Məhkəmə qərarları › İş №2(103)-599/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-599/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-599/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-599/2025 (Açar sözlər: torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edildiyi “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edildiyi “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması və onun tərəfindən iddiaçının istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən iddiaçının X1 icarəsinə verilmiş, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş, atası X9 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ onun icarəsinə verilmiş, bağın bir hissəsini bölüb yəni 0.12 ha hissəsinin qohumu Cavabdeh verilməsini xahiş etmişdir. Bağ sahəsinin ayrılmasına dair Cavabdeh tərəfindən də 18 sentyabr 1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. X4 və Cavabdeh ərizələri nəzərə alınaraq 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X9 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə yeni müqavilə bağlanmışdır. Onun tərəfindən sözügedən 1213 “A” nömrəli bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına A seriyalı, 359813 nömrəli, 19 iyul 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 “A” nömrəli, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 33.9 kv.m-dən ibarət olan bağ evi Cavabdeh adına hüquqi qeydiyyata alınmışdır. Sözügedən 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi **********52- 11301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağ evinə dair 12 dekabr 2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. X1 adına olan 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinə dair isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin A seriyalı, 512314 nömrəli, 11 avqust 2014-cü il tarixli plan və ölçü sənədi tərtib olunmuşdur. X4 20 aprel 2011-ci il tarixdə vəfatından sonra iddiaçı tərəfindən vərəsəlik işi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri 9 nömrəli notariat Kontoruna müraciət olunmuş, vərəsəlik işi açılmış və notariat ofisi tərəfindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsi, 1213 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışın X4 vərəsəsi İddiaçı verilməsi 1 saylı Bakı Ərazi Şöbəsinə xahiş edilmişdir. Bu vəziyyət ilə razılaşmayan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən, faktiki istifadəsində və sahibliyində olan, sahəsi 0,12 ha olan 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş plan-ölçünün ləğv edilməsi və həmin bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçünün verilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, Cavabdeh faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət 1213 nömrəli bağ sahəsinə dair Rafiq Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan o və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və İddiaçı vermiş olduqları apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarının mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0.12 ha ölçüdə bağ torpaq sahəsi 16 oktyabr 1990cı il tarixli, 1935 nömrəli müqavilə ilə X6 icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi məhz həmin 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən tərtib edilmişdir. Bundan başqa həmin qərarda qeyd edilir ki, şəxsin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun hüququnun yarandığını və ya mövcudluğunu ehtiva edən, bu Qərarın 36-cı bəndində istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri reyestr xidmətinə təqdim olunmalıdır. Yalnız bu halda reyestr orqanı həmin əmlak üzərində şəxsin hüququnu qeydiyyata almağa və bu barədə çıxarış verməyə haqlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində onun hüququnun mövcud olduğunu təsdiq edən və yuxarıda istinad olunan normada nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi nə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, nə də məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq ona çıxarışın, eləcə də iddia etdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hüququn qeydiyyata alınmasını tələb etmək üçün şəxs ən azından həmin hüququn ona mənsub olduğunu müvafiq hüquqmüəyyənedici sənəd əsasında sübut etməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, X4 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını iddiaçı yalnız həmin torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş normada təsbit edilmiş və iddia ərizəsinin 16-ci bəndində qeyd olunan əsaslardan hər hansı birinə istinad etməklə tələb edə bilərdi. Cavabdeh belə tələb hüququna malik olduğu mübahisəyə dair işin müəyyən olunmuş halları ilə təsdiq olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normanın tələbləri baxımından və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə 1213 nömrəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini, eləcə də X4 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını tələb etməkdə Cavabdeh haqlı sayıla bilməz. Bu mənada Cavabdeh tələbinin təmin olunmasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunauyğun və əsaslı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlət reyestrində daşınmaz əmlak üzərində hüququn müvafiq qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmalıdır. Göründüyü kimi, məhkəmələrin gəlmiş olduğu qənaət ondan ibarət olmuşdur ki, X4 adına verilmiş 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsi, eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi hüquq müəyyənedici sənəd hesab edilməklə, hüquqların qeydiyyata alınması üçün əsasdır. Bu hüquqlara dair notariat ofisi tərəfindən İddiaçı vərəsəlik hüququ tanınmış, bununla həmin torpaq sahəsinə dair iddiaçının potensial mülkiyyət hüquqları yaranmışdır. Lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə həmin torpaq sahəsinə onun daxil olmağına imkan vermir, həmin bağ sahəsindən istifadəsinə maneə yaradır, həmin bağ sahəsinin sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına zəruri ölçü işlərin aparılması üçün imkan vermir.

3. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Rüfət oğluiddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhəkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsindən Cavabdeh iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına yaradılmış maneələr aradan qaldırılması, onun həmin bağ sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-904/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehdən 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, MM-in 157-ci maddəsi hazırkı işdə düzgün tətbiq olunmamışdır. Çünki nə iddiaçının, nə də iddiaçının özünü qanuni varisi adlandırdığı mərhum atası Rafiq Kazımovun 1213 saylı bağ sahəsi üzərində nəinki mülkiyyət, ümumiyyətlə, heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, “Rafiq Kazımov bağ sahəsini qeyri-rəsmi iddiaçılara sataraq vəfat edənədək bağ sahəsinin özəlləşdirilməsi barədə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət etməmiş, torpaq sahəsini özəlləşdirməmiş, bağa mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına təşəbbüs göstərməmişdir. Bağdan istifadə haqqının iddiaçılar tərəfindən ödənilməsi işin sübuta yetirilmiş hallarındandır. X14 1990-cı ildən vəfat edənədək bağın sənədləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməməsi halı onun bağı qarşı tərəfə satması və bağa artıq marağının olmaması qənatinə gəlməyə əsas verir. Ona görə Rafiq Kazımovun bağ sahəsinə 3-cü şəxsin (yəni, İddiaçı) istinad etdiyi əsaslarla mülkiyyət hüququ əldə etməsinə dair dəlilləri əsassızdır. X12 bağ sahəsinə mülkiyyət hüquqları yaranmadığına görə 3-cü şəxsin vərəsə kimi bağ sahəsinə dair tələbləri əsassızdır”. Beləliklə, nə X12, nə də onun qızı olan iddiaçının 1213 saylı bağ sahəsinə dair müdafiə olunmalı olan hər hansı hüququ mövcud deyildir və iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Bakı şəhəri Sabunçu rayon məhkəməsində hazırkı mülki iş üzrə qəbul olunmuş qətnamədə hakimin öz qətnaməsini əsaslandırdığı sənədlərdən biri kimi DƏDRX-nin xx.xx.2014-cü il tarixdə İddiaçı vermiş olduğu cavab məktubuna istinad olunmuşdur. Lakin hazırkı işin elektron icraat materiallarında belə bir sənəd (sübut) mövcud deyildir. Bu hal iddiaçının nümayəndəsinin və məhkəmənin diqqətinə dəfələrlə çatdırılsa da, iddiaçı (onun nümayəndəsi) istinad etdiyi sənədi qanunvericiliklə müəyyən olunmuş prosessual qaydada məhkəməyə təqdim etməmişdir. Hətta həmin sənəd qanunla müəyyən olunmuş qaydada məhkəməyə verilmiş olsaydı da, “Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka -1 bağ massivində yerləşən 1213 nömrəli bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinə dair yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəssislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır” məzmunlu həmin sənəd mütəxəssislərə şərait yaratmayan şəxsin məhz Cavabdeh olması qənaətinə gəlməyə qətiyyən əsas verməzdi. Ona görə ki, 1) mütəxəssislərə məhz Cavabdeh şərait yaratmaması həmin məktubda yazılmayıb. 2) Məhkəmədə cavabdehin nümayəndəsi dəfələrlə bildirdi ki, cavabdeh daimi olaraq 1213 saylı bağda yaşayır və bu günədək həmin ünvana heç bir mütəxəssis gəlməmişdir, eləcə də, Cavabdeh şəraitin yaradılması barədə nə yazılı, nə də şifahi hər hansı müraciət olunmamışdır. İddiaçı da belə bir müraciətin olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda cavabdehin adının qeyd olunmadığı məktub əsasında mütəxəssisə şərait yaratmayan şəxsin məhz cavabdeh olması barədə hakimin gəldiyi qənaətin əsası (sübutu) yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

15. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

16. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

17. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

18. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırda cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

29. Belə ki, iş materiallarında olan 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi X4 icarəsinə verilmişdir, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş X9 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinin bir hissəsini yəni 0.12 ha qohumu Cavabdeh verilməsini xahiş etmişdir. Bağ sahəsinin ayrılmasına dair Cavabdeh tərəfindən də 18 sentyabr 1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir.

30. 16 oktyabr 1990-cı il tarixli müqavilənin surətindən görünür ki, 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X9 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır.

31. “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə yeni müqavilə bağlanmışdır. 1213 “A” nömrəli bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına A seriyalı, 359813 nömrəli, 19 iyul 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.

32. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a nömrəli, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi – 45.5 kv.m, köməkçi sahəsi - 33.9 kv.m-dən ibarət olan bağ evi Cavabdeh adına hüquqi qeydiyyata alınmışdır.

33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********52-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 12 dekabr 2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport tərtib edilmişdir.

34. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 39473 nömrəsi ilə uçota alınmış AN 512314 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 ünvanda olan 1213 nömrəli bağ sahəsi ilə bağlı X4 adına Torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1, 0.12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

36. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X5 və Cavabdeh X12 keçmiş arvadı X8 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək X2 Samirə Rafiq qızının müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmasının tanınması, bağın icarəçisinin vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin Yuliya Salayeva ilə bağlanmalı olması tələbinə dair, 3-cü şəxs İddiaçı isə cavabdeh X5 və Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsidən çıxarılma və sərhəddin bərpa edilib bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 3-cü şəxs tələbini onunla əsaslandırmışdır ki, “mübahisəli 1213 nömrəli bağ sahəsi mərhum atasının icarəsində olmuş, atası həmin bağdan vəfat edənədək istifadə etmişdir. Atası vəfat edəndən sonra miras qalmış digər əmlakları vərəsə olaraq qəbul etmişdir. İstifadədə olan bağ sahələri ölkə başçısının 1997-ci il tarixli Fərmanına əsasən vətəndaşların əvəzsiz olaraq mülkiyyətlərinə verildiyi üçün bağ sahəsinə mərhum atasının mülkiyyət hüququ yaranmışdır. Ona görə də, mübahisəli bağ sahəsini adına keçirmək üçün müraciət etmiş, bağ sahəsinə dair plan və ölçü hazırlanmışdır. Cavabdehlər atasının vəfat etməsindən istifadə edərək, bağ sahəsini zəbt etmiş və könüllü boşaltmaq istəmirlər. Atasının adına bağın icarə müqaviləsində Yuliya Salayevanın ailə üzvü kimi göstərilməsi əsassızdır. X15 Salayevin həyat yoldaşı olduğundan, atasının ailə üzvü ola bilməzdi. Onun adı müqaviləyə başqa xətlə yazılmışdır. Cavabdehlər mərhum atasına məxsus olmuş bağ sahəsinin girişçıxışını məhdudlaşdıraraq onu öz bağ sahələrinə qatmışlar.” Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası təmin olunmuşdur. Həmin qətnamədən iddiaçılar X5 və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir

34. Beləliklə, adı çəkilən iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi ilkin olaraq iddiaçının mərhum X1 icarəsinə verilmiş, sonradan X9 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinin bir hissəsinin, yəni 0.12 ha olan hissəsinin Cavabdeh verilməsini xahiş etmişdir və bunun əsasında 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X9 ilə, 0.12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair isə Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır.

35. Göründüyü kimi istər adları çəkilən tərəflər arasında mövcud olmuş razılığa, istərsə də həmin razılıq əsasında bağlanmış müqavilələrə əsasən X9 və Cavabdeh mübahisəli torpaq sahəsinin bölgüsünü aparmış, sonuncu da həmin razılaşma əsasında məhz müqavilə üzrə göstərilən 0.12 ha sahə üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Digər, yəni X9 ilə bağlanılan müqaviləyə əsasən ona ayrılmış torpaq sahəsi üzrə isə hazırda onun vərəsəsi müvafiq qeydiyyatın aparılmasına cəhd etsə də, cavabdehin buna maneələr törədərək ölçü işlərinin aparılmasına şərait yaratmamışdır.

36. Cavabdeh buna əsas kimi qeyd olunan 1213 “A” nömrəli və 1213 nömrəli hər iki bağ sahəsinin onun özünə məxsus olduğunu, bağ sahələri ilə bağlı iki ayrı-ayrı müqavilə bağlansa da, reallıqda heç bir arakəsmə olmadan bir bağ sahəsi kimi 1990-cı il tarixdən onun tərəfindən alındığını bildirsə də, buna dair heç bir mötəbər dəlil təqdim edə bilməmiş, iddiaçının həmin sahə üzrə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməsi üçün zəruri olan prosedurlara mane törətməsinin faktiki və hüquqi əsaslarını sübut edə bilməmişdir.

37. Bundan əlavə iş materiallarındakı məhkəmə aktlarından məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən, faktiki istifadəsində və sahibliyində olan, sahəsi 0,12 ha olan 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş planölçünün ləğv edilməsi və həmin bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçünün verilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, Cavabdeh faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət 1213 nömrəli bağ sahəsinə dair Rafiq Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan o və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və İddiaçı vermiş olduqları apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

38. Yuxarıda adı çəkilən məhkəmə aktlarndan da göründüyü kimi hazırki iş üzrə Cavabdeh mübahisəli 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası da qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən təmin olunmamış, nəticədə həmin sahəyə dair mülkiyyət hüquqları bu və ya digər formada öz təsdiqini tapmamışdır.

39. Bütün bunlar da onu deməyə əsas verir ki, cavabdehin hazırda mübahisəli torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına maneə törətməsinə dair hər hansı qanuni və hüquqi əsası mövcud olmamışdır.

40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-904/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar