzibati xətta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Hazırda İddiaçı İB Cavabdeh təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə etdiyini bildirərək, müvafiq aktlar üzrə hesablanmış 3211 manat cərimə, eyni zamanda cavabdehin əvvəldən qalmış 15,73 manat qalıq borcunu tələb edir. Kollegiya ilk növbədə birinici instansiya məhkəməsinin qətnaməsinin ləğvinə münasibətdə qeyd edir ki, qətnamənin əsaslandırma hissəsində Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya dəymiş zərər 3211 manat qeyd olunsada, nəticə hissəsində dəymiş zərər 2620,90 manat qeyd olunaraq Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir. Aktlara münasibətdə isə, Kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, iddiaçı vurulmuş ziyanı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarla və 08.02.2019-cu il tarixli inzibati xəta haqqında protokolla rəsmiləşdirilmiş, lakin şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməmişdir. İş üzrə təyin edilərək keçirilmiş 26 fevral 2021-ci il tarixli 9/4277 saylı ekspert rəyindən görünür ki, 16.12.2016-cı il tarixli, ******* saylı əsasında 338,80 manat, 19.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 220,40 manat, 22.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 122,40 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 755 manat, 14.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 300 manat, 25.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 272 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 27.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 230,40 manat, 29.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat,28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 93,60 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.05.2019-cu il tarixli, ******* saylı aktlar əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat dəymiş zərər olmaqla 3211 manat borc müəyyən edilmişdir. Kollegiya hesab edir ki, 16.12.2016-cı il tarixli, ******* saylı, 19.01.2017-ci il tarixli, ******* saylı akt, 22.02.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı 14.03.2018-ci il tarixli, ******* saylı 25.04.2018-ci il tarixli, ******* saylı 31.05.2018-ci il tarixli, ******* saylı, 27.07.2018-ci il tarixli, ******* saylı 29.08.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı aktlar üzrə iddiaçının xeyrinə 3085 manat borc tutulmalıdır. Eyni zamanda 28.12.2018-ci il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin aktların mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehin əvvəldən 15,73 manat borcu olmasını və həmin borcun karta keçirilməsini bildirsə də, həmin borcun hansı əsasla yaranması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-nin 372.7-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. MPM-nin 384.0.2-cü maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3069,27 manat İddiaçı İB-nin xeyrinə tutulsun. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar