Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5980/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quba rayonu İcra və Probasiya Şöbəsinə, “X* Mərkəzi” MMC-yə, Cavabdeh3na, Cavabdeh4, Cavabdeh5, Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Quba rayonu İcra və Probasiya Şöbəsinə, “X* Mərkəzi” MMCyə, Cavabdeh3na, Cavabdeh4, Cavabdeh5, Gülmalıyeva Gülnar Babaş qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hərrac protokolunun ləğvi və nəticələrinin etibarsız hesab olunması tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, e- 2(***)-92/2*25 nömrəli qətnaməsindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat *. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Susay kəndində, 3.5 ha tikintialtı torpaq sahəsinin “X* Mərkəzi” MMC-nin 2* avqust 2*23-cü il tarixli açıq hərrac *4/** saylı Protokolun ləğvi və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, e-2(***)- 92/2*25 nömrəli qətnaməsi ilə iddia təmin edilərək "X* Mərkəzi” MMC-nin Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqları barədə keçirilmiş 2* avqust 2*23cü il tarixli açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu etibarsız hesab edilsin. Açıq hərracın nəticələri haqqında *4/** saylı protokolu əsasında Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızının adına verilmiş *7 noyabr 2*23-cü il tarixli Çıxarış ləğv edilsin. Daşınmaz əmlaka (torpaq sahəsi) dair hərracda ödənilən 24745 manat məbləğində pul vəsaiti Gülmalıyeva Gülnar Babaş qızına qaytarılsın. Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha ehtiyat fondu torpaqlarına dair Cavabdeh4 mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılsın qət edilmişdir.
3. Həmin qətnamədən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən apelyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.*-*. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 7*-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 36*.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 366.*. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.*. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.*.*. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, e-2(***)- 92/2*25 nömrəli qətnaməsindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən verilmiş apellyasiya şikayəti Vəkil* tərəfindən imzalanmışdır. Şikayətə order əlavə olunsa da cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən Vəkil* verilmiş etibarnamə əlavə edilməmişdir. Halbuki, MPM-nin 36*.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
6. Belə olduğu halda apellyasiya şikayəti cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından geri qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən normaların tələbinə zidd olaraq şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.
7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ** iyul 2*25-ci il tarixli, e-2(***)-92/2*25 nömrəli qətnaməsindən cavabdeh Gülmalıyeva Gülnar Babaş qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ** gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.