Məhkəmə qərarları › İş №2(103)-5965/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5965/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5965/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5037/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin alıcıya təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5037/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin alıcıya təhvil verilməsi” tələbi dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardad qəbul xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə eyni məzmunlu ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin ərizənin təmin edilməsi barədə qərardad qəbul edilərək icraya yönəltmişdir. (düzdür həmin qərardadın icrası Nizami icra Şöbəsinə tapşırılmış, icraçı ilə dəfələrlə əlaqə saxladıqda ərazi aidiyyəti üzrə icra sənədini Yasamal İcra Şöbəsinə göndərəcəyini bildirmiş, bu günədək həmin icra vərəqəsi Yasamal İcra Şöbəsinə daxil olmamış, qərardadda qadağanın tətbiq edilməsi müddəti artıq başa çatmaq üzrə olsa da faktiki olaraq heç bir icra həyata keçirilməmişdir.) Həmçinin, iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, İddiaçı mənzilə sahiblik hüquqları pozulur və həmin mənzilin qanunsuz sahiblikdən götürülməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Bu qanunsuz sahiblənmənin başqa şəxslər tərəfindən olması mümkün olduğu kimi, həm də şirkətin özü tərəfindən olması halı mümkündür. İddiaçı mübahisəli mənzilə sahiblik hüququ (gələcək mülkiyyət hüququ) qeyd edilən müqavilədən yarandığı üçün həmin müqavilə iş materiallarına əlavə edilmişdir. Bu günkü gün vətəndaşın mənzilinə buraxılmaması və mənzilində qapısının dəyişdirilməsi və digər işlərin görülməsi aşkar surətdə göstərir ki, İddiaçı mənzilinə dair hüquqları (sahiblik, istifadə, ehtimal olunan mülkiyyət hüquqları) pozulur. Bu hüquqların bərpası üçün isə məhkəməyə müracət edərkən müstəsna aidiyyət qaydalarına müraciət edərək, mübahisəli mənzilin yerləşdiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, eyni predmet və eyni tələblə bağlı məhkəmə təcrübəsində Binəqədi Rayon Məhkəməsinine-2(001)-5029/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı şikayətə əlavə edilir. Həmin qərardadda da məhkəmənin mövqeyi ondan ibarətdir ki, mənzilin təhvil verilməsi ilə bağlı iddialar (müqavilə öhdəlikləri ilə bağlı olsa da) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, mənzilin olduğu yerə görə verilməlidir. Belə ki, bu halda müstəsna aidiyyət müəyyən olunmuşdur ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Qeyd edilən maddədə göstərilən işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5037/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh ‘‘İnşaat Konstruksiyaları’’ MMC-nin hüquqi ünvanı ünvan 1yası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin hüquqi ünvanın yerləşdiyi ərazi Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilik bu kontekstdə hazırki iddia tələbi üzrə hər hansı istisna nəzərdə tutmayıb. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsini tələb edir ki, iddia tələbinin əsasını müqavilə öhdəliklərinin həyata keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən cavabdehə irəli sürülmüş iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, şikayətdə eyni predmet və eyni tələblə bağlı məhkəmə təcrübəsində Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5029/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına istinad edilməsini də əhəmiyyətsiz sayır. Belə ki, həmin qərardad hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 5037/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5037/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar