Məhkəmə qərarları › İş №2(103)-5990/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5990/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5990/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmədova Şərafət Asif qızının sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyevdən və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1936/2020 nömrəli xx xxxxxx 2020ci tarixli qərardadından mülki iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia əridəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu qəsəbəsi, Şəhər şossesi dön,5, ev 8, mən. 5 ünvandakı mənzilə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1936/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı cavabde Cavabdeh qarşı mənzilə köçürülmə tələbi təmin edilməmişdir. Cavabde Cavabdeh İddiaçı qarşı istıfadə hüququnun olmayan hesab edilməsi tələbinə dair qarşılıqlı-iddia tələbi təmin edilmişdir İddiaçı ünvan 2 mənzil 5 ünvanından yaşayış sahəsindən istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1936/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı 2(008)-1936/201 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geı qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1936/2019 saylı, xx.xx.2020-ci tarixli qərardadı ilə Sabunçu Rayon Məhlkəməsinin 2(008)-1936/2019 saylı, 07.08 2019-cu tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə iddiaç İddiaçı ərizəsi rədd edilmişdir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsınir 2(008)-1936/2019 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmədən ona şifahi bildirmilər ki, dövlət rüsumu ödənilmədiyi üçün apellyasiya şikayəti məhkəmə qərardadı ilə qaytarılıb. Lakin, o qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmənin həmin qərardadını almamışd;r. Məhkəmədən həmçinin ona dedilər ki, dövlət rüsumunun onun adından ödənilmədiyi səbəbindən şikayət geri qaytarılır. İddiaya baxılması ilə əlaqədar məhkəmə bildirişi ona ünvan 3 mənzil 32 ünvana göndərilirdi və yaxud məlumat ona mobil telefon vasitəsi ilə bildirilirdi. Qərardad isə nədənsə ona yuxarıda qeyd olunan ünvana göndərilməyib. Dövlət rüsumuna görə apellyasiya şikayətinin qaytarılması barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1936/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı haqqında məlumat ona şikayət etdiyi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-l936/2020 saylı xx.xx.2020-ci il tarixli Qərardadindan məlum olmuşdur. O, şəxsiyyət vəsiqəsini itirmişdir. Bu hal apellyasiya şikayətinin verilmə müddətinin bitməsinə qədər baş vermişdir və buna görə də o tanışından dövlət rüsumunun onun əvəzinə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin geri qaytarılmasından sonra o, yeni şəxsiyyət vəsiqəsi almışdır. Kapital bankda dövlət rüsumunun ödənilməsi zamanı ona deyildi ki, şəxsiyyət vəsiqəsi etibarsızdır. Sonralar ona məlum oldu ki, şikayət etdiyi qətnamə əsasında onu mübahisəli mənzildən qeydiyyatdan çıxarmışlar. Apellyasiya şikayətinin verilmə müddətinin bitməsinə qədər o, şəxsiyyət vəsiqəsini itirmişdi və buna görə də dövlət rüsumunun ödənilməsini tanışından xahiş etmişdir. xx.xx.2020 tarixində məhkəmə iclasında həmin tanışı təsdiq edərək bildirdi ki, apellyasiya şikayəti verərkən onun əvəzinə iki dəfə dövlət rüsumu ödəmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili şikayətə etiraz edərək, onun təmin ediməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə şəxsən İddiaçı imza etdirilməklə təqdim edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad iş üzrə tərflərə göndərilmişdir. İddiaçı apellyasiya şikaytinin qaytarılması barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayət verməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixində yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı özü tərəfindən Bakı şəhəri Sabunçı Rayon Məhkəməsinin 2(008)-1936/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellaysiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi etiraf edilir. Belə ki, İddiaçı qətnamədən apellyasiya şikayəti vermsəsi müddətinin ötürməsini qəbul edərək, məhz bu məqsədlə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının qətnaməni aldığı vaxtdan məhkəməyə müddətin bərpası barədə ərizə ilə müraciət etdiyi vaxt arasında 5 aya yaxın müddət keçdiyindən, bununla da apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prossesual müddətin bərpasına dair şikayətinin rədd edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1936/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar