Məhkəmə qərarları › İş №2(103)-5952/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5952/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5952/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Qarşılıqlı iddia tələbi üzrə tələbkar Cavabdeh iştirakı ilə, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından ilkin iddia tələbi üzrə tələbkar ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 “xxxxxxxxxxxxx” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 100A044307 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 7 977.28 (yeddi min doqquz yüz yetmiş yeddi, 28 qəpik) manat məbləğində faiz borcunun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 33 470 (otuz üç min dörd yüz yetmiş) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka - 2 qəsəbəsi, 90 saylı bağ evinə yönəldilməsinə, evin açıq hərracdan satılması, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” КВ-na qarşı kredit müqaviləsinin ləğv edilməsi, artıq ödənilmiş pulun qaytarılması, mənəvi zərərin ödənilməsi, ipotekaya xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, xx.xx.2007-ci il tarixli 100A044307 saylı kredit müqavilənin ləğv edilməsi, onun tərəfindən cavabdeh QSC “xxxxxxxxxxxxx” KB-na 7459,02 (yeddi min dörd yüz əlli doqquz manat 02 qəpik) manat artıq ödənilmiş pulun, dəymiş mənəvi zərərə görə 5000 ( beş min) manat, hüquqi xidmət haqqı olaraq 200 (iki yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun-cəmi 12689,02 (on iki min altı yüz səksən doqquz manat 02 qəpik) manatın cavabdehdən alınaraq ona ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, 90 saylı bağ evinin ipoteka ilə yüklülükdən azad edilməsi (və ya azad edilmiş hesab olunması), bağ evinin ipotekadan azad edilməsi barədə məktubun (arayışın) verilməsi, həmçinin həmin bağ evi üzrə mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışın əslinin cavabdeh QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının ləğvedicisi X1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-2430/18 saylı qətnaməsi ilə Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin Siyasət Əli oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmentinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” КВ-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi, artıq ödənilmiş pulun qaytarılması, mənəvi zərərin ödənilməsi, ipotekaya xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh məxsus iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka - 2 qəsəbəsi, 90 saylı bağ evinin yüklülükdən azad edilməsi barədə məktubun verilməsi ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 həvalə edilməsi qət edilmişdir. Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB QSC “xxxxxxxxxxxxx” Kommersiya bankının ləğvedicisi X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu İcra və probasiya şöbəsinin icra məmuru Sadıqzadə Bəydullanın xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və qərarla bağlı görülmüş bütün icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 2430/2018-015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, 90 saylı bağ evinin yüklülükdən azad edilməsi barədə məktubun verilməsi ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi X2 həvalə edilməlidir. İcra sənədi icra olunması üçün Sabunçu rayon üzrə icra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-2430/2018 saylı qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-2430/2018 saylı qərardadından ilkin iddia tələbi üzrə tələbkar Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2430/2018-015 saylı, xx.xx.2018- ci il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, 90 saylı bağ evinin yüklülükdən azad edilməsi barədə məktubun verilməsi ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi X2 həvalə edilməsinə dair Sabunçu rayon üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Bəydulla Sadıqzadə xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərmişdir. İcra məmurunun qərarı qanunsuz və əsassızdır, belə iş üzrə cavabdeh LPO QSC “Bank Standart” KB-nin qanuni maraq və mənafelərinə ziddir. Bildiririk ki, tələbkar Cavabdeh yuxarıda qeyd edilən ipoteka predmeti üzrə kredit öhdəliyi LPO QSC “Bank Standart” KB qarşısında icra edilməmişdir və Cavabdeh bank sistemində hazırda 7977,28 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia tələbi üzrə tələbkar Cavabdeh şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. İlkin iddia üzrə tələbkar ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB və Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadıqzadə Bəydulla məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə tələbkar Cavabdeh izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-2430/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Göründüyü kimi, icra məmuru məhkəmənin icra sənədi əsasında “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Kollegiya hesab edir ki, şikayətdə qeyd etdiyi dəlillər formal mülahizələr olmaqla, qərarın ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar