Məhkəmə qərarları › İş №2(103)-6/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:” torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin dəyəri ödənilməklə sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X10 və X16 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehlər Cavabdeh20 və onun nüməyəndəsi Nümayəndə2, Cavabdeh23 hüquqi varisi X21, Cavabdeh21 vəkili Vəkil1, Cavabdeh6 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(001)- 5364/18 saylı qətnaməsindən cavabdehlər X3, Cavabdeh11, Cavabdeh20, Cavabdeh23, Cavabdeh18, Cavabdeh21, Cavabdeh6, Cavabdeh22 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MənzilTikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin lahiyyələşdirilməsi haqqında 222 saylı, 07 iyun 2013-cü il tarixli Sərəncamından görünür ki, həmin Sərəncamla "xxxx" Mənzil-Tikinti Kooperativinin 03 iyun 2013-cü il tarixli, 21 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə 0,36 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarinin tikintisinin lahiyələndirilməsi üçün həmin MTK-ya icazə verilmiş, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsini mövcud qanunvericiliyə uyğun "xxxx" Mənzil-Tikinti Kooperativinin vəsaiti hesabina həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının digər 562 saylı, 01 dekabr 2017ci il tarixli Sərəncamı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinə ayrılmış 0,36 ha torpaq sahəsi 0,8460 ha torpaq sahəsi ilə dəyişdirilmişdir. Ərazidə yerləşən qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi onun vəsaiti ilə təkrarən "xxxx" Mənzil- Tikinti Kooperativinə həvalə edilmişdir.

2. Binəqədi rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh20, X43, X23, X18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh22, X33, X38, X14, X4, Hüseynov Elmar, Cavabdeh23, X41, X22, X5 məxsus qarajların bazar dəyərinin müəyyən edilməsi barədə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 sentyabr 2018-ci il tarixli rəyi ilə cavabdehlərə məxsus qarajların konstruksiyası, ümumi sahəsi, 1 kv. metri üzrə bazar dəyəri nəzərə alınmaqla ümumi bazar dəyəri müəyyən edilmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh2 məxsus qaraja bazar dəyəri ilə 29150,0 manat, Cavabdeh3 məxsus qaraja 13000,0 manat, Cavabdeh6 məxsus qaraja 13500,0 manat, Cavabdeh5 məxsus qaraja 23100,0 manat, Cavabdeh7 Cavabnşir oğluna məxsus qaraja 13000,0 manat, Cavabdeh8 məxsus qaraja 13000,0 manat, Cavabdeh10 məxsus qaraja 13000,0 manat, Cavabdeh11 məxsus qaraja 36150,0 manat, Cavabdeh12 məxsus qaraja 13000,0 manat, Cavabdeh13 məxsus qaraja 13000,0 manat, Cavabdeh14 məxsus qaraja 16500,0 manat, Cavabdeh15 məxsus qaraja 18150,0 manat, X6 məxsus qaraja 13500,0 manat, Cavabdeh18 məxsus qaraja 13000,0 manat, Cavabdeh20 Məxsus qaraja 13000,0 manat, X39 məxsus qaraja 16700,0 manat, X19 məxsus qaraja 16700,0 manat, Cavabdeh21 məxsus qaraja 16700,0 manat Cavabdeh22 məxsus qaraja 30000,0 manat, X24 məxsus qaraja 13000,0 manat, X30 məxsus qaraja 12300,0 manat, X8 məxsus qaraja 19100,0 manat, X2 məxsus qaraja 12300,0 manat, Hüseynov Elmara məxsus qaraja 12300,0 manat, Cavabdeh23 məxsus qaraja 23100,0 manat, X34 məxsus qaraja 13000,0 manat, X15 məxsus qaraja 13000,0 manat və X7 məxsus qaraja 13000,0 manat məbləğində qiymət müəyyən olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2019/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh21 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 222 saylı sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəmənin 2-1(81)-2883/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir

6. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 562 saylı sərəmcamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəmənin 2-1(112)-137/2020-ci il nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəmənin 2-1(112)-194/2021-ci il nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2019/2023 saylı, 24 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyinin tədqiqatın nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən X11 məxsus qarajın ümumi sahəsinin 53.8 kv.metr təşkil etdiyi, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 61.000, 0 manat müəyyən olunmuşdur.İş üzrə digər cavabdehlər baxış keçirilməsinə şərait yaratmadıqlarına görə özlərinə məxsus qarajlara baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən də digər cavabdehlərə məxsus qarajların sahəsinin və dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti işlərinin aparılması faktı təsdiqini tapmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək “torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin dəyəri ödənilməklə sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 222 saylı, 2013-cü il 07 iyun tarixli və 562 saylı, 01 dekabr 2017-ci il tarixli sərəncamları ilə ünvan 1də yerləşən 0,8460 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün iddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativinə verilmişdir. Həmin torpaq sahəsində iki çoxmənzilli yaşayış binası tikilib və oraya sakinlər məskunlaşdırılıb, qalan iki binanın da layihə-smeta sənədləri hazırlanıb təsdiq edilmişdir. Lakin həmin ərazidə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh20, X43, X23, X18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh22, X33, X38, X14, X4, Hüseynov Elmar, Cavabdeh23, X41, X22 və X5 məxsus qarajlar mövcuddur. Həmin qarajlar şəhərsalma və tikinti normalarına ciddi uyğun deyildir. Onlar mövcud ola-ola həmin ərazidə tikinti işlərini həyata keçirmək mümkün deyildir. Digər tərəfdən qarajların layihələndirilməsi və tikintisi müvəqqəti xarakter daşıyır və Bakı şəhərinin baş planından asılıdır. Cavabdehlərə dəfələrlə müraciət olunaraq, onlara həmin qarajların tikintisinə sərf olunmuş vəsaitin əvəzinə bir neçə dəfə artıq məbləğdə kompensasiya təklif olunsa da onlar könüllü olaraq qarajları söküb ərazini təhvil vermək istəmirlər. Halbuki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 222 saylı, 07 iyun 2013-cü il tarixli sərəncamının 1.1-ci bəndinə görə ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi və köçürülməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MənzilTikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin lahiyyələşdirilməsi haqqında 222 saylı, 07 iyun 2013-cü il tarixli Sərəncamdan görünür ki, həmin Sərəncamla "xxxx" Mənzil-Tikinti Kooperativinin 03 iyun 2013-cü il tarixli, 21 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə 0,36 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarinin tikintisinin lahiyələndirilməsi üçün həmin MTK-ya icazə verilmiş, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsini mövcud qanunvericiliyə uyğun "xxxx" Mənzil-Tikinti Kooperativinin vəsaiti hesabina həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının digər 562 saylı, 01 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinə ayrılmış 0,36 ha torpaq sahəsi 0,8460 ha torpaq sahəsi ilə dəyişdirilmişdir. Ərazidə yerləşən qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi onun vəsaiti ilə təkrarən "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativi, qaraj sahiblərinin onlara ayrılmış torpaq sahəsini könüllü boşaltmaqdan imtina etdiklərini, həddindən yüksək kompensasiya tələb etdiklərini bildirib, ünvan 1də 0,8460 ha torpaq sahəsində inşa olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh20, X43, X23, X18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh22, X33, X38, X14, X4, Hüseynov Elmar, Cavabdeh23, X41, X22 və X5 məxsus qarajların dəyəri ödənilməklə sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(001)- 5364/18 saylı qətnaməsi ilə Qət olunmuşdur: “İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 Cavabşir oğlu, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, X12, Cavabdeh18, Cavabdeh20, X43, X23, Cavabdeh21, Cavabdeh22, X33, X38, X14, X4, Hüseynov Elmara, Cavabdeh23, X41, X22 və X7 qarşı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə malik olduqları qarajların dəyəri ödənilməklə sökülməsi barədə iddiası təmin edilsin. Cavabdeh2 məxsus ümumi sahəsi 42,7 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 29150,0 manat, Cavabdeh3 məxsus ümumi sahəsi 19 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13500,0 manat, Cavabdeh5 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, Cavabdeh7 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh8 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh10 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 36150,0 manat, Cavabdeh12 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manaf, Cavabdeh13 məxsus ümumi sahəsi 19,0 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh14 məxsus ümumi sahəsi 24,2 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16.500,0 manat, Cavabdeh15 məxsus ümumi sahəsi 26,6 kv.m. olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 18.150,0 manat, X6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13.500,0 manat, Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X39 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, X19 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 16700,0 manat, Cavabdeh22 məxsus ümumi sahəsi 44,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 mana oİmaqla 30000,0 manat, X24 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X30 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, X9 məxsus ümumi sahəsi 28,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 19100,0 manat, X2 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, Hüseynov Elmara 3hıəxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 12300,0 manat, Cavabdeh23 məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 23100,0 manat, X34)məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat, X15 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat və X7 məxsus ümumi sahəsi 18,0 kv. m olan qarajın 1 kv. metri üçün 628,3 manat olmaqla 13000,0 manat "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ödənildikdən sonra həmin qarajlar sökülsün və qarajların yerləşdiyi ərazi "xxxx" Mənzil- Tikinti Kooperativinə təhvil verilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin taarif cədvəlinə müvafiq olaraq iş və xidmətlərin dəyəri olan 200 manat xidmət haqqı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilsin, iş və xidmətlərin dəyəri olan 200 manat xidmət haqqı "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ30GUNA********************, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594; SWİFT: GUNAAZ22) ödənilsin.”

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 sentyabr 2018-ci il tarixli rəyi ilə cavabdehlərə məxsus qarajların konstruksiyası, ümumi sahəsi, 1 kv. metri üzrə bazar dəyəri nəzərə alınmaqla ümumi bazar dəyəri müəyyən edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, cavabdehlərə məxsus qarajların dəyərinin ekspert rəyində göstərilən məbləğdə ödənilməsi ədalətli hesab edilir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Həmin qətnamədən cavabdehlər X14, Cavabdeh11, Cavabdeh20, Cavabdeh23, Cavabdeh18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh6, Cavabdeh22 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Qətnamənin ləğv edilməsini xahiş etmişdirlər.

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətləri ayrı-ayrılıqda verilsələr də oxşar məzmunlu olmaqla onunla əsaslandırmışdırlar ki, məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməməsi səbəbindən iş üzrə obyektivliyi təmin etmək üçün müxtəlif formalarda iş üzrə araşdırma aparmalı idi.Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 222 saylı, 07 iyun 2013-cü il tarixli və 562 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamları barədə məlumatları olmamışdır.Hesab edirlər ki, həmin sərəncamlar özlüyündə qanunsuz qəbul edildiyindən onları mübahisələndirmək üçün həmin sərəncamların surətlərini rəsmi şəkildə aldıqdan sonra ləğv edilməsi məqsədi ilə İnzibati məhkəməyə müraciət edəcəklər.Həmin ərazidə mənzillərin 1kv.metrinin dəyəri 1800-2200 manat təşkil edir.Qarajların sökülməsi və yerndə hündürmərtəbəli binanın inşa edilməsi və yerində hündürmərtəbəli binanın inşa edilməsi üçün ağacların məhv edilməsi ilə bərabər, tikinti normalarının pozulmasına səbəb olacaq.Belə ki, mənzillər arasında məsafə faktiki 30-40 metr təşkil edəcək, yeni inşa ediləcək binanın sakinlərinin nəqliyyat vasitələrini saxlamalarına yer qalmayacaq.Halbuki, məhəllədə yalnız uşaq meydançaları və və bu qəbildən olan xırda tikililər inşa edilə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(001)-5364/18 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, obyektiv olmayan ekspert rəyinə istinad edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

22. Mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəməyə poçt vasitəsi ilə, Cavabdeh21 mülki iş üzr icraatın dayandırılması barədə vəsatəti daxil olmuşdur. Vəsatətdə bildirmişdir ki, hazırda mübahisə obyekti olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə verilmiş “sərəncamın ləğv edilməsinə dair inzibati işlə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət olunmuş və qeyd olunan inzibati işə baxılması xx.xx.2019-cu il tarixə saat 12.15-ə təyin olunmuşdur. Həmin inzibati iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyildir. Həmin inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10046/19 saylı, 22 avqust 2019-cu il tarixli qərardadı ilə Vəsatət təmin edilərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılan, iddiaçı Cavabdeh21 və qeyr.cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla “sərancamın ləğv edilməsi tələbinə dair” inzibati iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılması qərara alınmışdır.

24. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığından, yəni iddiaçı Cavabdeh21 və qeyr. cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi 3-cü şəxs qismində cəlb olunmaqla)“sərancamın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldığından ərizə təmin olunaraq işin icraatının təzələnməsinə dair qərardad qəbul edilmişdir.

25. Bundan sonra məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh23 vəfat etmişdir, odur ki, məhkəmə X1 mərhumun hüquqi varisi olaraq məhkəmə icraatına cəlb etmişdir.

26. Bundan sonra işin icraatının dayandırılmasından uzun müddət keçməsi və apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə -əmtəəşünaslıq ekspertizası təyin edilərək “Cavabdehlər X8, Cavabdeh11, Cavabdeh20, Cavabdeh23, Cavabdeh18, Cavabdeh21 Yağub oğluna, Cavabdeh6, Cavabdeh22 və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən qarajların hər birinin ümumi sahəsi, kvadrat metrinin dəyəri müəyyən olunmaqla, qarajların hər birinin hal-hazırkı bazar dəyəri neçə manat təşkil etməsi?” İlə bağll Ekspert qarşısında suallar qoyulmuş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

27. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnərək məhkəmə iclası təyin olunmuşdur.

c) Prosses iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər, həmçinin, Cavabdeh20 nüməyəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh21 Yağub oğlunun vəkili Vəkil1 apellyasiya şikayətinin və verdiyi iş üzrə mühəndis tikinti-texniki ekspertizasınının təyin edilməsi barədə vəsatətin də təmin olunmasını xahiş etmişdir.

30. Məhkəmə Kollegiyası hazırkı işin icraatının dayandırılmasına əsas olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının mövcudluğunu nəzərə alaraq Cavabdeh21 Yağub oğlunun vəkili Vəkil1 verdiyi iş üzrə mühəndis tikinti-texniki ekspertizasınının təyin edilməsi barədə vəsatətini təmin etməmişdir.

31. Məhkəmə Kollegiyası həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən istinad olunmuş qiymətləndirmə Rəyindən uzun müddət keçdiyini nəzərə alaraq iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi ilə razılaşmamasını əsaslı hesab etməyərək iddiaçının yenidən qiymətləndirmə ekspertizası keçirilməsi barədə vəsatətini təmin etməmişdir.

32. İş üzrə iddiaçı və digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

34. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Qətnamədən cavabdehlər X14, Cavabdeh11, Cavabdeh20, Cavabdeh23, Cavabdeh18, Cavabdeh21 Yağub oğlu, Cavabdeh6, Cavabdeh22 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Qətnamənin ləğv edilməsini xahiş etdiklərindən birinci instansiya məhkəməsinin aktı həmin cavabdehlərin mübahisələndirdikləri hissədə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

38. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Mənzil Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin lahiyyələşdirilməsi haqqında 222 saylı, 07 iyun 2013-cü il tarixli Sərəncamdan görünür ki, həmin Sərəncamla "xxxx" Mənzil- Tikinti Kooperativinin 03 iyun 2013-cü il tarixli, 21 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə 0,36 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarinin tikintisinin lahiyələndirilməsi üçün həmin MTK-ya icazə verilmiş, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsini mövcud qanunvericiliyə uyğun "xxxx" Mənzil-Tikinti Kooperativinin vəsaiti hesabina həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının digər 562 saylı, 01 dekabr 2017ci il tarixli Sərəncamı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinə ayrılmış 0,36 ha torpaq sahəsi 0,8460 ha torpaq sahəsi ilə dəyişdirilmişdir. Ərazidə yerləşən qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi onun vəsaiti ilə təkrarən "xxxx" Mənzil- Tikinti Kooperativinə həvalə edilmişdir.

39. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi yuxarıda qeyd olunan sərəncama əsaslanaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək “torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin dəyəri ödənilməklə sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir.

41. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qətnamə ilə iddianı təmin edərkən gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 sentyabr 2018-ci il tarixli rəyi ilə cavabdehlərə məxsus qarajların konstruksiyası, ümumi sahəsi, 1 kv. metri üzrə bazar dəyəri nəzərə alınmaqla ümumi bazar dəyəri müəyyən edilmişdir.

42. Məhkəmə hesab etmişdir ki, cavabdehlərə məxsus qarajların dəyərinin qiymətləndirmə rəyində göstərilən məbləğdə ödənilməsi ədalətli hesab edilir.

43. Apellyasiya şikayətlərinin dəlilləri baxımından, həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən istinad olunmuş qiymətləndirmə Rəyindən uzun müddət keçdiyini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək “Cavabdehlər X8, Cavabdeh11, Cavabdeh20, Cavabdeh23, Cavabdeh18, Cavabdeh21 Yağub oğluna, Cavabdeh6, Cavabdeh22 və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən qarajların hər birinin ümumi sahəsi, kvadrat metrinin dəyəri müəyyən olunmaqla, qarajların hər birinin hal-hazırkı bazar dəyəri neçə manat təşkil etməsi?” ilə bağll Ekspert qarşısında suallar qoyulmuş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyinin tədqiqatın nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən X11 məxsus qarajın ümumi sahəsinin 53.8 kv.metr təşkil etdiyi, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 61.000, 0 manat müəyyən olunmuşdur.İş üzrə digər cavabdehlər baxış keçirilməsinə şərait yaratmadıqlarına görə özlərinə məxsus qarajlara baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən də digər cavabdehlərə məxsus qarajların sahəsinin və dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

46. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunan prosessual normaların tələblərindən, həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən istinad olunmuş qiymətləndirmə Rəyindən uzun müddət keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi ilə razılaşmamağa əsas görmür və hesab edir ki, Cavabdeh2 məxsus qarajın ümumi sahəsinin 53.8 kv.metr təşkil etdiyi, qarajın 1 kv.metrinin bazr qiyməti 1130.0 manat olmaqla hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 61.000, 0 manat müəyyən olunması ədalətlidir.

48. Eyni zamanda məhkəmə Kollegiyası apellyasiya şikayəti vermiş digər 8 nəfər cavabdehin ekspertlərə baxış keçirilməsinə şərait yaratmadıqlarına görə həmin cavabdehlərə məxsus qarajların sahəsinin və dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamasını nəzərə alaraq onların apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərindən (Bu Qətnamənin 45-cı bəndi) çıxış etməyi ədalətli hesab etmir.

49. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermiş digər 8 nəfər cavabdehə məxsus qarajlar da digər Cavabdeh2 məxsus qarajla eyni cərgədə və həmin qarajın yaxınlığında yerləşdiyi nəzərə alınmaqla, həmin 8 nəfər cavabdehə məxsus qarajların da 1 kv.metrinin bazr qiyməti 1130.0 manat olmaqla hazırkı orta bazar qiymətlərinə uyğun kompensasiya müəyyən edilməsi ədalətli və işin hallarına uyğundur.

50. Məhkəmə Kollegiyası ədalətli kompensasiya ödənilməklə iddianın təmin edilməsi nəticəsinə gələrkən mübahisə predmetinin mülkiyyətdə olan fərdi yaşayış evi və ya mənzil olmadığını nəzərə alaraq diqqətə çəkir ki, qarajların layihələndirilməsi və tikintisi müvəqqəti xarakter daşıyır və Bakı şəhərinin baş planından asılıdır.

51. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehlər:

1. Cavabdeh2 məxsus ümumi sahəsi 53,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 61.000,0 manat,

2. Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 22.374,0 manat,

3. Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 59890, 0 manat,

4. Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat,

5. Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat,

6. Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 27685,0 manat,

7. Cavabdeh22 məxsus ümumi sahəsi 44,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat oİmaqla 49720,0 manat,

8. X9 məxsus ümumi sahəsi 28,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 31640,0 manat,

9. Cavabdeh23 (hüquqi varisi X35) məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 38194,0 manat "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ödənildikdən sonra həmin qarajların sökülməsi və qarajların yerləşdiyi ərazi "xxxx" Mənzil- Tikinti Kooperativinə təhvil verilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(001)- 5364/18 saylı qətnaməsi qismən- mübahisələndirilən hissədə ləğv edilsin. İddia tələbinin həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər:

1. Cavabdeh2 məxsus ümumi sahəsi 53,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 61.000,0 manat,

2. Cavabdeh6 məxsus ümumi sahəsi 19,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 22.374,0 manat,

3. Cavabdeh11 məxsus ümumi sahəsi 53,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 59890, 0 manat,

4. Cavabdeh18 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat,

5. Cavabdeh20 məxsus ümumi sahəsi 19,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 21470,0 manat,

6. Cavabdeh21 məxsus ümumi sahəsi 24,5 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 27685,0 manat,

7. Cavabdeh22 məxsus ümumi sahəsi 44,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat oİmaqla 49720,0 manat,

8. X9 məxsus ümumi sahəsi 28,0 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 31640,0 manat,

9. Cavabdeh23 (hüquqi varisi X35) məxsus ümumi sahəsi 33,8 kv. m olan qarajın 1 kv. metri üçün 1130.0 manat olmaqla 38194,0 manat "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ödənildikdən sonra həmin qarajlar sökülsün və qarajların yerləşdiyi ərazi "xxxx" Mənzil- Tikinti Kooperativinə təhvil verilsin. İddia tələbi qalan mübahisələndirilən hissədə rədd olunsun. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 (bir yüz) manat iddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar