Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5991/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı oğunun Cavabdeh qarşı “əşyaların çıxarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbi barədə ilk, Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsinə köçürlmə, cehiz əşyalarının alınması və dəymiş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair 2(010)-471/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğu Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus evdən cavabdehə aid yataq mebel dəstinin (iki nəfərlik taxt, 2 ədəd tumba, beş qapılı şifoner, güzgülü kamot), yumşaq mebel dəstinin (divan, 2 ədəd kreslo, jurnal stolu), mebelin (qorka), Vestel markalı soyuducunun, Vestel markalı paltaryuyanın, qaz sobasının, mətbəx mebel dəstinin, 6 ədəd stulun, LG markalı televizorun, televizor altlığının, uşaq çarpayısının, 3 ədəd xalçanın, 3 ədəd çilçırağın, 8 ədəd pərdənin, 3 ədəd döşəyin, 9 ədəd yastığın, 4 ədəd yorğanın, 2 ədəd odeyalın, 3 dəst yataq çuxolunun, 3 ədəd vedrənin, 3 ədəd podnosun, 1 ədədgüldanın, 4 ədəd süfrənin, 1 dəst hamam dəstinin, 6 ədəd mürəbbə qabının, 2 ədəd soyuducu və paltaryuyan örtüyünün, 1 dəst yemək dəstinin, 1 dəst çay dəstinin, 3 ədəd qazan dəstinin, Samsunq markalı tozsovuranın, şirəçəkən maşının, qaşıq dəstinin, 1 dəst qrafınkanın (6 ədəd bakal), 3 ədəd böyük çaynikin, 2 ədəd dəm üçün çaynikin, qırmızı rəngli qazan dəstinin, 3 ədəd qəndqabının, 6 ədəd maskuranın, 6 ədəd kasanın, 6 ədəd bakalın, 6 ədəd armudu stəkanın, 2 dəst çaşkanın, 6 ədəd nəlbəkinin, ütünün, gecə lampasının, 12 ədəd rumkanın, yemək termosun, 6 ədəd Tiens bankasının, 3 ədəd meyvəqabının, 2 ədəd külqabının, güzgünün, qab-qacaqların (mətbəx), 8 ədəd hamam dəsmalının, 2 ədəd Tefal markalı tavanın, 2 ədəd divan örtüyünün, 6 ədəd çay dəsmallarının, 12 ədəd boşqabın, çay termosunun, mikserin, 2 ədəd xrustal lodkanın, 1 dəst qaşığın, divar saatının, 2 ədəd quranın cavabdeh tərəfindən çıxarılaraq əşyaların yerləşdiyi otaqların tam boşaldılıb iddiaçıya təhvil verilməsi və 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayına kimi əldən çıxmış faydanın əvəzi olaraq aylıq 250 manat hesablanılmaqla 2750 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 250 manat məbləğində pulun hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, X1 Pərvanə Ələkbər qızı ilə ailə həyatı quraraq xx xxxxxxx 2010-cu il tarixində Xəzər Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X20, xx xxxx 2013-cü il təvəllüdlü X22 və xx xxxxxx 2016-cı il təvəllüdlü X24 adlı üç övladı dünyaya gəlmişdir. Nicat ilə Pərvanə ailə qurduqdan sonra İddiaçıla birlikdə yaşamışlar. Buna baxmayaraq ailələrini qoruyub saxlamaq mümkün olmamış və tərəflər xarakterlərinin bir-birinə uyğun gəlməməsi və nikahlarının formal xarakter daşıması, həmçinin ailə münasibətlərinin düzəlməsinin qeyri-mümkün olması səbəbindən ayrılmış və Pərvanə ata evi olan ünvan 2 ünvanına qayıtmışdır. Bundan xeyli müddət keçdikdən sonra cavabdeh nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş və nikahları xx xxxxxx 2018-ci il tarixli, 2(010)-4515/2018 saylı qətnamə ilə pozulmuşdur. O gündən bu günə artıq neçə ildir ki, tərəflərin heç bir münasibəti mövcud deyildir. Lakin artıq neçə ildir ki, Cavabdeh İddiaçı evində yaşamamasına baxmayaraq, prinsipial olaraq özünə aid olan əşyaları İddiaçı məxsus olan evdə qoyub və çıxartmaq istəmir. Dəfələrlə Pərvanəyə xəbər edilmişdir ki, gəlib əşyalarını aparsın, lakin cavabdeh qanunsuz olaraq bu tələblərə məhəl qoymur. İddiaçı yaşadığı evdən sərbəst isifadə edə bilmir. Onun əşyaları bir otağı tamamilə məşğul edib. Evləri kiçik olduğu üçün cavabdeh əşyalarını götürməməsi səbəbindən evdə normal yaşamaq olmur və öz əşyalarını yerləşdirə bilmirlər. Cavabdehə məxsus əşyalar, tərəflər arasındakı ailə münasibətlərinə xitam verildikdən sonra evin 2-ci mərtəbəsində bir otağa yerləşdirilmişdir. Həmçinin Cavabdeh İddiaçı maddi zərər də vurmuş və vurmaqda da davam edir. Belə ki, cavabdeh tərəfindən zəbt edilən otaq 2018-ci ilin noyabr ayından etibarən aylıq 250 AZN ödəniş əsasında kirayəyə verilsəydi, 2019-cu ilin noyabr ayına kimi təxminən 2750 manat məbləğində pul vəsaiti qazanmış olacaqdı. Göründüyü kimi, cavabdehin qanunsuz əməlləri nəticəsində İddiaçı böyük məbləğdə maddi zərər vurulmuşdur. Bununla yanaşı o qeyd etdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə, həmin ev Nicata deyil, İddiaçı məxsusdur. Cavabdeh İddiaçı, X17 və X18 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 nəfər azyaşlı uşaqları ilə birlikdə (xx.xx.2011-ci il təvəllüdlü X20, xx.xx.2013-cü il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X24 ilə) İddiaçı, X9 və X10 yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 233 saylı evə köçürülmələri, İddiaçı, X6 və X7 iddia ərizəsində adları qeyd olunan 16035 manat məbləğində olan cehiz əşyalarının alınaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 233 saylı evə yerləşdirilməsi, çatışmayan cehiz əşyalarının dəyərinin onun xeyrinə olaraq həmin şəxslərdən müştərək qaydada tutulması və o, həmin evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə istifadə etmələrinə qadağa qoyulması, İddiaçı, X6 və X7 cehiz əşyalarından istifadə etdiklərinə görə müştərək qaydada onun xeyrinə olaraq 6450 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildə X21 ilə Pərvanə nişanlı olduğu vaxtlarda Nicat Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 mərtəbəli evinin olduğunu, həmin evi onun özünün tikdiyini və ailə qurduqdan sonra həmin evdə birlikdə yaşayacaqlarını demişdir. Nicat deyirdi ki, evinin birinci mərtəbəsindən hazırda ata-anası, ikinci mərtəbəsindən isə ailə olaraq onlar istifadə edəcəklər. Nicatın dediklərini həm ata-anası, həm də yaxın qohumları təsdiq edirdilər. Nicatla toyları olan ərəfədə Sulutəpə qəsəbəsində yerləşən həmin evin 2-ci mərtəbəsində yaşayacaqlarına əmin olduqdan sonra valideynləri borc-xərclə 2-ci mərtəbəni tam şəkildə mebel və digər avadanlıqlarla, məişət əşyaları ilə təmin etdilər. Onun cehiz əşyaları toylarından əvvəl həmin evin 2-ci mərtəbəsinə yerləşdirildi və toydan sonra oraya gəlin köçdü. Təxminən 5- 6 il bir yerdə yaşadılar, birgə təsərrüfat apardılar. Ailə üzvlərinin hamısı Nicatı evin sahibi kimi tanıyırdı. Nicat da həmişə özünü həmin evin sahibi olduğunu bəyan edirdi. Nicat Abasovun ona qarşı olan haqsız hərəkətlərinə, habelə onu dəstəkləyən qaynatası Ağaməlinin və qaynanası Nəzirənin hərəkətlərinə dözməyərək xx xxx 2016-cı il tarixində faktiki olaraq 2010-cu ildən, yəni gəlin köçdüyü vaxtdan yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, RAllahverdiyev küçəsi, ev 233 ünvanda olan 2 mərtəbəli fərdi yaşayış evindən 3 azyaşlı uşaqları ilə birlikdə çıxmağa məcbur oldu. Özünə və azyaşlı uşaqlarına aid geyim əşyalarından başqa qalan əmlakları, o cümlədən bütün cehiz əşyaları həmin evdə qalmışdır. Pərvanənin 2012-ci ildə döyülmə faktı ilə bağlı əvvəlcə Nizami rayon 25-ci Polis Bölməsində, sonra isə 40-cı Bölmədə araşdırmalar aparılmışdır. Həmin vaxtdan valideynlərinin yaşadığı yataqxananın bir otağında yaşayırlar. Qeydiyyatı Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində olan 2 otaqlı mənzilə olsa da, həmin mənzil 25-26 ildir ki, “məcburi köçkün”lər tərəfindən zəbt olunmuşdur. Hal-hazıradək də onlar həmin mənzildə yaşayırlar. Hətta Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə məcburi köçkünlərin mənzildən çıxarılmaları qət olunsa da, bu günə kimi qətnamə icra olunmamışdır. 2010-cu ildən gəlin köçdüyü Sulutəpə qəsəbəsində olan həmin evdə 5-6 il müddətində daimi yaşadığı və 3 azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerləri olmadığından həmin evə dəfələrlə köçmək istəsə də, cavabdehlər onu cehiz əşyaları olan həmin evə köçməyinə imkan verməmişlər. Həmin evdən çıxmağa məcbur olduğu vaxtdan, yəni xx.xx.2016-cı il tarixindən etibarən cavabdehlər onun razılığı olmadan qanunsuz olaraq həmin evdə qalmış bütün cehiz əşyalarından istifadə edirlər. Bu müddətdə cavabdehlər uşaqlarının saxlanılmasına maddi cəhətdən köməklik etməmişlər, valideynlərinin maddi və mənəvi dəstəyi ilə onları saxlayır. Hal-hazırda cavabdehlərdən Nicat Abasovun ona 8000 manata yaxın aliment borcu vardır. Keçmiş qaynatası İddiaçı Əiabas oğlunun ona qarşı iddia qaldırmasının da əsas səbəbi onun oğlu Nicatın hal-hazırda ona 8000 manata yaxın aliment borcunun olması ilə əlaqədardır. O, oğlu Nicatın aliment borclarını ödəməkdən yayındırmaq məqsədilə belə bir iddia qaldırmışdır. Bununla yanaşı, evlə bağlı məsələyə münasibət bildiərək qeyd etdi ki, Sərəncama əsasən Rəşid Zeynalovun adına ayrılmış torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Həmçinin Sərəncamda torpaq sahəsinin Xocahəsəndə yerləşdiyi, mübahisəli evin isə Sulutəpədə olduğu görünür. Göründüyü kimi Xocahəsən və Sulutəpə qəsəbələri ayrı-ayrı ünvanlardır. Sərəncam barədə arxiv arayışı olsa da arxiv arayışının kötüyündən də görünür ki, 2014-cü il tarixdə verilmişdir. Bundan əlavə, qarşı tərəfin təqdim etdiyi sxemlə də razı olmadığını bildirərək qeyd etdi ki, həmin sənəddə tarix yoxdur. Evin layihəsi də müəmmalıdır, belə ki, hazırda MMC-lər pulu ilə istənilən evin lahiyəsini çəkə bilirlər və mülkiyyətçi kimi tərəfin təqdim etdiyi adı yazırlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evdən Cavabdeh aid yataq mebel dəsti (iki nəfərlik taxt, 2 ədəd tumba, beş qapılı şifoner, güzgülü kamot), yumşaq mebel dəsti (divan, 2 ədəd kreslo, jurnal stolu), mebel (qorka), Vestel markalı soyuducu, Vestel markalı paltaryuyan, qaz sobası, mətbəx mebel dəsti, 6 ədəd stul, LG markalı televizor, televizor altlığı, uşaq çarpayısı, 3 ədəd xalça, 3 ədəd çilçıraq, 8 ədəd pərdə, 3 ədəd döşək, 9 ədəd yastıq, 4 ədəd yorğan, 2 ədəd odeyal, 3 dəst yataq çuxolu, 3 ədəd vedrə, 3 ədəd podnos, 1 ədəd güldan, 4 ədəd süfrə, 1 dəst hamam dəsti, 6 ədəd mürəbbə qabı, 2 ədəd soyuducu və paltaryuyan örtüyü, 1 dəst yemək dəsti, 1 dəst çay dəsti, 3 ədəd qazan dəsti, Samsunq markalı tozsovuran, şirəçəkən maşın, qaşıq dəsti, 1 dəst qrafınka (6 ədəd bakal), 3 ədəd böyük çaynik, 2 ədəd dəm üçün çaynik, qırmızı rəngli qazan dəsti, 3 ədəd qəndqabı, 6 ədəd maskura, 6 ədəd kasa, 6 ədəd bakal, 6 ədəd armudu stəkan, 2 dəst çaşka, 6 ədəd nəlbəki, ütü, gecə lampası, 12 ədəd rumka, yemək termosu, 6 ədəd Tiens bankası, 3 ədəd meyvəqabı, 2 ədəd külqabı, güzgü, qab-qacaq (mətbəx), 8 ədəd hamam dəsmalı, 2 ədəd Tefal markalı tava, 2 ədəd divan örtük, 6 ədəd çay dəsmalları, 12 ədəd boşqab, çay termosu, mikser, 2 ədəd xrustal lodka, 1 dəst qaşıq, divar saatı, 2 ədəd quran - əşyaların Cavabdeh tərəfindən çıxarılaraq yerləşdikləri otaqların tam boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə tam təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X21 ilə nişanlı olduqları vaxtlarda (2010-cu ildə) Cavabdeh və valideynlərinə bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 mərtəbəli evi vardır, həmin evi özü tikmişdir və ailə qurduqdan sonra həmin evdə yaşayacaqlar. Ona görə də valideynləri borca girərək ona cehiz əşyaları alaraq, həmin evin 2-ci mərtəbəsini mebel və digər məişət əşyaları ilə tam təmin etdilər. Toylarından dərhal sonra həmin evə gəlin köçmüş və 5-6 il onunla yaşayaraq birgə təsərrüfat aparmışlar. Qaynatası və qaynanası da həmişə Nicatın həmin evin sahibi olduğunu demişlər. Nicat Abasovun ona qarşı olan haqsız hərəkətlərinə, habelə onu dəstəkləyən qaynatası və qaynanasının hərəkətlərinə dözməyərək xx.xx.2016-cı il tarixində 2010-cu ildən, yəni gəlin köçdüyü vaxtdan yaşadığı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 233 ünvanda olan 2 mərtəbəli evilərindən 3 azyaşlı uşaqlarıyla birlikdə çıxmağa məcbur olmuşlar. Özünə və azyaşlı uşaqlarına aid geyim əşyalarından başqa qalan əmlaklarını, o cümlədən bütün cehiz əşyaları həmin evdə qalmışdır. O vaxtdan davalideynlərinin yaşadığı yataqxananın - Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, yataqxana, 3 saylı otağında yaşamağa məcbur qalmışlar. İddiaçının qeydiyyatı Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində olan 2 otaqlı mənzilə olsa da, həmin mənzil 26-27 ildir ki, Laçın rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Hal-hazıradək onlar həmin mənzildə yaşayırlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-183/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə məcburi köçkünlərin mənzillərindən çıxarılmaları qət olunsa da, bu günə kimi həmin qətnamə icra olunmamışdır. Bu barədə məhkəmə iclasında nümayəndəsi olan atası və vəkili bildirsə də, məhkəmə tərəfindən bu fakta düzgün hüquqi qiymət verilməmişdir. Hətta qətnamədə əsassız olaraq qeyd olunmuşdur ki, guya iddiaçı daimi yaşayış yeri olmaqla qeydiyyatda olduğu ünvanda yaşayır. Halbuki, həqiqətdə 3 azyaşlı uşaqları ilə birlikdə ata-anasının yaşadığı yataqxananın 1 otağına sığınmaq məcburiyyətində qalmışdır. Dələlərlə məhkəmə iclasında iştirak edən nümayəndəsi olan atası və vəkili tərəfindən İddiaçı Əlabas oğluna verilmiş torpaq sahəsinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində olması, Cavabdeh köçmək istədiyi evin keçmiş əri Nicat Abasova aid, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olması barədə bildirsə də, məhkəmə tərəfindən qərəzli olaraq bu fakta düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh 3 azyaşlı uşaqlarında birlikdə daimi yaşamağa başqa yeri olmadığından dəfələrlə Sulutəpə qəsəbəsində olan həmin evə köçmək istəsə də, Cavabdeh iddiası üzrə cavabdehlərcehiz əşyalarını olan həmin evə köçməyinə icazə verməmişlər. Həmin evdən çıxmağa məcbur olduğu vaxtdan, yəni xx.xx.2016-cı il tarixindən etibarən Cavabdeh razılığı olmadan orada qalmış bütün cehiz əşyalarından qanunsuz olaraq istifadə edirlər. Bu müddətdə cavabdehlər uşaqlarının saxlanılmasına maddi cəhətdən köməklik etməmişlər, valideynlərinin maddi və mənəvi köməkliyi sayəsində onları saxlamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, onunla X21 arasında xx.xx.2010-cu ildə bağlanmış nikahları pozulmuş, 3 azyaşlı uşaqları Cavabdeh yanında saxlanılmış və onların saxlanılması üçün X7 aliment tutulması qət edilmişdir. X33 məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentdən ödəniş etməmiş və hazırda onun 9000 manatdan artıq aliment borcu vardır. Apelyasiya baxışı zamanı Cavabdeh təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 584 nömrəli sərəcamı ilə ayrılan torpaq sahəsi ilə ilk iddia ərizəsində qeyd edilən Sulutəpə qəsəbəsindəki torpaq sahəsi eynidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin ilk iddia ərizəsinin qismən təmin olunmuş hissəsinin və qarşılıqlı iddia tələbinin təmin olunmamasının qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, xx.xx.2000-cı il tarixli sərəncamı ilə Xocəsən qəsəbəsində Xocəsən qəsəbəsi ərazisində vət. X11 ayrılmış 600,0 kv.m. torpaq sahəsi vət. İddiaçı adına keçirilmiş, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2201 saylı, xx.xx.2000-cı il tarixli sərəncamı ləğv edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(010)-183/2019 saylı qətnaməsi ilə cavabdehlər X12, X3, X13 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən ev 26, mənzil 19 ünvanından çıxarılması, iddiaçılar X4, X2 və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən ev 26, mənzil 19 ünvanına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2739/2011 saylı qətnaməsi ilə cavabdehlər X12, X3, X13 və X5 apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-183/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X21 arasında xx xxxxxxx 2010-cu ildə Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1042 N-si ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2011-ci il təvəllüdlü X8, xx xxxx 2013-cü il təvəllüdlü X14 və xx xxxxxx 2016-cı il təvəllüdlü X19 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları, cavabdeh X7 iddiaçı Cavabdeh xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü X20 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat aliment, xx xxxx 2013-cü il təvəllüdlü X22 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat aliment və xx xxxxxx 2016-cı il təvəllüdlü X24 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat alimentin tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1031/2020 saylı qətnaməsi ilə cavabdeh X9 apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 233 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etməklə, qarşılıqlı iddia ərizəsini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddənin tələbinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüquq saxlanılmır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mövcud qanunvericilik mənzilə köçürmə tələbinin əsaslılığını iki halla şərtləndirir. Bunlardan biri şəxsin köçürülməsini tələb etdiyi mənzildən (evdən) istifadə hüququnun yaranmış olması, digəri isə, şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halıdır. Birinci halla bağlı qanunvericilik konkret əsaslar nəzərdə tutub. Mənzil qanunvericiliyində və mülki qanunvericilikdə istifadə hüququ bir qayda olaraq mülkiyyətdə olan mənzilə (evə) münasibətdə yaranır və mülkiyyətçi ilə qarşılıqlı hüquq və vəzifələr yaradır. Hazırkı işdə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh köçürülməsini tələb etdiyi ev xüsusi mülkiyyətdə deyil, buna görə də, həmin evdən istifadə hüququ yarana bilməz. Köçürülmə ilə bağlı ikinci əsasa gəldikdə isə, iş materialları ilə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının həmin evdə bir müddət yaşaması təsdiq edilsə də, həmin evin onun tərəfindən tikilməsi və onun yeganə yaşayış yeri olması halı öz təsdiqini tapmır. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, mübahisəli yaşayış sahəsi onun Nicat Abbasovla 2010-cu ildə nikaha daxil olmazdan əvvəl mövcud olmuş, o, ailə qurduqdan sonra həmin evə köçmüşdür. Mülki qanunvericilik eyni zamanda şəxsin yaşayış sahəsinə köçürülməsi üçün zəruri ehtiyacın olmasını şərt kimi nəzərdə tutur. Bu o deməkdir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququ əvvəllər yaranmış olsa belə, sonra bu ehtiyac aradan qalxıbsa, istifadə hüququ da aradan qalxır. Belə ki, Cavabdeh başqa yaşayış yerində daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh mübahisəli yaşayış sahəsinə ehtiyacının olmaması uzun zamandan bəri mübahisəli evdə yaşamaması, bunu qeyri-mümkün edən və ona hər hansı maneə yaradan hala qarşı hansısa formada etiraz etməməsi ilə də təsdiq edilir. Hazırkı iddianı isə o, yalnız ona qarşı ilkin iddia irəli sürüldükdən sonra qaldırmışdır. Hazrıki iş üzrə Cavabdeh mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Habelə, Cavabdeh mübahisəli evdən istifadə hüququ olmadığı üçün əşyalarını həmin evin istədiyi otağına yığılmasını və saxlanmasını tələb etmək hüququ da yoxdur. Bununla yanaşı, Cavabdeh həmin evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə cavabdehlərin istifadə etmələrinə qadağa qoyulması, İddiaçı, X6 və X7 cehiz əşyalarından istifadə etdiklərinə görə müştərək qaydada onun xeyrinə olaraq 6450 manat məbləğində pulun tutulması tələbi də əsassızdır. Belə ki, Cavabdeh əşyalarının cavabdehlərin uzun müddət əvəzsiz istifadəsinə etiraz etməmiş, müvafiq iddia qaldırmamaqla bu halın davam etməsinə şərait yaratmışdır. Belə olan halda, həmin dövr üçün əvəz tələb edilməsi əsassızdır. Cavabdeh mübahisəli evə köçürülənədək cehiz əşyalarından ailə üzvləri ilə birlikdə istifadə etmələrinə qadağa qoyulması tələbi də təmin edilə bilməz. Belə ki, iddiaçı özü həmin əşyalardan imtina edib, onların çıxarılmasını tələb edir və bu hissədə mübahisə olmadığından həmin tələb öz əhəmiyyətini itirmiş olur. Odur ki, məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etməklə, qarşılıqlı iddia ərizəsini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-471/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddia ərizəsinin qismən təmin olunmuş hissəsində və qarşılıqlı iddia ərizəsinin təmin olunmamasına dair hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5991/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5991/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver