Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6005/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin Cavabdeh qarşı “artıq verilmiş pensiya məbləğinin qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edilmiş qərardadından iddiaçı İdarə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı İdarənin cavabdehə qarşı “artıq verilmiş pensiya məbləğinin qaytarılması tələbi barədə” iddia ərizəsınin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçı İdarə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) hesab edir ki, qərardaddan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iddiaçı İdarənin iddia ərizəsindən görünür ki, İdarənin cavabdehə qarşı irəli sürdüyü tələb – cavabdehə xx.xx.2010-xx.xx.2019-cu il tarixlər arasındakı dövr ərzində İdarə tərəfindən cavabdehə 2.662,78 manat artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən alınaraq İdarəyə qaytarılmasından ibarətdir. İddia ərizəsinin icraata qəbulundan imtina etmiş Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2 və 2.7-ci maddələrinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də iddiaçı hazırki iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanun tərəflər arasındakı mövcud mübahisənin məhkəməyə qədər həlli qaydasını müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın (hazırki halda iddiaçı İdarənin) qərarı əsasında tutulmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı İdarə müzakirə olunan məsələ ilə bağlı cavabdehə artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə yazılı müraciət etmiş və bu barədə sonuncunun razılığının İdarəyə təqdim edilməsini xahiş etmişdir, amma cavabdeh iddiaçı İdarəyə məlumat verməmişdir. İddiaçı bunu iddia ərizəsində bildirsə də, artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə yazılı müraciətinin Cavabdeh göndərilməsini təsdiq edə biləcək müvafiq poçt sənədini nə iddia ərizəsinə, nə də ki, qərardaddan verdiyi şikayətə əlavə etməmişdir. Apellyasiya baxışı zamanı isə Cavabdeh bildirdi ki, iddiaçı İdarə tərəfindən ona bu kimi yazılı müraciət daxil olmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı İdarə onunla cavabdeh arasındakı mövcud mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl etməmişdir; əməl etmiş olsa belə, bu halı təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddia ərizəsi yuxarıda göstərilən əsasla qaytarılmalı olduğu halda Rayon Məhkəməsi iddia ərizəsini yuxarıda göstərilən əsasla icraata qəbul etməkdən imtina etmişdir; Rayon Məhkəməsinin qərardadı səhvdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin Cavabdeh qarşı “artıq verilmiş pensiya məbləğinin qaytarılması tələbi barədə” iddia ərizəsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1ytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6005/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6005/2020
29.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver