Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5983/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Əhmədov İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X2 şikayətlə (ərizə) məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını istəmiş, eyni zamanda “şikayətə əlavə” adlandırdığı ərizə də göndərərək, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti 3166-cı məhəllədə inşa edilmiş, qanunsuz olaraq mərtəbə sayı artırılmış 1 ədəd 3 girişli və 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının və Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi-2 ünvanında qanunsuz inşa edilmiş 3 girişli 10 mərtəbəli yaşayış binalarının üzərinə həbs qoyulması, həmin binaların texniki ekspertiza olunması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı şəhəri İcra Hakimiyyətinə sorğu və tapşırıqlar verilməsi, həmin binalarda qanunsuz olaraq fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə qadağa qoyulması, mərhum Hüseynov Şakirlə və digər fiziki və hüquqi şəxlərlə bağlanmış əqdlərin ləğv edilməsi, mənzil və qeyri-yaşayış sahələrinin qanuni sifarişçilərinə təhvil verilməsi vəzifəsinin "X3” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə MMC-nin direktorunun “şikayətə əlavə” adlandırdığı ərizənin geri qaytarılması, xx.xx.2022-ci il tarixli qərardadla isə qiyabi qətnamənin ləğv olunaraq işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Bundan sonra "X3” MMC-nin direktoru X2 xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini və qiyabi qətnamədən verdiyi şikayətin əlavəsi ilə birlikdə qarşılıqlı iddia kimi qəbul edilərək araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Məcəllənin 156-cı maddəsinə görə, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, yaxud qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa və ya qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Cavabdeh MMC-nin direktoru X1 “şikayətə əlavə” adlandırdığı ərizəsinin məzmunundan aydın olur ki, o, faktiki olaraq qarşılıqlı tələblər irəli sürmüş, lakin iddia ərizəsinin formasına və məzmununa əməl etməmiş, eləcə də Dövlət rüsumu ödəməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, “...qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz”. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5983/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5983/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver