Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-598/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9300 ABŞ dolları məbləğində əsas borcu, 4470,83 ABŞ dolları faiz borcu, 1352,08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15122,91 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanmaqla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.69 kv/m., yaşayış sahəsi 16.59 kv/m., yardımçı sahasi 15.1 kv/m. 1 otaqlı mənzilə yönəldilməsi, həmin manzilin açıq hərracda satılması, manzilin satışından əldə olunmuş vəsait hesabına cavabdehin borcunun ödənilməsi, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 9300 ABŞ dolları əsas borc, 4470,83 ABŞ dolları faiz borcu, 352 ABŞ dolları cərimə borcu olmaqla, 14122,83 (on dörd min yüz iyirmi iki dollar, səksən üç sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 43100 (qırx üç min yüz) manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı “xxxx” ASC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı “xxxx” ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satıldıqdan sonra Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qətnamədən cavabdeh T.Zülfüqarov apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, bankın məhkəməyə gec müraciət edtiyini, buna görə də faiz borcunun süni şəkildə artdığını bildirdmişdir. Hesab edir ki, faiz borcu düzgün hesablanmamış və məbləğ şişirdilmişdir. Bu səbəbdən, qətnamənin faiz borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Y.Allahverdiyev apellyasiya şikayəti ilə razı olmadığını, şikayətin əsassız olduğunu və formal olaraq işi uzatmaq üçün verildiyini bildirdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2015-ci il tarixli, 1610 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədi üçün 24 ay müddətinə, illik 26 % dərəcəsi ödəmək şərtilə 12000 (On iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” ASC ilə Cavabdeh arasında 13.11.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.69 kv/m., yaşayış sahəsi 16.59 kv/m., yardımçı sahasi 15.1 kv/m. 1 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyat» Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0785771, reyestr kitabı 98, vərəq 8259, reyestr nömrəsi **********48-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.12.2015-ci il). Bundan sonra 13.11.2015-ci il tarixli, 1610 nömrəli kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasını razılaşdırılmış şəkildə vaxtında yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq, cavabdehlə “xxxx” ASC arasında 25.12.2017-ci il tarixdə "13.11.2015-ci il tarixli, 1610 saylı kredit müqaviləsinə Əlavə" barədə razılaşma protokolu bağlanmışdır. Razılaşmanın şərtlərinə əsasən, 13.11.2015-ci il tarixli, 1610 nömrəli kredit müqaviləsinin müddəti əlavə olaraq 24 ay müddətinə uzadılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişlər. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı “xxxx” ASC tərəfindən xəbərdar edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2020-ci il tarixli, 27384 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 13 noyabr 2015-ci il tarixli, 1610 saylı kredit müqaviləsi üzrə Cavabdeh 14 avqust 2019-cu il tarixədək banka olan borcu 7.152,81 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas borc üzrə 9.637,73 ABŞ dolları, faiz borcu üzrə 4.942,57 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəməyə daxil olmuş “xxxx” MMC-nin 16.03.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzil 43100 (qırx üç min yüz) manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/4905 saylı ekspert rəyinə əsasən, Cavabdeh arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan 14.08.2019-cu il tarixə cavabdehin banka olan borcu: əsas borc üzrə 9.637,73 ABŞ dolları, faiz borcu üzrə 4.942,57 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh qətnaməni kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7183/2020 saylı, 14.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan 14.08.2019-cu il tarixə cavabdehin banka olan borcunun (əsas, faiz və cərimə borcu) məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/4905 saylı ekspert rəyinə əsasən, Cavabdeh arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan 14.08.2019-cu il tarixə cavabdehin banka olan borcu: əsas borc üzrə 9.637,73 ABŞ dolları, faiz borcu üzrə 4.942,57 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müddəti başa çatmış kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd edilən Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (319.1-ci maddə). Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində, cavabdehin apellyasiya şikayətinin dəlilləri ekspert rəyi ilə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsasızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-598/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-598/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver