Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5977/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı mülki iş üzrə (Açar sözlər: "işlərin qarşılıqlı bağlılığı”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(010)-212/2025 saylı qərardadından İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Sraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, 13 saylı mənzillərini qanunsuz zəbt edərək həmin mənzildə məskunlaşan cavabdehlər X2, X9, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7, X10, Cavabdeh9 qəzının, X4, Cavabdeh11, Cavabdeh12, X5, X6 və onların həmin mənzildə yaşayan digər ailə üzvlərinin mülkiyyətlərində olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh X3 nümayəndəsi-vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsi işi icraata qəbul edib hazırlıq iclası təyin etmişdir. Eyni zamanda nümayəndəsi olduğu şəxsin iddiaçıların atasından qabaq həmin evdə yaşaması və müvəqqəti qeydiyyata alınması Avropa İnsan Hüquqları Məhkəməsinin gözlənilən mülkiyyət hüququ müddəasının təsiri altına düşür. Həmçinin nümayəndəsi olduğu şəxs və onun ailə üzvləri orada yaşamağa başladıqdan 2 il sonra iddiaçıların mərhum atası həmin evə dair təyinatı bəlli olmayan order almış və bunun əsasında da çıxarış almışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq etirazın təmin edilməməsini və icraatın dayandırılması barədə vəsatətinə iştirakı olmadan baxılması və təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 saylı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati mübahisələrə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.
4. Məhkəmə qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında olan işlə əlaqədar Bakı İnzibati Məhkəməsinin icraatında da iddiaçılara məxsus order və çıxarışın ləğv edilməsi ilə əlaqədar iş vardır. Bakı İnzibati Məhkəməsinin gələcəkdə qəbul edəcəyi qərar hazırda baxılan işin hallarına təsir göstərəcəkdir. Bu səbəbdən Bakı İnzibati Məhkəmə qeyd olunan işlə əlaqədar yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır.
5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında olan işlə əlaqədar Bakı İnzibati Məhkəməsinin icraatında da iddiaçılara məxsus order və çıxarışın ləğv edilməsi ilə əlaqədar iş vardır. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin gələcəkdə qəbul edəcəyi qərar hazırda baxılan işin hallarına təsir göstərəcəkdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 şikayət verərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)- 212/2025 saylı qərardadının qanunsuz və əsassız olduğundan tamamilə ləğv edilməsi və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 saylı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi, icraatın davam etdirilməsi və mahiyyəti üzrə baxılması barədə yeni qərardad barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə bахаrkən maddi və prоsеssuаl hüquq nоrmаlаrının pоzulmаsınа yоl vеrmişdir. Qəbul edilmiş qərardad iddiaçının mənafelərinə tamamilə ziddir, məhkəmə qərardadını əsaslandıra bilməmişdir. Hesab edir ki, Cavabdeh5 və vəkili Vəkil2 tərəfindən verilmiş icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsinə heç bir əsas yoxdur. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 etirazla müraciət edərək, bildirmişdir ki, 2024-cü ilin avqust ayında iş məhkəmənin icraatındadır. Yanvar ayında baxış iclasına verilmişdir. Daha sonra cavabdeh tərəf məhkəmənin qərardadından şikayət vermiş, bütün instansiya məhkəmələri qərardadı qüvvədə saxlamışdır. İkinci dəfə verdiyi şikayət də təmin edilməmişdir. İnzibati Məhkəmədə qaldırdığı iddia ilə bağlı onun subyektiv hüququ yoxdur və hazırlıq iclasından iddiası mümkünsüz hesab ediləcəkdir. Məhkəmənin dəlilləri ilə tamamilə razılaşmırlar. Qeyd edilən dəlillər əsassızdır. Məhkəmə qərardadını əsaslandıra bilməmişdir, bu isə qanunla yolverilməzdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 saylı, 3 oktyabr 2025-ci il tarixli qərardadı ilə, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(010)-212/2025 nömrəli qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3).
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh X3 nümayəndəsivəkili Vəkil2 iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilməlidir.
12. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir.
13. Qeyd edilməlidir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Çünki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxa bilər ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. Beləliklə icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Yalnız belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.
14. Belə olan halda da, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığın mövcudluğu müəyyən edilməlidir ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın, başqa iş üzrə müəyyən ediləcək hallar isə dayandırılan mülki iş üzrə preyudisial əhəmiyyət kəsb etsin.
15. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə nəticənin Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh5 cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) inzibati mübahisələrə dair 2-1(112)-14408/2025 saylı işin nəticəsindən birbaşa asılılığının mövcudluğu aşkar edilmir.
16. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati mübahisələrə dair iş üzrə araşdırma predmeti olan halların hazırki işin icraatının dayandırılmasını zəruri edən, yəni mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan və bu mübahisənin operativ və obyektiv həll olunmasına mane olan hal olaraq qiymətləndirilməsi üçün əsaslar yoxdur.
17. İddiaçı Cavabdeh5 cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və X14 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) inzibati mübahisələrə dair 2-1(112)-14408/2025 saylı işin Bakı İnzibati Məhkəməsinin icraatında olması faktı da özü-özlüyündə hazırkı mülki işə baxılmasını mümkünsüz etmir.
18. Çünki Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərədə tutulan işlərin bir-birindən asılılığı elə şəkildə olmalıdır ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələnin nizama salınmasınadək müvafiq işə baxılması ümumiyyətlə mümkün olmasın.
19. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərin çıxarılmasını tələb etdikləri Bakı şəhəri, Sraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, 13 saylı mənzilin mülkiyyətçiləri kimi müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmasını nəzərə alaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Onların bu hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Hazırki iddianın qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinin işin faktiki hallarına uyğun gəlib-gəlməməsinin yoxlanılması da işdə olan sübutlara əsasən mümkündür.
20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin nümayəndəsi və vəkili X7 iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilməlidir. Mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-212/2025 saylı, 11 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh X3 nümayəndəsi-vəkili Vəkil2 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh5 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(010)-212/2025 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilsin. Mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev