Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5963/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5nə və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1654/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh4 İddiaçı qayınatasının qardaşıdır.
2. İddiaçı əsas iş yeri üzrə "xxxx" MMC-də xx.xx.2021-ci il tarixinədək təftişçi, hüquq və təftiş şöbəsinin müdiri, ümumi işlər üzrə direktor müavini vəzifələrində, əlavə iş yeri üzrə xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də təftişçi və hüquq məsələləri üzrə direktor müavini vəzifələrində işləmişdir.
3. 20.08.2020-ci il tarixdə 1 il müddətinə verilmiş etibarnaməyə əsasən Cavabdeh4 İddiaçı Cavabdeh4 **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Standart İnsurance” sığorta şirkətində təmsil etməyi, sığorta ödənişi barədə aktı imzalamağı, ona çatası pul məbləğini almağı, bu avtomobilə dair dəymiş zərəri tələb etməyi, bu işlə bağlı banklarda hesab açmağı, adından ərizə yazmağı, imza etməyi, “standart insurance” ilə bağlı digər əməliyyatlarının görülməsi, konvertasiya əməliyyatlarının aparılması və bu işlə əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini etibar etmişdir.
4. Cavabdeh5 direktoru Cavabdeh4 imzaladığı xx.xx.2020-ci il tarixli 036 saylı etibarnaməyə əsasən İddiaçı Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, polis, prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vergi və İcra orqanlarında "xxxx" MMC-nin ticarət nümayəndələri və müştərilərlə (satış nöqtələrində) yaranmış mübahisələrlə bağlı müəssisəni təmsil etməyi, müvafiq dövlət orqanlarına və başqa qurumlara sorğuların verilməsini, işin müvəffəqiyyətli həlli üçün zəruri olan prosessual hərəkətlərin edilməsini, yəni mülki, inzibati və cinayət işlərində onun hüquqlarını və qanuni maraqlarını qorumaq, iddia ərizələri imzalamaq və ərizələr vermək, məhkəmə iclasında tətbiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək, məhkəmə aktlarından şikayətlər, etirazlar və vəsatətlər vermək, məhkəmə iclasının protokolları ilə tanış olmaq, məhkəmədə çıxış etmək, qanunsuz hərəkətlər nəticəsində müəssisəyə vurulmuş zərərin ödənilməsini tələb etmək, istənilən qurumdan müəssisə hesabına ödənilən pul vəsaitlərini qəbul etmək, məhkəmə qərarlarının surətini əldə etmək, məhkəmə aktın və qərarının məcburi icrasını tələb etmək, eyni zamanda məhkəmə qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək üzrə bütün hərəkətləri etmək etibar edilmişdir.
5. Təqdim edilmiş məhkəmə aktlarından görünür ki, Cavabdeh3 MMC və Cavabdeh5 MMC-nin məhkəmələrdə və Əqli Mülkiyyət Agentliyində nümayəndəsi qismində həm də İddiaçı iştirak etmişdir.
6. İddiaçı "Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavid Hümbətəliyevə yazdığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, son aylarda işlərin daha da çox olması, verilən şifahi tapşrıqlar iş həcmində çoxluq təşkil etdiyindən hesab edir ki, aldığı maaşla bu öhdəliyi yerinə yetirə bilməyəcək. Bu səbəbdən onu xx.xx.2021-ci il tarixədək işdən azad etməyini xahiş edir.
7. xx.xx.2021-ci il tarixdə iddiaçı xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsi üzrə nəzərdə tutulmuş haqqın tam ödənilməsi tələbi ilə bağlı cavabdeh hüquqi şəxlsərin təsisçisi və direktoru Cavabdeh4 pretenziya məktubu ilə ilə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh4, "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məzkəməyə müraciət edərək, 237.115 manat məbləğində əsas və məbləğə hesablanmış 19.759 manat faiz borcu olmaqla, ümumilikdə 256.874 manat və 546,87 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh4 digər cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh5 MMC Cavabdeh1 KM-nin (bundan sonra “Şirkətlər”) təsisçisi, eyni zamanda, aralarında müqavilə bağlanan vaxt həmin şirkətlərin direktoru olmuşdur. xx.xx.2019-cu il tarixdə onunla Cavabdeh4 arasında şirkətlərin təsisçisi və direktoru olaraq “Tapşırıq müqaviləsi” bağlanmışdır. Həmin dövrdə o, cavabdehlərdən olan Cavabdeh2 MMC-də təftişçi vəzifəsində işləyirdi. Həmin müqavilənin 1.1 bəndinə görə “Vəkalət alan” olaraq o, şirkətlərə (“Vəkalət verən”) onların tapşırığı əsasında nəzarət etmək, təsisçinin şəxsi tapşırıqlarını icra etmək, hər hansı bir qanun pozuntusu aşkarlanarsa, “Vəkalət verən”ə məlumat verməli idi. Müqavilənin 3.1 bəndinə görə, Cavabdeh2 MMC-dən aldığı əmək haqqından əlavə ona ödəniləcək məbləğ hər ay 5.000 manat təşkil etməliydi və 3.2 bəndinə görə, müqaviləyə xitam verildiyi gün “Vəkalət alan” olaraq ona əlavə 100.000 manat ödənilməli idi. Müqavilənin bağlandığı gündən Cavabdeh4 cavabdeh şirkətlərlə bağlı, o cümlədən, onun öz şəxsi tapşırıqlarını vicdanla yerinə yetirsə də, cavabdehlər tərəfindən ona Cavabdeh2 MMC-dən aldığı əmək haqqından başqa, müqavilə ilə nəzərdə tutulmuş haqq ödənilməmişdir. Cavabdeh4 tezliklə haqqın ödəniləcəyinə vəd verərək, onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olurdu. Müqavilə üzrə öhdəliklərini icra etdiyi müddətdə Cavabdeh4 tərəfindən ona bir neçə dəfə şirkətlərin fəaliyyəti ilə sənədləşmə işlərində saxtakarlıq edilməsi təklif edilsə də, o, bunun qanunsuz olduğunu bildirib, həmin hərəkətləri etməkdən imtina etdiyindən, getdikcə Cavabdeh4 ilə aralarında olan münasibətlər soyumağa başlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə tarixdə Cavabdeh4 “Whatsapp” vasitəsi ilə ona səs ataraq, bir işçinin bağladığı müqavilənin dəyişdirilməsi və onu yalançı borc yaratmaq kimi tapşırıq vermişdir. O, bu kimi tapşırıqları icra etməyəcəyini bildirmiş və onunla bağlanmış tapşırıq müqaviləsində bu kimi öhdəliyinin olmadığını xatırlatmışdır. Bundan sonra, cavabdeh 2021 aprelin 21-nə kimi onu “şirin dil”ə tutmağa çalışsa da, o, hər hansısa sənədləri saxtalaşdırmayacağını tam qətiyyətlə bildirdiyindən, cavabdehlə münasibətləri konkret olaraq pisləşmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yuxarıdakı abzasda yazdıqları Cavabdeh4 hər hansı bir şər böhtanın atılması deyil, bunu təsdiq edəcək aralarındakı “Whatsapp” yazışmalarını zərurət olarsa məhkəməyə təqdim edə bilər. Cavabehlərlə münasibətlərini bitirdiyinə dair bir neçə dəfə ona müraciət edərək, müqavilə üzrə nəzərdə tutulmuş haqqın tam ödənilməsini tələb etsə də, bununla bağlı sonuncu dəfə cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin müqavilə üzrə tapşırıqlarını icra etdiyi müddətin xx.xx.2021-ci il tarixədək, yəni Koroğlu MMC-dən xx.xx.2021-ci il tarixdən,”Nur Retail” MMC-dən isə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifələrdən azad olunduğunu nəzərə alsaq, müqavilə üzrə öhdəliklərini 27 ay 12 gün ərzində tam icra etmişdir. Həmin müddət üçün aralarında bağlanmış müqavilənin şərtlərinə görə cavabdehlər tərəfindən 137.115 manat haqq ödənilməli idi. Eyni zamanda, müqavilənin 3.2 bəndinə əsasən, həmin haqqa müqaviləyə xitam verilərkən ödənilməsi nəzərdə tutulan 100.000 manatı da əlavə edilsə, cavabdehlərin ona olan ümumi borcu 237.115 manat təşkil edir. Yuxarıda göstərdiyi kimi, aralarında bağlanmış tapşırıq müqaviləsinə xitam verilməsinə səbəb Cavabdeh4 müqavilə öhdəliklərini icra etdiyi müddətdə ona müqavilə ilə nəzərdə tutulmuş haqqı ödəməməyi və ondan qanunsuz hərəkətlər etməyə təhrik etməsi olmuşdur. Bundan başqa, cavabdehlər müqavilə münasibətlərinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hazırki iddianı məhkəməyə təqdim etdiyi 20 ay müddətində cavabdehlər tərəfindən ona müqavilə ilə nəzərdə tutulmuş haqqın vaxtında ödənilməməsinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ümumilikdə 19.759 manat faiz ödəməlidirlər. Beləliklə, hesab edir ki, müqavilə üzrə ödənilməmiş 237.115 manat məbləğində əsas borc və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin məbləğ 20 ay üçün hesablanmış illik 5% olan 19.759 manat faiz olmaqla, ümumilikdə 256.874 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 546,87 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutulmalıdır.
10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1654/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizaları təyin edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/739-5/620 saylı rəyinin Məhkəmə-xətşünaslıq ekspertizası üzrə nəticə hissəsinə əsasən ekspertizaya təqdim olunmuş xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 və Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı adlarından olan “Tapşırıq müqaviləsi”nin reproqrafik surətinin 1-3-cü vərəqələrində “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksləri üzərində əks olunmuş imzalar – Cavabdeh4 tərəfindən icra olunması qeyd edilən imzaların əksi montaj (köçürmə) olunması istisna olunmur.
12. Rəyin sənədlərin texniki ekspertizası üzrə hissəsinə əsasən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 ilə Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı arasında bağlanmış “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin çap mətni, üzərində olan imzaların və “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin təsvirləri reproqrafik (çoxaldıcı) qurğu vasitəsilə çap olunmuşdurlar. Həmin müqavilənin reproqrafik surətində olan “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmur. xx.xx.2019-cu il tarixli “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin üzərində “Azərbaycan Respublikası Naxçıvan MR Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştamp əksləri və onların içərisində olan imzanın əksləri üçün relyef klişe vasitəsilə birbaşa vurulmuşdurlar. xx.xx.2019-cu il tarixli “Tapşırıq müqaviləsi”nin reproqrafik surətində olan Cavabdeh2 MMC-yə məxsus “Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştamp əksinin və Cavabdeh4 imzasının əksinin eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsindəki kvadrat şəklində ştamp əksi Cavabdeh2 MMC-yə məxsus “Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştampla vurulub və həmin ştamp əksinin içərisindəki imza Cavabdeh4 imzasının klişe vasitəsilə vurulmuş əksidirmi?” sual üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş “Tapşırıq müqavilə”sinin reproqrafik surətində olan ştamp əksinin saxta olub-olmaması məsələsi hüquqi araşdırma tələb etdiyindən ekspertin həll etdiyi məsələlərə aid deyildir. Həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aiddir.
13. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş ekspertlər rəylərini müdafiə etməklə mübahisələndirilən müqavilədə olan imzaların və möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmamasını bir daha təsdiq etmişlər.
14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1654/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia təmin edilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, faktiki olaraq ekspert rəyindən müqavilədə olan imza və möhürlərin sərbəst qaydada düzgün olaraq icra olunmaması faktı təsdiq olunduğundan bu hallar sözügedən müqavilənin də qanuni əsaslarla, sərbəst və könüllü olaraq bağlanılaraq imzalanması və möhürlənməsi anlamına gəlməyə kifayət qədər hüquqi əsas yaratmır.
16. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının tələblərini rəhbət tutaraq hesab etmişdir ki, hazırki iddianın əsasını təşkil edən tapşırıq müqaviləsi etibarlı əqd kimi qiymətləndirilə bilməz.
17. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilənin məzmunu tapşırıq müqaviləsinin mahiyyətini özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777 və 778-ci maddələrində göstərilən hallara uyğun olmadığından tərəflər arasında yaranmış münasibətlər, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan tapşırıq müqaviləsinə aid normaların tələblərinə müvafiq qiymətləndirilə bilməz.
18. Həmçinin, məhkəmə iddiaçının tapşırığın qəbul edilməsi faktlarına dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin ona hansı konkret tapşırıqları verməsi, vəkalətnamədə nəzərdə tutulan hansı tapşırığı icra etməsi, tapşırığın icrası nəticəsində əldə olunan hansı məlumatları “Vəkalət verən”ə təqdim etməsi və ya «Vəkalət verən»in tələbi ilə ona tapşırığın icrasının gedişi haqqında hansı informasiya, habelə tapşırığın icrasından sonra hansı məlumat verməsinə dair mötəbər və tutarlı sübutlar da təqdim etməmişdir. Digər tərəfdən müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyi və müqavilənin Sabirabad rayonunda sənaye parkı açılanadək qüvvədə olmasına dair bəndin də müqaviləyə daxil edilməsinin səbəblərini iddiaçı tərəf aydınlığı ilə açıqlaya bilməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dəlilləri bir daha ona dəlalət edir ki, tərəflər arasında mübahisələndirilən müqavilə üzrə hər hansı münasibət olmamış, qurulmamış, bu müqaviləyə uyğun fəaliyyət belə göstərməmişlər. İddiaçının gördüyü işlər əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələr olmuşdur ki, bunun üçün də əlavə tapşırıq müqaviləsi bağlanmasına da heç bir hüquqi əsas və zərurət olmamışdır. Təsisçi ilə iddiaçı arasında qohumluq münasibəti olduğu üçün aralarında olmuş şəxsi tapşırıqlarla bağlı hər hansı işlərin görülməsi onlar arasında qarşılıqlı münasibətlər fonunda baş vermişdir ki, bunun üçün də göstərilən müqaviləni bağlamağa və oraya da həmçinin şəxsi tapşırıqların icrası ilə yanaşı, bunun üçün də qeyd edilən həddindən artıq yüksək əmək haqqlarını əlavə etməyə heç bir zərurət olmamışdır.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, məntiqlə iddiaçının bildirdiyi kimi müqavilə qüvvədə olduğu müddətdə o, müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirdikcə hər ay əmək haqqından əlavə 5.000 manat da almalı idi. Lakin iddiaçı məhz həmin dönəmdə nəyə görə hər ay bu məbləğin ona ödənilmədiyi halda buna dair cavabdehə hər hansı irad, şikayət və pretenziya verməməklə, özünün bildirdiyi kimi, tapşırıq müqaviləsi üzrə işləri davam etdirməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri (cavabdehin vədlər verməklə onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olması) qətiyyən inandırıcı saymır və bu kimi izahatlarına tənqidi yanaşır.
21. Məhkəmə iddiaçının təqdim etdiyi Cavabdeh4 “Whatsapp” vasitəsi ilə səs yazılarını iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 80, 88, 101.7, 103.1, 103.2, 106.1, 206.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin göstərilən hаllаrа əsаslаnmаqlа iddiаnın təmin edilməməsinə dаir gəldiyi nəticə əsаssızdır. Tərəflər аrаsındа əmək hüquq münаsibətləri, yəni işəgötürən və işçi münаsibətləri mövcud оlmаqlа yаnаşı, eyni zаmаndа оnlаrın аrаlаrındа mülki hüquq münаsibəti də yаrаnmışdır. Yəni, оnlаrın аrаlаrındа tаpşırıq müqаviləsi də bаğlаnmışdır. Müqаvilədə оlаn dаirəvi möhürün cаvаbdehə məхsus оlmаsı оnlаr tərəfindən etirаf edilmiş, künc ştаmpı isə bаşqа mülki və cinаyət işlərində cаvаbdehin özü tərəfindən təqdim оlunmuş mаliyyə-mühаsibаt sənədlərinə birbаşа vurulmuş sənədlərlə tаm sübutа yetirilmişdir. Belə ki, həmin ştаmplа təsdiq edilən sənədlər əsаsındа cаvаbdehin lehinə mülki işlər üzrə qətnаmələr qəbul edilmiş, cinаyət işləri üzrə hökmlər çıхаrılmışdır. İddiaçı məhkəmələrdə vəkаlət əsаsındа iştirаk etmişdir. Göstərilən хüsusаtlаr məhkəmədə sübut оlunmuş, lаkin birinci instаnsiyа məhkəməsi əsаssız оlаrаq həmin işlərin yerinə yetirilməsini iddiаçının əmək müqаviləsi üzrə vəzifələrinə аid etmişdir. İddiаçı tаpşırıq müqаviləsi üzrə öhdəliklərini оnunlа əmək müqаviləsinin bаğlаndığı "xxxx" MMC-nin yerləşdiyi yerdə deyil, bir sırа rаyоn və şəhərlərdə, о cümlədən respublikа tаbeli rаyоnlаrdа yerinə yetirmişdir. Bu işlərin yerinə yetirilməsi isə iddiаçının əmək vəzifələrinə аid deyil, tаpşırıq müqаviləsinə аiddir. Məhkəmə əsаssız оlаrаq həmin hаllаrı əmək vəzifələrinin yerinə yetirməsi kimi qiymətləndirmişdir. Tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsinin mövcud оlmаsı və həmin müqаvilə işlərin yerinə yetirməsi xx.xx.2021-ci ildə tarixli “Whatsapp” yаzışmаsı ilə sübut оlunduğu hаldа, məhkəmə “Whatsapp” vasitəsi ilə səs yazılarını iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirməməsinə dаir fikir ifadə etmiş оlsа dа, bu sübutun qаnunsuzluğunun nədə ifаdə оlunmаsı və həmin sübutun nəyə görə məhz mötəbər sübut kimi qiymətləndirilməli оlmаmаsını ümumiyyətlə əsаslаndırmаmışdır. Hаlbuki, həmin sübutlаrın əldə оlunmаsındа hər hаnsı qаnunsuzluğа yоl verilməmiş və həmin “Whatsapp” yаzışmаsı ilə cаvаbdeh təşkilаtın rəhbəri tərəflərin tаpşırıq müqаviləsi üzrə mülki hüquq münаsibətlərində оlmаsı və bu tаpşırıq müqаviləsi üzrə işlərin yerinə yetirməsi və vахtаşırı оlаrаq hesаbаtlаrın verilməsi öz təsdiqini tаpmışdır. Birinci instаnsiyа məhkəməsi tərəfindən tərəflər аrаsındа bаğlаnmış tаpşırıq müqаviləsinin mövcudluğu sübut оlunsа dа, məhkəmə həmin müqаviləni əmək müqаviləsi kimi qiymətləndirməklə işin həqiqi hаllаrınа uyğun gəlməyən nəticəyə gəlmişdir. Belə ki, tərəflər аrаsındа əmək müqаviləsinin mövcud оlduğu hаldа, yeni bir əmək müqаviləsinin bаğlаnmаsınа zərurət оlmur. Digər tərəfdən, tərəflər аrаsındа xx.xx.2019-cu il tarixdə bаğlаnmış tаpşırıq müqаviləsi heç bir hаldа əmək müqаviləsi və həmin müqаvilə ilə müəyyən edilmiş hüquq və vəzifələr əmək müqаviləsi üzrə müəyyən edilmiş hüquq və vəzifələr hesаb edilə bilməz. Tərəflər аrаsındа xx.xx.2019-cu il tarixdə bаğlаnmış tаpşırıq müqаviləsi isə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmаmışdır. Оnа görə ki, xx.xx.2019-cu il tarixdə bаğlаnmış müqаvilə əmək müqаviləsi deyil, tаpşırıq müqаviləsidir və həmin müqаvilə ilə yerinə yetirilmiş işlər tаpşırıq müqаviləsinə аiddir. Lаkin birinci instаnsiyа məhkəməsi tərəfindən göstərilən müqаvilə üzrə vəkаlət (etibаrnаmə) əsаsındа yerinə yetirilmiş işlər əsаssız оlаrаq əmək müqаviləsi üzrə vəzifələrə аid edilmiş və bununlа dа birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
27. İddiaçı həmçinin bildirdi ki, onda tapşırıq müqaviləsinin əsli olmuş, lakin 2020ci ilin sonlarında Cavabdeh3 MMC-də vergi orqanı tərəfindən yoxlamalar həyata keçirildiyindən Cavabdeh4 işçilərə otaqlarda olan bütün sənədlərin götürülməsini bildirmişdir. Onun otağına heçkimin giriş-çıxış etməsinə icazə yox idi. Saat 12-də otağına gəlmiş, otaqda heçnəyin olmadığını görmüşdür. Formal olaraq şəffaflığı göstərmək üçün stolunun üzərində kompyuter var idi. Ona sənədlərin maşınlara yüklənildiyi bildirilmişdir. Cavabdeh4 onun qayınatasının qardaşıdır. O, düşünməzdir ki, Cavabdeh4 məqsədi müqaviləni götürmək olar. xx.xx.2019-cu il tarixdə tapşırıq müqaviləsi bağlanılmışdır. Həmin ilin dekabr ayında növbədənkənar parlament seçkilərində namizəd olmuşdur. Cavabdeh4 ona getməməyi bildirmişdir. Onların münasibətləri qohum olmamışdan əvvəl də var idi. Qohum olduqdan sonra 2012-ci ildə ərizəsi ilə işdən çıxmışdır. Nümayəndəliklə bağlı qanunvericilikdə dəyişiklik olduqdan sonra dövlət orqanlarında və məhkəmələrdə digər şirkətləri təmsil etmək üçün onu mütaəmadi qeydiyyata salırdılar, lakin bununla bağlı ona hər hansı ödənişlər olunmurdu. Cavabdeh3 MMC ilə ümumiyyətlə müqaviləsi olmamışdır. Həmin dövrlərdə Cavabdeh4 bütün müəssisələrdə direktor idi. Cavabdeh3 MMC-də vergi orqanı tərəfindən yoxlamalar aparılan zaman götürülmüş sənədləri və müqaviləni Cavabdeh4 tələb etdikdə, o, problem olmadığını, yenidən müqavilə bağlaya biləcəyini bildirmişdir. Namizədliyi qeydə alındığı dövrdə təbliğat işləri ilə bağlı Cavabdeh4 pul tələb edəndə aralarında kişi sözünün olduğu, illər üzrə ödəniş edəcəyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, rəsmi olaraq iş yeri Cavabdeh2 MMC olmuşdur. Tapşırıq müqaviləsi bağlananda təftişçi olmuşdur. Başqa şirkətlərlə əmək müqaviləsi olmamışdır. Müqavilədə də qeyd olunub və aralarında şifahi razılıq var idi ki, ildə bir dəfə olmaqla ona 60.000 manat pul verəcəkdir. Əgər bundan sonra işləməyəcəkdirsə, əlavə olaraq 100.000 manat verilməli idi. Müqaviləni o tərtib etməmişdir. Cavabdeh4 ona müqaviləni təqdim edərək birlikdə işləməyi təklif etmişdir. Gördüyü işlərlə bağlı “Whatsapp” sosial şəbəkəsi və şirkətin e-maili vasitəsi ilə yazışırdılar. X3 qənnadı sahəsi olacaq və həmin hissə onlara veriləcək idi. Onun oğlu ilə Cavabdeh4 oğlu orada təsisçi olacaqdı və ora fəaliyyətə başlayanda oradan gəlir əldə edəcək idi. Cavabdehin dördkünc ştampı o, işə başlamamışdan əvvəl də mövcud idi və cinayət işində olan sənədlərdə var. Mülki qanunvericiliyə uyğun olaraq tapşırıq müqaviləsi həm yazılı, həm şifahi olması əsası ilə, habelə Cavabdeh4lə hazırkı hala gələ biləcəyini düşünmədiyi üçün kifayət etdiyini düşünmüşdür.
28. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, cavabdeh iddiaya etiraz olaraq yalnız dördkünc ştampın ona məxsus olmadığını qeyd edir. Həmin ştamp əsasında bir çox sənədlər rəsmiləşdirilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi bağlanılmasına qanunla hər hansı məhdudiyyət yoxdur. Məhkəmə müqaviləyə əmək müqaviləsi kimi qiymət versə də, bu müqavilə tapşırıq müqaviləsidir. Taprşırıq müqaviləsi şifahi də ola bilər. Onlar tərəflər arasında olan müqaviləni sübut olaraq təqdim etmişlər. İddiaçı bir çox məhkəmələrdə cavabdehləri təmsil etmişdir, işlər görmüşdür. Bunu təsdiq edən məhkəmə qərarları var.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin və Cavabdeh4 nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya tərəfindən kifayət qədər suallar verilsə də, suallara dəqiq cavablar verilməmiş və iddianı ümumi sözlərlə ifadə etmişdir. İddiaçı bildirdiyinə əsasən müqavilə bağlanandan iki il sonra pretenziya göndərir, səbəb olaraq da qohumluq münasibətlərinə görə gözlədiyini qeyd edir. Ümumiyyətlə, belə bir tapşırıq müqaviləsi mövcud deyil. Birinci instansiya məhkəməsi icraatı dövründə ekspertiza keçirilmiş, ekspertlər məhkəmə prosesində iştirak etmişlər. Onların dördkünc ştampları olmayıb. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh şirkətlərin bir-biri ilə əlaqəsi var. İddiaçı sübut etməlidir ki, qeyd etdiyi orqanlarda təmsilçilik səlahiyyətini hansı sənədlər əsasında həyata keçirmişdir.
30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi).
33. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə onunla cavabdeh şirkətlərin təsisçisi və direktoru Cavabdeh4 arasında “Tapşırıq müqaviləsi”nin bağlandığını, müqavilə üzrə tapşırıqları yerinə yetirsə də, nəzərdə tutulmuş haqqın ödənilmədiyini iddia edir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçı ilə belə müqavilənin bağlanmadığını, habelə müqavilənin üzərində olan Cavabdeh2 MMC-nin dördkünc ştampının mövcud olmadığını bildirir.
39. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilir.
40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli “Tapşırıq müqaviləsi”nin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir.
41. İşdə olan məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizasının keçirilməsi barədə ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilənin reproqrafik surətinin 1-3-cü vərəqələrində “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksləri üzərində əks olunmuş imzalar – Cavabdeh4 tərəfindən icra olunması qeyd edilən imzaların əksi montaj (köçürmə) olunması istisna olunmur. “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin çap mətni, üzərində olan imzaların və “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin təsvirləri reproqrafik (çoxaldıcı) qurğu vasitəsilə çap olunmuşdurlar. Müqavilənin reproqrafik surətində olan “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X1 Cəmiyyəti” məzmunlu möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmur.
42. Rəyləri tərtib etmiş ekspertlər birinci instansiya məhkəməsinin iclasında iştirak edərək rəydə göstərilənləri bir daha təsdiq etmişlər.
43. İddiaçı tərəf “Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu dördkünc ştampın Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş digər sənədlərdə istifadə olunması ilə bağlı məhkəməyə sənədlər təqdim etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin ştampın iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərində əks olunması həmin müqavilənin lazımi qaydada təsdiq olunmuş surəti hesab edilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi, müqavilənin surətinin özündə əks olunan imza və möhürlərin təsvirlərinin montaj vasitəsilə müqaviləyə köçürülməsi istisna olunmur. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin surətinin hər hansı müqavilənin əslindən əldə olunduğu şübhə doğurur.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin müqavilənin mövcudluğu sübuta yetirildiyi təqdirdə belə, müqavilədən görünür ki, onun üzərində yalnız Cavabdeh2 MMC-yə məxsus möhür və ştamp əks olunmuşdur, cavabdeh digər hüquqi şəxslərin möhürləri əks olunmamışdır, yəni onlar müqaviləni təsdiq etməmişlər.
45. İddiaçının özü tərəfindən təqdim edilmiş arayışdan görünür ki, o, əsas iş yeri üzrə "xxxx" MMC-də xx.xx.2021-ci il tarixinədək təftişçi, hüquq və təftiş şöbəsinin müdiri, ümumi işlər üzrə direktor müavini vəzifələrində, əlavə iş yeri üzrə xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də təftişçi və hüquq məsələləri üzrə direktor müavini vəzifələrində işləmişdir.
46. İddiaçının həmin hüquqi şəxslərdə tutduğu vəzifələrin adlarından da bəlli olur ki, həmin hüqiqi şəxsləri hüquqşünas olaraq məhkəmə və digər orqanlarda təmsil etmək, habelə hüquqi şəxslərdə təftiş işlərini aparmaq onun əmək vəzifələrinə aid olmuşdur. Bunun üçün əmək müqaviləsindən əlavə olaraq həmin vəzifələrin yerinə yetirilməsi üçün həmçinin tapşırıq müqaviləsinin bağlanması, işçiyə əmək haqqından əlavə olaraq başqa məbləğin də ödənilməsini məhkəmə kollegiyası inandırıcı və ağlabatan hesab etmir. O da qeyd edilməlidir ki, əmək qanunvericiliyi də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini təsbit etmişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə Cavabdeh4 arasında qohumluq münasibətləri olduğu üçün iddiaçı tərəfindən sonuncunun müəyyən şəxsi tapşırıqlarının icra edilməsi təbiidir.
48. İddiaçı tərəfin də bildirdiyi kimi, mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsi şifahi formada da bağlanıla bilər. İddiaçı Cavabdeh4 tərəfindən tapşırıqların “Whatsapp” sosial şəbəkəsi vasitəsilə verildiyini və bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etdiyini bildirsə də, həmin tapşırıqların yerinə yetirilməsi müqabilində ona muzdun ödəniləcəyi və muzdun razılaşdırılmış məbləği ilə bağlı sübutlar təqdim etməmişdir. Eynilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənafeləri üçün verilmiş tapşırıqların müqabilində ona muzdun ödəniləcəyi və muzdun razılaşdırılmış məbləği ilə bağlı sübutlar təqdim etməmişdir.
49. O da qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi 27 ay müqavilə üzrə ona ödəniş edilmədiyi halda, işlərini davam etdirməsi və həmin müddət ərzində yüksək məbləğdə razılaşdırılmış muzdu cavabdehlərdən tələb etməməsi də ağlabatan deyil.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1654/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov