Məhkəmə qərarları › İş №2(103)-600/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-600/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-600/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “krediti müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbləri barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçı Banka və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kredit müqaviləsinin dəyişdirilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamədən iddiaçı Bank və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi X4 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə vəkili (nümayəndə) X5 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir: -109557-1-4890/3 saylı, xx.xx.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 166.5219 ABŞ dolları, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 173.695,87 ABŞ dolları və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 6.142,90 ABŞ dolları, cəmi 1.845.057,77 ABŞ dolları; -109557-1-4890/4 saylı, xx.xx.2014-cü il tarixli “Kredit Müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.328.167,24 ABŞ dolları, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 127.020,82 ABŞ dolları və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 1.008,62 ABŞ dolları, cəmi 1.456.196,68 ABŞ dolları; -məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat; -ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi; -ilkin satış qiyməti 1.172.000 manat məbləğində müəyyənləşdirilməklə paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə; -ikin satış qiyməti 92.000 manat məbləğində müəyyənləşdirilməklə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətində olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m. yardımçı və 22 kv.m. yaşayış sahəsindən ibarət 89 nömrəli fərdi yaşayış evinə; -ilkin satış qiyməti 146.000 manat məbləğində müəyyənləşdirilməklə xüsusi mülkiyyət hüququ ilə Əsmər Fətuİİayevaya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13C ünvanında yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsinə; -ilkin satış qiyməti 1.554.000 manat məbləğində müəyyənləşdirilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 518.0 kv.m. ümumi, 518.0 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi; -həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin ona ödənilməsi; -ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra cavabdehlər göstərilən əmlakları ən gec bir ay ərzində tərk etmədikdə həmin şəxslərin əmlaklardan məcburi qaydada çıxarılmaları və əmlakların boşaldılması. İlk iddia əsasında mülki iş üzrə icraat başlanmışdır. Bundan sonra Cavabdeh1 iddiaçı Banka və Mərkəzi Bankına qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: -“Kredit müqaviləsində” göstərilmiş kredit məbləğinin xx.xx.2015-ci il tarixə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablaşma aparılması, kredit müqaviləsi ilə götürülmüş kreditin 01,01,2017-ci il tarixə qalıq məbləğinin xx.xx.2015-ci il tarixə Azərbaycan manatının ABŞ dollarına olan rəsmi məzənnəsi ilə hazırkı tarixə olan məzənnəsi arasında yaranan fərqin Mərkəzi Bankından tutulması; -kredit müqaviləsinə əsasən ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğinə aid edilərək yenidən hesablama aparmaqla ilin sonuna qalıq kredit məbləği müəyyən edilərək faiz məbləği hesablanması; -kredit müqaviləsinin 1-ci maddəsinin dəyişdirilərək ABŞ dollarının 1,05 manat məzənnəsi ilə hesablanmaqla Azərbaycan manatı məbləğində müəyyən edilərək dəyişdirilməsi; -kredit faizinin Mərkəzi Bank tərəfındən müəyyən edilmiş uçot dərəcəsinə uyğun faizə keçirilməsi; -tərəfındən götürülmüş 4.135.000 ABŞ dolları kreditin qalıq 2.992.461 ABŞ dolları qalıq məbləğinə kreditin təminatı kimi qoyulmuş daşınmaz əmlakların dəyəri krediti ödədikdən sonra, qalan əmlakların girovdan azad edilməsi; -kredit məbləğini girov qoyulmuş əmlakın bankın sərəncamına keçirilməsi ilə ödənişə yönəldərək kredit müqaviləsinə xitam verilməsi; -xx.xx.2012 tarixli, 109557-1-4890/1 saylı və xx.xx.2013-cü il tarixli 109557-1- 4890/2 saylı kredit müqavilələrinin rəsmiləşdirilməsinə görə 4.991 ABŞ dolları məbləğində komissiya əvəzinə, 7.000 ABŞ dolları tutulması nəticəsində 2.009 ABŞ dolları məbləğində artıq rəsmiləşdirmə komissiyası məbləğinin geri qaytarılması və həmin məbləğə ödənildiyi tarixdən hazırki tarixə kimi 14% faiz məbləği hesablanıb bankdan tutulması. Qarşılıqlı iddia icraata qəbul edilərək ilk iddia ilə birgə baxılmışdır. Daha sonra, Cavabdeh1 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı Baş kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(004)-125/2018) ilə ilk iddianın qismən təmin edilməsini, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 109557-1-4890/3 saylı “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə 1.664.433,84 ABŞ dolları əsas borc, 170.884,55 ABŞ dolları faiz olmaqla cəmi 1.835.318,39 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 109557-1-4890/4 saylı kredit müqaviləsi üzrə 1.328.167,45 ABŞ dolları əsas borc, 126.592,68 ABŞ dolları faiz olmaqla cəmi 1.454.760,13 ABŞ dolları, ümumilikdə 3.290.078,52 ABŞ dolları borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 148,50 manat məhkəmə xərclərinin tutularaq Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə yönəldilməsini və ilkin satış qiymətinin 2.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsini, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətdə olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılmasını və mənzilin boşadılmasını; ilk iddianın borcun cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5ndən tutulması və tutmanın digər daşınmaz əmlaklara yönəldilməsi hissələrində təmin edilməməsini; qarşılıqlı iddianın təmin edilməməsini; qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsini; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 267,30 manatının Cavabdeh1, 2,70 manatının iddiaçı Bankdan tutulub dövlət büdcəsinə keçirilməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 da öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)- 994/2019) ilə iddiaçı Bankın apellyasiya şikayətinin təmin edilməməsini; Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsini; Rayon Məhkəməsinin qətnaməsinin qismən – “tutmanın ipoteka predmeti olan, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiyməti 2.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətdə olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşadılması” hissəsində ləğv edilməsini; həmin hissədə iddianın təmin edilməməsini; qətnamənin apellyasiya şikayəti verən şəxslərə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən iddiaçı Bank tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-4957/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə yenidən baxan Məhkəmə qeyd edir ki, ilk iddia ərizəsi və iddiaçı Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 109557-1-4890 saylı “Baş kredit razılaşmasına” əsasən həmin razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank borcalana xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Razılaşmaya əsasən kreditlərin bu razılaşma əsasında tərəflər arasında “kredit müqaviləsi” və “bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında verilməsi nəzərdə tutulmuşdur. “Baş kredit razılaşmasına” əsasən Cavabdeh1 ilə bir neçə kredit müqavilələri bağlanaraq kreditlər verilmişdir, o cümlədən: - xx.xx.2014-cii il tarixli, 109557-1-4890/3 saylı bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən investisiya məqsədləri üçün 60 ay müddətinə, illik 14%-lə 1.910.000 ABŞ dolları məbləğində; - xx.xx.2014-cü il tarixli, 109557-1-4890/4 saylı kredit müqaviləsinə əsasən (müqaviləyə 01 saylı xx.xx.2015-ci il tarixli və 02 saylı xx.xx.2016-cı il tarixli razılaşmalar olmaqla) kreditin yenidən maliyyələşdirilməsi və tikinti məqsədləri üçün 36 ay müddətinə, illik 13%-lə 1.440.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2012-ci il tarixli 109557-NEDVİJ-656 saylı, xx.xx.2012-ci il tarixli 101816-NEDVİJ-655 saylı, xx.xx.2012-oi il tarixli 109617-NEDVİJ-657 saylı və xx.xx.2014cü il tarixli 109557-NEDV1J-3300 saylı ipoteka müqavilələri bağlanaraq kreditlərin təminatı kimi aşağıdakı əmlaklar ipoteka qoyulmuşdur: - paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0.036 ha torpaq sahəsi (ipoteka predmetinin bazar dəyəri 1.808.000 AZN, likvid dəyəri 1.121.000 AZN məbləğində müəyyənləşdirilməklə), - xüsusi mülkiyyət hiiququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətində olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m. yardımçı və 22 kv.m. yaşayış sahəsindən ibarət 89 nömrəli fərdi yaşayış evi (ipoteka predmetinin bazar dəyəri 155.000 AZN, likvid dəyəri 96.000 AZN məbləğində müəyyənləşdirilməklə), - xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13C ünvanında yerbşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (ipoteka predmetinin bazar dəyəri 210.000 AZN, likvid dəyəri 130.000 AZN məbləğində qiymətləndirilməklə) və - tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 518.0 kv.m. ümumi, 518.0 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (ipoteka predmetinin bazar dəyəri 2.800.000 AZN müəyyənləşdirilməklə). Həmçinin, Baş Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 ilə, Cavabdeh3 ilə və Cavabdeh5 ilə xx.xx.2012-ci il tarixdə müvafiq olaraq 109617-7-3145 saylı, 101816-7-3146 saylı və 109620-G-RAN-42 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 müqavilələr üzrə kredit vəsaitlərindən istifadə etsə də, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, lakin öhdəlik bu günədək icra edilməmişdir. Bundan əlavə, cavabdehlə aparılmış şifahi danışıqlar və verilmiş xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Respublikadakı hazırki iqtisadi vəziyyətlə əlaqədar əmlak bazarında baş vermiş dəyişiklər ipoteka predmetlərinin hazırki real dəyərinə təsir etmişdir, odur ki, X1 və Monitorinqi şöbəsi tərəfindən ipoteka predmetləri yenidən qiymətləndirilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0.036 ha torpaq sahəsinin hazırki real dəyərinin 1.172.000 AZN məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 89 nömrəli fərdi yaşayış evinin hazırki real dəyərinin 92.000 AZN məbləğində, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyərinin 146.000 AZN və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 40a ünvanında yerləşən 518.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırki dəyərinin 1.554.000 AZN məbləğində olması müəyyənləşdirilmişdir. İddiaçı hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti X1 və Monitorinqi şöbəsinin rəyinə müvafıq müəyyənləşdirilməlidir. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, zaminlik və ipoteka müqavilələrinin bütün şərtlərinin zaminlərə və ipoteka qoyanlara məlum olması, buna etiraz etməmələri, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması – zaminlərin və ipoteka qoyanların razılığını əks etdirir. Kredit müqaviləsində faiz dərəcəsi barədə məlumatın və ya razılığın olmaması ilə əlaqədar zaminlər və ipoteka qoyanlar banka müraciət etməmişlər və buna öz etirazlarını bildirməyərək, öz razılıqlarını ifadə etmişlər. Zaminlər və ipoteka qoyanları kredit alanın ailə üzvləri (övladları və arvadı) və şirkətidir. Hazırki kredit müqaviləsi üzrə alınan borc ailə biznesi üçün istifadə edilmiş və həmin borc məbləği, faiz dərəcəsi kredit alanın ailə üzvləri olan zaminlərə və ipoteka qoyanlara məlum idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında kredit müqaviləsində faiz dərəcəsi barədə zaminlərin və ipoteka qoyanların razılığının alınması ilə bağlı hər hansı bir qayda və forma müəyyən edilməmişdir. Plenumun qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə razılığının olması qeyd olunmuşdur. Hesab edirlər ki, belə olan halda, zaminlərin və ipoteka qoyanların razılığı həm ayrı bir ərizə formasında, həm zaminlik müqaviləsinin özündə də ifadə oluna bilər. Göründüyü kimi, Bank ilə zaminlər və ipoteka qoyanlar arasında bağlanmış kredit xətti müqaviləsinin mühüm şərtləri – məbləğ, müddət və valyuta müqavilədə yetərli dərəcədə aydın göstərilmişdir. Bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə borc alanın ailə üzvləri olan digər cavabdehlərin məlumatı olmuş və bu hal Bankla onun arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində öz əksini tapmışdır. Bank ilə zaminlər arasında zaminlik müqavilələri bağlandıqdan sonra zaminlərin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olacaq dəyişiklik baş verməmiş, ümumiyyətlə, zaminlərin öhdəliyi dəyişməmişdir. Hazırki iş üzrə kredit müqaviləsi üzrə faiz borcunun zaminlərdən tutulması və ipoteka qoyanların əmlaklarına yönəldilməsi mübahisəli olsa da, əsas borcun zaminlərdən tutulmaması və yenə əsas borcun digər ipoteka predmetinə yönəldilməsi hissəsində də iddianın təmin olunmaması nəticəsinə gəlinməsi anlaşılan deyil. Hazırki kredit xətti müqaviləsində Plenumun qərarına uyğun olaraq zaminlərin və ipoteka qoyanların kredit məbləğindən müddətindən və valyutasından məlumatı, razılığı olduğu halda, məhkəmə bu halı nəzərə almayaraq cavabdehlərə qarşı iddianı tam şəkildə təmin etməmişdir. Eyni zamanda, Cavabdeh1 əqdin mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, bununla da iddia tələbi üzrə iddia müddətini buraxmısdır. Cavabdeh1 öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilən əqdin etibarsızlığına dair iddiası 1 illik iddia müddətinə riayət edilmədən verilmisdir. Belə ki, mübahisələndirilən əqd xx.xx.2012-ci il tarixdə bağlanmış və həmin müqavilənin bütün şərtləri Cavabdeh1 6 il bundan əvvəl məlum idi. Göründüyü kimi, mübahisələndirilən müqavilə xx.xx.2012-ci ildə imzalanmıs, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını şərtləndirən hal ona ən gec 2012-ci ilin dekabr ayında artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halının ona məlum olmasından təqribən 6 il sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafıəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şərh edilənləri nəzərə alaraq iddia müddəti tətbiq edilərək qarşılıqlı iddia rədd edilməlidir. Cavabdehin qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti isə belə əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşması” ilə həmin tarixli 109551-1-4890/1 saylı kommersiya kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 14% olmaqla 60 ay müddətinə 1.600.000 ABŞ dolları, həmin tarixli 109557-1-4890/4 saylı “Kredit müqaviləsi” əsasında illik faiz dərəcəsi 13% olmaqla 60 ay müddətinə 2.039.770 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 109557-1- 4890/2 saylı “Kommersiya kredit müqaviləsi” əsasında illik faiz dərəcəsi 15% olmaqla 36 ay müddətinə 300.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 109557-1-4890/3 saylı bərpa olunmayan kredit xətti müqaviləsi əsasında illik faiz dərəcəsi 14% olmaqla 60 ay müddətinə 1.910.000 ABŞ dolları, cəmi 5.849.770 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bankdan götürülmüş kreditin təminatı kimi özünə məxsus ünvan 2 ünvanında, 386 kv.m. sahədə yerləşən fərdi yaşayış evini- dəyəri 2.020.000 manat (2.525.000 USD; 1 USD=0,8 AZN), Cavabdeh3 məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 89 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv.m., o cümlədən 22.0 kv.m yaşayış, 21.8 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 1 mərtəbədə yerləşən mənzili- dəyəri 160.000 manat (200.000 USD; 1 USD=0,8 AZN), Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi 13 C ünvanında yerləşən yaşayış mənzili- dəyəri 243.000 manat (303.750 USD; 1 USD=0,8 AZN), Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 16 mərtəbəli 40a saylı binanın 1 və 2-ci mərtəbəsində yerləşən 518 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi- dəyəri 2.800.000 manat (3.500.000 USD; 1 USD=0,8 AZN) girov qoyulmuşdur. Qeyd edilən əmlakların dəyəri qiymətləndirici “xxxx” MMC tərəfindən qiymətləndirilərkən həmin əmlaklar faktiki bazar qiymətindən aşağı qiymətləndirilmiş və hazırda müvafıq olaraq bazar qiyməti dəfələrlə artıqdır. Girov qoyulmuş əmlakların dəyəri, bitərəf olan Azərbaycan Respublikası Auditorlar Palatasının Lisenziyası əsasında fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslər olan auditorlar tərəfindən qiymətləndirilməsi ilə həmin əmlakların real bazar dəyərini müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd edilən əmlakların dəyəri “xxxx” MMC tərəfındən faktiki bazar qiymətindən aşağı qiymətləndirildiyindən, həmin girovların hazırda müvafıq olaraq bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı Nərimanov rayonu, Xan Şuşinski küçəsi 72A ünvanında 386 kv.m. sahədə yerləşən fərdi yaşayış evinin- 3.654.350 ABŞ dolları, Cavabdeh3 məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 89 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv.m., o cümlədən 22.0 kv.m. yaşayış, 21.8 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 1 mərtəbədə yerləşən mənzilin- 337.500 ABŞ dolları, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi 13 C ünvanında yerləşən mənzilin- 425.700 ABŞ dolları, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 16 mərtəbəli 40a saylı binanın 1 və 2ci mərtəbəsində yerləşən 518 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 526.7800 ABŞ dolları dəyərində olduğu müəyyən edilmişdir. Bankdan götürdüyü kredit sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə sərf edilmiş, əsas olaraq sərnişin daşıma və tikinti işi xidmətinin yerinə yetirilməsi üçün istifadə edilmişdir. Müəyyən vaxta kimi ölkədə olan sabit pul kredit siyasəti nəticəsində kreditin qaytarılması üçün hər hansı bir çətinliklər yaranmadığından bankla aralarında heç bir anlaşılmazlıq olmamışdır. Lakin son zamanların hadisələri nəticəsində pul vəsaiti ehtiyatları və istehsal sahəsində yerinə yetirilmiş işlərin, xidmətlərin dəyəri Azərbaycan manatı vasitəsi ilə yerinə yetirildiyindən, həmin kredit vəsaitinin qaytarılmasında ciddi problemlər, pul vəsaiti çatışmamazlığı yaranmışdır. Avtomobil nəqliyyatı vasitəsi ilə əhaliyə sərnişin daşıma xidməti yerinə yetirilərkən sərnişinlər tərəfindən ödənilən pul vəsaitləri kağız əskinazlar ilə deyil, metal qəpiklərlə yerinə yetirildiyindən, günün sonunda həmin qəpiklər xırda kağız əskinazlara, həmin xırda kağız əskinazlar yenidən iri kağız əksinazlara çevrilərək ABŞ dollarının alınması işi yerinə yetirilmişdir. Tikinti aparılan sahələrin satışında isə tamamilə durğunluq yaranmışdır. Digər tərəfdən sərnişin daşıma qiymətləri dəyişməz qaldığına baxmayaraq bütün ehtiyat hissələrinin iki dəfədən də çox bahalaşması əldə olunan gəlirin demək olar ki, sıfıra enməsinə səbəb olmuşdur. Tikinti sahəsində isə tikinti materiallarının qiymətlərinin iki dəfə bahalaşmasına baxmayaraq mənzillərin satış dəyərinin sabit olması həm də bu sahədə yaranmış durğunluq nəticəsində hər hansı bir gəlirin əldə edilməsini qeyri mümkün etmişdir. Bu səbəbdəndə kreditin ödənişinin hazırki ABŞ dollarının Azərbaycan manata olan məzənnəsi ilə yerinə yetirilməsini mümkünsüzliyi sahibkarın müflisləşməsi ilə yanaşı ona külli məbləğdə zərər vurulmasına səbəb olur. Qeyd edilənlərə baxmayaraq Bank tərəfindən Mərkəzi Bankın ABŞ dolları üçün təyin etdiyi 1-3% uçot dərəcəsinə baxmayaraq kredit faizini azaltmağa belə cəhd etməməsi onun əmakdaşlıq etdiyi sahibkara zərər vuran hərəkətlər etməsi bir başa Mülki Məcəlləndə öz təsdiqini tapmış “Əsassız varlanma” maddəsinin tələblərini pozmasına əyani sübutdur. Qanunvericiliyə əsasən ölkədə aparılan bütün pul əməliyyatlarının milli valyutada, yerinə yetirilməsi bir mənalı olaraq öz təsdiqini tapmışdır. Digər xarici valyutalarla əməliyyat aparan hüquqi və fiziki şəxslər qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Kredit götürərkən Azərbaycan manatına dəyişdirərək təyinatı üzrə xərcləmişdir. Hazırda Banka 2.992.465,19 ABŞ dolları məbləğində kredit borcum qalmışdır. Azərbaycan Respublikasında xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə manatın iki dəfə devalvasiyası tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyindən fors major hadisəsi hesab edilir və Azərbaycan manatının ABŞ dollarına olan 0,785 manat məzənnəsi ilə hazırkı 1,865 manat arasında yaranmış məzənnə fərqi kredit məbləğinə hesablanıb tətbiq edilərək Milli Bank tərəfindən həmin zərər qarşı tərəfə, ya banka və ya müştəri kimi ona ödənişi təmin edilməlidir. Bundan başqa, hazırkı tarixə kimi tərəfındən banka kredit müqaviləsinə əsasən pul ödənilərkən həmin pul vəsaiti əsas kredit borc məbləğinin ödənilməsinə aid edilməli olduğu halda və bundan sonra borc məbləği hər əməliyyatın sonunda müəyyən edilməli idi. İlin sonunda isə əsas borc məbləğinin qalıq dəyərinə faiz məbləği hesablanıb kreditin faizinin ödənişi aparılmalı idi. Lakin banka pul vəsaitinin ödənişləri zamanı belə bir hesablamalar aparılmamaqla, əsas borc məbləği süni olaraq dəyişməz saxlanılmış, nəticədə həm kredit faizinin artıq ödənilməsi və əsas kredit məbləğinin faktiki qalıqdan çox olması təmin edilmişdir. Banka dəfələrlə kreditin 1,05 məzənnə ilə ABŞ dollarından manata keçirilməsi üçün rəsmi müraciətlər edilmiş, bu haqda dəfələrlə bank rəhbərliyi ilə görüşlərdə müzakirə edilmiş və bank rəhbərliyi dolların Azərbaycan manatına keçirilməsinə razılıq verməsinə baxmayaraq heç bir əməli iş görmədiyindən tərəfındən xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. İddia ərizəsi məhkəmə baxışında olduğu vaxtda bank rəhbərliyi tərəfindən banka dəvət edilmiş, görüş zamanı məktubda və iddia ərizəsində qeyd edilənlər müzakirə edilmiş, kreditin qalıq məbləğinin ABŞ dollarından o vaxtın rəsmi məzənnəsi ilə, yəni 1,05 manatla ifadə edilməsi üçün bank rəhbərliyi ilə iddia ərizəsinin geri götürülməsi razılaşdırılmış, işgüzar görüş zamanı razılaşdırıldığı kimi məhkəməyə iddia ərizəsinə baxılmadan geri qaytarılması üçün ərizə ilə müraciət edəcəyini bildirmişdir. Bundan sonra kreditin Azərbaycan manatına keçiriləcəyinə bank rəhbərliyi razılıq vermiş və o, iddia ərizəsini geri götürmüşdür. Qeyd edilən müddətdə bankla əlaqə saxlanıldıqda yaxın vaxtlarda ABŞ dolları ilə olan kreditin 1,05 məzənnə ilə Azərbaycan manatına keçiriləcəyi bildirilmişdir. Lakin bank kreditin Azərbaycan manatına keçirilməsini heç bir əsas olmadan icra etməmişdir. Bankdan xx.xx.2012-ci il tarixli 109557-1-4890/1 saylı və xx.xx.2013-cü il tarixli 109557-1-4890/2 saylı kredit müqavilələrinə əsasən götürülməli olan bütün kredit məbləğinə görə 7.000 ABŞ dolları məbləğində rəsmiləşdirmə komissiyası üçün pul vəsaiti tutulmuş, lakin həmin müqavilələrdə razılaşdırılmış kredit məbləğinin yalnız bir hissəsi istifadə olunduğundan və kreditin qalan hissəsinin gələcəkdə də istifadə edilməməsi səbəbindən artiq ödənilmiş 2.009 ABŞ dolları məbləğində komissiya vəsaiti bu haqda dəfələrlə banka rəsmi müraciət edilməsinə baxmayaraq hazırki vaxta kimi ona qaytarılması təmin edilməmişdir. Bundan başqa, bank tərəfındən verilmiş kreditlərin illik kredit faizinin 13, 14 və 15 faiz olması hazırki vaxtda qeyri obyektiv olmaqla yanaşı, bu faiz dərəcəsinin dəyişdirilməsi tələbinə baxmayaraq, bank kredit faizinin aşağı salınmasına dair heç bir əməli tədbir görməməklə qarşı tərəfə, sahibkara maddı zərər vurulmasına zəmin yaradaraq, özünün haqsız varlanmasını təmin edir. Belə ki, Mərkəzi Bank tərəfindən ABŞ dolları üzrə uçot dərəcəsinin illik 1-3 faiz müəyyən edilməsinə baxmayaraq, bankın bu qanunsuz hərəkətini Mərkəzi Bankın uçot dərəcəsinin tələblərini kobud surətdə pozmaqla yanaşı sahibkar kimi ona zərər vurmaqla müflisləşməsinə səbəb olan hərəkətlər kimi qiymətləndirilir. Bank ABŞ dolları ilə vətəndaşlardan 1-3% arası depozit qəbul etməsinə baxmayaraq, həmin depoziti 5-6 dəfədən çox, yəni 14 faizlə ona kredit verməklə AR Mülki Məcəlləsinin 1091-ci maddəsinin əksinə hərəkətlər etməklə “Əsassız varlanma” üçün özünə külli məbləğdə gəlir əldə etməsini təmin edir, lakin onunla əmakdaşlıq edən müştərisinə - sahibkara düşünülmüş surətdə zərər vurulması ilə onun müflisləşməsini təmin edən hərəkətlər etməkdən çəkinmir və kreditin faiz dərəcəsini azaltmağa belə cəhd etməmişdir. Bank ilə aralarında bağlanmış müqavilələri və ilkin iddia üzrə iddiaçının iddia ərizəsini araşdırarkən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasının” hər hansı rolunun olmamasını müəyyən etmək olar. Belə ki, “Baş kredit razılaşması” faktiki olaraq kredit xətti müqaviləsidir. Bunu ilkin iddia üzrə iddiaçı da öz iddia ərizəsində qeyd etmişdir. Adı çəkilən kredit razılaşmasında tərəflərin yalnız əsas amillər üzrə: məbləğ və ümumi müddət üzrə razılaşmaları göstərilib. Kredit xəttinin anlayışı ondan ibarətdir ki, sistemsal olaraq bank tərəfindən müştəri üçün xətt açılır və həmin xəttin daxilində müştəri müəyyən kredit məhsullarından istifadə edir. Kredit məhsulları dedikdə isə kredit, qarantiya, akkreditiv və bu kimi, yəni hər müştəriyə və banka hər hansı öhdəlik yaradan məhsullar anlaşılır. Yalnız bağlanan müqavilələrə baxdıqda t formal xarakter daşıdığı və yalnız ipoteka və zaminlik müqavilələrini özündə saxlamaq rolu oynadığı görünür. Elə tərəflər arasında bağlanmış 109557-1-4890/3 saylı xx.xx.2014-cü il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi də bunu sübut edir. Kredit xətti müqaviləsinin içərisində bir necə kredit xətti müqaviləsi bağlamaq olaraq. Yəni Baş kredit razılaşması özü də kredit xətti müqaviləsidir, onun içərisində hər hansı kredit xətti açıla bilər. Kredit xətti kredit məhsulu deyil. Özü də yeni kredit xətti bağladıqdan sonra, heç həmin kredit xəttinin istifadə edilməsini təsdiq edən hər hansı sənəd məhkəmə işinə əlavə edilməmişdir. Sonra isə tərəflər arasında 109557-1-4890/4 saylı, xx.xx.2014-cü il tarixdə yeni kredit müqaviləsi bağlanmışdır. Düzdü, bu kredit müqaviləsinin ilkin olan Baş kredit razılaşmasına bağlanması göstərilsə də, bu formal olaraq ipotekaları üzərində saxlamaq üçün edilib. Əslində 109557-1-4890/4 saylı, xx.xx.2014-cü il tarixdə yeni kredit müqaviləsi ayrıca qaydada verilmiş kreditdir. Digər tərəfdən 109557-1-4890/4 saylı müqavilədə qeyd edilib ki, kredit müqaviləsi üzrə yenidən maliyyələşdirmə həyata keçirilib. Yalnız hansı kreditin maliyyələşdirilməsindən söhbət getdiyi göstərilmir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün sərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublıkası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, düzdür əgər əlavə kredit müqaviləsini də zaminlərə tanış olmaq üçün təqdim etsəydilər, həmin halda hər hansı mübahisə olmazdı. Yalnız, bu iş üzrə əlavə kredit müqavilələrindən heç bir xəbəri olmamış və o cümlədən hansı faizə, hansı valyutada, dəqiq nə qədər məbləğ kredit verilməsindən. Çünki əsas müqavilədən də görünür ki, məbləğ çox yüksəkdir. Əlavə olaraq, bu zaminlik müqavilələri bağlanan zaman, bildirmişdi ki, faktiki kredit ayrılan zaman ona məlumat verilsin. Yalnız bu həyata keçirilməmişdir. Yalnız xx.xx.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsinin qətnaməsini aldıqdan sonra bilmişdir ki, ona qarşı belə öhdəlik qəbul edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bank ilə Cavabdeh1 arasında bağlanmış 1095571-4890 saylı, xx.xx.2012-ci il tarixli müqavilənin “Baş Kredit Razılaşması” adlandırılsa da, faktiki olaraq bu kredit xətti müqaviləsidir. Bunu ilkin iddiaçı da öz iddia ərizəsində qeyd etmişdir. Bu müqavilədə əsas amillər üzrə yalnız məbləğ və ümumi müddət göstərilmişdir. Yalnız Cavabdeh1 ilə bağlanan müqavilələrə baxılsa görünə bilər ki, tərəflər arasında bağlanmış “Baş Kredit razılaşması” formal xarakter daşıyır və yalnız ipoteka və zaminlik müqavilələrini özündə saxlamaq rolu oynayır. “Baş Kredit Razılaşması” öz özlüyündə kredit xətti müqaviləsi olmasına baxmayaraq Bank sonradan Cavabdeh1 ilə bir daha kredit xətti müqavilələri bağlayır. Elə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli Bərpa olunmayan kredit xətti müqaviləsi özü də bunu sübut edir. Kredit xətti müqaviləsinin içərisində kredit xətti necə açıla bilər? Kredit xətti bank məhsulu deyil, o bank məhsullarının təqdim edilməsi üçün ilkin bağlanan çərçivə müqaviləsidir. Məhkəmə araşdırması zamanı bir daha kredit xətti üzrə hər hansı məhsulun verilib-verilməməsi araşdırıldı və Bank tərəfindən hər hansı sənəd və ya sübut təqdim edilmədi. Tərəflər arasında sonradan 109557-1-7890/4 saylı, xx.xx.2014-cü il tarixdə yeni kredit xətti müqaviləsi bağlanmışdır. Düzdür, bu kredit müqaviləsi ilkin olan Baş kredit razılaşmasına bağlanması göstərilsə də, bu formal olaraq ipotekaları özündə saxlamaq üçün edilib. Əslində kredit müqaviləsi ayrıca kreditdir. Özü də bu müqavilədə qeyd edilib ki, kredit müqaviləsi üzrə yenidən maliyyələşdirmə həyata keçirilib. Yalnız burada hansı kreditin maliyyələşdirilməsindən söhbət getdiyi göstərilmir. Hətta bu kredit üzrə məbləğin Cavabdeh1 verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İş üzrə Cavabdeh2 ilk iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Bankla aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış 109557-NEDVİJ-3300 saylı “İpoteka müqaviləsinə” əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 518 kv.m. ümumi, 518 kv.m. əsas sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə ipoteka ilə təmin edilən öhdəlik Bankla Cavabdeh1 arasında bağlanmış “Baş kredit razılaşması” və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərdir. Müqavilənin 4.2-ci bəndinə görə kredit xətti 5.000.000 ABŞ dolları və müddət 120 ay təşkil edir. İpoteka müqaviləsində faiz dərəcəsi müəyyən edilməmişdir və Baş kredit razılaşması üzrə müqavilələrin heç birindən xəbəri belə olmamışdır. Bu barədə yalnız Yasamal Rayon Məhkəməsinə müraciət etdikdən sonra məlumat almışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin özünün mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 518 kv.m. ümumi, 518 kv.m. əsas sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 ilk iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Bank ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış 101816-7-3146 saylı “Zaminlik müqaviləsinin” 2.2-ci bəndinə görə, müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 ilə Bank arasında bağlanmış 21.12.012-ci il tarixli, 109557-1-4890 saylı “Baş kredit razılaşmasından” və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olunmayan kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. “Zaminlik müqaviləsində” götürülən kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər əsas amilləri göstərilməyib. “Zaminlik müqaviləsi” “Baş kredit müqaviləsinin” təminatı kimi çıxış edir. Lakin bu müqavilə üzrə Cavabdeh1 faktiki olaraq hər hansı kredit verilməmişdir. Elə bilmişdir ki, Azadxan Xanməmmədov hər hansı kredit almayıb. Lakin sonradan məlum olmuşdur ki, kredit əlavə kredit müqavilələri üzrə verilmişdir. Lakin kreditin hansı faizlə, valyutada və hansı müddətə verilməsi barədə məlumatı yox idi. “Zaminlik müqaviləsində” isə əsas öhdəliyin əsas amilləri qeyd edilməlidir. Zaminlik müqavilələri bağlanan zaman, zamin olaraq bildirmişdi ki, faktiki kredit ayrılan zaman ona məlumat verilsin. Yalnız bu həyata keçirilməmişdir. Digər tərəfdən Bankla aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış 101816-NEDVİJ-655 saylı “İpoteka müqaviləsinə” görə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində istifadədə olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m yardımçı və 22 kv.m. yaşayış sahəsində ibarət 89 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 4.1- ci bəndinə görə, ipoteka ilə təmin edilən öhdəlik Bankla Cavabdeh1 arasında bağlanmış “Baş kredit razılaşması” və razılaşmanın ayrılmaz hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərdir. Müqavilənin 4.2-ci bəndinə görə, kredit xətti 5.000.000 ABŞ dolları və müddət 120 ay təşkil edir. Bağlanmış “İpoteka müqaviləsində” faiz dərəcəsi müəyyən edilməmişdir və “Baş kredit razılaşması” üzrə verilən kreditlərin heç birindən xəbəri belə olmayıb. Kredit razılaşmalarından yalnız Yasamal Rayon Məhkəməsinə müraciət etdikdən sonra məlum almışdır. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin borcun özündən tutulması və tələbin onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində istifadədə olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m yardımçı və 22 kv.m. yaşayış sahəsindən ibarət 89 saylı fərdi yaşayış evinə yönəldilməsi hissələrində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh4 ilk iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Bank ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış 109617-7-3145 saylı “Zaminlik müqaviləsinin” 2.2-ci bəndinə görə, müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasından” və razılaşmanın ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən “Bərpa olunmayan kredit xətti müqavilələri” formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. “Zaminlik müqaviləsində” götürülən kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər əsas amilləri göstərilməyib. “Zaminlik müqaviləsi” Cavabdeh1 ilə bağlanan “Baş kredit müqaviləsinin” təminatı kimi çıxış edir. Lakin bu müqavilə üzrə Cavabdeh1 faktiki olaraq hər hansı kredit verilməmişdir. Elə bilmişdir ki, Cavabdeh1 hər hansı kredit almayıb. Lakin sonradan məlum olmuşdur ki, kredit əlavə kredit müqavilələri üzrə verilmişdir. Kredit hansı faizlə, valyutada və hansı müddətə verilməsi barədə məlumatı olmamışdır. Digər tərəfdən Bankla aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış 109617-NEDVİJ-657 saylı “İpoteka müqaviləsinə” görə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 13 C də yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə, müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Bankla Cavabdeh1 arasında bağlanmış “Baş kredit razılaşması” və razılaşmanın ayrılmaz hissəsi olan müqavilələrdən irəli gələn öhdəliklərdir. Müqavilənin 4.2-ci bəndində göstərilib ki, kredit xətti 5.000.000 ABŞ dolları və müddət 120 ay təşkil edir. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin borcun ondan tutulması və tələbin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 13 C də yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsinə yönəldilməsi hissələrində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh5 ilk iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Bank ilə Şirkət arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 109620-G RAN-42 saylı “Zaminlik müqaviləsinin” 2.2.-ci bəndinə görə, müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasından” və razılaşmanın ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən “Bərpa olunmayan kredit xətti müqavilələri” formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. “Zaminlik müqaviləsində” götürülən kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər əsas amilləri göstərilməyib. “Zaminlik müqaviləsi” Cavabdeh1 ilə bağlanan “Baş kredit müqaviləsinin” təminatı kimi çıxış edir. Lakin bu müqavilə üzrə Cavabdeh1 faktiki olaraq hər hansı kredit verilməmişdir. Elə bilmişdir ki, Cavabdeh1 hər hansı kredit almayıb. Sonradan isə məlum olmuşdur ki, kredit əlavə kredit müqavilələri üzrə verilmişdir. Kreditin hansı faizlə, valyutada və hansı müddətə verilməsi barədə məlumatı olmamışdır. “Zaminlik müqaviləsində” isə əsas öhdəliyin əsas amilləri qeyd edilməlidir. Kredit faizi, müddəti və valyutası isə ən əsas amillərdir. “Zaminlik müqaviləsi” bağlanan zaman, zamin olaraq də bildirmişdir ki, faktiki kredit ayrılan zaman ona məlumat verilsin. Yalnız bu həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin borcun Cavabdeh5ndən müştərək qaydada tutulması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı Bankın nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, qarşılıqlı iddia ərizəsinin və Bankın apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə vəkili (nümayəndə) Taleh İbrahimov apellyasiya baxışında iştirak edərək, Bankın apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin, ilk iddiaya etirazların və cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İşdə iştirak edən digər şəxslər apellyasiya qaydasında işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti rədd edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1- 4890 saylı “Baş kredit razılaşmasından” görünür ki, bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank borc alana 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açır. Bu Razılaşma əsasında kreditlər tərəflər arasında kredit müqaviləsi və bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. Bank bu razılaşma və həmin razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək açır və borc alan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsi ilə müəyyən edilir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-NEDVİJ-656 saylı “İpoteka müqaviləsindən” görünür ki, xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı baş kredit razılaşması üzrə öhdəliklərin təminatı kimi paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0,116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1.040,4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0,036 ha torpaq sahəsi (ipoteka predmetinin bazar dəyəri 1.808.000 AZN, likvid dəyəri 1.121.000 AZN məbləğində müəyyənləşdirilməklə) ipoteka qoyulmuşdur. Bank ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 101816-NEDVİJ-655 saylı “İpoteka müqaviləsindən” görünür ki, xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşması” üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətində olan 0,0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m. yardımçı və 22 kv.m. yaşayış sahəsindən ibarət 89 nömrəli fərdi yaşayış evi (ipoteka predmetinin bazar dəyəri 155.000 AZN, likvid dəyəri 96.000 AZN məbləğində müəyyənləşdirilməklə) ipoteka qoyulmuşdur. Bank ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109617-NEDVİJ-657 saylı “İpoteka müqaviləsindən” görünür ki, xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşması” üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 13C ünvanında yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (ipoteka predmetinin bazar dəyəri 210.000 AZN, likvid dəyəri 130.000 AZN məbləğində qiymətləndirilməklə) ipoteka qoyulmuşdur. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 109557-NEDV1J- 3300 saylı “İpoteka müqaviləsindən” görünür ki, xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşması” üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində istifadədə olan 0.1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 518.0 kv.m. ümumi, 518.0 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (ipoteka predmetinin bazar dəyəri 2.800.000 AZN müəyyənləşdirilməklə) ipoteka qoyulmuşdur. Bank ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109617-7-3145 saylı “Zaminlik müqaviləsindən” görünür ki, Bank və borc atan arasında bağlanmış xx.xx.2012ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasının” və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsinin, bank qarantiyasının verilməsinə dair razılaşmanın, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və borc alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında borc alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Bank ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 101816-7-3146 saylı “Zaminlik müqaviləsinin” surətindən görünür ki, Bank və borc atan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasının” və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsinin, bank qarantiyasının verilməsinə dair razılaşmanın, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və borc alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında borc alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Bank ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109620-G-RAN-42 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Bank və borc atan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109557-1-4890 saylı “Baş kredit razılaşmasının” və qeyd olunan razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsinin, bank qarantiyasının verilməsinə dair razılaşmanın, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və borc alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında borc alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cii il tarixli, 109557-1-4890/3 saylı “Bərpa olunmayan kredit xətti müqaviləsindən” görünür ki, Bank borc alana birinci tranş üzrə 1.845.000 ABŞ dolları, ikinci tranş üzrə 65.000 ABŞ dolları olmaqla ümumilikdə 1.910.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açmağı və kredit alanın tapşırığında göstərilən miqdarda kredit verməyi, kredit alan isə bərpa olunmayan kredit xətti üzrə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109557-1-4890/4 saylı “Kredit müqaviləsinin” və həmin müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı, xx.xx.2016-cı il tarixli 02 saylı razılaşmalardan görünür ki, borcalana kreditin yenidən maliyyələşdirilməsi və tikinti məqsədləri üçün 36 ay müddətinə, illik 13%-lə 1.440.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli, 19360-1 saylı “Maliyyə arayışından” görünür ki, həmin tarixə Cavabdeh1 borcu xx.xx.2014-cü il tarixli 109557-1-4890/3 saylı “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə 1.665.219 ABŞ dolları əsas borc, 173.695,87 ABŞ dolları faiz və 6.142,90 ABŞ dolları cərimə, cəmi 1.845.057,77 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 109557-1-4890/4 saylı kredit müqaviləsi üzrə 1.328.167,24 ABŞ dolları əsas borc, 127.020,82 ABŞ dolları faiz və 1.008,62 ABŞ dolları cərimə, cəmı 1.456.196,68 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3774 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 109557-1-4890/3 saylı “Bərpa olunmayan kredit xətti müqaviləsinin” qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh1 Banka olan borcu 1.835.318,39 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən: əsas borc - 1.664.433,84 ABŞ dolları; faiz borcu - 170.884,55 ABŞ dolları. Hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 109557-1-4890/4 saylı “Kredit müqaviləsinin” qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh1 Banka olan borcu 1.454.760,13 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən: əsas borc - 1.328.167,45 ABŞ dolları; faiz borcu - 126.592,68 ABŞ dolları. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətlərin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 427.3-ci maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 307.4-cü maddəsinə görə, ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 Banka xx.xx.2014cü il tarixli 109557-1-4890/3 saylı “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə 1.664.433,84 ABŞ dolları əsas borc, 170.884,55 ABŞ dolları faiz borcu olmaqla cəmi 1.835.318,39 ABŞ dolları borcunun, xx.xx.2014-cü il tarixli 109557-1-4890/4 saylı “Kredit müqaviləsi” üzrə 1.328.167,45 ABŞ dolları əsas borc, 126.592,68 ABŞ dolları faiz borcu olmaqla cəmi 1.454.760,13 ABŞ dolları məbləğində borcunun qalması, xx.xx.2012-ci il tarixli 109557-NEDVİJ-656 saylı, xx.xx.2012-ci il tarixli 101816- NEDVİJ-655 saylı, xx.xx.2012-oi il tarixli 109617-NEDVİJ-657 saylı və xx.xx.2014-cü il tarixli 109557- NEDV1J-3300 saylı “İpoteka müqavilələrinin”, xx.xx.2012-ci il tarixdə müvafiq olaraq 109617-7-3145 saylı, 101816-7-3146 saylı və 109620-G-RAN-42 saylı “Zaminlik müqavilələrinin” bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlərini (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməsinə, “Kredit xətti müqaviləsində” faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığının alınmasına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozulmaqla bağlanması müəyyən edilmişdir. Ona görə də, Rayon Məhkəməsi ilk iddianı qismən təmin edərək, göstərilən borc məbləğinin Cavabdeh1 tutulmalı və tutmanın ipoteka predmeti olan paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668,6 kv.m. yaşayış, 1.040,4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0,036 ha torpaq sahəsinə yönəldilməsində, borcun digər cavabdehlərdən tutulması və tutmanın digər daşınmaz əmlaklara yönəldilməsi hissəsində isə ilk iddianın təmin olunmamasında iş üzrə düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 136 saylı hesabatına əsasən, ipoteka predmeti olan, Cavabdeh1 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mülkiyyətində olan 0,116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668,6 kv.m. yaşayış, 1.040,4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinin və 0,036 ha torpaq sahəsinin 2.500.000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini 2.500.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı bildirir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. X8 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən “bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin sübut etmə yükü üzərinə düşən Cavabdeh1 qarşılıqlı iddianın əsaslandırılmasına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Buna görə də, qarşılıqlı iddianın əsassız hesab edərək rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar