Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5972/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5957/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 saylı İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrdən görünür ki, Şəmkir X11ı İdarəsinin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində 8-ci dərəcəli texnik vəzifəsində çalışan İddiaçı ilə RQİİ arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 461 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını yerinə yetirməməsi səbəbindən ləğv edilmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixində öz imzası ilə həmin Əmrlə tanış olduğunu təsdiqləmişdir.
a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3-1K- 14/2025 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2006-cı il tarixindən xx.xx.2025-ci il tarixinədək Şəmkir X11 İdarəsinin Şəmkir xidmət sahəsi üzrə kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texnik vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixində işə düzəlməsinə köməklik göstərdiyi və X16 İdarəsinin Şəmkir xidmət sahəsinə təhkim olunmuş “DOST İş“ MMC-nin sosial işçisi X8 üzrlü səbəb göstərmədən işə saat 10:30 radələrində gəldiyi üçün ona həvalə edilmiş davamiyyət kitabına qol çəkmək istəyəndə Yeganə Əzimovaya icazə verməyib və ona idarə rəisinin müavini Səbuhi Əliyevə işə gec gəlməsi ilə bağlı məlumat verməli olduğunu bildirib. O isə gecikməsi barədə Əhmədağanın məlumatlı olduğunu və ona imza çəkməyə icazə verdiyini demişdir. İddiaçı isə Yeganəyə Əhmədağanın səlahiyyət sahibi olmadığını bildirib. Bu zaman Yeganə Əzimova ona qarşı nalayiq sözlər işlətməyə başlamış və əl-qol hərəkətləri ilə ona xəsarət də yetirmişdir. Bundan sonra idarə rəisinin müavini onu və digər işçini otağına çağırmıdır. Həmin gün başqa bir işçinin ad günü olduğundan iddiaçı tortu o kəsən zaman rəis müavini təcili çağırdığı müavinin otağına əlindəki bıçaq ilə daxil olmuşdur. Buna görə də rəis müavini elə başa düşüb ki, onun otağına məqsədli olaraq əlində bıçaq ilə gəlmiş, lakin təsadüfən belə alınmışdır. Digər işçi hadisə ilə bağlı onun barəsində Şəmkir RPŞ-yə şikayət etmişdir. Daha sonra İddiaçı da onun xəsarət yetirməsi barədə Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmçinin onun özü, atası Namiq Rəsulov, əri X17 X11 İdarəsinin rəisi Taleh Şamradovun qəbulunda olaraq onun barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar vermiş, onun işdən çıxarılmasını da tələb etmişlər. Şəmkir X11 İdarəsinin idarə rəisinin müavini Səbuhi Əliyev ona gizli şəkildə onların etdiyi şikayətə görə Şəmkir X11 İdarəsində Həmkarlar Təşkilatının iclası olacağını və onların qərarı ilə onun günahsız olacağını bildirmişdir. Lakin bu belə olmayıb. xx.xx.2025-ci il tarixində Şəmkir X11 İdarəsinin İcraya X3 şöbə rəisi X6 daxili telefon vasitəsilə onunla əlaqə yaradaraq ondan Şəmkir X11 İdarəsinin İnzibati binasına işçilərin işə davamiyyət tabelinin gətirilməsini tələb etmişdir. Sevinc Xəlilovanın tələbinə əsasən, o Şəmkir X11 İdarəsinə yaxınlaşıb. Binaya daxil olarolmaz Şəmkir X11 İdarəsinin Həmkarlar təşkilatının sədri Mansur Musayev ona bir kağız parçası uzadaraq sənədlə tanış olub və imza atıb verməsini deyib. Həmin kağız onunla bağlı Həmkarlar Təşkilatının iclasının qurulması barədə xəbərdarlıq imiş. İddiaçı Şəmkir X11 İdarəsinə çağırılmış və onun barəsində həmin gün saat 5-in yarısında Həmkarlar təşkilatı qurulmuşdur. X18 Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə guya onun əmək funksiyasını yerinə yetirmədiyinə görə işdən azad edildiyini bildirib. Lakin işəgötürən onu işdən azad edərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamışdır. O işlədiyi müddətdə daim nizam intizama riayət etmiş, rəhbərliyin göstərişlərini yerinə yetirmişdir. Onun işdən azad olunması ailə vəziyyətinin daha da ağır vəziyyətə düşməsinə səbəb olmuşdur. Onun himayəsində 4 azyaşlı övladı var, həyat yoldaşı heç yerdə işləmir. O ailəyə yeganə qazanc gətirən şəxsdir. Lakin işəgötürən bu amillərin heç birini nəzərə almadan xx.xx.2025-ci il tarixli, 14-2-2- 13/3-1K-14/2025 nömrəli əmri ilə onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 14-2-2-13/3- 1K-14/2025 nömrəli əmrdə onun işdən çıxarılmasına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə istinad edilsə də, onun işdən çıxarılmasına səbəb olan hal izah edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli (e-2(011)- 5957/2025 nömrəli mülki iş üzrə, hakim Əliyev Şəhriyar) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2, 296.3, və Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 121.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda, onun əməlində Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilən heç bir hal mövcud deyil. Belə ki, o əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) mütəmadi olaraq yerinə yetirmişdir. 19 il işlədiyi müddətdə heç bir ciddi əmək funksiyasının pozulmasına səbəb olan hərəkətlər etməmişdir. Lakin, ona oyun quraraq, heç bir əsaslı səbəb olmadan 1 ay içərisində 2 dəfə töhmət verilmiş, daha sonra onu işçilərin davamiyyət kitabını aparıb təqdim etmək adı ilə iclasa çağırıb və həmin iclasda onun işdən azad olunması barədə qərar qəbul olunmuşdur. Lakin, onun hər hansı bir əməlinin nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, həmçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı cavabdeh tərəf ümumiyyətlə məhkəmə iclasında iştirak etməmiş və onun tərəfindən işin və xidmətin ahənginin pozulmasını sübut edən heç bir sənəd, mötəbər sübut təqdim etməmişdir. Əksinə, o idarədə əmək intizamının pozulmasına qarşı çıxdığı üçün sosial işçiyə görə işdən azad edilmişdir. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Hazırkı situasiyada işəgötürənin əmri onun əmək hüquqlarını pozduğundan məhkəmə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalı idi. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, Cavabdeh tərəfindən verilmiş əmrdə konkret olaraq əsaslandırma həyata keçirilməmiş, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda onunla bağlanan əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən Cavabdeh İB-nin ərizəsi əsasında iddia müddəti tətbiq edilərək, iddia tələbi rədd edilmiş olsa da, həmin hissədə də qətnamə əsassızdır. Belə ki, o xx.xx.2025-ci il tarixində öz imzası ilə həmin Əmrlə tanış olduğunu təsdiqləmiş və xx.xx.2025-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. O Mediasiya sessiyasında iştirak etdikdən sonra xx.xx.2025-ci il tarixdə dərhal məhkəməyə müraciət etmişdir. Onun işdən çıxarılması barədə əmri Cavabdeh İB-nin Şəmkir X11 İdarəsinin rəisi verdiyindən həmin əmrin ləğvi ilə bağlı Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. O cavabdehlə aralarında olan fərdi əmək mübahisəsinin həlli üçün ikinci dəfə xx.xx.2025-ci il tarixində Bakı 21 saylı Mediasiya Təşkilatına, xx.xx.2025-ci il tarixində isə məhkəməyə müraciət etmişdir. O hüquqlarının pozulmasını bildiyin andan mediasiya təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Odur ki, birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Cavabdeh tərəf apellyasiya şikayətinə dair yazılı etiraz ərizəsi ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
10.Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi: 12.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 13.Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 14.Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. 15.Maddə 71.2. Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 17.Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 18.Maddə 186. 2-ci hissəsinin “ç” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
19.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 20.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır.
22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 23.Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 24.Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 25.Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26.379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 27.379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə
Apellyasiya baxışının hədləri:
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 29.Hazırkı işdə iddia tələbi rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
31. Belə ki, iş materiallarının hərtərəfli və obyektiv araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 10 fevral 2025-ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmrlə Şəmkir X11ı İdarəsinin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində 8-ci dərəcəli texnik vəzifəsində çalışan İddiaçı ilə RQİİ arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, 461 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı sözügedən əmrin qanunsuz olduğunu bildirərək onun ləğv olunmasını tələb etmiş, işəgötürənin əmək müqaviləsinə xitam verərkən onun şəxsi keyfiyyətlərini, əmək intizamına riayətini, kollektivdə nüfuzunu və peşəkarlığını nəzərə almadığını qeyd etmişdir. O iddia etmişdir ki, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, rəhbərliyin tapşırıqlarını icra etməkdən yayınmamış, buna baxmayaraq işəgötürən əsassız olaraq ona qarşı belə sərt tədbir görmüşdür. Birinci instansiya məhkəməsi isə sözügedən mübahisəyə baxarkən əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunauyğun hesab etmiş, bununla yanaşı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini təmin edərək iddia müddətinin ötürüldüyü qənaətinə gəlmiş və yekunda iddia tələbini rədd etmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, məhkəmənin həm əmrin qanuniliyinin qiymətləndirilməsi, həm də iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinin yanlış olduğunu göstərmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri iş materialları ilə müqayisəli qaydada hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, şikayətdə irəli sürülən dəlillər qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
33. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi barədə mövqeyi işin faktiki halları ilə uyğunlaşmır və hüquqi baxımdan əsassızdır. Belə ki, iddiaçı tərəfindən edilmiş hərəkətlər mübahisə üzrə onun öz hüquqlarını müdafiə etmək məqsədilə ardıcıl və fasiləsiz şəkildə bütün zəruri addımları atdığını göstərir. Hansı ki, iddiaçı işdən azad olunması barədə əmrlə xx.xx.2025-ci il tarixində tanış olmuş və həmin əmri mübahisələndirmək niyyəti ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosedurunun başlanması üçün ilkin olaraq mübahisənin baş verdiyi strukturun yerləşdiyi region üzrə Gəncə mediasiya təşkilatına müraciət etmişdir. Bu müraciət əsasında xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. İddiaçı bundan sonra xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə aidiyyət tələblərinə riayət olunması məqsədilə işi xx.xx.2025-ci il tarixli qərardadla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Xətai Rayon Məhkəməsi isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsini geri qaytararaq mediasiya prosesinin cavabdehin hüquqi ünvanı üzrə Bakı mediasiya təşkilatında keçirilməli olduğunu bildirmişdir. İddiaçı bu tələb ona məlum olduqdan sonra xx.xx.2025-ci tarixdə Bakı 21 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, sonda xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
34. Göründüyü kimi, Mülki Məcəllənin 379.1.6-cı maddəsinə əsasən mediasiya prosesinin tətbiq edildiyi dövrlərdə, eləcə də mübahisəyə müxtəlif məhkəmələrdə baxıldığı zaman müddət axımı dayandığı üçün iddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürməmişdir. İddiaçı müxtəlif mediasiya təşkilatları və rayon məhkəmələri qarşısında ardıcıl və vaxtında hərəkətlər etmiş, prosessual davranışında fasilə yaratmamış, hüququnu müdafiə etmək iradəsini dəyişməz şəkildə ortaya qoymuşdur. Lakin birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı araşdırma apararkən yalnız sonuncu mediasiya prosedurunu nəzərə almış, iddiaçının nə Gəncə şəhəri üzrə mediasiya təşkilatına, nə də Şəmkir Rayon Məhkəməsinə etdiyi müraciətə qiymət verməmişdir. Bu isə iddia müddətinin real axımını yanlış hesablanması ilə nəticələnmişdir.
35. Bundan başqa, kollegiya iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin baxılmasına hazırlıq mərhələsini Mülki Prosessual Məcəllənin tələblərinə uyğun aparmamış, hazırlıq iclasını keçirmədən və MPM-in 166-cı maddəsində nəzərdə tutulmuş “hazırlıqdan işin mahiyyətinə baxışa keçid” barədə qərardad qəbul etmədən birbaşa işin mahiyyətinə baxmağa başlamışdır. Halbuki hazırlıq iclası məhkəmə baxışının düzgün təşkili, tərəflərin iddia və etirazlarının tam dəqiqləşdirilməsi, sübutların təqdim olunması və müdafiə hüququnun bütün elementləri ilə reallaşdırılması üçün məcburi mərhələ kimi nəzərdə tutulmuşdur. Bu mərhələnin keçirilməməsi yalnız formal pozuntu deyil, məhkəmə araşdırmasının mahiyyətinə birbaşa təsir göstərən, işin hərtərəfli və obyektiv qiymətləndirilməsinə maneə olan ciddi prosessual çatışmazlıqdır. Məhkəmə hazırlıq mərhələsindən keçmədən işin mahiyyətinə baxdıqda, tərəflərin sübut təqdim etmək imkanları tam aydınlaşdırılmır, iddia və etirazların hüdudları dəqiqləşdirilmir, sübutların tədqiqinin həcmi müəyyən edilmir və nəticə etibarilə məhkəmə baxışının struktur bütövlüyü pozulur. 36.Birinci istansiya məhkəməsinin iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli hazırlıq iclasının protokolunun xx.xx.2025-ci il tarixdə tərtib olunması da bu mərhələyə formal yanaşıldığınıı xarakterizə edir. 37.Kollegiya izah edir ki, bütün bu xüsuslar qətnamənin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
38. MPM-in 385.1.1-ci maddəsinə uyğun olaraq, prosessual hüquq normalarının pozulması məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsas təşkil edir.
39. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
40. Yuxarıda göstərilən halların məcmusundan açıq şəkildə görünür ki, birinci instansiya məhkəməsi həm iddia müddətinin ötürülməsi barədə yanlış hüquqi nəticə çıxarmış, həm də işin baxılmasına hazırlıq mərhələsini keçirməməklə MPM-in vacib tələblərini pozmuşdur. Bu pozuntular məhkəmənin qətnaməsinin qanuniliyini və əsaslılığını tam şəkildə sarsıtdığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
41. Qəbul edilən yeni qətnaməyə münasibətdə isə qeyd olunmalıdır ki, mübahisənin düzgün qiymətləndirilməsi üçün ilk növbədə iddiaçının əmək fəaliyyətini yerinə yetirdiyi dövrdə onun davranışları, əmək funksiyasının icrası ilə bağlı göstəriciləri, iş intizamına münasibəti və müəssisənin daxili qaydalarına əməl edib-etməməsi araşdırılmalı, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
42. Məhz bu məqsədlə kollegiya tərəfindən iş üzrə geniş araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı əmək intizamını pozduğu üçün 06 yanvar 2025-ci il və 23 yanvar 2025-ci il tarixlərdə iki dəfə intizam tənbehi (şiddətli töhmət və əmək haqqından tutulma) almışdır. Sonradan həmin tənbehlərin qüvvədə olduğu dövrdə iddiaçı yenidən əmək intizamını pozmuşdur. Belə ki, Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 03 fevral 2025-ci il tarixində iddiaçı iş yerində həmkarı X8 ilə qarşılıqlı mübahisə və fiziki təzyiq xarakterli hərəkətlərə yol vermiş, bu səbəbdən Şəmkir RPS-nin X1 araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmiş və hər biri 300 manat cərimə edilmişdir. Polis orqanının rəsmi sənədləri təsdiq edir ki, qarşıdurma birbaşa iş yerində baş vermiş, əmək davranışı və müəssisə daxili etik qaydalar ciddi şəkildə pozulmuşdur.
43. Göründüyü kimi, əməkdaş vəzifə funksiyalarını həyata keçirdiyi dövrdə sistemli pozuntulara yol vermiş, əmək intizamının tələblərini ardıcıl və kobud şəkildə pozmuşdur. Onun fəaliyyəti zamanı qeydə alınan nöqsanlar təkcə iş prosesinin təşkilinə mənfi təsir göstərməklə kifayətlənməmiş, bəzi hallarda iş yoldaşlarının sağlamlığı üçün də real risk yaratmışdır.
44. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv edə bilər.
45. Digər tərəfdən, həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə görə, işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
46. Beləliklə, iddiaçının yanvar ayında aldığı iki intizam tənbehi (şiddətli töhmət və əmək haqqından tutulma) qüvvədə olduğu dövrdə, 03 fevral 2025-ci il tarixində iş yerində həmkarı ilə qarşılıqlı mübahisə və fiziki təzyiq xarakterli hərəkətlərə yol verməsi əmək intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu əsaslarla işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 10 fevral 2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Həmçinin, xitamdan əvvəl iş yerində araşdırma aparılmış, müvafiq izahatlar alınmış, polis orqanlarının rəsmi sənədləri və aidiyyəti aktlar iş materiallarına əlavə edilmişdir. İddiaçı isə bu pozuntuları təkzib edən hər hansı etibarlı sübut təqdim etməmişdir.
47. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı isə həm bu əmrin ləğv edilməsi barədə iddia irəli sürərkən, həm də müvafiq apellyasiya şikayəti verərkən formal və hər hansı sübutla öz təsdiqini tapmayan mülahizələrə əsaslanmışdır.
48. Göstərilənlərə əsasən, kollegiya belə qənatə gəlir ki, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd olunmalıdır. 49.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 50.38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5957/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla, iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.