Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6017/2020 10.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, 2(001)- 3222/2020 №-li iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə qəbul edilmiş qərardaddan iş üzrə İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxx” X1rşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun qanuni sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən, ümumi sahəsi 1200 kv.m ibarət torpaq sahəsinə (bundan sonra – torpaq sahəsi) MMC tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, MMC-nin həmin sahədən çıxarılması və qanunsuz müdaxilə nəticəsində vurulmuş maddi zərərin əvəzinin MMC-dən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan torpaq sahəsində cavabdeh MMC tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mübahisəli torpaq sahəsində cavabdeh MMC tərəfindən aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində iddianın təmini tədbiri görülmüş torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənəd mövcud deyil. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi “İcarə müqaviləsində” qeyd olunur ki, mübahisəli torpaq sahəsi xx.xx.2007-ci il tarixli 08/03 qeydiyyat nömrəsi ilə guya mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Həmin sənədin etibarlılığı sübhə doğurur. Çünki, çıxarışın tarixi torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının tarixi ilə eynidir. Eyni zamanda 08/03 tarixli reyestr nömrəsi ilə ümumiyyətlə qeydiyyat nömrəsi verilmir. “xxx” MMC tərəfindən isə iddiaçının qeyd etdiyi, mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsində tikinti aparılmır. Qeyd edilən ünvanda tikinti işləri qanunvericilikdə nəzərdə tutulan qaydada tikinti aparılması üçün alınmış icazə sənədlərinə əsasən aparılır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 53 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binanın tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/220 nömrəli məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və MMC-nin xx.xx.2017-ci il tarixli, 15 nömrəli müraciəti nəzərə alınaraq, sözügedən ünvanda yerləşən və icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün MMC-yə icazə verilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən MMC-yə ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı verilmiş və akt qeydiyyata alınmışdır. Eyni zamanda Bakı ŞİH ilə MMC arasında İH-nin xx.xx.2017-ci il tarixli 53 nömrəli sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 nömrəli inşaat pasportuna əsasən, torpaq sahəsinə dair “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış və obyektin tikintisinə dair xx.xx.2020-ci il tarixli 38 saylı icazə sənədi alınmışdır. MMC qeyd edilən torpaq sahəsinin vicdanlı və qanuni sahibdir. Torpaq sahəsinin ayrılması və tikintinin aparılması üçün MMC-nin adına hüquq müəyyənedici və texniki sənədlər mövcuddur və hazırda qüvvədədir. Ona görə də MMC torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüququna malikdir. Göstərilənlərə əsasən cavabdeh MMC hesab edir ki, tikinti işlərinin dayandırılması üçün əsas yoxdur. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikaytəin təmin edilməsini, xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsində cavabdeh MMC tərəfindən tikinti işlərinin görülməsinə qadağa qoyulmasından ibarət görülmüş iddianın təmini tədbirini ləğv etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcudluğu mübahisə doğurduğuna görə, iddianın təmini tədbirinin qüvvədə saxlanılmasına əsas yoxdur. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, torpaq sahəsinin ona məxsus olmasını iddia edin iddiaçı, habelə bunun əksi olaraq həmin ərazinin qanuni əsaslarla MMC-nin icarəsinə verilməsini bildirən MMC, öz dəlillərinin əsası kimi aşağıdakı sənədləri Rayon Məhkəməsinə təqdim etmişlər: - iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08/03 nömrəli qərarından görünür ki, həmin qərar ilə əvvəllər iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alğı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd edilən qərara torpaq sahəsinin yerləşdiyi ərazinin planı əlavə edilmişdir; - iş üzrə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdeh MMC-nin icarəsinə vermişdir; - cavabdeh MMC-nin Rayon Məhkəməsinə təqdim etdiyi mübahisəli ərazidə obyektin tikintisinə razılıq Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli, 53 nömrəli və xx.xx.2019-cu il tarixli 358 nömrəli sərəncamları, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli sərəncamı əsasında verilmişdir; - torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli, 1484 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, həmin müqavilə Bakı ŞİH ilə cavabdeh MMC arasında mübahisəli ünvanda yerləşən 1.458 kv.m. ibarət torpaq sahəsinə dair bağlanmışdır; müqavilənin bağlanmasına əsas Bakı ŞİH-nin xx.xx.2017-ci il tarixli, 53 nömrəli sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 nömrəli inşaat pasportu olmuşdur; - xx.xx.2018-ci il tarixli, 1484 nömrəli torpaq icarə müqaviləsinə dair xx.xx.2019-cu il tarixli dəyişikliklərdən görünür ki, qeyd olunan icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsinin həcmi 2.462 kv.m.-dək artırılmış və icarəçi tərəfindən hər il 9.226,67 manatın hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməli olması müəyyən edilmişdir. Adları çəkilən sənədlərdən, habelə tərəflərin Məhkəməyə verdikləri izahatlardan da müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin qanuni sahibliyi ilə bağlı tərəflər arasında mübahisə vardır. Lakin hazırki mərhələdə bu hala hüquqi qiymət verilməsi mümkün deyil. Həmçinin Məhkəmənin qənaətinə görə, iş üzrə iddianın təmini tədbirinin görülməsi dərhal baxılmalı məsələ olduğuna görə, mübahisəli bu hal iş üzrə iddianın təmini tədbirinin görülməsində hər-hansı rol oynamamalıdır. Çünki, MPM-nin tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4.). Hazırki işin başlanmasına əsas olmuş iddianın məzmunundan görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb, iddiaçının qanuni sahibliyində olduğu bildirilən mübahisəli torpaq sahəsinə MMC tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, MMC-nin həmin sahədən çıxarılması və qanunsuz müdaxilə nəticəsində vurulmuş maddi zərərin əvəzinin MMC-dən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Məhkəmə bildirir ki, qeyd olunan iddianın gələcəkdə rədd olunması ehtimalının olduğu kimi, təmin edilməsi ehtimalı da mövcuddur, lakin hazırki mərhələdə buna hüquqi qiymətin verilməsi qeyri-mümkündür, çünki iş araşdırma mərhələsindədir. İşə baxılıb qurtaranadək isə torpaq sahəsinin tikintidən əvvəl mövcud olan vəziyyəti, ən azından hazırki vəziyyəti qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi, qərardadın ləğv edilməsi və “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin təmin edilməməsi barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, Məhkəmə, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” xx.xx.2020-ci il tarixli qərardaddan cavabdeh MMC-nin verdiyi şikayət təmin edilməməlidir. “Görülmüş iddianın təmini tədbirinin ləğv edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətdə qərardadın ləğv edilməsi ilə yanaşı “iddianın təmini tədbirinin görülməsi” barədə ərizənin təmin edilməsi də xahiş edilmişdir. Lakin xx.xx.2020-ci il tarixli qərardadın artıq ləğv olunması iddiaçının ərizəsinə yenidən hüquqi qiymətin verilməsi zərurətini aradan qaldırmış olur. Bu səbəbdən iddiaçının şikayət qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. “İddianın təmini tədbirinin görülməsi barədə” Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxx” MMC-nin verdiyi şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Xumar Mərdanova (imza) Fuad Babayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6017/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6017/2020
10.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver