Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6018/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 və X4 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Sonradan X1nun “şəxsin maraqlarına toxunulan şəxs qismində tanınması və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsindən verilmiş şikayətin baxılması üçün aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi”nə dair ərizəsi daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3058/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsi X1nun maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 5047/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 nömrəli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi və şikayətin maraqlı şəxs X3 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra X1 tərəfindən ərizəylə məhkəməyə müraciət edilərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadı ilə X1nun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi və apellyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 29 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Mahkamasinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 nömrəli qatnamasini,xx.xx.2023-cü il tarixində əldə etsədə həmin vaxtı o, 2(006)-3058/2022 saylı mülki iş üzrə prosessual tərəf olmamışdır va subyektiv hüququ olmamışdır. Məhkəmə qətnaməsinin ona rəsmi qaydada verilməsi prosesual cəhətdən qanuna müvafiq deyildir və bu hal qətnamənin onun tərəfindən qabul edilməsi kimi və müddət axımının başlanması kimi hesab edilə bilməz. Mövcud vəziyyətdə Bakı şəhəri Nəsimi Rayon Məhkamasinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 nömrəli qətnaməsinin mövcudluğundan məlumatı olmağına baxmayaraq, mənkəmə qətnaməsini qəbul edərkən prosesual tərəf olmamışdır və həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olmamışdır. Qətnamədən Apellyasiya şikayəti vermək hüququ, subyektiv hüquq onda xx.xx.2023-cü il tarixindən Bakı şahari Nasimi Rayon Məhkəməsinin 2(006) 3058/2022 saylı, xx.xx.2023-cü il tarixindən onun mülki iş üzrə maraqlı şəxs kimi tanındıqdan sonra yaranmıdır. Qanuna asasan o, xx.xx.2023-cü il tarixindən prosesual hüquqlara malik olmuşdur və qatnamani rəsmi qəbul etmək , MPM-in 357.1-ci maddəsinin tələbinə əsasən Apellyasiya şikayəti vermək hüququ qazanmışdır. Beləliklədə tərəfindən prossesual müddət buraxılmamışdır,sadəcə prosesual müddətin bərpa edilməsi üçün verdiyi ərizə xx.xx.2023-cü il tarixində prosesul tərəf olmadığı dövrdə qətnaməni əldə etdiyi üçün olan müddətin üzürlü hesab edilmasi maqsədilə verilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 nömrəli qətnaməsini maraqlı şəxs X5 xx.xx.2023-cü il tarixində qəbzə onun alınma tarixini yazmaqla və imza etməklə əldə etmişdir. Qətnamədən isə apellyasiya şikayəti “Elektronməhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2023-cü il tarixdə (1 aydan çox müddət keçməklə) məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, X1 ərizəsində hüquqi savadsızlığına görə ərizə ilə birlikdə apellyasiya şikayəti vermədiyini, bu səbəbdən apellyasiya şikayəti vermək üçün müddətin ötürüldüyünü qeyd etsə də, göstərdiyi bu hal üzrlü səbəb sayıla bilməz. Çünki, üzrlülük meyarı müəyyən edilərkən şəxs(lər)in öz hüquq və qanuni mənafelərinə lazımi diqqət və ağlabatan ehtiyatlıq göstərməli olması mütləq nəzərə alınmalıdır. Odur ki, ərizəçinin bu mövqeyi əsaslı hesab edilə bilməz. Dolayısı ilə, X2 qətnamədən şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi onun iradəsindən asılı olmuşdur (mübahisəli qətnamənin mövcudluğundan hələ 11 aprel 2023-cü il tarixli ərizədə qeyd etməklə də bunu açıq bəyan etmişdir) . Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı cavabdehin verdiyi ərizədə göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. Qeyd olunalara əsasən məhkəmə kollegiyası müddətin bərpa edilməsi ilə bağlı ərizənin təmin edilməməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gündən bir aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair göstərilmiş əsaslar onun iradəsindən kənar baş vermədiyindən, müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilmədiyi üçün düzgün olaraq ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(103)-6018/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6018/2023
22.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver