Məhkəmə qərarları › İş №2(103)-6004/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6004/2022

11.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6004/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə q̇arşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(006)-1401/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə q̇arşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 3000 manat zərərin və maddi mənəvi zərərə görə kompensasiyanın, eyni zamanda 30 avqust 2021-ci il tarixli müqaviləyə əsasən günlük 0,1% dərəcəsində dəbbə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə onun arasında «daşınmaz əmlakın sığortası barədə» 30 avqust 2021-ci il tarixli müqavilə bağlanmışdır ki, həmin müqavilə əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, ev 77 ünvanında yerləşən 3 saylı mənzil 25000 manat məbləğ dəyərinə sığorta edilmişdir. 31 avqust - 1 sentyabr 2021-ci il tarixdə həmin ünvanda yerləşən 6 saylı mənzildən yaşayan qonşunun diqqətsizliyindən hamamda yerləşdirilmiş su çəninin daşması nəticəsində mənzilinə su axıdılmaqla ona külli miqdarda ziyan vurulmuşdur. Bu hadisə baş verdikdən sonra dərhal «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nə telefon vasitəsilə məlumat verilmişdir. «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkət»inin ekspertləri tərəfindən mənzilinə baxış keçirilmiş və 3-4 gün ərzində onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Heç bir zəng olunmadığına görə o, təşkilat ilə əlaqə saxlamış, ona mənzilinə dəyən zərərin 300 manat olması, buna görə cəmi 150 manat pul verə biləcəkləri bildirilmişdir. Daha sonra tərəfindən "xxxx" MMC-yə ərizə ilə müraciət edərək mənzilinə dəyən zərərin hesablanmasını xahiş etmiş, sonuncu tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, № QR52 saylı rəyə əsasən mənzilə dəyən zərərin 3000 manat olması müəyyən edilmişdir. Bununla bağlı dəfələrlə cavabdehə şifahi xəbərdarlıq, çoxsaylı telefon zəngləri etsə də, nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, e-2(006)- 1401/2022 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi olaraq 2750 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını, iddia tələbinin qismən, yəni 146 manat hissədə təmin olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25,40 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta müqaviləsinin qüvvəyə minməsindən sonra baş vermiş sığorta hadisəsi ilə əlaqədar Şirkətin nümayəndələri tərəfindən mənzilə lazımi qaydada baxış keçirilmiş və ilkin qiymətləndirmə aparılmışdır. Lakin zərərçəkən qiymətlə razılaşmadığından qanunvericiliyə zidd olaraq, Şirkəti məlumatlandırmadan zərərin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC-yə müraciət etmiş, həmin MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QR51 nömrəli qiymətləndirmə rəyinə görə, müqavilə üzrə sığortalanmış yaşayış evinin təmirinə dəyən zərərin həcmi 3000 manat civarındadır. Daha sonra rəydə 3000 manat zərər həcminin açıqlamasında alınan təmir-tikinti materialları və təmir üçün ustaya ödənilən məbləğin ümumi cəmi 2915 manat olsa da, yekunda isə 3165 manat qeyd edilmişdir. Daha sonra iddiaçının MMC-yə ərizəsi əsasında həmin məbləğin hesablanmasında əlavə 250 manat məbləğin texniki səhv ucbatından nəzərə alınmadığı bildirilmişdir. Qeyd olunanlar açıq şəkildə deməyə əsas verir ki, həmin rəyin tərtib olunması mənzilə əsaslı şəkildə baxış keçirilmədən, yalnız formal mülahizələr əsasında tərtib edilmişdir və bu faktın özü həmin qiymətləndirmə rəyinin mötəbərliyinin mübahisələndirilməsi üçün kifayət edən əsasdır. Buna görə də hesab edirlər ki, mənzilə dəymiş zərər həcminin müəyyənləşdirilməsində həmin rəyə istinad edilə bilməz. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixində Şirkətlə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzil 1 (bir) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği 25000 (iyirmi beş min), azadolma məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İşdə olan 92 nömrəli MKTB-nin rəisinə Nümayəndə1 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Aktda onun yaşadığı mənzilə - A.Məmmədov 77, m 6 ünvanındakı su çəninin daşması nəticəsində xeyli miqdarda zərər dəymişdir. Bu barədə aktda qeyd olunmuşdur. Akta əlavə olaraq zərər vermiş mənzilin məlumatlarının qeyd edilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 92 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən Nümayəndə1 ünvanlanmış 23 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixli ərizəsində qaldığı məsələ ilə əlaqədar 92 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən xx.xx.2021-ci ildə 9-cu mkr A.Məmmədov 77 mənzil 3 ünvanına verilmiş aktda ziyan vuran vətəndaşın mənzili göstərilməmişdir. Akta əlavə olaraq bildiririk ki, mənzilinə dəymiş ziyanın dəqiq ünvanı A.Məmmədov 77 mənzil 6 ünvanıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, AR DSKŞ-nin nümayəndəsi M.O.Hüseynov, Şirkətin tikinti mütəxəssisi E.Ə.Məmmədov, sığorta etdirənin ailə üzvü Nümayəndə1 tərəfindən tərtib edilmiş Aktın suətindən görünür ki, vətəndaş İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, yuxarı qonşu mənzildən su axması nəticəsində vətəndaşın mənzilinin 24 kv.m ölçüdə tavan hissəsi islanmışdır. Həmin hissənin təmir edilməsi üçün 400 manat məbləğində ziyandəyməsi hesablanaraq azadolma (250 manat) çıxıldıqdan sonra 150 manat məbləğində sığorta ödənişi düşməsi vətəndaşa bildirildi. Sığorta hadisələri departamentinin direktoru X.Hətəmov tərəfindən Nümayəndə1 ünvanlanmış məktubun surətindən görünür ki, şirkətə daxil olmuş ərizədə bildirilmişdir ki, Bakı şəhəri, 9 mkr., Adil Məmmədov küçəsi, ev 77, 3 saylı mənzilə üst qonşunun su çəninin daşması nəticəsində ziyan dəymişdir. Tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və onlar tərəfindən mənzilə dəyən zərər 3000 manat məbləğində müəyyən edilmişdir. Lakin zərərin müəyyən edilməsində mənzilin hansı konstruktiv elemntlərinə (tavanına, döşəməsinə, divar kağızlarına və s) zərər dəyməsi üçün təmir bərpa işləriinn aparılması qeyd edilməmiş və aparılmış təmirbərpa işlərinə dair smetanı sənədlərə əlavə edilməmişdir. Bununla əlaqədar olaraq daşınmaz əmlak üzrə sığorta müqaviləsi (BB 346758) İddiaçı adına bağlanılmış və 31 avqust 2021-ci il tarixdə qüvvəyə minmişdir. Tərəflərindən 31 avqust 2021-ci il tarixdə Şirkətin qaynar xəttinə zəng edilərək sığorta olunan məznilin su basması nəticəsində zədələndiyini bildirmişdir. Şirkətin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikintinin tavan hissəsi islanaraq 24 m2 sahəyə ziyan dəymişdir. Həmin hissənin təmir edilməsi üçün 400 manat zərər dəyməsi və azadolma məbləği (250 manat) çıxıldıqdan sonra 150 manat məbləğində sığorta ödənişi müəyyən edilərək bildirilmişdir. Lakin o sığorta ödənişinə dair tələb olunan heç bir sənəd şirkətə təqdim etmədən mənzilin təmiri üçün əsassız 3000 manat tələb edir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, onun tərəfindən lazımi sənədləri (ərizə, mənzilin reyestr xidmətindən çıxarışı, texpasportu hadisənin baş verməsi tarixi və səbəbi barədə səlahiyyətli orqanın arayışı, şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkillər və s.) Şirkətə təqdim edildikdən sonra sığorta ödənişi məsələsinə baxıla bilər. İşdə olan xx.xx.2021-ci il tarixli, mühəndis Rüfət Rzayev, sahə nəzarətçisi Xəyal Rzayev, çilingər Firdovsi Muradov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı məxsus olan Binəqədi rayonu 9 mkr., Adil Məmmədov küçəsi ev 77, mən 3-də yaşayan oğlu Nümayəndə1 yazılı müraciətinə əsasən həmin mənzilə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həmin binanın 2-ci mərtəbəsində 31 avqust – 1 sentyabr tarixlərində su çəninin dolub daşması nəticəsində 3 saylı mənzilin yataq otağına, qonaq otağına, dəhlizinə xeyli ziyan dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Nümayəndə1 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış Ərizənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 31,79 kv.m sahədən onlar tərəfindən QR 51 saylı Qiymətləndirmə rəyinə əsasən 3000 manat həddində qiymətləndirilmişdir. Həmin rəyə əlavə olunmuş dəymiş zərərin hesablanmasına dair smetada xərclərin icmalı ilə yekun məbləğ arasında fərq mövcuddur. İşdə olan QR 51 nömrəli Qiymətləndirmə Rəyi - dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli smetadan surətindən görünür ki, 06 sentyabr 2021-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 3 ünvanında istifadədə olan qanuni 1 otaqlı (2 otaqlıya düzəlmə) 31.79 kv.m fərdi yaşayış evinin təmirinə dəyən zərərin həcmi 3000 (üç min) manat civarındadır. Belə ki, həmin ünvanda fərdi yaşayış evinin 1 kv/m təmir qiyməti 100 manat olmaqla, 3000 manat civarındadır. İşdə olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş Arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 31,79 kv.m fərdi yaşayış evinə dəyən zərərin smetasi yəni, təmir xərcləri 3.165 (üç min yüz altmış beş) manat dəyərində hesablanmışdır, QR 51 saylı Qiymətləndirmə rəyinə əlavə olunmuş (Əlavə-1) smetaya əsasən, döşəmənin təmiri üçün nəzərdə tutulmuş dolğu, lak və şkurka-nın qiyməti texniki səhv ucbatından qeyd edilməmişdir ki, bu da verilmiş təmir-tikinti smetasının açıqlanması ilə cəmi məbləğinin arasında 250 (iki yüz əlli) manat uyğunsuzluq yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 8.6-ci maddəsinə əsasən bu Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir. - 16.4-cü maddəsinə əsasən Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməni yoxlanılan hissədə onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Şirkətlə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzillə bağlı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzil 1 (bir) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği 25000 (iyirmi beş min), azadolma məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan 3000 manat təşkil edir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, ilkin olaraq qeyd edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf bu halı təsdiq etsə, dəymiş zərərin məbləğini mübahisələndirmişdir. Belə ki, cavabdehin mövqeyinə görə sığorta hadisəsi nəticəsində ödənilməli olan məbləğ 146 manat təşkil edir. İddiaçı isə bununla razılaşmamış, müstəqil qiymətləndirici müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının müstəqil qiymətləndiriciyə müraciət etməsinin qanunsuz olmasını bildirsə də, qanunvericiliyin tələblərinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir («İcbari sığorta haqqında» Qanunun 16.4-cü maddəsi). Cavabdeh apellyasiya şikayətində həmçinin qiymətləndiricinin rəyində uyğunsuzluqların olmasını göstərmiş, lakin işdən görünür ki, həmin hal qiymətləndirici ilə dəqiqləşdirilmiş, sonuncu yazılı münasibətini təqdim etmişdir. Cavabdeh isə qeyd edilənlərin əksini sübut edə bilməmiş, etirazını əsaslandırmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə q̇arşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1401/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1401/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar