Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6006/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1052/2023 nömrəli 07 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 1 saylı Bakı Ərazi İdarəsinin **********02 saylı xx.xx.2020-ci il tarixli məlumatında göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, 2 nömrəli mənzil ilkin olaraq X9 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin X9 adına qeydiyyatdan keçməsinə əsas olan sənədlərin arasında X6 razılıq ərizəsinin əsli müvafiq akta əsasən Bakı Apellyasiya məhkəməsinə təhvil verilmişdir (İdarənin arxivində surəti mövcuddur).
2. 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı xx.xx.2021-ci il tarixli məlumatında göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 01.06 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı ünvan 1 ünvanındakı 2 otaqlı mənzilin atası X9 adına xüsusi mülkiyyəti kimi dövlət reyestrindəkı qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən etirazla qarşılanır. İdarə tərəfindən İddiaçı ünvanlanan **********37 qeydiyyat nömrəli 17 05 2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, В Nuriyev küçəsi, ev 33, 2 nömrəli mənzil ilkin olaraq Nizami Rayon icra Hakimiyyəti başçısının 22 yanvar 2001-ci il tarixli 40 nömrəli sərəncamına əsasən və mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizələri nəzərə alınmaqla X9 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumat üçün bildirirlər ki, qeyd olunan mənzil üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5896/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.
3. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə X7 müraciəti əsasında toplanmış material üzrə 26 saylı MKİS-nin vəzifəli şəxsi olmuş X3 tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi sübuta yetirilmədiyindən Azərbaycan Respubikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir.
4. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə X7 şikayət ərizəsi əsasında toplanmış material Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Qasımov tərəfindən qıbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilmişdir. Material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.
5. Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında olan istifadə hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılması qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5896/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ünvan 2 ünvanına istifadə hüququ itirilmiş hesab edilmiş, qətnamənin İddiaçı həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olduğu göstərilmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-289/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “özəlləşdirmənin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1729/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1729/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-922/2020 saylı qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6997/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 2 ünvanındakı mənzilin 1/3 hissəsinin dəyərinin - 40000 manat zərərin əvəzi, tərəfindən ödənilmiş 210 manat dövlət rüsumunun, cəmi 40210 manat pulun müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX və 3-cü şəxs Cavabdeh qarşı ünvan 2 ünvanındakı 2 otaqlı mənzilin atası X9 adına xüsusi mülkiyyəti kimi dövlət reyestrindəki qeydiyyatın etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı ünvan 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MKnın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarında ünvan 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddianın inzibati məhkəməyə verilməsi izah edilmişdir. O, Nizami Rayon Məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, o, lal-kar olmaqla sərbəst yazıb oxuya bilmir. Vəkili X8 adından yazdığı iddia ərizələrinin mahiyyətini başa düşməmişdir. O, mənzilin özəlləşdirilməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktub ilə göndərilmiş, ünvan 2 ünvanındakı 2 otaqlı mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, guya o, xx.xx.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisi A.Qaraşovun adına ünvan 2 ünvanındakı 2 otaqlı mənzilin atası X9 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmışdır və dərhal məhkəmə iclasına sədrlik edən hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkili-nümayəndəsinə rəsmi vəsatət yazıdıraraq onun adından xx.xx.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisi A.Qaraşovun adına ünvan 2 ünvanındakı 2 otaqlı mənzilin atası X9 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazısının və bu ərizədə olan xəttin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin Nizami Rayon Məhkəməsi ona qarşı qərəzli olduğundan bu vəsatəti qəbul etməmiş və heç bir müzakirə belə etmədən özünə qaytarmışdır. Onun adından xx.xx.2001-ci ildə guya o, Bakı Texniki İnvertarlaşma İdarəsnin rəisi A.Ə.Qaraşovun adına ünvan 2 ünvanındakı 2 otaqlı mənzilin atası X9 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazılması tarixi xx.xx.2001-ci il göstərilmiş, lakin bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 96 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olmaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməli idi. İmzanın təsdiqi zamanı bu fakt göstərilməli idi ki, o, bu imzanı onu təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin xx.xx.2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 26 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi, saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda, iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona istinad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ondan yazı xətt nümunələri götürülmüşdür. Bundan sonra mülki iş 10 ay Bakı Apellyasiya Məhkəməsində heç bir əsas olmadan hakim R.Eyvazovun icraatında saxlanılmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, yəni onun adından olan 22 iyun 2001-ci il tarixli ərizədə “Tumanov C.H” yazısı önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında vəkili X13 izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman o da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov Cavabdeh tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək, onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2679/2012 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanındakı 2-otaqlı mənzilin özəlləşdirilməsi zamanı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Cavabdeh hüquqdan sui-istifadə edərək onun digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili X13 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə onun illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzilin xəbəri və razılığı olmadan onun imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” Cavabdeh valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının ünvan 2 ünvanındakı iki otaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitusiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir. İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququ mövcuddur. Deməli, hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi verməklə bu hal iddiaçını özünü müdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində o, Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X14 adından atası X9 adına keçirilməsi üçün onun yazılı razılıq yazıb göndərməyi barədə xəbər gəlmiş, o, babasının adına olan mənzilin icarə müqaviləsini babası öldükdən sonra atasının adına keçirilməsini qanuni hal hesab edərək bu barədə razılıq ərizəsi yazdıraraq (belə bir ərizə yazmamış, belə bir ərizəyə imza etməmiş) ünvan 2 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı Cavabdeh bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib, qeyd edilən Bakı şəhəri, Nizami rayonunun B.Nuriyev küçəsindəki 33 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və çox çətinliklə də olsa, həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman hələ mənzilin X9 adına özəlləşdirilməsi barədə yazılı razılığının olubolmamadığını bilməmişdir. Bu yaxınlarda ünvan 2 ünvanındakı mənziin atası X9 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRX-dən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, 15 iyun 2001-ci il tarixdə ünvan 2 ünvanındakı mənzilin atası X9 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o, yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, 15 iyun 2001-ci il tarixli ərizə ilə ünvan 2 ünvanındakı mənzilin atası X9 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki imzasına oxşayan imzanı kimsə etmişdir. Qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o, Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmişdir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da 09 aprel 2018-ci il tarixdən başlamışdır. O, anadan olandan-uşaqlıqdan lal və kar olmuşdur. Valideynlərinin yeganə övladıdır. Atası ağır xəstə olmuşdur. Anası uzun illər ruhi xəstəlikdən əziyyət çəkmiş, ruhi əsəb xəstəxanasında mütəmadi stasionar müalicə olunmuşdur. Xalası qızı 3-cü şəxs olan Cavabdeh ailəsinin bu vəziyyətindən istifadə edərək mənzilini ələ keçirmişdir. Həmin mənzil özəlləşdirilən zaman mənzilin təqdim edilən orderində 3 nəfərin: atasının, anasının və onun adı olmuşdur. Mənzilin mülkiyyətçisi 3 nəfər olmalı idi. O, saxta sənədləşmə nəticəsində mənzilin 1/3 hissəsindən məhrum olunmuşdur. Mənzlinin bu hissəsinin, yəni 1/3 dəyərini 50000 manat qiymətləndirir. Bu məbləğ cavabdehlərdən alınaraq ona verilməlidir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorunun müavini G.Məmmədlinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İŞ-nə ğöndərilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanındakı mənzilin atası X9 adına özəlləşdirilməsinə dair onun adından vermiş ərizə Bakı şəhəri 26 saylı MKİS-in vəzifəli şəxsi olmuş X3 və qeyriləri tərəfindən saxtalaşdırılmışdır.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2023-cü il tarixli 2(007)-1052/2023 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilməmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində (özəlləşdirmənin ləğvi ilə bağlı) göstərilmişdir ki, mənzilin 2001-ci ilin avqust ayında iddiaçının mərhum atasının adına özəlləşdirilməsi iddiaçıya məlum idi. Həmçinin, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)- 7290/2017 saylı qərarı ilə müəyyn edilir ki, İddiaçı daimi yaşayış yeri Rusiya Federasiyası, Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin 35-ci mənzili hesab olunur və sonuncu mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin kirayə müqaviləsindən irəli gələn hər hansı vəzifələrini yerinə yetirməmişdir. Bundan əlavə, hazırki mübahisənin yarandığı dövrdə o, artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur, bu da onun Azərbaycan vətəndaşlığını itirməsini təsdiq edir. Bununla da cavabdehin hüquqi statusu xarici vətəndaş kimi müəyyən olunur və bu halda onun mübahisəli ünvan üzrə qeydiyyatı Azərbaycan Respublikasının miqrasiya qanunvericliyinə uyğun olaraq müəyyən edilir ki, bu da, ildə 90 gündür və müvəqqəti xarakter daşıyır. Bu isə onun üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və sair) yaratmır.
15. Məhkəmə göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının atası X9 adına qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, bundan sonra isə sonuncu xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili hazırkı iş üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Daha əvvəl yuxarda qeyd edildiyi kimi iddiaçı müxtəlif tələblərlə məhkəmədə iddia qaldırmış, lakin həmin iddialar təmin edilməməklə iddia tələbində göstərilənlər öz təsdiqini tapmamışdır.
16. Hazırda iddiaçı mənzilinin 1/3 hissəsinin ona məxsus olduğunu və mənzilindən məhrum olması əsası ilə onun dəyərinin 1/3 hissəsinin, yəni 40000 manatın cavabdehlərdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı cavabdehlərin əməlləri nəticəsində iddiaçıya zərər dəyməsi, onun hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Mənzilin cavabdehin adına qeydiyyata alınması və ondan əvvəlki proseslərinin qanuna uyğunluğu məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1100, 1113.1, 1113.2, 1115, Mülki Prosessual Məcəllənin 14.2, 82.3, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanmaqla qeyd edilmişdir ki, tərəfindən təqdim edilmiş sübutlara obyektiv, qərəssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilmiş iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
36. Göründüyü kimi mübahisəli mənzil xx.xx.1968-ci il tarixli 56377 saylı orderlə X15 4 nəfər ailə üzvü ilə verilmişdir. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 46 saylı sərəncamı ilə icarədarın ölümü ilə əlaqədar mənzilin kirayə müqaviləsi X10 3 nəfər (özü, arvadı və oğlu) adına dəyişdirilmiş, mənzil özəlləşdirməyə təqdim olunan vaxt İddiaçı və valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmuşlar. 11 avqust 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən, 33 saylı evin, 2-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X10 adına qeydə alınmışdır. 12 mart 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Nikolay Tumanov mənzili baldızının qızı Cavabdeh bağışlamış və 30 mart 2013-cü tarixli "hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. 28 dekabr 2014-cü il tarixdə Nikolay Tumanov ölmüşdür.
37. Hazırda iddiaçı mənzilin atasının adına qeydiyyatda alınması üçün xx.xx.2001-ci il tarixdə heç bir razılıq vermədiyini, onun imzasının saxtalaşdırıldığını, mənzilin Cavabdeh tərəfindən ələ keçirildiyini qeyd edərək, mənzilin 1/3 hissəsini dəyərini tələb edir.
38. Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsassızdır.
39. Göründüyü kimi qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı artıq özəlləşdirmədən əvvəl Rusiya Federasiyasının vətəndaşlığını (qətnamədə Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011-ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi qeyd edilmişdir) qəbul etmişdir. Özəlləşdirmənin həyata keçirilməsi onun razılığından asılı olmamışdır. Bu səbəbdən də razılıq ərizəsində olan imzanın ona məxsus olub-olmaması (ekspertiza rəyinə əsasən ərizədə olan imza iddiaçı tərəfindən icra olunmamışdır) iddianın qanuni həlli baxımından əhəmiyyət daşımır.
40. İddiaçı mənzilin özəlləşdirilməsinə dair verilmiş ərizənin cavabdehlər tərəfindən saxtalaşdırılması əsası ilə hazırkı iddia tələbini əsaslandırmış, məhkəmə də haqlı olaraq göstərmişdir ki, həmin imzanın iddiaçıya məxsus olub-olmaması əhəmiyyət kəsb etməmişdir. Belə ki, özəlləşdirmənin həyata keçirilməsi iddiaçının razılığından asılı olmamışdır.
41. Beləliklə, apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
42. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1052/2023 nömrəli iş üzrə 07 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.