Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5985/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2307/2021 saylı mülki iş üzrə 30.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Q.Qarayev pr 74 ünvanında yerləşən “Word Mobile” mağazasından Cavabdeh tərəfindən ona satılmış 385 manata “Samsung A-6 2018” və 595 manata “Samsung A-7 2018” markalı mobil telefonların hər ikisi üçün ödədiyi 980 və iddia ərizəsi üçün ödədiyi 20 manat, dövlət rüsumu da əlavə edilməklə, cəmi 1000 manat pulu Cavabdeh tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2307/2021 saylı mülki iş üzrə 30.04.2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.1, 35.2, 155.1, 152.1.3-cü maddələrinə istinadən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh ünvanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 göstərilmiş və bu səbəbdən iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. Lakin iş materiallarına əlavə edilmiş Elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, Cavabdeh ünvanı ünvan 3inə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı şikayət vermiş (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2-ci maddələrinə istinadən) qərardadı ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2307/2021 saylı mülki iş üzrə 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, işə mahiyyəti üzrə Nizami Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 36, 149- 152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə iddia tələbinə qoşulmuş sənədlərdən görünür ki, əqdin bağlandığı dükan Nizami rayon ərazisində yerləşir. Prosessdual qanunvericiliyə görə, İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər, habelə İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2307/2021 saylı mülki iş üzrə 30.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5985/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5985/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver