Məhkəmə qərarları › İş №2(103)-6016/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6016/2023

25.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6016/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 (X2, Cavabdeh2 və "Paşa Bank” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər LPO "AG Bank” ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 cavabdehlər LPO "AG Bank” ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "Paşa Bank” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-61/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "AG Bank” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli kredit müqaviləsinə əsasən "AG Bank” ASC-yə 720 gün müddətinə illik 5,25% olmaqla ******* (səkkiz milyon) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavələrə əsasən borcun xx.xx.2019-cu il tarixinədək ödənilməsi razılaşdırılmışdır.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "AG Bank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqaviləsinə əsasən "AG Bank” ASC- yə 360 gün müddətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavəyə əsasən borcun xx.xx.2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır.

3. xx.xx.2016-cı il tarixdə İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə ilə "xxxx" ASC-yə, Cavabdeh1, X1 və Cavabdeh2 paylı mülkiyyət üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m olan qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələrinin təminatı olaraq ipotekaya qoyulmuşdur. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 80000000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBO13-1507 saylı kredit müqaviləsinə əsasən “Bank”ın “Borcalan”a verdiyi ******* manat kreditin xx.xx.2018-ci il tarixinədək və xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış KBQ15-1678 saylı kredit müqaviləsinə əsasən “Bank”ın “borcalana”a verdiyi 10000000 manat kreditin xx.xx.2018-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun , icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır.

İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 cavabdehlər LPO "AG Bank” ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "Paşa Bank” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, "AG Bank” ASC (ləğv prosesindədir), Cavabdeh1, X2 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ15-1678/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu "AG Bank” ASC arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-78 nömrəli kredit müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli kredit müqaviləsi üzrə cavabdeh-2-ə 720 gün müddətinə illik 5,25% olmaqla ******* (səkkiz milyon) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavələrə əsasən borcun xx.xx.2019-cu il tarixinədək ödənilməsi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə cavabdeh-2-3 360 gün müddətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavəyə əsasən borcun xx.xx.2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Bu kredit müqaviləsinin təminatı kimi cavabdeh-1-ə, cavabdeh-2-yə (payı 15858 kv.m.), Cavabdeh1 (bundan sonra "iddiaçı”, payı 3444,25 kv.m), X1 (bundan sonra üçüncü şəxs-1”, payı 3443,3 kv.m) və Cavabdeh2 (bundan sonra "üçüncü şəxs-2”, payı 363,45 kv.m) paylı mülkiyyət üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m olan qeyri-yaşayış binası barəsində xx.xx.2016-cı il tarixdə İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(1030- 132/2020 nömrəli qərarı ilə cavabdeh-1 müflis elan edilmiş və hazırda o, ləğv prosesindədir. Hesab edir ki, yuxarıda qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh-1 ilə cavabdeh-2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələrinin 1.1-ci bəndində verilən kreditlərin "banklararası kredit” olduğu qeyd edilir. Halbuki, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası (bundan sonra ("AR”) Qanununa əsasən cavabdeh-1 yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə). Hər iki növdən olan kreditlərin verilməsi qaydası xx.xx.2016-cı il tarixindən qüvvədə olan "Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları” (X8 Reyestrinin qeydiyyat nömrəsi **********0251) ilə tənzimlənir. Cavabdeh-1 tərəfindən Cavabdeh-2- yə sözügedən kreditlər veriləndə həmin Qaydalar mövcud deyildi. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AR Qanununun 1.3-cü maddəsinə əsasən Cavabdeh-1-in məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, cavabdeh- 1 ilə cavabdeh-2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 saylı və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələri əhəmiyyətsizdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində cavabdeh-1, cavabdeh- 2, iddiaçı, üçüncü şəxs-1 və üçüncü şəxs-2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi də etibarsızdır.

6. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Bankla hazırda ləğv prosesində olan "AG Bank” ASC arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli, xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli və xx.xx.2017-ci il tarixli KBS16-1853 nömrəli kredit müqavilələri bağlanmışdır. Qeyd edilən hər üç müqavilə üzrə borcun qaytarılmasının təminatı kimi "AG Bank” ASC-yə, X1 (payı 3443.3 kv.m), Cavabdeh1 (payı 3444,25 kv.m.) və Cavabdeh2 (363, 45 kv.m) paylı mülkiyyət üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 102A nömrəli qeyri-yaşayış obyekti barəsində xx.xx.2016-cı il tarixdə İBQ15- 1678/11 saylı və xx.xx.2016-cı il tarixdə iBsi6-1853/4 ipoteka müqavilələri bağlanılmışdır. Borclu kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmədiyindən bir müddət əvvəl Mərkəzi Bank tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin iş məhkəmə icraatındadır. Qeyd edilən üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 hazırda Mərkəzi Bank və ləğv prosesində olan "Ag Bank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nörməli kredit müqavilələrinin 1.1-ci bəndində verilən kreditlərin "banklararası kredit olduğu qeyd edilmişdir. Halbuki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən Mərkəzi Bank tərəfindən yalnız kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında və sonuncu instansiya kreditlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri həmin zaman qüvvədə olan X9 Heyətinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın (Qaydalar) tələblərinə uyğun rəsmiləşdirilmişdir. Belə ki, Qanunda göstərildiyi kimi, Qaydaların 2.6-cı bəndində də Mərkəzi Bank tərəfindən banklara yenidən maliyyələşdirmə kreditləri, sonuncu instansiya kreditləri və məqsədli kreditlərin (sonradan qanunvericilikdən çıxarılmışdır) verildiyi müəyyən edilmişdir. Bundan başqa Qaydaların 3.6-cı bəndində gösərilmişdir ki, kredit verilməsi haqqında qərar verildikdə, bank bu barədə Bazar əmliyyatları departamenti tərəfindən məlumatlandırılır, müvafiq qaydada onunla kredit (əlavə 1), ipoteka (əlavə 2) və ya girov (əlavə 3) müqavilələri rəsmiləşdirilir. Qaydaların 1 nömrəli Əlavəsində kredit müqaviləsinin nümunəvi forması qəbul olunduğundan hazırda mübahisələndirilən kredit müqavilələri də bu formaya uyğun şəkildə tərtib edilmişdir. Qaydaların 3-cü hissəsində də göstərildiyi kimi, bu kredit müqavilələri yenidən maliyyələşdirmə kreditlərinə aiddir və ləğv prosesində olan "AG Bank” ASC-yə maliyyə sabitliyinin təmin olunması məqsədilə likvidliyin dəstəklənməsi üçün verilmişdir. Xüsusi vurğulanmalıdır ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin bağlanmasına səbəb olan iradənin formalaşması üçün də məhz "AG Bank” ASC-nin yuxarıda göstərilən niyyətlə Mərkəzi Banka müraciət etməsi olmuşdur. Belə ki, likvidliyin təmin edilməsi üçün "AG Bank” ASC-nin müraciətindən sonra bu məqsədlə tərəflər arasında danışıqlar baş tutmuş və müraciətin hüquqi əsası yenidən maliyyələşdirmə krediti kimi müəyyən edildiyindən Qaydalara uyğun sözügedən müqavilələr rəsmiləşdirilmişdir. Göründüyü kimi, mübahisələndirilən kredit müqaviləsinin həqiqi məzmunu borcalana məhz yenidən maliyyələşdirmə kreditinin təqdim edilməsi ilə bağlı olmuş və belə kreditlərin faiz şərtlərinə (Mərkəzi Bankın uçot dərəcəsi) uyğun verilmişdir. İddia ərizəsinin əsasını təşkil edən "banklararası” sözünün kredit müqaviləsində istifadəsinə gəlincə isə qeyd olunmalıdır ki, Mərkəzi Bank özü də "bank”dır və banklara bank xidmətlərini göstərir, onlara yuxarıda qeyd edilən bank məhsullarını təqdim edir. Kredit müqavilələrində "banklararası” sözünün qeyd edilməsi həmin kreditin növünü müəyyən edən müqavilələrdə "banklararası” sözünün qeyd edilməsi həmin kreditin növünü müəyyən edən anlayış kimi deyil, məhsulun subyetlərini ifadə edən söz ifadəsi kimi istifadə edilmişdir. Belə ki, qanunvericilikdə və ya digər hüquqi aktlarda banklararası kredit növü də müəyyən edilməmişdir. Yuxarıda göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən dəlil Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilən və əqdlərin etibarsızlığına səbəb ola bilən hər hansı halı əks etdirmir və bu xüsusda mübahisələndirilən kredit müqavilələrinin etibarsızlığına etibarsızlığına əsas verə bilməz. Hazırkı iddia ərizəsi bilərəkdən qərəzli mülahizə əsasında tərtib edilib və prosessual hüquqlardan sui-istifadə edərək Mərkəzi Bankın iddiaçı qismində iştirak etdiyi digər işin icraatını dayandırmaq, həmin iş üzrə obyektiv, ədalətli yekun qərarın qəbul edilməsinə maneçilik törətməkdən ibarət olmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-61/2023 nömrəli qətnaməsi ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə ipoteka və kredit müqavilələri bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər LPO "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəralarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci, 217.3cüvə 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsaslandırmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-cimaddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

20. İşin faktiki hallarından göründüyü kimi Mərkəzi Bankla hazırda ləğv prosesində olan "AG Bank” ASC arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli, xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli və xx.xx.2017-ci il tarixli KBS16-1853 nömrəli kredit müqavilələri bağlanmışdır. Qeyd edilən hər üç müqavilə üzrə borcun qaytarılmasının təminatı kimi "AG Bank” ASC-yə, X1 (payı 3443.3 kv.m), Cavabdeh1 (payı 3444,25 kv.m.) və Cavabdeh2 (363, 45 kv.m) paylı mülkiyyət üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 102A nömrəli qeyri-yaşayış obyekti barəsində xx.xx.2016-cı il tarixdə İBQ15- 1678/11 saylı və xx.xx.2016-cı il tarixdə iBsi6- 1853/4 ipoteka müqavilələri bağlanılmışdır. Borclu kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmədiyindən bir müddət əvvəl Mərkəzi Bank tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin iş məhkəmə icraatındadır. Qeyd edilən iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 hazırda Mərkəzi Bank və ləğv prosesində olan "Ag Bank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini mübahisələndirir.

21. Göründüyü kimi, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. Bu baxımdan kollegiya hesab edir ki, müqavilə "AG Bank” ASC və Cavabdeh1 iradə ifadələrini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar olmadığına görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşaraq qeyd edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

25. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar