Məhkəmə qərarları › İş №2(103)-6003/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6003/2025

28.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6003/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinə və “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərazi aidiyyətinin müəyyənləşdirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X12 X13 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 59 nömrəli əmrinin ləğv edilməsini, onun həmin idarənin Texniki İstehsalat və İstismar Şöbəsinin mühəndis-mexanik vəzifəsinə bərpa olunmasını, həmçinin ona xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-931/2025 saylı qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsin 2(107)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin materialları Ağsu Rayon Məhkəməsinə qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-931/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X11 də hazırki işə cavabdeh qismində cəlb edilməsini və mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-931/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X14 cavabdeh qismində işə cəlb edilmiş və hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-931/2025 saylı qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). Hazırki mübahisə ilə bağlı qeyd edilməlidir ki, iddiaçı “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinin Texniki İstehsalat və İstismar Şöbəsinin mühəndis-mexanik vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə həmin idarənin xx.xx.2025-ci il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı da həmin əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə hazırki iddiası üzrə məhz bu qurumu cavabdeh qismində müəyyən etmiş və həmin qurumun Ağsu rayonunda yerləşməsini rəhbər tutaraq iddiasını ərazi aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə vermişdir. Bundan sonra iddiaçı tərəf “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X11 də cavabdeh qismində müəyyən etmiş (işə cəlb etmişdir) və bu halı əsas götürərək, işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət vermişdir. Ağsu Rayon Məhkəməsi də işin aidiyyət qaydalarının pozulması ilə icraata götürülməsi qənaətinə gəlmiş və X12 Bakı şəhəri Səbail rayonunda yerləşməsini nəzərə alıb, vəsatəti təmin etməklə işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbair Rayon Məhkəməsinə göndərmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının əvvəllər işlədiyi və onun tərəfindən ilk öncə cavabdeh qismində müəyyən edilmiş idarə Ağsu rayonunda yerləşir. Bu da həmin iddianın məhz Ağsu Rayon Məhkəməsində qaldırılmasına əsas olmuşdur. Sonradan iddiaçı tərəfindən “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 də cavabdeh qismində işə cəlb edilməsi, hətta məhz bu cavabdehin iddiaya cavab verməli olan şəxs olması mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün həmin qurumun yerləşdiyi yerin məhkəməsinə (mövcud vəziyyətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə) göndərilməsi üçün əsas yaratmır. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 44-cü maddəsi məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verilməsinin mümkünlüyünü təsbit etmiş və bununla bağlı konkret 6 hal müəyyən edilmişdir. Lakin hazırki mübahisə üzrə həmin halların hər hansı birinin mövcud olması müəyyən edilmir. Ağsu rayonunda yerləşməklə iddiaçı tərəfindən ilk əvvəl cavabdeh qismində müəyyən edilmiş və hazırda da cavabdeh olan “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsi ilə yanaşı sonradan “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X8 də işə cavabdeh qismində cəlb edilməsi heç bir (iddiaya məhz bu qurumun cavab verməli olduğu halda belə) halda işin Ağsu Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Ağsu Rayon Məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Qeyd edilənlər mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə verilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin mahiyyətini nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinə və “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 35-ci, 45-ci, 399-cu, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X12 X15 Sistemlərinin İstismarı İdarəsinə və “Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağsu Rayon Məhkəməsinə verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar