Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5959/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə Qərardadı Açar sözlər: apelyasiya şikayətinin geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8276/2021 saylı 26 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 22 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 399,2 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilmiş, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 22061400 saylı müqavilə üzrə əsas borca görə 399,20 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır.
5. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməklə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə verilməlidir. Lakin, Cavabdeh hazırkı apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. Hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllədə nəzərdə tutulmuş forma və məzmuna dair tələblərə uyğun olmadığından geri qaytarılmalıdır.
6. Qərardaddan cavabdeh şikayət verərək, ləğv olunması və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin 14 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. Şikayətdə göstərilmişdir ki, tərəfindən qanunvericiliyə uyğun olaraq hazırlanmış apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Apelyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, eləcə də sübutlar göstərilmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 361.1.5 Apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir.
11. Maddə 361.1.6 Apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.
12. Maddə 363.1.1 Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apelyasiya baxışının hədləri
14. Qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində işin hallarını sadalamaqla kifayətlənmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və hallar, onları təsdiq edən sübutları göstərməmişdir.
17. Məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8276/2021 saylı 26 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.