Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5956/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU1-24 505-10495 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçının xeyrinə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 74.892,31 ABŞ dolları məbləğində dəbbə, cəmi 115.339,32 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRXDƏ qeydə alınması üçün ödənilmiş 30 manat, ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 41,20 manat notariat haqqının alınması, Cavabdeh2 məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 18300 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 Siyavuş oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı ərazisi, Xətai küçəsi, 2-ci döngədə yerləşən, 22 nömrəli, 95,3 kv.m. ümumi, 47,2 kv.m. yaşayış, 48,1 kv.m. yardımçı sahəsi olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 26.342,22 ABŞ dolları əsas, 13.924,79 ABŞ dolları faiz, 1.000 ABŞ dolları məbləğində dəbbə, cəmi 41.267,01 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq, "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, Zeytun emalı zavodu ərazisi, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, Bakı şəhəri, Xətai küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi səbəbindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə geri qaytarılmışdır. Bu qərardaddan xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3504/2023 saylı, xx.xx.2023 tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-196/2018 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək, bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5956/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-196/2018 saylı qərardadından iş üzrə iddiaçı "xxxx" BOKT MMC tərəfindən şikayət verildiyi bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddiaçı "xxxx" BOKT MMCnin şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 196/2018 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 386-cı, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5956/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" BOKT MMC-nin şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5956/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5956/2023
12.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver