Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-600/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon e-2(004)-3752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2017-ci il tarixli, 140 nömrəli əmrə əsasən İddiaçı 07 avqust 2017-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında Qanunun” 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir (xx.xx.2019xx.xx.2020 19 gün)
3. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən birinci ay sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.
4. 0420397 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətli olmadığından işdən azad edilmişdir.
5. Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-3/3-4- 240/2024 saylı əmrdən görünür ki, Sosial Xidmətlər Agentliyinin X12 filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 27 fevral 2024-cü il tarixindən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X8 Şəxsinin Mərkəzi-Aran regioanl filialı tərəfindən verilmiş 02/2024 nömrəli hesablama cədvəlindən görünür ki, İddiaçı son haqq-hesab olaraq 163.63 manat xx.xx.2024-cü il tarixdə ödənilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X8 Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
8. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X8 Şəxsinin idarə heyətinin sədri Vüqar Behbdovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 №li əmrinin ləğv edilməsi, onun X12 filialında sosial xidmətçi vəzifəsin bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir. İqtisadçı peşəsi üzrə ali təhsili vardır. 1997-ci ildən əmək fəaliyyətinə başlamışdır. Müxtəlif peşələrdə işləmişdir. Əmək kitabşasından görünür ki, xx.xx.2017-ci il tarixdə Nazirlik yanında DSMF-nin Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.2020-ci il tarixdə azad edilmişdir, xx.xx.2020-ci ildə Sosial Xidmətlər Hüquqi Şəxsin 15 saylı filiala sosial xidməti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə isə X12 filialına sosial xidməti vəzifəsinə keçirilmişdir. Eyni ixtisas üzrə üzrə X12 filialında sosial xidmətçi vəzifəsində 6 il işləmişdir. Qüsursuz işləmişdir, barəsində heç bir şikayət, töhmət verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2-H-10393/2024 saylı məktubla ona göndərilərkən bildirmişdir ki, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (Əmək müqaviləsinin qurtarması) əsasən, xx.xx.2024-cü ildən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2- H-10393/2024 saylı məktubdan sonra məlumatı olmuşdur ki, xx.xx.2024-cü il tarixdə onun işinə xitam verilmişdir. Onunla müddətli əmək müqavilə bağlanmamışdır. 2023-cü ilin iyun ayında ona hansısa sənədləri imza etdiriblər. Həmin sənədlərin içərisində əmək müqaviləsinin olub-olmamasını xatırlamır. Bundan da başqa ona göndərilmiş məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müqavilə müddətinin keçməsi ilə əlaqədar xitam verilmişdir. Maraqlıdır ki, əmək müqaviləsi neçə illik bağlanmışdır. xx.xx.2024-cü il tarixli işdən çıxarılması barədə Sosial Sosial Xidmətlər X8 şəxsin idarə heyətinin sədri Vüqar Behbudovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3- 4-240/2024 № əmri qanunsuzdur. Əmrin surəti ona göndərilməmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən xüsusatlar və iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən, iddiaçı 2022-ci il fevral 27-dən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdə başlanmışdır. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına 24.03 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 27 gün sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmışdır. 29 aprel 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı məhkəməyə 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 45.1, 45.4, 47.“f”, 68.2-“b” bəndi, 73.1, 83, 296.2, 296.3, maddələrinə, Mülki Məcəlləsinin 372.1, və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 218.3,119, 216-220, 227, 233, 358, 360-cı maddələrə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(004)-3752/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı onu bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İddia ərizəsində iddiaçının işdən çıxarılması barədə əmrin iddiaçıya təqdim edilməməsini göstərmişlər. 3 dəfə məhkəmə iclası olmuş, cavabdeh iddiaçıya əmrin surətini təqdim etməmişdir. İddiaçının işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə tanış oldular. İddiaçı işdən çıxarılma barədə əmr verilməmiş və onunla son haqq-hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tanış olduqda müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri baxımından, forma və məzmununa uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmri əmrində işəgötürənin atasının adı göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyinin X12 filialının sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 27 fevral 2024-cü il tarixdən xitam verilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xəbərdarlıq edilməmişdir. Ümumiyyətlə İddiaçı onunla müddətli əmək müqaviləsinin bağlanmasından məlumatı olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmrindən müəyyən edilir ki, cavabdehin fikrincə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Ağentliyinin İdarə Heyətinin sədri xx.xx.2024- cü il tarixdə xidməti məruzə etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı xəstəliyi ilə bağlı üzürlü səbəbdən işdə olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə həmişəki qaydada müəyyən edilmiş vaxtda, müəyyən edilmiş vəzifəsini icra etməyə başladığı gündən 6 gün sonra 27 fevral 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi xx.xx.2024-cü il tarixdə işə çıxdığı üçün, həmin gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli idi. Cavabdehin fikrincə qəbul etsələr ki, iddiaçı ilə müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə bağlanmışdır. Deməli 3 aylıq əmək müqaviləsi 3 il 6 ay ərzində (xx.xx.2024-cü il tarixədək) 14 dəfə uzadılmışdı. Cavabdehin nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nın Mingəçevir şəhər şöbəsinin Sosial Xidmətlər Sektorunun hüquqi varisi olmadığını bildirdi. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2017-ci il tarixdə Nazirlik yanında DSMFnın Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi Nazirlik yanında DSMF-nın Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020-ci ildə Sosial Xidmətlər Hüquqi şəxsin 15 saylı filiala sosial xidməti vəzifəsinə təyin edilmişdir. Hər üç əmr şöbə müdiri Emil İsmayılov tərəfindən imzalanmış və eyni möhürlə təsdiqlənmişdir. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixdə X12 Filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə cavadehin nümayəndəsi tərəfindən məhkəməyə işə götürən tərəfindən xəbərdarlıq bildirişini (müddətli əmək müqaviləsinin müddətin bitməsi ilə bağlı) işçiyə göndərilməsi ilə bağlı heç bir poçt sənədi olmayan sənəd təqdim edildi. Bundan başqa guya ki, işçi xəbərdarlıq bildirişini və işdən çıxarılma barədə əmri qəbul etməkdən imtina etdiyi üçün akt tərtib edilmişdir, həmin aktın surəti də məhkəməyə təqdim edildi. Bundan başqa da guya ki, işçi ilə son haqq-hesab edilmişdir, son haqq-hesab işçinin kartına yüklənilmişdir. Bu sənəd də məhkəməyə təqdim edildi. Məhkəmə tərəfindən akt elan edildi. Aktdan müəyyən edildi ki, (aktın tarixi yadımda deyildir, çünki ərizə verməyimə baxmayaraq sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə əlavə edilməmişdir) eyni aktda həm işçi xəbərdarlıq bildirişini və işdən çıxarılma barədə əmri almaqdan imtina etmişdir. Əgər həqiqət də belə bir akt tərtib edilmişdirsə, tərtib olunmuş aktda Əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işçiyə işə götürən tərəfindən işdən çıxarılması barədə xəbərdarlıq bildirişi “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış” təqdim edilməlidir. Cavabdeh tərəfindən tərtib olunmuş aktdan da görünür ki, işçiyə xəbərdarlıq bildirişi ilə işdən çıxarılma barədə əmr eyni gündə təqdim olunmuş, işçi isə bildirişi və əmri götürmədən imtina etmişdir. Hərçənd ki, belə bir aktın olmasından iddiaçı məlumatsızdır, buna baxmayaraq tərtib olunmuş aktla cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmasını etiraf edir. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xarici ölkədə olmuşdur. İddiaçı məxsus C01947297 saylı xarici pasportundan görünür ki, o, Azərbaycan sərhəddini xx.xx.2024-cü il tarixdə keçmişdir. İşin mübahisələndirilməyən hallarından biri də ondan ibarətdir ki, işçinin əmək məzuniyyəti xx.xx.2024-cü il tarixdə bitmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək xarici ölkədən alınmış xəstəlik kağızı əsasında 10 (on)gün üzürlü səbəbdən işdə olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə işə başlamış xx.xx.2024-cü il tarixdə isə işdən çıxarılmışdır. Bu hal onu da sübut edir ki, xəbərdarlıq bildirişi işçi işdən çıxarılmamışdan 1 həftə öncə işə götürən tərəfindən işçiyə təqdim edilə bilməzdi. Məhkəmə araşdırması zamanı İddiaçı işdən çıxrılması barədə xx.xx.2024-cü il tarixli qanunsuz əmrin işçiyə təqdim olunması sübut olunmadı,əmək kitabçası işçiyə xx.xx.2024-cü il tarixdə (nümayəndə vasitəsi ilə Bakı şəhərində) təqdim edilmişdir, son-haqq hesab isə guya ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə içşinin kart hesabına vurulmuşdur. İddia tələbinin mahiyyəti qanunsuz əmrin ləğvidir. Əmr əldə edilmədiyi halda onun qanunsuzluğunun sübut edilməsi də qeyri-mümkün olur. İşəgötürən üstün hüququndan istifadə edərək,əmri qəsdən işçiyə təqdim etmir. Məhkəmə isə işəgötürənin qanunsuz hərəkətinə qiymət vermək əvəzinə əsassız olaraq iddia müddətini tətbiq edərək iddianı təmin etməmişdir. İddiaçının işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmr xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə”informasiya sistemində yaradılan elektron kabinetə yerləşirilmişdir. Bundan sonra iddiaçı tərəfindən əmrdə olan qanunsuzluqlar-nöqsanlar müəyyən edilmiş, iddia ərizəsinə əlavələr göndərilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı yazılı xəbərdarlıq edildikdən sonra (2024-cü ilin fevral ayında qüvvədə olmuş Əmək Məcəlləsinin 73.1- ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonraki bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunurdu) xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işçiyə son haqqhesab ödənilmişdir. Bundan sonra Sosial Xidmətlər Agentliyinin X12 filialında İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya əmrin surəti təqdim edilsə də onu götürməkdən imtina etmişdir (bu hal müvafiq aktda öz təsdiqini tapmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 6.2-ci bəndinin ikinci abzası (əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir) rəhbər tutularaq xx.xx.2024-cü il tarixində İddiaçı əmək kitabçasını götürməsi ilə bağlı Sosial Xidmətlər Agentliyi tərəfindən məktub ünvanlanmış və xx.xx.2024-cü il tarixində iddiaçıya 163,63 manat məbləğində son-haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi Azərbaycan Beynəlxalq Bank ASC-dən əldə etdiyi hesabdan çıxarışda əks olunan və xx.xx.2024-cü il tarixində ona 163,63 manat məbləğində son-haqq hesabın yox əmək haqqının ödənilməsi ilə bağlı iddiasına cavab olaraq bildiririk ki, İddiaçı xx.xx.2023xx.xx.2024-cü iş ilinə görə 15 yanvar 2024-cü il tarixindən 11 fevral 2024-cü il tarixinədək 27 təqvim günü əmək məzuniyyəti verilmiş və ona müvafiq qaydada məzuniyyət vaxt üçün orta əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Bildiririk ki, əmək haqqının sonhaqq hesabın tərkib hissəsinin olması Azərbaycan Respublikası Əmək Məcəlləsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 83-cü maddəsinin 4- cü hissəsinə əsasən sonhaqq hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr başa düşülür. İddiaçı xx.xx.2024-cü il tarixində Regional Hospital klinikasında Kardioloq həkim qəbulunda olması və aparılan kliniki və instrumental müayinələr nəticəsində “Hiperniya xəstəliyi,Ürək aritmiyası, Xroniki beyin qan dövranı pozğunluğu, Xronik Pielonefrit” diaqnozu təsbit olunması və xəstəyə bir ay müddətində ciddi yataq rejimində müalicə məsləhəti görülməsi ilə bağlı verdiyi xx.xx.2024-cü il tarixli tibbi arayış verilmişdir. Həmin arayışda xəstənin ciddi yataq rejimində müalicə məsləhəti görülməsi tövsiyyə xarakteri daşıyır və əgər həmin dövrdə iddiaçı həqiqətən ciddi yataq rejimində müalicə almışsa və işdən azad olunmadığını bilməmişdirsə necə ola bilər ki, həmin dövr üçün xəstəlik vərəqəsi ala bilməmişdir. Bildiririk ki, sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur. Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışın verilməsi həmin təlimatda göstərilmiş xüsusi hallardan başqa, digər hallarda qadağan olunur. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini əvvəlcədən bildiyi üçün xəstəlik vərəqəsi ala bilməmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024- cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əsassız tələb irəli sürərək müvafiq qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi Regional Hospitalın onun barəsində verdiyi xx.xx.2024-cü il tarixli tibbi arayışla bağlı onu da bildirir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclası yekunlaşanadək həmin sübutu təqdim etməli və iddia müddətini üzrlü səbəbdən ötürdüyünü əsaslandırmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2017-ci ilin avqust ayında sosial xidmətçi kimi işə qəbul edilmişdir. Həmin zaman Emil İsmayılov müdir idi. İclas keçirildi və bildirildi ki, orqan DSMF-dən ayrılacaq. Onlar ərizə ilə işdən çıxdılar, sonra yenidən işə qəbul edildilər. Onun işi ilə bağlı problemi olmayıb. Əksər yaşlılar rus dilini bildikləri üçün, o da rus dilini yaxşı bildiyi üçün onlara xidmət göstərirdi. 40 nəfərin içində 6 nəfərə töhmət verilməyəndə o da 6 nəfərin içində idi. 23-27 fevral tarixlərində işləyib. 27-nə qədər işləyib. Gəlib imza edirdi. Ona deyildi ki, müqaviləyə xitam verilib. Ona əmri vermədilər. Ona bildirildi ki, xitam verən Baş İdarədir. Heç bir səbəb deyilmədi. 40 nəfərin içində onu işdən çıxarıblar. Xəstə idi və banka borcu olub, son haqq-hesab barədə dəqiq bilmir. Əmrin surəti verilməyib. Əmək kitabçasını isə 1 apreldə yoldaşı alıb. Ona qədər mediyasiyaya müraciət ediblər. 40 nəfər ümumi işçi var idi. Minimum 500 ahıl var idi. Qulluq etdiyi ahıl şəxslər 6 nəfər idi. Orada ondan başqa ali təhsilli işçi olmayıb. 2020-ci ildə müqavilənin yenilənmə səbəbi barədə məlumat verilmədi.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əmək Məcəlləsinin 296cı maddəsi pozulmuşdur. İddia müddəti tətbiq edilə bilməz. İddia müddəti tətbiq edildiyi halda iddiadan imtina edilməli idi, qətnamədə iddianın təmin edilməməsi kimi göstərilməməli idi. Cavabdehn xx.xx.2024-cü il tarixli əmri qanunsuzdur. Məhkəmə qeyd edib ki, xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edilib. Məhkəmənin mövqeyinə görə 1 aydan əlavə olaraq 18 gün iddia müddəti ötürülmüşdür. Məhkəmə bununla bağlı təklif etməli idi. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi və ya əmrin işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmrin iddiaçıya təqdim edilməsinə dair sübut təqdim edilə bilmədi. Guya ki, cavabdeh tərəfindən iddiaçı bildirişi və əmri qəbul etməkdən imtina etdiyi üçün akt tərtib edilmişdir.Həmin aktı cavabdeh məhkəməyə təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya məktub göndərmişdir. xx.xx.2024-cü il tarixində elektron sistemə əmr yerləşdirilmişdir. Məhkəmə qətnaməsində də qeyd edib ki, iddia özlüyündə əsaslıdır. Əmr iddiaçıya təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində nümayəndə vasitəsi ilə əmək kitabçası təqdim edilib.Son haqq-hesab xx.xx.2024-cü il tarixində ödənilsə də iddiaçının borcu olduğuna görə bank borcundan silə bilər. Bu hala cavabdeh istinad edib. Bu barədə məlumatları yoxdur. Məktub göndərilən zaman qoşmada əmrin göndərilməsi də qeyd edilə bilərdi. İddiaçı ali təhsillidir, ailədə işləyən tək odur. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. İddiaları əsaslıdır. Əmr qərəzli olaraq iddiaçıya verilməmişdir. Bu da iddiaçının hüquqlarını pozub. İşəgötürən üstün tərəfdir, lakin buna görə normaları poza bilməz. Cavabdehin nümayəndəsi məhkəmədə əmək müqaviləsinin xitam verilməsi barədə bildirişi poçt vasitəsi ilə göndərdiyini deyib. Bununla bağlı sənəd təqdim edə bilmədilər. Sonradan akt təqdim etdilər. Aktda qeyd edilib ki, guya ki, iddiaçı sənədlərini götürməkdən imtina edib. Məktubu göndərəndə iddiaçıya əmri də göndərə bilərdilər. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Mingəçevir filialında işləyib. Əmri verən Baş İdarə olub. Onun ərizəsindən sonra cavabdeh sənədləri təqdim etmişdir.xx.xx.2024-cü il tarixində əmr elektron sistemə yerləşdirilmişdir. Elektron sistemdən götürmüşlər. Mediasiya prosesində cavabdeh bildirməyib ki, hüquqi ünvanı Nərimanov rayonunda yerləşir. Son haqqhesabının nə zaman köçürülməsini bilmirlər. İddiaçının hesabına köçürülməsini təsdiq edəcək sübut təqdim edilməyib. İddiaçı işə çıxan zaman bülletendə olmuşdur. Ambulator müalicə olunub. Məhkəmə bu hissəyə toxunmadı. Məhkəmə 18 gün keçdiyini hesab edir. İddiaçıya xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. Orada qeyd edilib ki, xx.xx.2024cü il tarixli əmr ilə iddiaçı işdən çıxarılıb, əmək kitabçasını götürə bilər. İddiaçı da xx.xx.2024-cü ildə əmək kitabçasını götürüb. 2022-ci ildəki müqavilədə 6 aylıq müddət göstərilib. Cavabdeh orqan nazirliyin hüquqi varisi qismində yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının 5.2-ci bəndində açıq şəkildə qeyd edilib. İddia müddətini ötürdüyü üçün rayon məhkəməsi iddianı rədd etmişdir, iddianın əsaslı olmamasına görə deyil. İddia müddətini də ötürməyiblər.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, mediasiya arayışını iddiaçının yoldaşı imzalayıb. İddiaçı xx.xx.2024-cü il tarixində əmrin verildiyi deyilsə də, iddia ərizəsində əmrin tarixini və nömrəsini tam yazıb. xx.xx.2024-cü il tarixində son haqq-hesab olaraq 163.63 manat ödənilib. 24 gün sonra mediyasiya təklifi göndərilib. Müddət axımı dayanıb. xx.xx.2024-cü il tarixində əmək kitabçasının iddiaçı götürüb. xx.xx.2024-cü il tarixində mediyasiyadan arayış təqdim edilib. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edib. İddia müddəti ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli əmr ilə işdən azad edilib. İddiaçı Regional İdarədə işləsə də işəgötürən orqan Baş İdarədir. Akt ona görə tərtib edilib ki, iddiaçı sənədləri götürməkdən imtina edib.İddiaçıya məlumat verilib ki, əmək kitabçasını götürsün. İddiaçı əmri götürməkdən də imtina edib. İddiaçı bülleten dövründə işdən azad edilməyib. Son haqq-hesabın iddiaçının hesabına nə zaman keçdiyini bilmir.Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Müqaviləni əldə edə bilmədilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu verilməsini xahiş etmişdir. Müqaviləni onlar təqdim edə bilər.2017ci ildəki müqavilə müddətsiz olub. Sorğu verilməsinə etiraz etmirlər. Sosial Xidmətlər Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanına əsasən yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi varisi olmayıb. Heç bir qurum əsasında yaradılmayıb. Fərmanın 1.4-cü bəndində açıq göstərilib. 2020-ci ildə İdarə Heyətinin sədri Vüqar Behbudov olmuşdur. İddiaçı 27 fevral işdə olub və müqaviləsinə xitam verilib. 1 martda da son haqq-hesab hesabına köçürülüb. Çıxarışı təqdim ediblər. 24 martda mediaasiyaya müraciət ediblər. 1 aprel tarixində isə iddiaçının yoldaşı əmək kitabçasını götürüb. İstənilən əmr filiala göndərilir ki, işçi tanış ola bilsin. Elektron sistemdən əmək müqaviləsinin bildirişi var. DSMF 2019-cu ildən publik hüquqi şəxs olub. İşçiləri də dövlət qulluqçusu deyil. Prezidentin fərmanlarında Agentliyin digər hüquqi şəxslərin hüquqi varisi olması əks olunmamışdır.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
20."Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırkı halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
26. Birinci intansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsini nəzərə alaraq iddia tələbini təmin etməmişdir. Mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli aktla iddiaçı daxil olmuş bildirişə və işdən çıxan işçinin təhvil-təslim sənədinə imza etməkdən imtina etmiş, həmin tarixdən sonra işə çıxmamışdır. xx.xx.2024cü il tarixdə cavabdehə son-haqq hesab edilmiş, əmək kitabçası xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı 2024-ci il fevral 27dən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2024-ci il tarixdə başlanmışdır. İddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına 24.03 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 27 gün sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmışdır. 29 aprel 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı məhkəməyə 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir.
28. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-3/3-4- 240/2024 saylı əmrə əsasən Sosial Xidmətlər Agentliyinin X12 filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 27 fevral 2024-cü il tarixindən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
30. Kollegiya qeyd edir ki, iddiaçıya işdən çıxma barədə əmr təqdim edilməmişdir. Cavabdeh tərəf və birinci instansiya məhkəməsi akta istinad edərək qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Sosial Xidmətlər Agentliyinin X12 filialının baş mütəxəssisi X5, aparıcı mütəxəssisi X3 və mütəxəssis X2 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Sosial Xidmətlər Agentliyinin X12 Filialının Sosial Xidmətçisi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədr Vüqar Behbudovun imzasıyla əmək müqaviləsinin müddətinin qurtarmasıyla əlaqədar həmin agentliyin X12 Filialına daxil olmuş bildirişə və işdən çıxan işçinin təhvil-təslim sənədinə imza etməkdən imtina etmişdir.
31. Lakin aktın məzmunundan da göründüyü kimi aktda işçinin işdən azad edilməsi barədə əmrin təqdim edilməsi qeyd edilməmişdir. Aktda əmək müqaviləsinin müddətinin qurtarmasıyla əlaqədar həmin agentliyin X12 Filialına daxil olmuş bildiriş və işdən çıxan işçinin təhvil-təslim sənədi qeyd edilmişdir.
32. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişdə qeyd olunur ki, 11 avqust 2020-ci il tarixli əmək müqaviləsinin müddəti qurtardığı üçün münasibətlər davam etdirilməyəcəkdir. 11 fevral 2024-cü il tarixdə müddəti bitəm əmək müqaviləsinə əmək qabiliyyətinizin müvəqqəti olmamasə səbəbindən işə çıxdığınız tarixdən bir həftə ərzində xitam veriləcək. (i.v.132).
33. Bundan əlavə, iş materialında olan xx.xx.2024-cü il tarxli əmrin surətindən görünür ki, əmrin surəti şöbə müdiri İ.Tahirov tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanaraq təsdiq edilmişdir (i.v.48).
34. Göründüyü kimi cavabdehin təqdim etdiyi əmrin surətində əgər xx.xx.2024-cü il tarixdə qeyd aparılıbsa həmin sənədin 27 fevralda iddiaçıya təqdim edilməsi mümkünsüzdür.
35. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd edilir ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək kitabçanızı təhvil almağınız üçün Agentliyə yaxınlaşmanız xahiş olunur.
36. Göründüyü kimi məktubda İddiaçı işdən çıxması barədə əmrin surətinin təqdim edilməsi, sonuncunun isə əmrin surətini təhvil almaqdan imtina etməsi, habelə son haqq hesabın edilməsi barədə heç bir qeyd yoxdur (i.v.74).
37. İşə baxan məhkəmə o cümlədən ona istinad etmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə son haqq hesab verilmişdir.
38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X8 Şəxsinin Mərkəzi-Aran regioanl filialı tərəfindən verilmiş 02/2024 nömrəli hesablama cədvəlindən görünür ki, İddiaçı son haqq-hesab olaraq 163.63 manat xx.xx.2024-cü il tarixdə ödənilmişdir.
39. Əmək qanunvericiliyinin tələbinə görə işçinin hüququnun pozulmasının aşkar edildiyi gün həmçinin haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür.
40. Kollegiya qeyd edir ki, iddiaçıya müvafiq sənədlər təqdim edilməmişdir.
41. Doğrudur, iddiaçının əmək haqqı kartına 163.63 manat xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Lakin, hesablama cədvəlinə nəzər yetirdikdə müəyyən olunur ki, vəzifə maaşı 800 manat, faktiki işlədiyi günün sayı 4, işlədiyi günə əmək haqqı 133.33 manat, xəstəlik vərəqəsi 14 təqvim gününə düşən 416.49 manat, son haqq hesab artıq ödənilib - 413,27 manat, cəmi hesablanıb 136.55 manat, tutulub -27.08 manat, ödənilib əmək haqqı 163.63 manatdır (i.v.110).
42. Kollegiya hesab edir ki, iddiaçının əmək haqqı kartına cəmi 163.63 manat əmək haqqı ödənilməsinə istinad edərək ona hüququnun pozulduğunu bildiyinə istinad edilməsi düzgün olmamışdır. Nəzərə alsaq ki, ayın sonunda onsuzda işçiyə işlədiyi günlərin əmək haqqısı, həmin ayda xəstəlik vərəqəsinə görə ödəniş hər ayın sonu olduğu kimi ödənilməli idi. Cəmi ödənilən 163 manat isə kiçik məbləğ olmaqla iddiaçı tərəfindən son haqq hesab kimi ehtimal edilməməsi də ağlabat görünür.
43. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X8 Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
44. Əmək kitabçasında əmrin tarixi və nömrəsi qeyd edilmişdir. Bu səbəbdən də iddia tələbində iddiaçı əmrin tarixi və nömrəsinə istina edə bilmişdir.
45. Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
46. İşə baxan məhkəmə isə yanlış olaraq işçinin hüququnun pozulduğu müddəti işçinin 27 fevral tarixdən sonra işə çıxmaması, əmək münasibətlərinə faktiki xitam verilməsi günündən hesablamışdır.
47. Kollegiya hesab edir ki, iddiaçıya əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, hazırki tələb üzrə iddia müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Çünki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir.
48. "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
49. xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətinin axımı bərpa olunmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə əmək qanunvericiliyində nəzərədə tutulmuş 1 aylıq müddəti ötürməmişdir.
50. Kollegiya iddia tələbinin əsaslı olması ilə bağlı isə aşağıdakıları qeyd edir.
51. İddiaçı xx.xx.2017-ci il tarixli əmrlə AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə dövlət qulluqçusu kimi baş mütəxəssi sosial xidmətçi vəzifəsinə qəbul edilmiş və ona kiçik referent ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş,xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər Agentliyi” X9 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Mərkəzi Aran regioanl filialına sosial xidmətçi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 3-17-3/34-240/2024 saylı əmrlə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
52. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 fevral 2025-ci il tarixli, 3-17-1/2-48680/2025 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı fəaliyyətini dayandırmış Fondun Mingəçevir şəhər şöbəsinin Sosial xidmət sektoruna 2017-ci il 7 avqust tarixində baş mütəxəssis-sosial xidmətçi vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul zamanı İddiaçı ilə kağız daşıyıcıda bağlanılmış əmək müqaviləsi ilə yanaşı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onunla əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi “Elektron hökumət” portalına daxil edilərək qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Fondun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçmişdir. Fərmanın icrası ilə əlaqədar olaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 2020-ci il 21 iyul tarixində Fondun müvafiq əmrinə əsasən xitam verilmiş və onun Sosial Xidmətlər Agentliyində işlə təmin olunmasının operativ həyata keçirilməsində zəruri dəstəyin göstərilməsi məqsədilə aidiyyəti sənədlər işçi qaydada həmin quruma təqdim edilmişdir.
53. Göründüyü kimi hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni Xidmət ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Yeni yaradılmış publik hüquqi şəxsdə də iddiaçının əmək funksiyası eyni olmuşdur. İddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterli olmuşdur.
54. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı ilə xx.xx.2017-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır.
55. xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər Agentliyi” X9 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.
56. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən birinci ay sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.
57. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
58. Kollegiya hesab edir ki, iddiaçı ilə 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz bağlandığı halda və iddiaçının 3 il işlədikdən sonra eyni vəzifəyə sınaq müddəti ilə 3 ay müddətinə təyin edilməsi, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətinin artırılması, sonuncu dəfə, yəni 2024-cü ilin fevral ayında isə müddətin qurtarması əsas götürülərək onunla əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə uyğunluq təşkil etmir.
59. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X8 Şəxsinin 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 №-li əmri əsassız olduğu üçün ləğv edilməlidir.
60. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işə bərpa tələbi əsaslı olduğundan ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
62. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 300 manat pul vəkilə ödənilmişdir.
63. Kollegiya qeyd edir ki, 300 manat vəkil xidməti üçün ağlabatan məbləğdir və iddia tələbi əsaslı olduğundan vəkilə ödənilmiş 300 manat, habelə medasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
64. Kollegiya qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan və iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat ödənildiyindən, qalıq hissə 40 manat dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğu üçün iddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır.
65. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon e-2(004)-3752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 saylı əmri ləğv edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Sosial Xidmətlər Agentliyinin X12 filialında sosial xidmətçi vəzifəsinə bərpa olunmalı, iddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat pul və mediasiyaya müraciət edilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul cavabdeh Sosial Xidmətlər Agentliyindən alınaraq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün 40 manat və və apellyasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu cavabdeh Sosial Xidmətlər Agentliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon e-2(004)-3752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 saylı əmri ləğv edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Sosial Xidmətlər Agentliyinin X12 filialında sosial xidmətçi vəzifəsinə bərpa olunsun. İddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat və mediasiyaya müraciət edilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul cavabdeh Sosial Xidmətlər Agentliyindən alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu cavabdeh Sosial Xidmətlər Agentliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov