Məhkəmə qərarları › İş №2(103)-5951/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5951/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5951/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və X3 qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-4945/2019 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və X3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun yetkinlik yaşma çatmamış övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, həyətə giriş qapısı ilə üzbəüz 2 otaqdan ibarət özbaşına tikili olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Nikaha daxıl olduqdan sonra mübahisəli evdə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Lakin cavabdehlər onu yaşadıqları evə buraxmır. Halbuki, onlar həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı ailə münasibətlərində olmuşlar. Eyni zamanda bildirir kı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Aslanov küçəsi, dön 4, ev 5 ünvanının yerləşdiyi torpaq sahəsində Cavabdeh2 ilə birgə vəsaitləri hesabına fərdi yaşayış evi (özbaşına tikili) inşa edilmişdir. İndi isə, getməyə başqa yeri yoxdur. Ona məxsus olan bütün cehiz əşyalar da hal-hazırda həmin evdədir. Buna görə də, o müvəqqəti olaraq valideyninin kiçik evində məskunlaşmağa məcbur olmuşdur. Ailə isə böyük olduğu və yaşayış otaqlarının az olduğu üçün onun həmin evdə bundan sonra yaşamağı mümkünsüz olmuşdur. Bu səbəbdən də, cavabdehin bu cür qanunsuz hərəkətlərə son qoymalı və o hal-hazırda yetkinlik yaşına çatmayan uşaqlarının da yaşadığı əvvəlki mənzilinə - ünvan 2 ünvanında yerləşən evə köçürülməlidir. Belə ki, mübahisəli evdə yaşamış, evdən çıxarılmış və çıxarılma qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 4945/2019 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia təmin olunmuşdur. Cavabdeh X7 məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun oğlu ilə nikaha daxil olduqdan sonra ərinin anasına məxsus evə köçməsi, orada yaşaması, lakin sonradan münasibətlərinin pozulması, iddiaçının evdən çıxması, əşyalarını da götürməsi, evdə bəzi əşyalarının (çarpayı, şifoner, yorgan-döşək) qalması, həmin əşyaları da aparmasını tələb etməsi, lakin iddiaçı tərəfindən aparılmaması, evin mərhum qaynanası Raziyə Mirzəyevaya məxsus olması, onun ölümündən sonra vərəsəlik rəsmiləşdirilməsinin aparılmaması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,iddiaçı oğlu ilə ailə quraraq mübahisəli yaşayış sahəsinə gəlin köçmüş,sonra həyətdə 2otaqlı ev inşa olunmuş və iddiaçı həyat yoldaşı ilə orada yaşamağa başlamış,əşyalarını da ora yığmışdır.Münasibətləri pozulduğundan iddiaçı uşaqlarını da götürərək evi tərk etmiş,bir çox əşyalarını aparmış,lakin bəzi əşyaları evdə qalmışdır.Hesab edir ki,iddiaçı evə köçürülə bilməz.Həmçinin qeyd edir ki,birinci instansiya məhkəməsinin qətnaməsindən sonra iddiaçı ilə razılıq əldə olunmuş,iddiaçıya 2000manat pul ödənilmiş,sonuncu da notarial qaydada ərizə verərək onlara qarşı hər hansı tələblərinin olmamasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh MirzəyevCavanşirYaşaroğluapellyasiya şikayətini əsaslı saayraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, o, iddiaçı ilə ailə qurduqdan sona iddiaçı mübahisəli yaşayış sahəsinə gəlin köçmüş, sonra həyətdə 2otaqlı ev inşa etmişlər və orada yaşamağa başlamışlar. Münasibətləri pozulduğundan iddiaçı uşaqlarını da götürərək evi tərk etmiş,bir çox əşyalarını aparmış, lakin bəzi əşyaları evdə qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən sonra iddiaçı ilə razılıq əldə olunmuş, iddiaçıya 2000 manat pul ödənilmiş, sonuncu da notarial qaydada ərizə verərək onlara qarşı hər hansı tələblərinin olmamasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra cavabdeh tərəf ona 2000 manat pul vermiş, o da mahiyyətini başa düşmədən cavabdehlərə qarşı tələbtinin olmaması barədə ərizə yazmışdır. Lakin, sonradan başa düşmüşdür ki, cavabdehlər onu aldatmışlar. Belə ki, 2000manata o, özünü və azyaşlı uşaqlarını digər yaşayış yeri ilə təmin edə bilməz. O, aldığı 2000 manat pulu qaytarmağa hazırdır. Məhkəmə kollegiyasından ərizəsinin nəzərə alınmamasını xahiş edir. O, cavabdehlərə qarşı hazırki iddia tələbindən imtina etmir və işə mahiyyəti üzrə baxılmasını tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin faktiki hallarından və izahatlardan aydın olur ki,iddiaçı ilə cavbadeh Cavabdeh2 ailə həyatı qurduqdan sonra,iddiaçı mübahisəli ünvanda yerləşən müvafiq yaşayış sahəsinə gəlin köçmüş və cehiz əşyalarını ora aparmış,sonra evin həyətində 2 otaqlı ev (özbaşına tikili) inşa edilmiş və iddiaçı həyat yoldaşı ilə həmin ünvanda yaşayaraq birgə təsərrüfat idarə etmiş, 2 uşağı doğulmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli mənzildə yaşamasını mübahisələndirməmiş, lakin münasibətləri pozulduqdan sonra oranı tərk etməsini, əşyalarını aparmasını,bəzi əşyalarının isə hazırda da evdə qalmasını göstərmişdir. Göründüyü kimi, tərəflər mübahisə predmeti olan evdən faktiki yaşayış sahəsi kimi istifadə etmiş, uzun müddət orada ailə kimi yaşayaraq, birgə təsərrüfat idarə etmişlər. Cavabdeh apellyasiya şikayətində, həmçinin mübahisəli yaşayış sahəsinin ərinin anasına məxsus olmasını göstərmişdir. Belə ki, işdə olan ünvan 3 ünvanına dair texniki pasportunun kserosurətindən görünür ki, həmin texniki pasport X6 adına tərtib olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1996-cı ildə ölmüşdür. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəifndən təqdim etdiyi həmin texniki pasport kserosurət olmaqla, sübut əhəmiyyətinə malik deyildir. Belə ki, MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Buna baxmayaraq, qeyd edilən texniki pasport həqiqi sayılsa belə, bu hal iddianın rədd olunması üçün əsas təşkil edə bilməz. Çünki, hazırki vəziyyətdə mübahisəli yaşayış sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmamışdır (bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir). Hazırki iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçının mübahisəli yaşayış sahəsinə köçərək uzun zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur. İddiaçının tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil,məhrum edildiyi yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da,şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal,həmçinin X16 Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki,X16 Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X16 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli yaşayı sahəsi gələcəkdə mülkiyyət hüququ üzrə hər hansı şəxsin adına daşınamaz əmlakın dövlət reyestrində qeydə alınarsa, mülkiyyətçi ilə oradan istifadə edən (yaşayan) şəxslərin hüquqları Mənzil Məcəlləsinin normalarına uyğun həll oluna (tənzimlənə) bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2014-cü il tarixi Qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Həmçinin qeyd ejdilməlidir ki, cavabdeh tərəf apellyasiya baxışı zamanı iddiaçının notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim edərək, aralarında müvafiq razılıq əldə olunmasını, iddiaçıya 2000 manat pul ödənilməsini,iddiaçının onlardan hər hansı tələblərinin olmamasını göstərmişlər. İddiaçı isə ərizənin mahiyyətini başa düşməməsini, ərizəsini təsdiq etməməsini, 2000 manata özünü və azyaşlı uşaqlarını digər yaşayış yeri ilə təmin edə bilməməsini, aldığı 2000 manat pulu qaytarmağa hazır olmasını, məhkəmə kollegiyasından ərizəsinin nəzərə alınmamasını, cavabdehlərə qarşı hazırki iddia tələbindən imtina etməməsini və işə mahiyyəti üzrə baxılmasını tələb etməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki,cavabdehlərin təqdim etdiyi ərizə hazırki vəziyyətdə iddiaçının iddiadan imtina etməsi və icraata xitam verilməli olması anlamına gələ bilməz. Çünki,iddiaçı məhkəmə iclasında iddiasından imtina etməmiş (bu barədə məhkəmə kollegiyasına ərizə verməmiş) və ya hər hansı barışıq sazişinin təsdiq olunması ilə bağlı müraciət etməmişdir. Əksinə, ərizənin mahiyyətini başa düşməməsini, iddiadan imtina etməməsini və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Eyni zamanda, ərizənin məzmunundan görünür ki, orada iddiaçı iddiadan imtina etməsi və imtinanın nəticələrinin ona izah edilməsi (aydın olması) aydın və birmənalı qeyd olunmamışdır. Qeyd edilməlidir ki, istər iddiaçının iddiadan imtina etməsi, istərsə də tərəflərin barışığa gəlməsi (barışıq sazişi bağlaması) və mübahisənin məhkəmədənkənar qaydada həll olunması prosessual qanunvericiliyin tələblərinə (MPM-in 52, 191-ci maddələri) cavab verməklə rəsmiləşdirilməlidir. Əgər iddiaçı məhkəmə iclasında iddiasından imtina etməsini və imtinanın nəticələrinin ona aydın olmasını könüllü iradə ifadəsi formasında bəyan etmirsə və bu barədə müvafiq ərizəsini təqdim etmirsə cavabdehlərin təqdim etdiyi ərizə özü-özlüyündə bu halı təsdiq edə bilməz. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddia əsaslı olmuş,birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir.Qətnamə qanuni və əsaslıdır. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini əsalandıra bilməmiş, etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» işüzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 və X3 qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-4945/2019 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-4945/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar