Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5977/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması və pulun tutulması" tələbi dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" QSC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2024-cü il tarixdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2024-cü il tarixdən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək hesablanaraq, iddiaçının işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, qətnamədən cavabdeh "xxxx" QSC də apellyasiya şikayəti verərək, qətnamənin “xx.xx.2024-cü il tarixdən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək hesablanaraq, iddiaçının işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və xx.xx.2024-cü il tarixli barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 1.1. Hazırki sazişin məqsədi Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 1.2. Cavabdeh İddiaçıya əmək kitabçasının dublikatını təqdim edir. 1.3. Cavabdeh Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(007)-1889/2024 nömrəli Qətnaməsini icra edərək, İddiaçıya xx.xx.2024-cü il tarixdən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək hesablanmış 8.438,63 (səkkiz min dörd yüz otuz səkkiz manat, altmış üç qəpik) məbləğində orta əmək haqqının məbləğini və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğini, cəmi 8.738,63 (səkkiz min yeddi yüz otuz səkkiz manat, altmış üç qəpik) manatı xx.xx.2024-cü ilə qədər ödəyir. 1.4. İddiaçı Cavabdeh tərəfindən verilmiş əmək kitabçasının dublikatını təhvil alır. 1.5. İddiaçı və Cavabdeh öz apellyasiya şikayətlərindən imtina edir və təsdiq edirlər ki, bir-birinə qarşı İddiaçının Cavabdehdə işlədiyi dövr ərzində əmək fəaliyyəti ilə bağlı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq. 2.1. Tərəflər arasında bu sazişdən irəli gələn mübahisələrin həlli qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 2.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər mübahisələrin həlli məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. 2.3. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcəkdir. 3.1. Hazırki barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır, digər nüsxəsi isə Bakı Apellyasiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. Barışıq sazişi iddiaçı və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmışdır. Sonuncuya cavabdeh tərəfindən verilmiş etibarnamədə barışıq sazişinin bağlanması səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə iclasında tərəflərə barışıq sazişi təsdiq edilənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-ci, 263-264-cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 19 dekabr 2024-cü il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri: 1.1. Hazırki sazişin məqsədi Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 1.2. Cavabdeh İddiaçıya əmək kitabçasının dublikatını təqdim edir. 1.3. Cavabdeh Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(007)-1889/2024 nömrəli Qətnaməsini icra edərək, İddiaçıya xx.xx.2024-cü il tarixdən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək hesablanmış 8.438,63 (səkkiz min dörd yüz otuz səkkiz manat, altmış üç qəpik) məbləğində orta əmək haqqının məbləğini və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğini, cəmi 8.738,63 (səkkiz min yeddi yüz otuz səkkiz manat, altmış üç qəpik) manatı xx.xx.2024-cü ilə qədər ödəyir. 1.4. İddiaçı Cavabdeh tərəfindən verilmiş əmək kitabçasının dublikatını təhvil alır. 1.5. İddiaçı və Cavabdeh öz apellyasiya şikayətlərindən imtina edir və təsdiq edirlər ki, bir-birinə qarşı İddiaçının Cavabdehdə işlədiyi dövr ərzində əmək fəaliyyəti ilə bağlı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq. 2.1. Tərəflər arasında bu sazişdən irəli gələn mübahisələrin həlli qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 2.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər mübahisələrin həlli məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. 2.3. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcəkdir. 3.1. Hazırki barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır, digər nüsxəsi isə Bakı Apellyasiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim edilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1889/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5977/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5977/2024
19.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver