Məhkəmə qərarları › İş №2(103)-6001/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6001/2023

04.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6001/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5417/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra həmin icraat çərçivəsində İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi və ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülməsi, habelə həmin evin həyətinə daxil olmaq üçün əlavə giriş-çıxış darvazasının quraşdırılmasına, evin həyətindən və kommunal xətlərindən istifadəyə cavabdehlər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1166/2021 nömrəli qətnaməsi ilə iddiaçı X6 iddiası rədd edilmiş, eyni tarixli və nömrəli qərardadla isə üçüncü şəxs İddiaçı iddiası baxılmamış saxlanılmışdır. Həmin qətnamədən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1166/21 nömrəli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı ərizəsi təmin edilmiş, üçüncü şəxs İddiaçı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29008)-1166/2021 saylı qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnərək, üçüncü şəxs İddiaçı iddiası ayrıca icraata ayırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qətnaməsi ilə üçücü şəxs İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülmüş, həmin evin yerləşdiyi həyətdən istifadəyə, habelə həmin evin kommunal xəttlərindən istifadəyə maneələrin yaradılması cavabdehlərə qadağan edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)476/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X9 qarşı “maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə icraatın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron informasiya sistemi vasitəsi ilə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhərrəm oğluna, Cavabdeh4 və X9 qarşı ''maneələrin yaradılmasının qadağan edilməsi'' tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(008)-1166/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsinin hakim X3 icraatındadır. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə və yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6001/2023 saylı mülki işin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi X3 icraatında olan iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhərrəm oğluna, Cavabdeh4 və X9 qarşı ''yaradılan maneənin aradan qaldırılması'' tələbinə dair 2(103)-74/2023 saylı mülki iş ilə bir icraata birləşdirərək baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə kollegiyası işə, o cümlədən qeyd edilən vəsatətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş, iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhərrəm oğluna, Cavabdeh4 və X9 qarşı ''maneələrin yaradılmasının qadağan edilməsi'' tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iddiaçı X7 tələbi ilə İddiaçı tələbi eynilik təşkil etməklə, eyni cavabdehlərə qarşı irəli sürülmüşdür. Bu səbəbdən ilk öncə hər iki iddiaçının iddiasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-1166/2021 saylı iş çərçivəsində baxılmış və nəticədə iddiaçı X7 iddiası üzrə qətnamə çıxarılmış, İddiaçı iddiası isə baxılmamış saxlanılmışdır. Məhz sonradan İddiaçı ərizəsi əsasında onun iddiası ilə bağlı icraatın təzələnməsi nəticəsində ikinci mülki iş yaranmışdır. İddiaçı X7 iddiaçı olduğu həmin mülki iş üzrə icraat da Bakı Apellyasiya Məhkəməsində məhz İddiaçı iddiası üzrə mülki işlə bağlı dayandırılmışdır. Daha əvvəl də Bakı Apellyasiya Məhkəməsinin icraatına iddiaçı X7 apellyasiya şikayəti üzrə mülki iş daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-6001/2023 saylı mülki iş həmin məhkəmənin icraatında olan 2(103)-74/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(103)-74/2023 qeydiyyat nömrəsi saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169cu, 263-264-cü, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə və maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair 2(103)-6001/2023 saylı mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhərrəm oğluna, Cavabdeh4 və X9 qarşı ''maneələrin yaradılmasının qadağan edilməsi'' tələbinə dair 2(103)-74/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(103)-74/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar