Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5988/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (X1 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəçid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 hüquqi varisi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (X1 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmalarını, ona vurduqları 15000,0 manat maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25000,0 manat əldən çıxmış faydanın və 30,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlər İddiaçı Əliəkbər oğlu, Cavabdeh1 Əliəkbər oğlunun, Cavabdeh2, X4, X5 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 vəfat etdiyindən, o, hüquqi varisi X10 ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddiasının, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 (X1 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X8 və X6 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 60/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-60/2023 saylı məktubuna əsasən, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyindən 2(103)-60/2023 saylı mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)-5988/2024 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 60/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)-5988/2024 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5988/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5988/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver