Məhkəmə qərarları › İş №2(103)-5972/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5972/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5972/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-802/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah vaxtı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında inşa etdirdikdəri evə övladları X16, X17, X11 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14.07.2007-ci il tarixdə dövlət tərəfindən qeydiyyata alınmış nikaha daxil olmuşdur və cavabdehin yaşadığı ünvan 1 ünvanında gəlin köçmüşdür. Bu nikahdan onların 09.06.2008-ci il tarixdə X12, 05.03.2010-cu il tarixdə X13, 09.03.2017-ci il tarixdə X14 anadan olmuşdur. X12 və X13 ünvan 1 ünvanında qeydiyyata alınmışlar. 2014-cü ildə onlar ünvan 2kmək üçün torpaq sahəsi almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı, 14.01.2014-cü il tarixli çıxarışla qaynanası X1 adına alınmışdır. Torpaq sahəsini qaynanası - X1 adına alınması cavabdehin istəyi ilə olmuşdur. 2014-cü ilin dekabr ayında isə onlar bu torpaq sahəsində ev tikməyə başlamışlar. 2016-cı ildə ünvan 1 ünvanda yerləşən yaşadıqları mənzilin sökülməsi ilə əlaqədar kirayə evə köçmüşlər. Maddi durumu ilə əlaqədar olaraq ev kirayələmək çətin olduğu üçün o, uşaqları və qaynanası ilə birgə valideynlərinin mənzilinə köçmüş və hal-hazıra kimi o, və uşaqlar orada yaşayırlar. Cavabdeh isə onlardan ayrı yaşayır. Badamdardakı evin inşası tamamlanıb, lakin ora köçmələrinə cavabdeh icazə vermir. 5 ilə yaxındır ki, o, uşaqları ilə, xəstə qaynanası ilə məcbur olub valideynlərinin mənzilində yaşayır. Bu da valideynləri və qardaşı üçün çox böyük çətinliklər yaradır. Hal-hazırda evlərin inşası bitib və o, evsizlikdən çox əziyyət çəkdikləri halda cavabdeh onu evə buraxmır. Ailələrinə aid avadanlıq, mebel, paltarları və əşyaları - hamısı yeni inşa edilmiş evlərindədir. Dəfələrlə uşaqlar və o, cavabdehdən köçüb orada yaşamaq üçün imkan verməsi xahiş və tələb etmişdir, lakin cavabdeh icazə verməmişdir. Bu ev tikilən gündən o, xəstə qaynanasına və uşaqlara təkbaşına, cavabdehin köməkliyi olmadan baxmışdır. Maddi cəhətdən valideynləri köməklik ediblər. Cavabdeh isə həmişə bildirirdi ki, o, ev inşası ilə məşğuldur və onlar öz problemləri ilə onu narahat etməsinlər. Uşaqlar hazırda yetkinlik yaşına çatıblar, onlara rahat yaşayış şəraiti lazımdır. Bu illər ərzində o, uşaqlarla bütün çətinliklərə dözüb evin inşasının bitməsini gözləmişdir. Lakin cavabdeh heç bir cəhdlə onların bu evə köçmələrinə razılıq vermir. Onların bütün paltarları, ev və məişət əşyaları, mebelləri həmin evdədir. Ev tikməyə başlananda da o, cavabdehlə bir ailə olub, ümumi təsərrüfat aparmışlar. Əldə edilən ümumi gəlirlər hesabına tikilirdi bu ev. Belə ki, bu illər ərzində o, uşaqları və ağır xəstə olan qaynanası ilə birgə valideynlərinin mənzilində yaşamışlar və hal-hazırda da orada yaşayırlar. Qeyd olunanlara əsasən o, Cavabdeh ilə dövlət tərəfindən qeydə alınmış nikaha daxil olaraq 14.07.2007-ci il tarixdə ünvan 1 ünvana gəlin köçmüşdür. 2014-cü ildə isə ünvan 2kdirməyə başlamışlar, hal-hazırda bu evin inşası başa çatmışdır. Lakin cavabdeh tərəfindən onların həmin evdən istifadə hüquqları pozulduğundan, onun uşaqları ilə birlikdə məhkəmə qaydasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evə istifadə hüquqlarını tanımaqla həmin evə köçürülməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-802/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları - 09.06.2008-ci il təvəllüdlü X12, 05.03.2010-cu il təvəllüdlü X13 və 09.03.2017-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 0,025 ha torpaq sahəsində inşa edilmiş evə köçürülmələri qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə Nəzmiyə Həsənovanın mülkiyyətində olan torpaq sahəsi və bu sahənin üzərində inşa edilmiş yaşayış evinə aiddir. Nə iddiaçının, nə də ki, cavabdehin bu torpağa və inşa edilmiş bu evə heç bir hüquqi bağlılığı yoxdur. Hesab edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalı idi. Bundan başqa məhkəmə icra hakimiyyətinin məktubunu əsas götürərək belə bir nəticəyə gəlmisdir ki, mübahisəli ev özbaşına statusu daşımır (qətnamə, səh.4, abzas 6) və buna görə də cavabdeh bu evə köçürülə bilər. X9 məxsus bu evin tələb olunan bütün icazələri alaraq, habelə şəhərsalma və tikinti normalarına uyğun olaraq tikilməsinə dair ış materiallarında heç bir sübut olmadan məhkəmənin gəldiyi bu nəticəni qanunvericiliyə zidd və əsassız hesab edir. Bundan başqa Məhkəmə torpaq və inşa edilmiş evin hüquq sahibi N.Həsənovanın təqaüdçü olmasını, N.Həsənovaya məxsus sökülən əvvəlki evinə görə kompensasiya verilməsinin sübut olunmamasını, cavabdehin kifayət qədər qazancının olmasını, tərəflərin birgə nikah dövründə inşa edilməsini, inşa edilmiş evin DƏDRX-də N.Həsənovanın adına qeydə alınmamasını əsas götürərək belə bir nəticəyə gəlmişdir ki, mübahisəli ev tərəflərin birgə əmlakı hesab olunur (qətnamə, səh.4, abzas 8,9,10) və buna görə də cavabdeh bu evə köçürülə bilər. Məhkəmənin bu nəticəsi işin obyektiv hallarından olduqca uzaqdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş edir. Məhkəmə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kolleiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 14.07.2007-ci il tarixdə nikah bağlanılmış və bu barədə 2067 saylı akt qeydi icra edilmişdir. İddiaçı ilə cavabdehin birgə nikahdan 09.06.2008-ci il təvəllüdlü X12, 09.03.2010-cu il təvəllüdlü X13 və 09.03.2017-ci il təvəllüdlü X15 adlı uşaqları var. Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 ünvanlanmış 30.12.2014-cü il tarixli məktubundan görünür ki, daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* No-li, 14.01.2014-cü il tarixli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən edilmiş tövsiyyətərə riayət edilməklə tikinti işlərinin aparılmasına etiraz etmirlər. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. X3 13.02.2002-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xəstəxanın bağlanması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. “X27” tərəfindən verilmiş məxaric qəbzindən görünür ki, Cavabdeh tərəfindən 127521 manat pul qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli ev cavabdehin anasının mülkiyyətindəki torpaq sahəsində inşa edilsə də, həmin ev tərəflərin birgə nikahda olduqları zaman tərəflərin birgə vəsaiti hesab edilən cavabdehin qazancı hesabına inşa edilmişdir. Qeyd olunduğu kimi mübahisəli evin tikintisi ilə bağlı müvafiq icra hakimiyyətinin razılıq ərizəsi 2014-cü ilin sonunda verilmişdir və bu hal onu göstərir ki, mübahisəli ev hələ tərəflər cavabdehin anasına məxus olan evdə yaşayarkən inşa olunmağa başlanılmışdır. Belə olan halda cavabdehin mübahisəli evin anasına məxsus vəsait hesabına inşa edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehin anasının adına rəsmiləşdirilməmiş və bu səbəbdən həmin əmlak cavabdehin anasına məxsus olan əmlak kimi qəbul edlə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin anasının verdiyi pul vəsaiti hesabına alınmasını, mübahisəli evi əvvəl yaşadıqları və anasına məxsus evin sökülməsi nəticəsində verilən kompensasiya hesabına inşa edilməsini göstərsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır.Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anası 2002-ci ildən təqaüdə çıxmış və torpağın alınmasına və onun üzərində evin tikilməsinə malik vəsaiti olmamışdır. Cavabdeh torpağın alınması və evin tikilməsinə görə anası tərəfindən borca pul götürülməsini bildirsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin kifayət qədər qazanca malik olması müəyyən olunmuşdur. Mübahisəli ev hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak birgə əmlak hesab olunduğu üçün iddiaçının həmin evə gözlənilən mülkiyyət hüquqları var. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin birgə vəsaiti və birgə nikah dövründə inşa edildiyi üçün, həmin əmlak onların ümumi birgə əmlakı hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin anasına məxsus olan torpaq sahəsində tərəflərin birgə vəsaiti hesabına onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahı zamanı inşa edilmiş və iddiaçının həmin evə köçüb yaşamasına törədilən məhdudiyyətlər iddiaçının hüquqlarını pozur. Kollegiya apellyasiaya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh mübahisəli evin cavabdehin anasının mülkiyyəti olaraq, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmamasına istinad etsə də, həmin yaşayış evinin cavabdehin anası tərəfindən tikilməsini təstiq edən hər-hansı sübutunu təqdim etməmişdir. Cavabdehin anasına məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikməsi isə qanunvericiliklə məhdudlaşdırılmır. Bundan başqa mübahisəli fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 ünvanlanmış 30.12.2014-cü il tarixli məktubla daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* No-li, 14.01.2014-cü il tarixli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən edilmiş tövsiyyətərə riayət edilməklə tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evi cavabdehin istinad etdiyi kimi özbaşına tikili hesab edilə bilməz. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-802/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-802/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar