Məhkəmə qərarları › İş №2(103)-5959/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5959/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5959/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh və 3-cü şəxs X2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3295/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh və 3-cü şəxs X2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dai iddia əriəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3295/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə tərəfindən tam dolğunluqla riayət edilmişdir. İddia ərizəsində cavabdehin adı və onun poçt ünvanı tam göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3295/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş məhkəmənin icraatına götürülməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən aidiyyət qaydalarına və iddia ərizəsinin forma və məzmununa riayət olunmuş, iddiaçı iddia ərizəsində cavabdehin ünvanı qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi qanunvericilikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdehin yaşayış yerini təstiq edən sübutların məhkəməyə təqdim edilməsini deyil, iddia ərizəsində cavabdehin poçt ünvanının qeyd edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa kollegiya qeyd etməyi zəruri hesab edirki, birinci instansiya məhkəməsi cavabdehin yaşayış yeri barədə sübutların məhkəməyə təqdim edilməsinə istinad etsə belə, iddia ərizəsinə tərəflər arasında bağlanmış müqavilənin əlavə olunmasını nəzərə almamışdır. Belə ki, həmin müqavilədə cavabdehin yaşayış yeri barədə məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasə məhkəmə kollegiyаsı hesаb edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3295/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı İB-nin Cavabdeh və 3-cü şəxs X2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş məhkəmənin icraatına qəbul edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402- 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3295/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı İB-nin Cavabdeh və 3-cü şəxs X2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş məhkəmənin icraatına qəbul edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar