Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5977/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi“ tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması» tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsinds yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMCnin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma vo Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa-Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli 10.11.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həval edilmişdir. Sərəncama əsasən İddiaçı MMC-nə ünvan 2 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla İddiaçı MMCnə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işləniİməzdən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Ağa- Neymətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 14 fevral 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdür müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X3 Agentliyinin 25 yanvar 2018-ci il tarixli, 36\00594 saylı tapşırığına əsasən ünvan 3 ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstəilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və thlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Faiq Yusifov küçəsi 11 saylı binanın sakini olan cavabdeh ailə üzvləri ilə (özü və 2 oğlu) "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdeh bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirili mənzilin verilməsi şərtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 40,9 kv.m. olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə "xxxx" MMC-nin təkliflərindən -iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və iddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdeh yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdeh iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək, icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və "xxxx" MMC ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə “Araz 2011” məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər, istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu). ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh ‘Araz-2011 A" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmırli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «Araz- 2011 A” MMC-yə həvalə edilməsi, cavabdehlər “Araz-2011A" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən sökuntü işləri nəticəsində ona dəymiş 10.000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada tutulması və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, mənzil 15 23.02.1996cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1-ci mərtəbədə, yol kənarında yerləşməklə 3 pəncərəsi yola baxır. Mənzildə iddiaçı və yetkinlik yaşına çatmış 2 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Mənzilləri yol kənarında əlverişli məkanda yerləşdiyindən onu qeyri-yaşayış sahəsi qiymətinə satmaqla 2 ayrı-ayrı mənzil almaq qərarına gəlmişdir. Lakin, sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin və “Araz-2011A “MMC-nın nümayəndələri onlarda daxil olmaqla sakinlərə binanın söküləcəyini, əvəzində sakinlərlə razılaşdırılmaqla yeni tam təmirli mənzillərin veriləcəyini və mənzillər hazır olanadək kirayə haqqı veriləcəyini bildirmişlər. Cavabdehlərin etdiyi təklif onlar üçün əlverişsiz və ədalətsiz olduğundan razılığa gələ bilməmişdirlər. Buna görə də, iddiaçıya özünə məxsus olan mənzildə yaşamağa davam etmişdir. Bundan sonra cavabdehlər onların həyat və sağlamlığını təhlükəyə ataraq mənzildə yaşadıqları halda binanı ağır texnika və işçi qüvvəsi ilə uçurmağa başlamışlar. Söküntü zamanı mənzilləri titrəməyə və uçmağa başlamış, divarları çatlamış, ətraflarında olan bütün mənzillər sökülməyə başlamış, binanın damı tamamilə sökülmüşdür. İkinci mərtəbədə yerləşən mənzil və binanın damı tamamilə söküldüyündən evlərini su basmış, yağış yağarkən bütün yağış suları tavandan mənzilə daxil olmaqdadır. Bütün kommunikasiya xətləri, qaz və işıq xətləri kəsilmişdir. Hüquq mühafizə orqanlarına edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Etdikləri bütün müraciətlər cavabdehlərə yönləndirilmişdir. Bütün bu proseslər bu günkü gündə davam etməkdədir. Cavabdehlərin məqsədi onları təhlükəyə ataraq onları mənzildən çıxmağa məcbur etməkdir. Bundan əlavə cavabdeh "xxxx" MMC-nin istinad etdiyi Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarı 17.12.2019-cu il tarixli 482 nömrəli qərarla ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilmişdir. Qətnamədən ilk iddaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin göstərilmişdir ki, Cavabdeh1 qəzalı və yaşamaq üçün yararsız olan mənzilə mülkiyyət hüququnun olması həmin qəzalı binada yaşayan və qəzalı mənziləri müqavilə əsasında sökülərək yeni mənzil gözləyən onlarla vətəndaşın konstitusion hüquqlarını kobud şəkildə pozulmasına yol verir. Ş.Həsənov isə mülkiyyət hüquqlarında sui-istifadə edərək qəzalı mənzilinə görə ağlasığmayan kompensasiya tələb etmiş, bu da öz növbəsində diər mülkiyyətçilərin hüquqlarının pozulmasına söküntü və tikinti işlərinin əsassız uzanmasına səbəb olmuşdur. Qətnamədən həmçinin Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməklə ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməklə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli 10.11.2017-ci il tarixli Sərəncamına əsasən Ağa- Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaçı MMC-nə ünvan 4 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 130 nömrəli 03.04.2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, “Araz-2011A" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1. 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 12.10.2017-ci il tarixli, 02/05-1758 nömrəli razılaşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 və 02.04.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 14.03.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "Araz-2011A” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyətinin 4 nömrəli, 01.05.2019-cu il tarixli Tikintiyə icazə barədə Xüsusi Nişan”ın surətinə əsasən AR Nərimanov RİH layihəçi "Araz-2011A” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv.m və 5879,2 kv.m olan çoxmərtəbəli yaşayış binalarında tikintisi aparılmasına icazə verilmişdir. İş materiallarında olan AR Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı MKİS-nin 15.05.2020-ci il tarixli, 30/0641 saylı arayışından görünür ki, ünvan 5 ünvanda Cavabdeh1 (1992-ci il tarixdən), Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında 14.02.2018-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, münəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X3 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, Ağa Nemətulla 32: Üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14,0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bunlar yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34: Üçmərtəbəli yaşayış binası 1965-ci ildə kürsülü, dördgirişli inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir.Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 9: İkimərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bina bir-birinə bitişik beş hissədən ibarətdir. Binanın ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialındandır. Pilləkən qəfəsələ-rinin bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında şaquli və pilləvari, eni 2- 4 mm olan keçici çatlar, suvaq qatının aşınması, tökülməsi, qapı-pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli, eni 2-3 mm olan birtərəfli çatlar, tavanda və divarlarda nəmişlik əlamətləri, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olması müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatının tökülməsi, həmin hissələrdə açıq qalan armaturların korroziyaya uğraması mövcuddur. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükə mənbəyi dir. Evlərin örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 11: Üçmərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, divarlarda nəmişlik əlamətləri, çardaq konstruksiyalarının elementlərində sınma və köhnəlmə müşahidə olundu. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bunlar isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükəlidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 13: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvnmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirənit vərəqələrlə örtülmüşdür. Binanın fasadında üfüqi və şaquli elementlərindən ibarət gücləndirmə işləri aparılmışdır. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıq-lar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarlarır dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insanların həyatı üçün təhlükə mənbəyidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 15: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,6 metrdir. Divarları qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyüı, pilləkən qəfəsəsində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında pilləvari və şaquli ikitərəfli, eni 2-4 mm olan çatlar, su-vaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün və atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir Kollegiya ilk olaraq qeyd edir ki, ünvan 8 ünvanda yerləşən 1.082 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi və, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini başa vermuş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilkin iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda ilkin iddiaçı digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri yaşayış sahəsinin verilməli olmasını bildirmiş, bununla belə, alternativ olaraq ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etmişdir. Məhkəmə kollegiyası hazırki vəziyyətdə cavabdehlərin mülkiyyət hüquqlarının pozulub-pozulmamasına qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Kollegiya, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Kollegiya hesab edir ki, yeni tikiləcək yaşayış binasında “müvafiq” mənzillərin verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyriyaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının qeyd olunan tələblə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10,10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə görə qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Əksinə hazırki vəziyyətdə Ş.Həsənov öz hüquqlarından sui-istifadə edərək, qəzalı vəziyyətdə olan ümumi sahəsi 40,9 kv.m olan mənzilin əvəzinə inşa ediləcək binanın birinci mərtəbəsində 65 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsini tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə dair işin faktiki hallarına düzgün qiymət verməmiş, ilk iddiaçının tələbinin mülkiyyət hüquqlarına müdaxilə kimi münasibət bildirmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki iddia tələbi məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, qətnamə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməklə ilkin iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Araz-2011 A" MMC-ni müqavilə bağlamağa məcbur etdiyindən əsaslı sayıla bilməz. Həmçinin qarşılıqlı iddia tələbi “mənəvi zərərin tutulması” hissəsində də əsassızdır, çünki qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizələri və apellyasiya şikayətlərinə görə dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi tam təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın, həmin yaşayış sahəsi ilk iddiaçının vəsaiti hesabına sökülsün, Cavabdeh1 həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində ümumi sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilsin və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqı "xxxx" MMC tərəfindən Cavabdeh1 verilsin. Qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizələri və apellyasiya şikayətlərinə görə dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5977/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5977/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver