Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5963/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3717/2024 saylı 6 avqust 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, X2 Sisteminin Pensiya altsisteminə əsasən Ərizəçi xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 24 il 2 ay 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 8 ay 11 gün sığorta stajına uyğun olaraq 21947,10 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 472,97 manat olmaqla, ümumilikdə 22420,07 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasımın minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320,00 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Bu səbəbdən də Ərizəçi ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
2. Ərizəçi məxsus İT-1 № ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi ilk dəfə əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə “Elektrobıtpribor” Bakı Zavoduna çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o, daha sonra müəyyən fasilərlə xx.xx.2022-ci il tarixədək işləmişdir.
3. 3340340 nömrəli hərbi biletin surətindən görünür k, Ərizəçi xx.xx.1976-cu ildə hərbi xidmətə çağrılmış və xx.xx.1978-ci il tarixdə isə tərxis olunmuşdur.
4. X8 məxsus 134 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X13 “Qızıl Ordu” kolxozunda xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək çoban kimi işləmişdir.
5. X5 məxsus 324 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X11 “Qızıl Ordu” kolxozunda 1970-ci ildən 1974-cü ilədək sovxoz kimi işləmişdir.
6. X3 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X9 “Qızıl Ordu” kolxozunda xx.xx.1979-cu ildən xx.xx.1994-cü ilədək mühasib kimi işləmişdir. O, xx.xx.1979-cu il tarixdə 5 il əmək stajı ilə sovxoza müxasib vəzifəsinə təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra tələblərini dəqiqləşdirərək, onun 1 yanvar 1974-cü il tarixdən 1 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi barədə hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Laçın rayonunda anadan olmuş və ona yaşa görə müavinət təyin edilmişdir. O, 1974-cü il tam daxil olmaqla 1975-ci ilin sentyabr ayınadək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda işləmiş və ona əmək haqqı hesablanmışdır. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək texniki peşə məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək kursda olmuşdur. xx.xx.1976-cı il tarixdən əmək fəaliyyətinə davam etmiş və müəyyən fasilərlə xx.xx.2022-ci il tarixədək işləmişdir. Laçın rayonu erməni işğalçıları tərəfindən işğal edildiyindən kolxozda işləməyi barədə arxiv arayışı əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin verilmiş cavabda əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilməsi göstərilmişdir. Həmin tarixlərdə iş stajının bərpa edilməsi onun gələcəkdə sosial hüquqlarının həyata keçirilməsi, əmək pensiyası təyin edilməsi üçün vacibdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, ərizəçi ilə həmkəndli olmuşlar, o 1968-ci ildən 1969-cu ilədək “Qızıl Ordu” kolxozunda işləmiş, 1970-ci ildən 1975-ci ilədək universitetdə təhsil almış, 1975-ci ilin noyabr ayında “Qızıl Ordu” kolxozunda mexanik vəzifəsinə işə qəbul olunmuş və 1977-ci ilin fevral ayınadək orada işləmişdir. Həmçinin bildirdi ki, o ərizəçi ilə həmin dövrlərdə işləməməsinə baxmayaraq, həmin dövrlərdə kəndə gəldiyini və ərizəçinin orada işlədiyini gördüyünü bildirmişdir.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, xx.xx.1955-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmiş, lakin bunu təsdiq edən sənədi (əmək kitabçası) olmadığından məhkəməyə təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 öz ifadəsində bildirmişdir ki, xx.xx.1952-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, 1975-ci ilin sentyabr ayının 15-dən “Qızıl Ordu” kolxozunda işə qəbul olmuş və orada çalışmış, əmək kitabçası Laçın rayonunda qaldığından məhkəməyə təqdim edə bilməmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3717/2024 saylı 6 avqust 2024cü il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə dindirilmiş şahidlərdən yalnız X4 “Qızıl Ordu” kolxozunda işləməsinə dair əmək kitabşası mövcud olmuşdur ki, o da ərizəçinin işlədiyini iddia etdiyi dövrdə həmin müəssədə işləməmişdir. Dindirilmiş digər şahidlər X15 və X14 ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələrini bildirsələr belə onların özlərinin həmin dövrdə və həmin müəssisədə işləmələrini təsdiq edən hər hansı bir sübut, o cümlədən əmək kitabçası mövcud deyildir. Göründüyü kimi şahid qismində dindirilmiş şəxslər ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələri barədə fakt öz təsdiqini tapmamışdır. Bundan başqa ərizəçi Cavayşir İlyasov ərizəsində Laçın rayonu uzun müddət işğal altında olduğu üçün “Qızıl Ordu” kolxozunda işləməsinə dair sənədləri təqdim etməsinin mümkün olmadığını qeyd etmişdir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, ərizəçi məcburi köçkün deyildir. Onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, o, xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhərində müxtəlif idarələrdə işləmişdir. Yəni ərizəçinin qeyd etdiyi vaxtda və müəssisədə həqiqətən işlədiyi təqdirdə lazımi sənədləri vaxtında əldə etmək imkanı olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 308 və 309.1-ci maddələinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1 və 13.4-cü bəndinə; AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3717/2024 saylı 6 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Bir şahidin həmin kolxozda işləməsini sübut edən sənədin mövcud olması, lakin birlikdə işləməməsi, digər şahidlər X15 və X10 onunla qeyd olunan tarixlərdə bir yerdə işləmələrini bildirmələri, kolxozda işləməsi sübut olunan şahid onun işlədiyi müddətdə işləməsə də onu tanıması, onun kolxozda işlədiyinin şahidi olması, digər şahidlərin də onun kolxozda işlədiyi barədə məlumatlı olmaları, şəxsən görmələri və digər halları obyektiv araşdırılmamışdır. Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Laçın rayonunun işğalda olması, arxiv məlumatlarının olmaması və hər hansı bir halda və vaxtda məlumatların əldə edilməsinin mümkünsüzlüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır, məcburi köçkün olmamağı, işləməyi barədə arxiv arayışının əldə edilməsi üçün şəraitin olmasına dəlalət etməməsi və yuxarıda qeyd edilən faktların iddianın təmin edilməməsi üçün əsas yaratmaması halı iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində ifadə verməkləri üçün ondan yaşca böyük şahidləri tapa bilmədi, hamısı dünyasını dəyişmişdir. Ondan yaşca böyük 1-2 nəfər qalmışdır. Onlardan biri rayonda sürücüdür, amma onu bura gətirmək mümkün deyil. Yerdə qalan adamları oradan-buradan tapıb gətirmişdir, eyni kənddəndilər. O vaxt Bakıya Universitetə qəbul olduğu üçün gələndə ona dedilər ki, kəndin kitabçası Bakıda qəbul olunmur. Onları kiçik yaşlarından işlədirdilər. Hətta o, 1 il rəsmi olaraq çilingər kimi də işləmişdir. Gətirdiyi şahidlərdən biri mexanik idi. Əmək kitabçası yoxdur deyə sübut edə bilmir. Kolxozda işləyən vaxt əmək kitabçası var idi, amma götürmədir. Orada arxivdə qalmışdır. 1974-cü ildə onun 18 yaşı var idi, məktəbi təzə bitirmişdi. Məktəbi bitirəndən sonra işləməyə başladı, iyunda başladı, 1975-ci ilə kimi işlədi, sonra qayıtdı. Çünki Universitetin ikinci ilində ondan istehsalat təcrübəsi tələb olunurdu, məcbur işləməli idi. Arayışı gətirib inşaat-mühəndislər universitetinə təqdim etmişdir. O vaxtlar Bakıda universitetə qəbul oldu, amma 1990-cı illərdən Bakıda qeydiyyata düşdü. Üniversitetdən sonra kəndə qayıtmadı. O vaxtdan Bakıda qalıb işləməyə başladı. Avtobusda, zavodda, fabrikdə işləmişdir. Onun 2 əmək kitabçası var. 1976-cı ildən açılmış əmək kitabçası Laçında qalmışdır. Burada əmək kitabçasını qəbul etmirdilər deyə arayış gətirdi. Birinci il universitetə qəbul olmadı deyə ikinci il arayış gətirməli oldu. O, orada işləyən zaman sovxozun direktoru Vasif Nağıyev, mexanik Məmişov Telman, mühasib isə Nağıyev Əli idi. Orada 4-cü sinifdən hamı işləyirdi. O, çilingər kimi qarajda işləyirdi. Orada özündən başqa çilingər tanımır. O, Məmişov Telmanla bir işləmişdir. Orada işləyən zaman sağıcılardan Zəminə, Məlahət adlı şəxslər var idi. Onlar orada çoxdan işləyirdi, hamı onları tanıyırdı.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş, həmçinin bildirmişdir ki, qarşı tərəf birinci instansiya məhkəməsinə 3 şahid gətirmişdi. X1 əmək kitabçası olsa da, həmin dövlərdə işləmədiyi müəyyən olmuşdur. Digər 2 şahidin isə əmək kitabçaları olmadığına görə həmin müəssisədə işlədiyini sübut edə bilməmişdir. Ərizəçinin özü də təsdiqləyir ki, 1974-1975-ci illər ərzində “Qızıl Orda” kolxozunda işləmişdir. 1976-cı ildə Bakıya gəlmiş və 1976-cı ildən 2022-ci ilə kimi müxtəlif işlərdə işləmişdir. Bundan bəlli olur ki, ərizəçi 1976-cı ildə artıq Laçın rayonunu tərk etmişdir. İşğal isə 1992-ci ildə olmuşdur. Arada təxminən 15 il var. Bu 15 ildə ərizəçi gedib əmək kitabçasını götürə bilərdi, amma götürməmişdir. Hesab edir ki, birinci instansiyanın qətnaməsi əsaslıdır və qüvvədə qalmalıdır.
21. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 əmək kitabçasını təqdim edərək ifadəsində bildimişdir ki, 1970-ci ildə Laçın rayonu “Qızıl Ordu” adına sovxoz olmuşdu, daha sonra adı dəyişərək Alxaslı oldu. Ərizəçini tanıyır, eyni kənddə yaşayırdı, həmin müəssisədə işləmişdir. Ərizəçi 1974-1975-ci illərdən orada işləməyə başlamışdır, həmin vaxt bir yerdə işləyirdilər.
22. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 əmək kitabçasını təqdim edərək ifadəsində bildimişdir ki, ərizəçini tanıyır, eyni kənddə yaşayırdı, ərizəçi çilingər işləyirdi, o, isə çoban işləyirdi. O, ərizəçidən bir sinif aşağıda oxuyurdu, 1976-cı ildən işləməyə başlamışdır. Ərizəçi isə 1974-cü ildən işləməyə başlamışdı. Onlar 9-10-cu sinfləri oxuyan zaman istehsalatdan sənəd lazım idi, ona görə də məcburi şəkildə kolxozda işləməli idilər, əgər həmin sənəd olmasa idi, o zaman universitetə sənəd verə bilmirdilər. Ərizəçi çilingər işləyirdi, onun oraya marağı var idi. Daha sonra o, Bakıya gəldi. Onlar orada işləyən zaman həm əmək haqqı yazılırdı, həm də univerisitetə sənəd vermək üçün oradan arayış almalı idilər. Onların kolxozu böyük idi, atası ferma müdiri işləyirdi, kolxozun 14 min qoyunu var idi. Kolxozun direktoru Vasif Nağıyev, mexanik Məmişov Telman, mühasib isə Əli Nağıyev idi. Onlar orada daş yığırdı, palıd yığırdılar. Ərizəçi 1974cü ildən 1975-ci ilə qədər orada işləmişdir.
23. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 əmək kitabçasını təqdim edərək ifadəsində bildirmişdir ki, kolxozda 1972-ci ildən əmək haqqı üzrə mühasib işləyirdi. O dövrdə 5-ci sinifdən olan şagirdləri işə cəlb edirdilər, mart ayından başlayaraq sahənin kol-kosunu təmirzləyirdilər, daha sonra kartof yığımında, bundan başqa ot yığımında, məhsul yığımında iştirak edirdilər. Mart ayından sentyabr ayına kimi tələbələri işlədirdilər. Bunun əvəzində onlara az da olsa əmək haqqı yazırdılar. Ərizəçinin əmək haqqını uzun müddət o yazmışdır, ərizəçi onlarda 1974-cü ildən rəsmi işçi kimi işləməyə başladı. 1975-ci ildə universitetə sənəd verdi, qəbul oldu və işdən çıxdı, burada yaşamağa başladı. O, əmək haqqı üzrə mühasib işləmişdir. Kolxozun sədri Vasif Nağıyev idi. Baş mühasib isə Nağıyev Əli idi.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
28.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
32. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 33.305.1.1-ci, 307.2.11-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun
34.1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsizamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 35.31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvartarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu (01yanvar 2006-cı ilədək qüvvədə olmuş)
36.67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraqmüəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 37.69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyisənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəliqərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin
38.16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbiifəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədəsənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir.İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahidifadələrinə əsasən müəyyən edilmir. 39.17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının
40.13.1-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 41.13.3-cü bəndinə əsasən, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 42.13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessal hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. Belə ki, ərizəçi onun 1974-cü ilin yanvar ayından 1975-ci ilin sentyabr ayına qədər Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər vəzifəsində işləməyi faktının müəyyən edilməsini xahiş edir. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar, mahiyyəti konkretləşdirilərək MPM-nin 307.2.1-307.2.10-1-ci maddələrində müəyyən edilmişdir. Eyni zamanda MPMnin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və hazırkı tələb məhz MPM-nin 307.2.11-ci maddəsi ilə əhatə olunur.
45. MPM-nin 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
46. Hazırkı halda da müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.
47. Əmək stajının müəyyən olunması barədə tələbə baxılması üçün ikinci zəruri şərt də mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
48. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
49. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.
50. Baxılan işdə ərizəçi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş azərbaycanlıların məcburi şəkildə köçürüldüyü ərazidə yaşamış şəxsdir, bununla da ona aid iş stajı sənədlərinin tərəfindən əldə edilə bilmədiyi izah olunur.
51. Ərizəçinin istinad etdiyi halların mövcudluğu da şahid ifadələrinə əsasən öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı ifadə verən şahidlərin ərizəçi ilə eyni Kolxozda işləmələri müəyyən edilir. İş üzrə dindirilmiş şahidlərdən biri məhz ərizəçinin işləmiş olduğu kolxozda mühasib vəzifəsində işləmiş və o, ərizəçinin müəyyən olunmasını xahiş etdiyi müddət ərzində çilingər vəzifəsi üzrə əmək haqqının hesablanmasını təmin edirdi. Digər iki şahidində məhz həmin kolxozda müvafiq vəzifələrdə işləmələrini istisna edilən heç bir sübut yoxdur. Onların məhkəməyə təqdim etdikləri əmək kitabçalarından müəyyən edilir ki, şahid qismində dindirilmiş şəxslər ərizçinin işlədiyi kolxozda müxtəlif vəzifələr üzrə işləyirdilər. Şahidlərin sənədləri arasında uyğunsuzluq müəyyən olunmur, kolxozun üzvlüyündə olmaları onların əmək kitabçaları ilə təsdiq edilir.
52. Göründüyü kimi ərizəçi mümkün sübutlarını təqdim etmiş, buna baxmayaraq məhkəmə əsassız olaraq həmin sübutları faktın təsdiq edilməsi əsasları kimi qəbul etməmişdir. Qeyd edilməlidir ki, ərizəçinin məcburi köçkün statusuna malik olmaması faktı yuxarıda qeyd edilənləri təkzib etmir.
53. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsinə dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, onun 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi faktı müəyyən edilməlidir.
54. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3717/2024 saylı 6 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev