Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5969/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X23 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2(001)-3102/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3-də yerləşən 63 m2 olan 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin mülkiyyət hüququ 20 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 10223 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 26 saylı notariat ofisində bağlanmış 22 aprel 2019-cu il tarixli “Miras payının bağışlanması müqaviləsi”ndən görünür ki, X24 və X32 22 aprel 2019-cu il tarixdə 2V-38 və 2V-39 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 13 sentyabr 2018-ci il il tarixdə vəfat etmiş X17 irs qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 fevral 2019-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi **********0 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48 m2 olan 3 (üç) otaqlı mənzildən hər birinə çatan miras paylarını qardaşları İddiaçı bağışlamışlar.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli, 2-992/04 nömrəli qətnaməsi ilə iddiaçı Əliyeva (Məmmədova) Aygün Kamil qızının X6rşı “yaşayış evindən istifadəyə dair əqdin bağlanmış hesab edilməsi” barədə iddiası təmin edilərək Əliyeva (Məmmədova) Aygün Kamil qızı ilə X28 arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması, X14 azyaşlı uşağı Muradla birlikdə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 3 saylı evin 33 saylı mənzilinə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət olunmuşdur.
4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 iyul 2004-cü il tarixli, 1MK-3533/2004 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli, 2- 992/04 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2004-cü il tarixli, 6k- 2007/2004 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 iyul 2004-cü il tarixli, 1MK-3533/2004 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. ÖM seriyalı 247795 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, H.Zərdabi prospekti 43 saylı evin 17 m2 yaşayış sahəsindən ibarət 35 saylı mənzili X4 (Cavabdeh2 anası / Cavabdeh1 nənəsi) xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 43 mənzil 35 15 may 1993-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 26 saylı DNK-nın 21 may 1993-cü il tarixli 1“Kn”-D-3/504 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı DNK-nın 29 iyul 1993-cü il tarixli 1“Kn“-D-7/1166 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 12 saylı DNK-nın 24 dekabr 1993-cü il tarixli 1“Kn”-D-9973 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 06 avqust 1996-cı il tarixli 2V-1№209 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 06 sentyabr 2005-ci il tarixli 4-Ə/677 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
8. 145 saylı MKİS-nin 25 mart 2023-cü il tarixli arayışından görünür ki, xx xxxxxxxx 1984-cü il təvəllüdlü İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin mənzildə də hazırda ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi arvadı X9 və 3 azyaşlı qızından ibarətdir. Cavabdeh2 və onun oğlu Cavabdeh1 həmin mənzildə uzun illərdir yaşamamışlar və hazırda da həmin mənzildə yaşamırlar. Mənzilin kommunal ödənişlərini hər zaman İddiaçı ödəyir. Hazırda mənzilin heç bir kommunal borcu yoxdur.
9. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3 ünvanında qeydiyyatda olan X19 (AZE № 17370534, mənzil 39), X20 (AZE № 171352272, mənzil 31), X29 (AZE № 07004613, mənzil 39), X33 (AA № 0635756, mənzil 1) və X35 (AA № 0113818, mənzil 8) tərəfindən imzlanmış 25 mart 2023-cü il tarixli aktdan görünür ki, qonşuları İddiaçı məxsus olan Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3 ünvanında yerləşən 33 saylı mənzildə qonşuları İddiaçı həyat yoldaşı və üç qızı ilə birlikdə hər zaman yaşayıblar və hazırda da yaşamaqda davam edirlər. Cavabdeh2 və onun oğlu Cavabdeh1 həmin mənzildə yaşamasını heç bir zaman görməmişlər. Hazırda da Cavabdeh2 və onun oğlu həmin mənzildə yaşamır.
10. Qonşular tərəfindən imzalanmış və 46 saylı MKİS-nin təsdiq etdiyi 10 iyul 2023cü il tarixli akta əsasən X15 Bakı şəhəri Səbail rayonu Mətbuat prospektində yerləşən 2A nömrəli evin, 103 nömrəli mənzilinin mülkiyyətçisi və faktiki sahibidir. O, həmin mənzildə daimi, onun qızı Cavabdeh2 və nəvəsi Cavabdeh1 isə “Covid-19” pandemiyası başladığı dövrdən – 2020-ci ildən yaşayırlar. Mənzilin sahibi X15 ağır xəstəlikdən əziyyət çəkdiyindən qızı Cavabdeh2 və Cavabdeh1 ona qulluq edib bütün qayğılarını çəkirlər.
11. Qonşular tərəfindən imzalanmış və “Qeoloq” mənzil inşaat kooperativinin təsdiq etdiyi 18 iyul 2023-cü il tarixli akta əsasən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsində yerləşən 43 saylı evin 35 saylı mənzili mülkiyyətçi X15 tərəfindən uzun müddət ərzində kirayə verilmişdir. Təxminən son altı-yeddi il ərzində həmin mənzildə mülkiyyətçinin qızı Cavabdeh2 nəzarəti altında hissə-hissə təmir işləri aparılır və bu müddət ərzində sözügedən mənzildə ara-sıra yalnız bir nəfər usta qalır. X4 nəvəsi Cavabdeh1 isə 35 saylı mənzilə cəmi iki-üç dəfə gəlmiş və onu anası Cavabdeh2 öz oğlu kimi onlara (qonşulara) təqdim etmişdir. Cavabdeh2 və övladı Cavabdeh1 35 saylı mənzildə yaşamayıblar.
12. X21 qalmış miras əmlaklara dair notariat vərəsəlik işlərinin təsdiqli surətlərindən görünür ki, 14 fevral 1993-cü il tarixdə vəfat etmiş X21 vərəsələri arvadı X15 və qızları – X25, X22 və Cavabdeh2dır.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 06 iyul 2011-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən 57,21 m2 sahəsi olan 103 saylı mənzil 5/8 hissədə X4, 1/8 hissədə X12, 1/8 hissədə X7 və 1/8 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 25 may 2012-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsi “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsi 5/8 hissədə X4, 1/8 hissədə X12, 1/8 hissədə X7 və 1/8 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 27 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh2 adına ünvan 4 ünvanının 1/8 hissəsi ünvan 8 il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsi “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/8 hissəsi 1 saylı DNK-nın 2 “V”-1-03 reyestr nömrəli 11 oktyabr 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Xaçmaz rayonu, Alıcqışlaq kəndində 25 iyul 1999-cu il tarixli, ümumi birgə 3.0 ha torpaq sahəsinə verilmiş JN-0002 KOD 30206068 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” aşkar edilmişdir. Cavabdeh2 adına (arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir) Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5 ünvanı ünvan 6n üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır, lakin həmin ünvan ünvan 7ama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. X4 adına ünvan 4 ünvanın 5/8 hissəsi ünvan 8 il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 adına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 5/8 hissəsi 1 saylı DNK-nın 2 “V”-1-03 reyestr nömrəli 11 oktyabr 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 adına Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 5 ünvanı ünvan 7ama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X4 adına ünvan 9 ünvanı ünvan 10 vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 27 saylı DNK-nın 4ə03/481-ci il tarixli 16 oktyabr 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Yuxarıda sadalanan daşınmaz əmlaklar 17 mart 2023-cü il tarixinə olan məlumatlara əsasən yüklü deyildir. Cavabdeh1 adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3, 33 nömrəli mənzildən cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını, çıxarılacaq qətnamənin cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3, 33 nömrəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, birinci Cavabdeh2 iddiaçının qardaşının keçmiş arvadıdır. O, iddiaçının qardaşı (X32) ilə 28 aprel 2001-ci il tarixində nikaha daxil olmuş, həmin nikahdan onların ümumi övladı – xx xxxxxx 2002-ci il təvəllüdlü ikinci Cavabdeh1 doğulmuşdur. Daha sonra onların münasibətləri pisləşmiş və aralarındakı nikah 15 iyul 2004-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur və uşağın anasının yanında qalması qət edilmişdir. Birinci cavabdeh mənzildən istifadə hüququnu tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli, 2-992/04 nömrəli qətnaməsinə əsasən iddiaçı Əliyeva (hazırda Məmmədova) Aygün Kamil qızının iddiası təmin edilərək, onunla mərhum Olqa Nikolayevna arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması və Cavabdeh1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3, 33 nömrəli mənzilə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət edilmişdir. Məhkəmə qətnaməsi öz qanuni qüvvəsini almışdır. O, həmin mənzildə böyümüş, daha sonra həmin mənzili vərəsəlik üzrə əldə etmişdir. Mənzilin ilkin mülkiyyətçisi onun mərhum anası - X16muşdur. Olqa Nikolayevna 13 sentyabr 2018-ci il tarixdə vəfat etmiş və ondan miras qalan mübahisəli mənzil ona qanun üzrə vərəsəlik və daha sonra miras payının bağışlanması haqda 22 aprel 2019-cu il tarixli müqavilənin bağlanması yolu ilə keçmişdir. Nəticədə, ona mübahisəli mənzilin tam mülkiyyətçisi kimi AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 20 may 2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehlər 2018-ci ildən həmin mənzilə gəlməyiblər. Birinci cavabdeh onun qardaşı ilə 2004-cü ildə boşandıqdan mübahisəli mənzildən istifadə hüququnu məhkəmə yolu ilə tələb etmişdir. Lakin iddia tələbinin təmin edilməsi, yəni ona həmin mənzildə istifadə hüququnun verilməsinə baxmayaraq, o, oğlu ilə, yəni ikinci cavabdeh ilə birlikdə həmin mənzildə daim yaşamamış, yalnız ara-sıra gəlib getmişdir. 2018-ci ildən sonra isə, cavabdehlər həmin mənzilə heç gəlməmişlər. Onda olan məlumata əsasən, cavabdehlər uzun müddətdir ki, Bakı şəhərində başqa yerdə yaşayırlar. Göründüyü kimi, cavabdehlər 5 ildən çoxdur ki, bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş və onlara məhkəmə ilə verilmiş istifadə hüququnu reallaşdırmamışlar, lakin bu günədək mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edirlər. Cavabdehlərin qeydiyyatda qalması onun hüquqlarını pozur. Cavabdehlərin 2004-cü ildə istifadə hüququ tanınsa belə, o, istifadə hüququnu həyata keçirməmiş, yalnız bəzi vaxtlarda mənzilə gəlib getmişlər. 2018-ci ildən sonra isə cavabdehlər mənzilə bir dəfə də olsun gəlməyiblər, maraqlanmayıblar. Lakin bu günədək onlar mənzildən rəsmi pasport qeydiyyatında qalmaqda davam edirlər. Bu isə onun mülkiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırır. Belə ki, o, ailəlidir, üç qız övladı var, mənzilindən istədiyi kimi istifadə edə bilmir: mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehlərin razılığı tələb olunur, cavabdehlərin razılığını isə əldə etmək mümkün deyil, onlarla ünsiyyət yoxdur. Digər tərəfdən, cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşımasına baxmayaraq, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Göründüyü kimi, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin öz hüquqlarını reallaşdırılmasına ciddi şəkildə maneə yaradır.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-ci il tarixli, e-2(001)- 3102/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
19. Qətnamənin əsaslarına görə, cavabdehlərdən Cavabdeh2 və onun övladı Cavabdeh1 sözügedən mənzildən istifadə hüququnun mövcud olub-olmaması məsələsinin ayrıca araşdırılmasına zərurət yoxdur. Belə ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”.
20. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehlərin 2018-ci ildən mübahisəli mənzildə yaşamamaları və həmin mənzildən yaşayış sahəsi qismində ehtiyaclarının olmaması kimi göstərilmişdir. Həmin hallar tamamilə həqiqətə uyğun deyil. Cavabdehlər 2018-ci ilə kimi yox, 2020-ci ilə qədər həmin mənzildən istifadə etmişdirlər. 2020-ci ildə məlum pandemiya vəziyyəti yaranarkən Cavabdeh2 qərara gəlmişdir ki, qoca yaşda olan,ağır xəstəlikdən əziyyət çəkən və tək yaşayan anası 1947-ci il təvəllüdlü və 2-ci qrup əlil olan X8 qulluq etmək üçün müvəqqəti olaraq onun yanında qalsın və zəruri qulluq göstərsin. Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da nənəsinə kömək etmiş, çünki Cavabdeh2 işlədiyindən, tam sutka ərzində anasına nəzarət edə bilmirdi. Ona görə də cavabdehlər mümkün qədər müəyyən növbəçiliklə Zümrüd Sadıqovaya qulluq etmişdirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli qətnaməsi ilə cavabdehlər mübahisəli mənzilə köçürüləndən sonra tərəflər arasında mübahisələr yenə də bitməmiş, iddiaçının qardaşı və yaxın qohumları bu vəziyyətlə barışmaq istəməmişlər və cavabdehlərin həmin mənzildə yaşamalarına ciddi maneəçiliklər yaratmışlar. Nəticədə Cavabdeh2 məcbur olub mübahisəli mənzildən istifadə hüquqlarının müəyyən olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2005-ci ildə həmin iddia təmin edilmişdir. Daha sonra tərəflər arasında mübahisələr yenə də bitməmiş, Cavabdeh2 qarşı hətta zorakılıq göstərilmiş və bu barədə ərazi üzrə polis şöbələrinə şikayətlər də edilmişdir. Cavabdehlərə məxsus şəxsi əşyalar, geyimlər və mebellər bu günə qədər mübahisəli mənzildədir. Cavabdehin pandemiya dövründə anasının yanında qalmasından sui-istifadə edən iddiaçı və onun yaxın qohumları cavabdehi ümumiyyətlə mənzilə buraxmamaq qərarına gələrək bu niyyətlərini bu günə qədər aktiv və aqressiv şəkildə həyata keçirirlər. Cavabdeh2 mübahisəli mənzilə qayıtması üçün etdiyi real cəhdlərin də qarşısı qətiyyətlə alınır. Həmçinin iddiaçı tərəf Cavabdeh2 mülkiyyətində daşınmaz əmlakların olduğunu qeyd etmişdir. Bununla əlaqədar isə qeyd edir ki, vərəsəlik qaydasında ünvan 11 ünvanının 1/8 hissəsi Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaq təyinatlı torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, ünvan 11 ünvanının 1/8 hissəsi, mənzilin cuzi hissəsini təşkil etdiyindən, orada yaşamaq üçün yetərli deyil. Torpaq sahəsində isə fərdi yaşayış evi tikdirməyə Cavabdeh2 maddi imkanı yoxdur. Eləcə də iddiaçı tərəfin sorğusuna əsasən, müvafiq dövlət orqanında cavabdehin mülkiyyətində Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən torpaq sahəsi olduğu göstərilmiş olsa da, həmin torpaq sahəsi onun mülkiyyətində deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, Cavabdeh2 mübahisəli mənzilin həmin 12 m2 olan otağını açar ilə kilidləmiş, açarı özü ilə aparmış və 2018-ci ildən bəri bir dəfə də olsun mübahisəli mənzilə gəlməmişdir. Məhz elə bu səbəbdən, həmin otaq 2018-ci ildən bu günə kimi bağlı (kilidli) qalmışdır. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi izahatlarında həqiqətən də, mübahisəli mənzildə yaşamadığını, həmin mənzilə son 3 il ərzində bir dəfə də olsun gəlmədiyini etiraf etmişdir. Bundan əlavə, məhkəmədə sualcavab zamanı Cavabdeh2 2018-ci ilə qədər mənzilə yalnız ara-sıra gəldiyini, və buna görə də, nə iddiaçının yoldaşının, nə də onun üç uşağının adını bilmədiyini etiraf etmişdir. Halbuki, İddiaçı 2009-cu ildə evlənmiş və yoldaşı, 13, 10 və 9 yaşlı qızları ilə birlikdə həmin mənzildə əzəldən bəri yaşamışdır. 23 iyun 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında mənzilin eyvanından çəkilmiş və həmin otağın hazırkı vəziyyətini əks etdirən video-görüntü və foto-şəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillər və video-görüntüdən də aydın olduğu kimi, cavabdehlərə aid heç bir şəxsi istifadə əşyası (geyim, ayaqqabı, çanta, texnika, şəxsi gigiyena vasitələri və s.) yoxdur. Bu, da onu təsdiq edir ki, cavabdehlər mənzili sonuncu dəfə tərk edərkən, elə birdəfəlik çıxmışlar və mübahisəli mənzilə qayıtmaq niyyətləri olmamışdır. Bundan əlavə, həmin otağın bərbad vəziyyəti, sökülmüş tavan, toz-torpaq, baxımsız vəziyyəti bir daha onu təsdiq edir ki, həmin otaqda çox uzun illərdir ki, yaşayış yoxdur. Məhkəməyə təqdim edilmiş həmin binada yaşayan sakinlərin imzaladığı akta və 145 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, mübahisəli mənzildə hazırda yalnız İddiaçı, onun həyat yoldaşı və üç yetkinlik yaşına çatmayan qızları yaşayır. Kommunal ödənişləri iddiaçı hər zaman özü ödəyir. Cavabdehlər isə həmin mənzildə uzun illərdir yaşamamışlar və hazırda da yaşamırlar. Görünüdüyü kimi, cavabdehin öz etirafı, məhkəməyə təqdim edilmiş sənədlər onu sübut edir ki, cavabdehlər 2018-ci ildən bəri bir dəfə də olsun mənzilə daxil olmamış, mənzilin vəziyyəti ilə bağlı heç vaxt maraqlanmamışlar. Həmçinin, təqdim edilən klinika müayinə sənədlərindən Cavabdeh2 anası X4 məhz hansı xəstəlikdən əziyyət çəkməsi və 7/24 qulluğa ehtiyacı olması müəyyən olunmur. Cavabdeh tərəfin də məhkəmədə etiraf etdiyi kimi, X1 qızı X22 hazırda onunla birlikdə yaşayır. X22 ailə həyatı qurmamış və hazırda da işləmir. O, anası Sadıqova Zümrüdlə birlikdə hazırda Səbail rayonu Mətbuat prospekti məhəllə 504 ünvanında yaşayır. Məhkəməyə təqdim edilən MAPS arayışına da X4 doğma kiçik qızı X22 da elə həmin ünvanda daimi qeydiyyatdadır və həmin ünvanda da hazırda faktiki olaraq anası ilə birlikdə yaşayır. Bu faktı cavabdeh məhkəmədə təsdiq etmişdir. İşin əsli isə odur ki, X15 ilə birlikdə yaşayan məhz elə onun öz oğma kiçik qızı X13r. Cavabdehlər isə, ayrı mənzildə, yəni Yasamal rayonu Həsən bəy Zərdabı prospekti 43 ünvanında yaşayırlar. Cavabdeh, hazırda heç bir əmlaka sahib olmadığını və mübahisəli mənzilə guya ki, ehtiyacı olduğunu yanlış olaraq bildirsə də, əslində, Cavabdeh2 hazırda aşağıdakı əmlakların rəsmi mülkiyyətçisidir: 1. Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504, ev 2a, mənzil 103 - 1/8 hissədə; 2. Xəzər rayonu, Dübəndi bağ sahəsi, "Coğrafiyaçı" b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsi - 1/8 hissədə. Bundan əlavə, Cavabdeh2 Yasamal rayonu Zərdabi prospekti ev 43 35 saylı mənzilin faktiki sahibidir. “Qeoloq" MİK tərəfindən verilmiş arayışa əsasən, cavabdehlər hazırda Yasamal rayonu Zərdabi prospekti ev 43 35 saylı mənzildə yaşayırlar. Əlavə olaraq, son hazırlıq iclasında məhkəməyə təqdim edilən qeydiyyat kağızına əsasən, Cavabdeh2 elə həmin tarixdən bəri də həmin mənzildə yaşamış və həmin mənzilə də qeydiyyata düşmüşdür, daha sonra 2002-ci ildə onun övladı - digər cavabdeh - Cavabdeh1 doğulduqdan sonra - o, da həmin mənzilə qeydiyyata alınmışdır. Həmçinin, DƏDRX 1 saylı Bakı Ərazi idarəsindən aldığımız cavab məktubuna əsasən, Zərdabidəki ev 1998-ci ildə Cavabdeh2 vərəsəlik üzrə keçmişdir, yəni cavabdeh həmin mənzilin mülkiyyətçisi olmuşdur. O cümlədən, iş materiallarında olan qətnamələrə əsasən, Cavabdeh2 və onun keçmiş əri (iddiaçının qardaşı) X32 ailə həyatı qurduqdan sonra da elə Zərdabidəki evdə yaşamağa başlamışlar, iddiaçının ailəsi cavabdehlərə istifadə hüququnun tanınmasına etiraz edirdi, çünki Aygün xanımın mülkiyyətində Zərdabidəki ev var idi, həmin ev elə onun özünə məxsus idi. Lakin mübahisəli mənzildən istifadə hüququnun qazanması üçün və özünü “əmlaksız” göstərməsi üçün Cavabdeh2 2005-ci ildə heç bir əsas və zərurət olmadan ona vərəsəlik üzrə keçmiş Zərdabidəki mənzili öz anasına - X8 bağışlayır. Digər tərəfdən, elə cavabdehin özünün təqdim etdiyi akta əsasən, Zərdabi küçəsindəki həmin mənzil son 6-7 il ərzində elə Cavabdeh2 nəzarətindədir. Cavabdeh iddiaçının onu mənzilə buraxmadığını desə də, məhkəmənin “bununla bağlı hara və nə zaman müraciət etmişiniz, hər-hansı sənəd təqdim edə bilərsiniz?” kimi suallarına cavab verə bilməmiş və heç bir sübut da təqdim edə bilməmişdir. İşin əsli və həqiqət də elə ondan ibarətdir ki, iddiaçının sözlərinə görə, cavabdehin iddiaçının qardaşı ilə çox münaqişəli nikah münasibətləri və daha sonra da boşanması olmuşdur. Səbəb isə, iddiaçının qardaşı Emilin nikahda ola-ola başqa qadınla görüşməsi, boşandıqdan dərhal sonra isə elə o xanımla da evlənməsi və həmin xanımı mübahisəli mənzilə gətirməsi olmuşdur. Üstəlik, cavabdeh olanlarda hər zaman mərhum mülkiyyətçi, yəni iddiaçının anası Olqa Nikolayevnanı günahlandırırdı. Məhz elə bu səbəbdən də, cavabdeh dəfələrlə elə məhkəmə iclaslarında, eləcə də şəxsi söhbətlər zamanı onları, Emili və Olqa Nikolayevnanı heç vaxt bağışlamayacağını, onlara “qan udduracağını”, evlərini belə əlindən alacağını bildirmişdir. Məhkəmə qaydasında cavabdehin mənzildən istifadə hüququ tanınmış, və o, keçmiş yoldaşına acıq olaraq, mübahisəli mənzilə gedib-gəlirdi. X46 ikinci ailəsi də dağıldıqdan sonra (Əliyev Emil toplam 3 dəfə nikahda olub, hər üç nikah da pozulub), Emil həmin mənzildən köçmüşdür. 2018-ci ildə isə cavabdehin keçmiş qaynanası Olqa Nikolayevna da vəfat etmişdir. Bütün ailə üzvləri mənzili tərk etmişdir və mənzil adətə görə, evin kiçik oğluna, yəni iddiaçıya qalmışdır. Bundan sonra, göründüyü kimi, Aygünün qisas alacağı şəxslər belə yox idi, dolayısı ilə onun həmin mənzildən istifadəsi üçün lüzumu da yox idi. Məhz elə bu səbəbdən də, 2018-ci ildən bəri cavabdeh bir dəfə də olsun mənzilə gəlməmişdir, nə də ki, gəlmə cəhdi belə göstərmişdir. Cavabdeh2 keçən məhkəmə iclasında dediyi kimi, 2018-ci ilə kimi yalnız ara-sıra mübahisəli mənzilə baş çəkirdi. O, heç iddiaçının ailəsini belə tanımır: onun arvadının, uşaqlarının adını bilmir. Halbuki, iddiaçı 2009-cu ildə ailə həyatı qurmuş və üç qızı ilə birlikdə hər zaman mübahisəli mənzildə yaşamışdır. Cavabdehlər Zərdabi prospektindəki mənzildə yaşayırlar, bunu həmin binanın mənzil-inşaat kooperativi tərəfindən verilmiş arayış təsdiq edir. Bununla belə, cavabdeh tərəf bu faktl inkar edir, guya ki, həmin mənzildə təmir işləri gedir. Həmin şəkillərdən təmir işlərinin getməsi təəssüratı yaransa da, təmirin nə zamandan bəri başlaması anlaşılmır. Ümumiyyətlə, cavabdeh tərəfindən təqdim edilən aktlar həqiqətə uyğun deyildir. Görünüdüyü kimi, cavabdehlər hər nə qədər Zərdabidəki mənzildə yaşadıqlarını inkar etsələr belə, həqiqət odur ki, onlar hər zaman həmin mənzildə yaşamışlar. Bunu ilk növbədə, arayış və digər sübutlar təsdiq edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasyia şikayəti ilə eyni məzmunlu izahat verərək şikayəti təmin olunmasını xahiş etmişdir.
25. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı: “Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.”
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
33. Belə ki, hazırkı iddia tələbi iddiaçının özünə məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3, 33 nömrəli mənzildən cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunması barədədir.
34. İddiaçı iddianın əsas kimi, cavabdehlərin artıq 5 ildir ki, mənzildən daimi çıxdığını, yəni yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını, mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam etdiklərini göstərmiş, Cavabdeh2 isə yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını, mənzildən məcburi çıxarıldığını irəli sürür.
35. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli, 2-992/04 nömrəli qətnaməsindən görünür ki, X31 ilə X28 arasında mənzildən istifadə hüququna dair razılaşma bağlanmış hesab olunmuş, Aygün Əliyevanın azyaşlı uşağı Muradla birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 3, 33 nömrəli mənzilə köçürülmələri və həmin mənzildə qeydiyyata alınmaları qət edilmişdir.
36. Göründüyü kimi cavabdehin mənzilə dair istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisəli məqam həmin istifadə hüququnun itirilib-itirilməməsi barədə məsələdir ki, hər iki tərəf bu barədə yaşayış sahəsinə dair ehtiyacın mövcudluğuna dair sübutlar təqdim etmişdir.
37. Məhkəmə tərəfindən əsfslı nəticəyə gəlmək üçün cavabdehin mübahisəli mənzilə dair ehtiyaclarının aradan qalxması, cavabdehin başqa yaşayış yerinin olubolmadığını, başqa sözlə onun öz mənzil ehtiyacını daimi əsaslarla başqa yaşayış sahəsində qarşılayıb-qarşılamadığı araşdırmalı, bu xüsusata dair toplanmış sübutları qiymətləndirməlidir.
38. Cavabdehin mülkiyyətində olan əmlaklardan yaşayış yeri olaraq ünvan 4 ünvanının 1/8 hissəsi cavabdehin mülkiyyətindədir ki, kollegiyanın qənaətinə görə mənzilin 1/8 hissəsinin mülkiyyətində olması ayrıca yaşayış yeri olması ilə eyniləşdirilə bilməz.
39. Bundan başqa, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh 2018-ci ilə kimi, yəni mənzilin mülkiyyətçisi vəfat edənə kimi həmin mənzildə yaşamışdır. Hazırda da mənzildəki cavabdehin istifadə etdiyi otağın açarı cavabdehdədir. İş materiallarına həmin otaqda cavabdehin əşyalarının olması barədə sübutlar – fotoşəkillər əlavə edilmişdir. İşin bu halları kollegiyada cavabdehin mənzilin mülkiyyətçisi vəfat etdikdən sonra, mənzili vərəsəlik qaydasında qəbul edən mülkiyyətçinin oğlu tərəfindən çıxarılması barədə qənaət formalaşdırır.
40. Birinci instansiya məhkəməsi isə hazırkı iddianı təmin edərkən, cavabdehlə iddiaçı arasında etibarlı ailə əlaqələrinin mövcud olmamasına, hüquqi əsas kimi isə Mülki Məcəllənin 228.5-ci maddəsinə və həmin maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.
41. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarındakı hüquqi mövqeyə əsasən, yaşayış sahəsindən istifadə, bu istifadənin yaranma əsaslarından asılı olaraq fərqli mənaları ehtiva edir. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsi ilə əldə edilmiş istifadə hüququ bir növ “servitut”a bərabər tutulmaqla məhdud əşya hüququdur. Bundan fərqli olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yaranan istifadə hüququ isə etibarlı ailə əlaqələrindən yaranan hüquqdur ki, bu hüquq yaşayış sahəsinə olan ehtiyacın aradan qaldırılması üçün mülkiyyətçinin ailə üzvlərinə münasibətdə yaranan hüquqdur. Hansı ki, bu hüquq məhdud əşya hüququ mənasında istifadə olunmur.
42. Hazırkı işdən isə görünür ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ, etibarlı ailə əlaqələrindən yaranmış hüquq yox, məhz məhdud əşya hüququ mənasında əldə edilmiş hüquqdur.
43. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
44. Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxmasının mümkünlüyü təsbit olunmuşdur.
45. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə dair yaranmış istifadə hüququ etibarlı ailə əlaqələrindən yaranmış hüquq olmadığından, bu hüququn itirilməsi üçün yaşayış sahəsinə ehtiyacın aradan qalxıb-qalxmamasının araşdırılmasına da ehtiyac yoxdur.
46. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalı, apellyasiya şikayəti təmin edilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2(001)- 3102/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2(001)- 3102/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev