Məhkəmə qərarları › İş №2(103)-6010/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6010/2022

15.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6010/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC və X2 qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı 21 noyabr 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013- cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X1 Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü iİ tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 133 manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşdə iştirak etməyən şəxs Maraqlı şəxs qətnamədən şikayət verərək, ləğv edilib, mənzilə onun sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Lakin işdən görünür ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin ilk öncə həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmamasını, daha sonra isə MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, yoxlamanın nəticəsində isə qərardad qəbul etməli olduğu halda, qanunun tələbinə əməl etməmiş, heç bir araşdırma aparmadan və qərardad çıxarmadan, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozulduğu və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və MPM-in 364.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4139/2018 saylı 21 noyabr 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və MPM-in 364.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar